Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-577/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: dövlət rüsumunun ödənilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 23 may 2022-ci il tarixdə bağlanmış MŞB/5-01664 nömrəli barışıq sazişinin 2.2-ci bəndinin (23 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 100 (yüz) manat alimentin hər ayın son güdündən güc olmayaraq ödənilməsi hissəsinin) təstiq edilməsi barədə qətnamə qəbul edilməsi edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1569/2024 saylı, 23 yanvar 2024cü il tarixli qərardadına əsasən (hakim Gülnarə Tağızadə) Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Ərizəçi nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmamasının izah olunması qərara alınmışdır.
3. Ərizəçi məhkəmənin həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(060)- 1569/2024 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1569/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2, 152.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən maraqlı şəxslə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/5-01664 nömrəli barışıq sazişinin 2.2-ci bəndinin (23 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 100 (bir yüz) manat alimentin hər ayın son günündən gec olmayaraq ödənilməsi hissəsinin) təsdiq edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə tərəfindən ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə belə hesab etmişdir ki, ərizə verilərkən tərəfindən müvafiq qaydada dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş üzrə baxılmalı tələb Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat olsa da, mahiyyəti aliment tələbidir. Alimet tələbləri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Sazişdə göstərilən 100 manat alimentin ödənilməməsi barədə öhdəliyi icra etmədiyi üçün tərəfindən sözü gedən ərizə ilə məhkəməyə müraciət etmişdir. Barışıq sazişindən və ona əlavə edilmiş xitam protokolundan göründüyü kimi o, ilkin mediasiya üçün 50 manat, təkrar mediasiya üçün əlavə 50 manat ödəmişdir. Ayrıca sazişin təsdiqi üçün də əlavə 100 manat rüsum ödənilməsi tələbi hesab edir ki, qanunun tələblərinə ziddir. Məhz buna görə də hesab edir ki, qərardad ləğv edilməli və tələbinə mahiyyəti üzrə baxılaraq müvafiq qərar çıxarılmalıdır. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8.2. Xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Maddə 9.1.1. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 150.1.2. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir. Maddə 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin təstiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli və bununla bağlı 25 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli qərardadları ləğv edilməli, barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi ərizə və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini Ərizəçi tərəfindən verilmiş ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməməsi ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunmasını göstərmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsaslı və qanuni hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Belə ki, ərizədən göründüyü kimi Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/5-01664 nömrəli barışıq sazişinin 2.2-ci bəndinin (23 may 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 100 (bir yüz) manat alimentin hər ayın son günündən gec olmayaraq ödənilməsi hissəsinin) təsdiq edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə baxılmalı tələb Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat olsada, mahiyyəti aliment tələbidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Kollegiya işin hallarına qanunvericinin sadalanan normalarına əsasən qiymət verərək hesab edir ki, alimet tələbləri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edildiyindən, araşdırılan mübahisə üzrə də həmin normanın göstərişinin tətbiq edilməsi məqsədə müvafiq olmaqla, məhkəmə müdafiəsi hüququnu təmin etmiş olar. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli və bununla bağlı 25 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli qərardadları ləğv olunmalı, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi, qanuni və əsaslandırılmış aktın qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli və bununla bağlı 25 yanvar 2024-cü il tarixli, e-2(060)-1569/2024 nömrəli qərardadları ləğv edilsin. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizənin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.