Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-59/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə, iddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndə və vəkili Vəkil iştirakı iddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1786/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh “Qəsr” Yaşayış Kompleksinə qarşı torpaq sahəsinin özbaşına tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qəsr” Yaşayış Kompleksinin istifadə etdiyi ünvan 1 ünvanında özbaşına tutduğu 0,22 ha torpaq sahəsinin öz hesabına boşaldılaraq həmin torpaq sahəsini Masazır bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi ərizə təqdim edərək, Masazır Bələdiyyəsinin iddia tələbi üzrə cavab verməli olmayan “Qəsr” Yaşayış Kompleksi əsli Cavabdeh Mənzil Tikinti Kooperativi ilə əvəz edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1786/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (X7). Qətnamədən iddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən apelyasiya şikayəti verilərək “Qəsr” Yaşayış Kompleksinin istifadə etdiyi ünvan 1 ünvanında özbaşına tutduğu 0,22 ha torpaq sahəsinin öz hesabına boşaldılaraq həmin torpaq sahəsini Masazır bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmiş, iş üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2023-cüil tarixə təyin edilmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin sədri Azər Quliyev xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini, bu səbəbdən də apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı təşkilat tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apellyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1786/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apellyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1786/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-59/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-59/2023
28.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver