Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-582/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Digah-Xucbala Bələdiyyəsinə qarşı giriş-çıxış yolunun, su arxının açılması, cavabdeh tarəfindan buna yaradılmış maneələrin aradan qaldırılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia Cavabdeh1 münasibətdə qismən təmin edilmiş, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən İddiaçı məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin giriş-çıxış yolunun açılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsindən Cavabdeh1 çıxarılması və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddianın Digah-Xucbala Bələdiyyəsinə münasibətdə təmin edilməməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin(Kodu:210005,VÖEN**********,MH:AZ41NABZ********************,SFİFT:CTREA Z22, Hesab:AZ34CTRE000000000 **********1) hesabına ödənilməsi qət edilmişdir (hakim R.T.Həsənov). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləgv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F seriyalı, kod 30327058 saylı şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,28 ha torpaq sahəsinə gələn yolun və su arxının açılması, cavabdehlər tərəfindən buna yaradılmış əngəllərin aradan qaldırılması və zəbt olunmuş 0,05 ha torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Soltanməcid oğlu özü torpaq zəbt etməklə məşğuldur. Hal-hazırda da onun 0,28ha torpaq sahəsindən əlavə 0,15ha zəbt etdiyi torpaq sahəsi vardır. Özünün mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi də iddiaçı tərəfindən zəbt olunmuş ərazi olmuşdur. Ona görə də həmin torpaq sahəsinin ona qanuni şəkildə verilməsini heç cür qəbul edə bilmir və ona görə də ona qarşı əsassız iddialar irəli sürür. Bir növ onunla düşmənçilik aparır. Bundan əvvəl isə dəfələrlə iddiaçı ilə arasında olan dəmir toru sökərək onun ərazisinə qanunsuz daxil olmuş və orada özbaşına hərəkətlər etmişdir. Bu barədə Quba rayon polis şöbəsində kifayət qədər materiallar vardır. Bu özbaşalıqların qarşısını almaq üçün onunla öz arasında daş hasar çəkməyə məcbur olmuşdur. Qətnamədə göstərilir ki, iddaçı Cavabdeh1 münasibətdə qismən təmin edilsin, torpağın mülkiyyətə verilməsinə dair JN- 035F seriyalı, kod 30327058 saylı Şəhadətnaməyə əsasən İddiaçı Soltanməcid oğluna məxsus Quba rayonu Aşağı Xuc kəndində yerləşən 0,28 ha torpaq sahəsinin giriş-çıxış yolu açılsın. Burada hansı yolun açılmasından söhbət getdiyi bəlli olmur. Çünki, ona verilmiş ərazidən onun torpaq sahəsinə yol olmamışdır. Onun buna ehtiyacı da olmayıb. Həmin 0,07 ha torpaq sahəsi onun mülkiyyətinə verildikdən sonra öz ərazisinə daxil olmaq üçün teknika vasitəsilə təpəni düzəldərək və kol-kosu təmizləyərək yol açmış, su arxının içinə öz vəsaiti ilə boru yerləşdirmiş, yola çınqıl tökərək özü üçün yol açmışdır. Bütün bunlar öz vəsaiti hesabına olunub. Həmin yolun isə İddiaçı torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Yerə baxış keçirən zaman hakim bunları öz gözləri ilə görsə də beləq ətnamə qəbul etməsi ona aydın deyil. Aydınlıq üçün bildirir ki, iddiaçıya məxsus 0,28 ha torpaq sahəsinə həmişə öz ərazisindən daxil olmuşdur. Ona görə ki, həmin torpaq sahəsi və ondan sonra kəndin mərkəzindən keçən yola qədər olan ərazi elə İddiaçı özünə məxsusdur. Onun həmin ərazidən mərkəzi yola birbaşa çıxışı vardır. Ona görə olmayan yolun açılmasını ondan tələb etməsi əsassızdır. Cünki, İddiaçı ondan yol üçün istədiyi torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş RX seriyalı, ******* nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş 0,07ha torpaq sahəsindən keçməlidir. Bu 0,07 ha onunşəxsi mülkiyyətidir, əmlakıdır və hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsilə müəyyən olunmuş mülkiyyət hüququ vardır. Qətnamədə göstərilir ki, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsindən Cavabdeh1 çıxarılmalı, maneələr aradan qaldırılsın. Bunu əsassız hesab edir. Belə ki həmin 0,28 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları indi də məlum deyildir. Çünki onun zəbt etdiyi ərazilərlə həmin 0,28 ha ərazinin heçbir sərhəddi yoxdur. Tərəfindən ona aid olan 0,28 ha ərazisinin 1 metri də zəbt olunmamışdır, çünki bu mümkün deyil. Mmülkiyyətində olan torpaq sahəsi və ondan sonrakı qonşunun torpaq sahəsinin sərhəddi onun 0.28 ha torpaq sahəsi ilə düz xətt üzrə sərhəddir, heç bir girintiçıxıntı yoxdur. Qətnamədə onun 0,28 ha ərazisinin hansı koordinatlarında və nə qədər ərazinin zəbt edildiyi göstərilmir. Burada da qeyri-müəyyənlik vardır. Bildirmək istəyir ki, tərəfindən ona qarşı heç bir zəbt və maneə olmamışdır və hal hazırda da yoxdur. Əksinə onun ərazisinə gedən su arxı mülkiyyətində olan ərazidən keçir və 40 kv.m ərazini əhatə edir. Ona görədə Qətnamənin bu hissəsini də əsassız hesab edir. Bundan başqa Ekspertiza xərci olaraq 100 manat məbləğin ondan tutulması qətnamədə öz əksini tapmışdır. Yerə baxış keçirilərkən Bələdiyyə nümayəndəsini baxışa dəvət etməklə məsələyə aydınlıq gətirmək mümkün olduğu halda ekspertiza təyin etmiş və həmin ekspertiza xərci olan 100 manat məbləğin ondan tutulması barədə qətnamə çıxartmışdır. Qətnamənin ona aid olan bu hissəsinə də etiraz edir. Qeyd etdikləri qətnamənin ona aid hissəsinin də əsassız olduğunu göstərir. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)- 152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş edir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, ona və ailə üzvlərinə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F seriyalı, kod 30327058 saylı şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998ci il tarixli, 13 saylı qərarı ilə 0.28 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin böyük bir hissəsi hazırda onu və ailəsinin sahibliyində və istifadəsindədir. Lakin qeyd olunan torpaq sahəsinin cənub sərhəddi Digah-Xucbala bələdiyyəsi tərəfindən torpaq sahəsinə gedən yol və su kanalı nəzərə alınmadan başqa şəxsə, Cavabdeh1 verilmişdir. Halbuki torpaq sahəsinin onun adına olması barədə hər hansı bir sənəd mövcud deyildir. Həmin şəxs onun torpaq sahələsinin bir hissəsini də zəbt edərək torpaq sahəsinə olan gediş-gəliş yolunu və bağı sulamaq üçün çəkilmiş su kanalını kəsərək orada tikinti işləri aparmağa başlamışdır. Digah-Xucbala bələdiyyəsinin sədri Qızxanım Həmzəyevaya bu barədə etirazını bildirsə də o, bununla əlaqədar etirazını məhkəməyə bildirməyini qeyd etmiş və məsələyə birtərəfli yanaşmışdır. Hazırda mülkiyyətində olan torpaq sahəsinə girib-çıxa bilmir, bağı sulamaqda isə çətinlik çəkir. Ərazinin 0,05 ha hissəsi isə zəbt olunmuşdur. Göründüyü kimi bələdiyyənin təqsiri üzündən onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçının izahatını təsdiq edir, apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavadbeh Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavadbehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və ailə üzvləri ilə birlikdə Quba rayon AİKnın xx.xx.1998-ci il tarixli, 13 saylı qərarına əsasən xx.xx.2002-ci ildə JN-035F, kod 30327058 saylı Şəhadətnamə tərtib edilərək 0.28 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən iddiaçıya məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində tanıdılması məhkəmə işinə yerində baxış keçirilən zaman baş tutmamışdır. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən iddiaçıya məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN035F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən iddiaçıya məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadə mövcuddur və həmin faktiki istifadə **********43 reyestr nömrəli çıxarış (0.0124 ha) və **********68 reyestr nömrəli çıxarış (15.7 kv.m) əsasında həyata keçirilir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texnikası ekspertizasının xx.xx.2020-ci il tarixli, 1735 saylı rəyindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-0,35F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən iddiaçıya məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadənin mövcud olması və həmin faktiki istifadənin **********43 reyestr nömrəli çıxarış (0.0124 ha) və **********68 reyestr nömrəli çıxarış (15.7 kv.m) əsasında həyata keçirildiyi müəyyən olunur. Beləliklə iş materiallarına əsasən İddiaçı məxsus 0,28 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-035F, kod 30327058 saylı Şəhadətnaməyə əsasən İddiaçı məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 0.28 ha torpaq sahəsinin giriş-çıxış yolu açılmalı, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmuş hissəsindən Cavabdeh1 çıxarılmalı və Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia Digah-Xucbala Bələdiyyəsinə münasibətdə təmin edilə bilməz. Belə ki, iş materialları ilə Digah-Xucbala Bələdiyyəsi tərəfindən iddiaçıya qarşı hər hansı bir maneələrin yaradılması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-152/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən imza: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-582/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-582/2021
30.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver