Məhkəmə qərarları › İş №2(105)-591/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-591/2025

26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-591/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı mülki iş üzrə (mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğvi, miras əmlakda vərəsə paylarının müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X25 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, İddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə, digər iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı5, İddiaçı2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-174/2025 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı3 ünvanlanmış 07 iyul 2024-cü il tarixli, 1643 nömrəli ərizəyə cavabdan görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş ataları – X2 miras qalmış əmlaka dair xx.xx.2015-ci il tarixində 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzi notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi açıldığı zaman qanunla müəyyən olunan vaxtda müraciət etməklərinə və digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqlarına görə onlara miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsi X3 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 3 ünvanlanmış 06 iyul 2024-cü il tarixli məktuba cavabdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 12 nömrəli protokolunun arxiv çıxarışı əsasında X3 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 7 dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli 2V-18 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən torpaq sahəsi X4 adına qeydiyyata alınaraq, xx.xx.2018-ci il tarixli, **********5 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 7 dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi X12 adına qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İcra oluması üçün idarəyə daxil olmuş, qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 1718/2019 nömrəli qətnaməsinə əsasən X4 və xx.xx.2024-cü il tarixli, 2(060)-349/2024 nömrəli qətnaməsinə əsasən X1 torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqları ləğv edilmişdir. X3 torpaq sahəsi üzərində hüquqları bərpa olunaraq xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

4. 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu C.M.Qasımov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 09 dekabr 1994-cü il tarixdə vəfat etmiş X3 vərəsələri X10 və Cavabdeh2 miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras-əmlak Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqıda arayışına əsasən M-21, markalı 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsindən ibarətdir.

5. 17 fevral 2015-ci il tarixli miras payın bağışlanma müqaviləsinin surətindən görünür ki, X10 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1292-ci maddəsinə əsasən Sumqayıt şəhər ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Qasımov C.M tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-120 nömrəli reyestrdə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını X8 bağışlamışdır.

6. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 722577 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 Bakı şəhərində hemorragik şok səbəbindən 09 dekabr 1994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 02-ci ayının 07-ci günündə 158 nömrə ilə qeyd edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində təsdiq edilmiş 25 dekabr 2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, X12 adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair (1/2 hissəsinə) xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1718/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ünvan 7 Dövlət Notariat Kontorunda təsdiq edilmiş 2v/-18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 adına Sumqayıt Şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. 06 sentyabr 2024-cü il tarixli qonşuların iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, qonşuları olmuş mərhum X7 məxsus Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-keçid, 1/218 saylı fərdi yaşayış evinin həyətində üç yaşayış evi vardır. Onlardan birində mərhumun oğlu İddiaçı1 ailəsi ilə birlikdə yaşayır. Digərində mərhumun oğlu Cavabdeh2 ailəsi ilə yaşayır. Digər əsas mülk olan evdə mərhumun arvadı X10, X13 mərhumun oğlu yaşamışlar. Halhazırda oradan mərhumun övladları İddiaçı3, İddiaçı5, X18, İddiaçı2 Cəbrayı oğlu, İddiaçı4 Cəbrayı oğlu istifadə edirlər və müntəzəm olaraq həmin evə gəlib-gedirlər.

10. Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 391 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 1/218 ünvanda yerləşən həyətyanı sahədə iki tikili ev vardır. Əvvəl tikilən əsas evin bir hissəsində, yəni iki otağında Cavabdeh2 öz ailə üzvləri ilə daimi yaşayır. Sonradan tikilən evdə isə İddiaçı1 öz ailə üzvləri ilə birlikdə yaşayır (daimi).

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək) cavabdehlər 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, -DƏDRX 2 saylı (Sumqayıt) ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 adına qeydə alınmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı 0,08 ha torpaq sahəsinin iddiaçı-vərəsələr tərəfindən qəbul edilməsi müddətinin uzadılması, -cavabdeh Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və -xx.xx.2015-ci il tarixli 3M-173 nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, -«Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamənin ləğvi barədə qətnamə qəbul edilməsini -miras əmlakların qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/6 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddia onunla əsaslandırılmışdır ki, ataları X11 xx.xx.1994-cü ildə ölmüşdür. Ondan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllədə yerləşən 218 saylı ev və “Volqa” markalı Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Onlar mərhumun qanun üzrə birinci növbə vərəsələridirlər. Atalarının vəfatından təxminən 21 il sonra Cavabdeh2 digər cavabdeh Sumqayıt şəhər 1 saylı Regional Asan Xidmət Mərkəzinə müraciət edərək mərhumdan miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə istəmiş və iddiaçıların da mərhumun birinci növbə qanun üzrə vərəsələri olduqlarını bildirməmişdir. Təqdim etdikləri 2 saylı forma arayışda miras qoyanın yaşadığı evdə daha bir oğlunun—İddiaçı1 da qeydiyyatda olması göstərilsə də notariat ofisi onu belə cəlb etməmiş və mərhumun yalnız iki nəfər vərəsəsini qanun üzrə birinci növbə vərəsə kimi tanımış və verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd olunan digər vərəsə - anaları X10 həmin şəhadətnamə verilən günü ona çatası miras əmlakdakı ½ payını Cavabdeh2 bağışlamışdır. Atalarından miras qalan ev üzərində onun mülkiyyət hüququ xx.xx.2024-cü ildə DƏDRX Sumqayıt 2 saylı Ərazi İdarəsində qeydə alınmış və onlar həmin sənədin surətini əldə etməklə miras qoyanın vərəsələri kimi onlara miras əmlakdan çatası payın müəyyən edilməsi barədə cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmişlər. Lakin aldıqları cavabdan sonra onlara məlum olmuşdur ki, artıq Cavabdeh2 xx.xx.2015-ci il tarixdə ½ paya 2V-120 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamədə atasına məxsus avtomaşın göstərilməklə mərhum anasının payı ½ hissədə olmuş və anaları da xx.xx.2015-ci il tarixli, 3M-173 nömrəli reyestrlə qeydə alınmış miras payın bağışlanması müqaviləsinə əsasən həmin payını Cavabdeh2 bağışlamışdır. Göründüyü kimi notariat ofisi hətta miras qoyanın yaşadığı evdə faktiki yaşayan və qeydiyyatda olan şəxslərin belə vərəsəliyə cəlb edilmələrini təmin etməmiş, onların fikrini öyrənmədən bu şəhadətnaməni vermişdir. Miras qalan ev onların daima gedib-gəldikləri, qaldıqları ata ocağıdır. Onların hər birinin bu evdə qanun üzrə vərəsələr kimi payları vardır və bu evə dair çıxarış 2024-cü ilin may ayında mərhum atalarının adına rəsmiləşdirilmiş, onlar da həmin miras əmlakdan paylarının müəyyən olunmasını istəyirlər. Lakin qanunsuz olaraq verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və miras payın bağışlanması barədə şəhadətnamə onların bu hüquqlarının reallaşmasına əngəl yaradır. Halbuki miras qoyanın qanun üzrə birinci növbə vərəsələri – övladları olmaqla bu miras əmlakı faktiki olaraq qəbul etmişlər. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 məhkəməyə yazılı izahat ünvanlayaraq göstərmişdir ki, o, 2009-cu ildə X14 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. ünvan 11 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Birgə nikahlarından övladları olmadığına görə bacanağı X15 bir qız uşağını övladlığa götürmüşlər. xx.xx.2016-cı il təvəllüdlü Cəbrayılova Zeynəbin övladlığa götürülmə prosesi məhkəmə yolu ilə bütün qanuni prosedurlara uyğun həyata keçirilmişdir. Hazırda ona qarşı iddia qaldıran qardaş və bacısı olan iddiaçılar övladlığa uşaq götürdüyünə görə, onu vərəsəlikdən məhrum etmək istəyirlər. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontorunun xüsusi notariusu C.M.Qasımov 17 fevral 2015-ci ildə atası X3 həyat yoldaşı, anası X10 və oğlu kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anası 17 fevral 2015-ci il tarixli ərizəsi ilə həyat yoldaşından miras qalmış əmlakın ona düşən ½ mülkiyyət hüququndan imtina etmişdir. Eyni tarixdə o, miras payın bağışlanma müqaviləsinə əsasən ona düşən miras payını ona bağışlamışdır. Təbii ki, bütün bunları indi iddiaçı olan qardaş və bacıları bilmişdir. Onlar həmin vaxt nə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, nə də miras payın bağışlanma müqaviləsinə etiraz etməmişlər. Atasından miras qalan və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona çatan M-21 volqa markalı, 36305AQ dövlət nömrə nişanlı, rəngi ağ, 1966-cı il buraxılışlı avtomobil 2015-ci ildən etibarən onun tərəfindən idarə edilir və bunu indi iddiaçı olan qardaş və bacıları da hər gün görmüş və bilmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməklə bağlı iddia müddətini ötürmüşlər. Lakin anası vəfat etdikdən sonra o, qeydiyyatda olduğu və yaşadığı ata mülkünü adına sənədləşdirmiş, sığortalamaq istəmişdir. Qardaşı, hazırda iddiaçı olan İddiaçı1 təklif etmişdir ki, yaşadıqları torpaq sahəsini iki hissəyə bölüb, hər biri özünə çatası sahəni rəsmiləşdirsin. Məhz bundan sonra Natiq digər iddiaçıları da cəlb edərək qərəzli şəkildə ona qarşı hazırkı iddianı qaldırmışlar. Bildirir ki, ona qarşı iddiaçı olan qardaş və bacılarının hər birinin fərdi evi vardır. Atası böyük qardaşı İsrafilə 1970-ci ildə, digər qardaşı Namiqə isə 1979-cu ildə ev almışdır. 1989-cu ildə isə digər iddiaçı olan Natiqə həyətlərində ayrıca ev tikdirmişdir. İddiaçı olan bacıları isə ailə quraraq, uzun illərdir ki, ata evini tərk etmişlər və ailə üzvləri ilə birlikdə yaşayırlar. Adları çəkilən şəxslərin hazırda hər biri öz evində yaşayır. Bir daha bildirir ki, ona qarşı bu iddianı irəli sürməkdə məqsəd, övladlığa uşaq götürdüyünə görə, onu yaşadığı ata mülkündən, qanunla ona düşən miras paydan məhrum etməkdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-174/2025 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilərək: - X2 miras qalmış, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsinə dair miras əmlakı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməsi, - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsinə dair X4 və Cavabdeh2 adına verilmiş 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147, rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsi iddiaçıların mərhum ataları X5 məxsus olmuşdur. Cavabdeh X10 17 fevral 2015-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Sumqayıt “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna müraciət etmiş, ərizədə özündən başqa sadəcə Cavabdeh2 vərəsə olduğunu qeyd etmiş, həmin tarixdə mübahisəli avtomobilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almışdır. Bundan sonra X10 oğlu Aydına mübahisəli nəqliyyat vasitəsininin ona aid olan hissəsini 17 fevral 2015-ci il tarixdə bağışlamışdır. Məhkəmə qətnaməsində göstərib ki, “cavabdehin etiraz etdiyi hallardan biri odur ki, “hər kəs bilir ki, nəqliyyat vasitəsinin sahibi öldükdə sahib olmadan nəqliyyat vasitəsini idarəetmək mümkün deyildir. Həmin dövrdən də nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. İddiaçı1 də bilir ki, avtomobili cavabdeh idarə edir”, qeyd olunan xüsusat əsaslı deyil. Bu hal onu deməyə əsas vermir ki, digər vərəsələrin qanunla qorunan hüquqları, yəni pay hüquqları pozulmalıdır. Miras əmlakın fakitiki qəbulu digər vərəsələri onlara çatası paydan məhrum etmir.

17. Bundan əlavə torpaq sahəsi ilə bağlı digər vərəsələrin məhkəmə mübahisəsi olduğu və qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamaları məhkəmə tərəfindən üzürlü hal hesab edilməklə, onun qəbulu üçün ötürülmüş müddət bərpa edilməlidir. Məhkəmə cavabdehin etirazının dəlillərində iddia müddətini ötürməklə bağlı verdiyi mülahizəni qanunvericiliyin tələbi baxımından əsaslı hesab etməyib və qeyd edib ki, X2 miras qalmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsi üzərində miras əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir.

18. Məhkəmə qeyd edib ki, Cavabdeh2 notariat orqanına müraciət edərkən vərəsələrin dairəsini nəzərdə tutan ərizəsini qanunla nəzərdə tutulan formada, yəni digər vərəsələrin olması barədə məlumatı verməmiş, nəticədə notarius da həmin vərəsələrin çağrılması üçün zəruri hərəkətlər etməyərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçıların həmin əmlakdan pay almaq hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə iş üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 149.2, 329.1, 337, 1243, 1248, 1252, 1253, 1301-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.

21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini qismən təmin etmiş, lakin cavabdehin adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamənin ləğvi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsi ilə razı olmadığı üçün ondan apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlər və sübutlarla miras predmetinə daxil olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsinə dair miras əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən qəbul edilməsi faktı təsdiq olunmuş və məhkəmə buraxılmış müddəti bərpa etməklə Cəbrayıl İsrafil oğlunun mülkiyyətində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 10 nömrəli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışına əsasən M-21 markalı, 36305 AQ qeydiyyat nişanlı, mühərrik N-si N/Z, şassi 399147 rəngi ağ, 1966-cı il buraxılışlı nəqliyyat vasitəsinə dair X4 və Cavabdeh2 adına verilmiş 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv etmiş,lakin iddia tələbini qalan hissədə təmin etməmişdir. İddia tələbinin digər hissəsi ləğv olunmuş şəhadətnamə əsasında cavabdeh DYP tərəfindən verilmiş nəqliyyat vasitəsinin şəhadətnaməsi olmuşdur. Həmin şəhadətnamənin cavabdeh adında qüvvədə qalması miras qoyanın digər vərəsələrinin mülkiyyət hüquqlarının pozulmasına xidmət edir. Göründüyü kimi vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunduğu üçün həmin şəhadətnamə əsasında verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamə də ləğv olunmalıdır, çünki iddiaçı miras əmlakın şəriki olaraq həmin əmlak üzərində vərəsə payına-mülkiyyət hüququna malikdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

22. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, miras əmlaka dair 2015-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən yalnız 07 iyul 2024-cü ildə məlumat əldə ediblər. Bu dogru deyildir. İddiaçılardan yalnız İddiaçı1 miras əmlaka daxil olan torpaq sahəsində yaşayır, istifadə edir, digər iddiaçılar isə torpaq sahəsində yerləşən evdə qeydiyyatda deyil, ondan istifadə etmir və daimi olaraq başqa ünvanlarda yaşayırlar. Hətta bununla bağlı Reyestr Xidmətindən əldə edilmiş məktubdan görünür ki, iddiaçılardan Namiq və İddiaçı4 mülkiyyətlərində daşınmaz əmlak mövcuddur. Eyni zamanda Sumqayıt Şəhər Kommunal X9 21 noyabr 2024-cü il tarixli arayışında mübahisəli torpaq sahəsində 2 evin olduğu, birində İddiaçı1, digərində isə Cavabdeh2 yaşadığı qeyd edilib. Göründüyü kimi, iddiaçılardan yalnız İddiaçı1 miras əmlakın bir hissəsi olan torpaq sahəsindən istidadə edir, orada qeydiyyatdadır. Digər iddiaçılar miras əmlakı qanuni və faktiki əsasla qəbul etməyiblər. İddiaçı1 miras əmlakı faktiki olaraq qəbul etmiş hesab olunsa da, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün nəzərdə tutulan müddəti ötürüb. Belə ki, 17 fevral 2015-ci ildə miras əmlakın bir hissəsi olan nəqliyyat vasitəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib və həmin vaxtdan Cavabdeh2 qanuni əsaslarla “Volqa” markalı avtomaşını idarə edib, həmin nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olub. Miras əmlakın digər hissəsi olan torpaq sahəsinə isə 22 iyun 2018-ci ildə mərhum Cəbrayıl Cəbrayılovun adına çıxarış alındıqdan sonra həmin sahənin ½ hissəsinə 18 avqust 2018ci ildə iddiaçıların anası Qızılgül Cəbrayılovanın mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. Q. Cəbrayılova ona məxsus olan torpaq sahəsini (ümumi sahənin ½ hissəsini) qızı İradə Cəbrayılovaya bağışlayıb. İddiaçılardan İddiaçı1 həmin dövrdə məhkəməyə iddia verərək şəhadətnamənin etibarsız hesab edilməsini xahiş edib və Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilib. Hazırda İddiaçı1 iddia edir ki, həmin dövrdə vərəsəlik işinin açılmasından xəbərsiz olub, lakin həmin dövrdə N. Cəbrayılovun belə bir iddia verməsi üçün əsasların haradan yaranması müəyyən edilməyib. İddiaçı1 həmin dövrdə, həqiqətən də, vərəsəlik işinin açılması, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbərsiz olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Eyni zamanda digər iddiaçılar miras əmlakdan indiyə qədər istifadə etmələrinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Onların məhkəməyə təqdim etdiyi yeganə sənəd 06 sentyabr 2024-cü ildə qonşuların iştirakı ilə tərtib edilmiş aktdır ki, həmin akt əsaslı sübut kimi qiymətləndirilə bilməz. Bu aktdan başqa, iddiaçılar miras əmlakdan istifadə etmələri ilə bağlı hər hansı sübut (miras əmlaka dair kommunal ödənişlərin ödənilməsi, yerli vergilərin ödənilməsi və s.) arayış, qəbz təqdim etməyiblər. İşə baxan məhkəmə sadalanan ziddiyyətli məqamlara aydınlıq gətirməyib, cavabdehin təqdim etdiyi sübutları nəzərə almamasını əsaslandırmayıb. Ümumiyyətlə məhkəmə qətnaməsindən iddiaçıların miras əmlakı faktiki qəbul etməsinin hansı sübutlarla təsdiq edildiyi müəyyən edilmir. Məhkəmə öz qətnaməsində Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarına da istinad edib. Belə ki, həmin qərarda açıq-aşkar qeyd edilib ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsinin qərarının 26 dekabr 2023-cü ildə qəbul edildiyini, vərəsəlik işinin bu tarixdən daha əvvəl açıldığını nəzərə alsaq, məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını hazırkı işə tətbiq etməkdə haqlı olmayıb. Bununla da Məhkəmə maddi hüquq normalarını pozub. Bu da məhkəmə qətnaməsinin Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı5, İddiaçı2 ayrı-ayrılıqda verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətinə isə etiraz edərək mübahisə predmeti olan miras əmlakın tərəflər arasında bərabər payda bölünməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfin apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. İddia tələbində mübahisəli avtonəqliyyat vasitəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinə dair verilmiş şəhadətnamənin ləğv olunması tələb edilmişdir. Birinci instansiya məhkəməsi həmin bağışlama müqaviləsini etibarsız hesab etsə də, nəqliyyat vasitəsinə dair şəhadətnaməni ləğv etməmişdir. Həmin nəqliyyat vasitəsi üzərində Cavabdeh2la anası Qızılgül Cəbrayılovanın payları ½ hissədə müəyyən olunmuşdur. Bundan sonra da Qızılgül Cəbrayılova ona düşən miras payı Cavabdeh2ya bağışlamışdır. Cavabdeh2 da həmin bağışlama müqaviləsi əsasında nəqliyyat vasitəsinə dair şəhadətnamə almışdır. Bağışlama müqaviləsi etibarsız hesab edildiyindən onun əsasında verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamə də ləğv olunmalıdır. Odur ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş edir. İddia tələbinin digər hissəsinə münasibətdə isə bildirdi ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 1/218 saylı fərdi yaşayış evi həyətində 3 yaşayış evi var. Onlardan birində İddiaçı1 öz ailə üzvləri ilə birlikdə yaşayır və həmin ünvanda da doğulduğu gündən hal-hazıradək qeydiyyatdadır. Həmin həyətdə yerləşən evlərdən digərində Cavabdeh2 öz ailəsi ilə yaşayır. Həmin həyətdə daha bir yaşayış evi də var ki, həmin evdən əvvəllər tərəflərin mərhum anaları Qızılgül Cəbrayılova sağlığında istifadə etmişdir. Hazırda isə həmin evdən digər vərəsələr istifadə edirlər, gəlib həmin evdə yaşayırlar, kommunal xidmətlərdən istifadə haqqını ödəyirlər. Bütün varislər mərhum atalarından qalan evi faktiki qəbul edib idarə edirlər. Göstərilənlərə əsasən İddiaçı1 nümayəndəsi və vəkili Sevda Rufullayeva sonda iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsassızdır və iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 1/218 saylı fərdi yaşayış evi həyətində 3 deyil, 2 yaşayış evi var. Onlardan biri – ata mülkü 1959-cu ildə inşa edilib, digəri isə qardaşı İddiaçı1 üçün 1989-cu ildə mərhum ataları tərəfindən tikilmişdir. M-21 markalı nəqliyyat vasitəsinə gəlincə isə, həmin avtomobili anasının sağlığında, 2015-ci ilin fevral ayının 17-də öz adına keçirib, bunu iddiaçılar da biliblər. Bundan sonra onun müraciəti əsasında “Asan xidmət” Mərkəzinin notariusu tərəfindən də ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən avtomobil üzərində ½ hissədə anası ilə onun payları bərabər müəyyən edilmiş, sonra da anası öz miras payını ona bağışlamışdır. Həmin avtomobillə iddiaçının qızının toyunda, digər iddiaçıların müxtəlif işlərində iştirak edib. 10 ildir ki, avtomobili texniki baxışdan keçirdir, sığorta ödənişləri edir. Bu müddət ərzində həmin avtonəqliyyat vasitəsinə dair iddiaçı tərəf heç bir etiraz etməmişlər. Göründüyü kimi iddiaçılar mirası qəbul edilmə müddətini ötürüblər. Lakin məhkəmə bu halları araşdırmamış və iş üzrə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh sonda onun apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, tərəflər mübahisəli torpaq sahəsini faktiki olaraq öz aralarında bölüblər və uzun illərdir ki, faktiki bölgüyə uyğun yaşayırlar. İddiaçı1 başqa digər iddiaçılar mübahisəsi gedən evdə qeydiyyatda deyillər, hər birinin daimi olaraq yaşadığı öz mənzilləri var. Reyestr Xidmətindən əldə edilən və iş materiallarına əlavə edilən məlumatdan görünür ki, iddiaçılardan Namiq və İddiaçı4ların mülkiyyətində daşınmaz əmlaklar mövcuddur və həmin ünvanlarda yaşayırlar. İddiaçılar İddiaçı3 və İddiaçı5 isə ailə qurmuşlar və başqa ünvanda yaşayırlar. Həmin şəxslərin mübahisəli əmlaka heç bir bağlılıqları yoxdur, faktiki olaraq da həmin əmlakı qəbul etməyiblər. İddiaçılar iddia tələbində miras əmlakdan istifadə etdiklərini və miras əmlaka dair 2015-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən 2024-cü ildə məlumat əldə etdiklərini bildiriblər. Məhkəməyə təqdim edilən Sumqayıt şəhər Kommunal X9 arayışından görünür ki, mübahisəli torpaq sahəsində 2 fərdi yaşayış evi var, onların birində İddiaçı1, digərində isə Cavabdeh2 yaşayır. Lakin qarşı tərəfin təqdim etdiyi aktda isə sözügedən ünvanda bütün iddiaçıların yaşadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfin təqdim etdiyi akta istinad etmiş, bir-birilə ziddiyyət təşkil edən cavabdeh tərəfdən təqdim edilmiş arayışla qarşı tərəfin verdiyi akt arasındakı ziddiyyəti araşdırmayıb. Eyni giriş-çıxış qapısı olan ünvanda bir həyətdə uzun illərdir ki, avtomobil giriş-çıxış qapısının yanındadır və cavabdeh tərəfindən idarə olunur. Qarşı tərəf avtomobilin hər hansı sənəd olmadan idarə edilməsinin mümkünsüzlüyünü bilməli idi. Göründüyü kimi iddiaçı tərəf mirası qəbul edilmə müddətini ötürüblər. Bu səbəbdən də iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

28. Cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusu Ə.M.Əmirəliyev məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya tərəfindən 3-cü şəxs qismində cəlb edilərək məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər vərəsə X6 və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir.

29. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

31. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 530. Qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Maddə 563. Miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2000-ci il redaksiyalı) Maddə 1252. İrsi transmissiya Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı iddianın təmin olunmayan, cavabdeh isə iddianın təmin olunan hissəsini münahisələndirirərək qətnamənin ləğv olunmasını xahiş edirlər. Göründüyü kimi hər iki tərəf şikayət verməklə qətnamə ümumilikdə mübahisələndirilir.

36. Ona görə də kollegiya hazırkı işin vərəsəlik hüquq münasibətindən irəli gəldiyini və prosessual qənaət prinsipini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-174/2025 nömrəli qətnaməsi ləğv edilərək, əvvəlki və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir

39. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə, eləcə də hazırkı mübahisənin vərəsəlik hüquq münasibətindən irəli gəldiyini nəzərə alaraq, miras qoyanın bütün vərəsələrinin işə cəlb edilməklə və onların mövqeyi nəzərə alınmaqla mübahisənin araşdırmasını zəruri hesab etmişdir. Bu mövqe həm də prosessual qənaət prinsipi ilə uzlaşır.

40. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb bir neçə hissədən ibarət olmaqla-1) mirasın qəbul edilməsi müddətinin uzadılması, 2) miras əmlak olan avtomobilə dair verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, 3) payın bağışlama müqaviləsinin etibarsız hesab olunması, 4) avtomobilə dair Cavabdeh2 adına qeydiyyat şəhadətnaməsinin ləğvi və sonda 5) miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi barədədir.

41. Göründüyü kimi, tələb bir neçə ayrı-ayrı hissədən ibarət olsa da, dolayısı ilə biri-birilə sıx əlaqəlidir. Konkret halda, tələbin ilk birinci hissəsi öz həllini tapmadığı halda, digər hissələrin araşdırılmasına zərurət qalmır, eyni zamanda iddianın 2-4-cü hissələri müsbət həll olunmadığı halda, qalan hissənin araşdırılmasına lüzum qalmır.

42. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

43. Baxılan iş üzrə də ilk olaraq bildirilir ki, miras qoyan şəxs Cəbrayıl Cəbrayılov 1994-ci il tarixdə vəfat etdiyindən, hazırkı vərəsəlik hüquq münasibətləri ona münasibətdə 2000-ci ildən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normaları əsasında, onun arvadı (tərəflərin anası) Qızılgül Cəbrayılova isə 2023-cü ildə vəfat etdiyindən sonuncuya münasibətdə qüvvədə olan Mülki Məcəllənin normaları ilə (irsi transmissiya qaydasında) həll edilməlidir.

44. İkincisi, məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, mirasın qəbul müddətinin uzadılması üçün üzrlü səbəblərin olub-olmamasına xüsusi diqqət yetirilməlidir.

45. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, tərəflərin atası olan miras qoyan Cəbrayıl Cəbrayılov xx.xx.1994-cü il tarixdə, onun arvadı Qızılgül Cəbrayılova isə 2023-cü ildə (“Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən) vəfat etmişdir.

46. Miras qoyan C.Cəbrayılovun ölümündən sonra onun birinci növbə vərəsə kimi arvadı Qızılgül (2023-cü ildə vəfat etmişdir), övladları Natiq, Namiq, Cəmilə, İsrafil, Rəna, Aydın və İradə adlı övladları qalmışdır.

47. İşin mübahisəsiz tərəfindən göründüyü kimi mərhum Cəbrayıl Cəbrayılovun vəfatından sonra «Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı 0,08 ha torpaq sahəsi miras qalmışdır.

48. Sözügedən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, 218 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlar (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən) X3 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir.

49. Miras qalmış avtomobillə bağlı isə 17 fevral 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələr Q. Cəbrayılovaya və A. Cəbrayılova miras əmlakdan bərabər pay verilmiş, sonra Q.Cəbrayılova öz miras payını “miras payın bağışlanma müqaviləsi”nə əsasən Cavabdeh2 bağışlamışdır. Hazırda avtomobil sonuncunun adınadır.

50. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etməyi vacib bilir ki, miras qoyan şəxs 1994-cü il tarixdə vəfat etdiyindən, həmçinin sözügedən vərəsəlik işi üzrə mübahisə xx.xx.2024-cü il tarixdən sonra məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları hazırkı işə tətbiq oluna bilməz.

51. Ona görə ki, sözügedən Plenum Qərarının “qərara aldı” hissəsinin 3-cü bəndində mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi göstərilmişdir.

52. Göründüyü kimi hazırkı mübahisə hər iki halda qərarın 3-cü bəndinin təsiri altına düşmür. Məhz bu kontekstdən yanaşan kollegiya belə qənaətə gəlir ki, hazırkı mübahisənin həlli əvvəllər mövcud olmuş qanunvericiliyin normaları və formalaşmış vahid məhkəmə təcrübəsi əsasında həll edilməlidir.

53. Kollegiya qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

54. İstər 2000-ci ilədək qüvvədə olmuş, istərsə də ondan sonrakı qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

55. Məhkəmə kollegiyası vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

56. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn, notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn, vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər.

57. Baxılan iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, miras qoyan C.Cəbrayılovdan miras qalmış torpaq sahəsində iki ev mövcud olmuş, həmin evlərdən birində İddiaçı1, digərinin bir hissəsində isə cavabdeh daimi yaşamaqla mirası faktiki şəkildə qəbul etdiyiklərini şəksiz nümayiş etdirmişlər.

58. Vərəsələrin bildirdiyinə görə digər ev (Cavabdeh2 yaşadığı ev) iki hissəyə bölünərək, bir hissəsində ailəsi ilə birlikdə cavabdeh yaşamış, digər hissəsi isə miras qoyandan miras qalmış əmlaklar (xalça, palaz və s.) saxlanılmaqla otaqların açarı vərəsələr Cəmilə, Rəna və İsrafildə olmuş və sonuncular mütəmadi olaraq həmin evə gedib-gəlməklə, evin təmizliyini həyata keçirməklə, həmin hissə ilə bağlı yaranmış kommunal xidmətləri ödəməklə mirası faktiki şəkildə qəbul etmişlər. Hətta bununla bağlı vərəsələr arasında uzun müddət mübahisə də olmamışdır. Hətta iddiaçılar bununla bağlı müvafiq aktlar və kommunal ödənişlərin həyata keçirməsi ilə bağlı qəbzlər də təqdim etmişlər.

59. Apellyasiya icraatı zamanı Cavabdeh2 da bunları inkar etməmiş, atasından miras qalmış torpaq sahəsi üzərində inşa edilmiş evin birində qardaşı İddiaçı1 yaşadığını, digər evin iki hissəyə bölünməsini, digər hissənin açarlarının bacı və qardaşlarında olmasını, sonuncuların mütəmadi olaraq həmin evə gəlib-getdiklərini, həmin hissə ilə bağlı kommunal xidmətlərin onlar tərəfindən ödənildiyini qəbul etmişdir. Lakin sonuncunun mübahisələndirdiyi hal ondan ibarətdir ki, miras qalmış avtomobil yalnız ona çatmalı, torpaq sahəsi də iki hissəyə bölünməlidir.

60. Göründüyü kimi miras qoyanın ölümündən xeyli müddət keçməsinə baxmayaraq, iddiaçılar miras qalmış əmlakı paylara uyğun rəsmiləşdirməsələr də, faktiki olaraq qəbul etməklə bunu şəksiz qaydada nümayiş etdirmişlər.

61. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, yalnız qanunla müəyyən edilmiş hallarda mirasın qəbulu müddəti uzadıla bilər. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

62. Lakin araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar atalarından miras qalmış əmlakı (analarından isə irsi transmissiya qaydasında) faktiki qaydada qəbul etmiş, bununla bağlı öz iradələrini miras açılan andan bəyan etmişlər. Ona görə də kollegiya hesab edir ki, istər rəsmi, istərsə də faktiki qəbul edilmiş mirasın qəbul müddətinin uzadılmasına zərurət yoxdur. Çünki yuxarıda qeyd edildiyi kimi mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır.

63. Hazırkı halda isə iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərməmiş və işdən mirasın qəbulu ilə bağlı gecikmənin olması müəyyən edilməmişdir.

64. Qeyd edilir ki, vərəsə mirasın bir hissəsini qəbul etməklə, artıq bütün mirasın qəbul edildiyini bəyan etmiş olur. Yəni qanunvericilik mirasın hissəvi qəbulunu və ya hissəvi imtinanı qəbul etmir. Ona görə də kollegiyanın qənaətinə görə, nə qədər ki iddiaçılar atalarından miras qalmış daşınmaz əmlakın faktiki idarəçiliyində, qəbulunda iştirak edib, onda ehtimal olunar ki, onlar bütün mirasın qəbulu edib.

65. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun.

66. Məhkəmə kollegiyası hesab edir ki, belə olan hallarda iddiaçıların əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

67. Kollegiya apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş vərəsə İradə Quliyevaya (Cəbrayılovaya) münasibətdə qeyd edir ki, sonuncu mövcud mübahisə ilə bağlı məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla bağlı öz iradə ifadəsini bildirməmişdir. Hətta proses iştirakçıları İ.Quliyevanın mübahisəyə qoşulmadığını bildirmişlər. Ona görə kollegiya belə qənaətə gəlir ki, mirasın açılmasından xeyli müddət keçməsinə baxmayaraq, sonuncu mirasın qəbulu, ona pay verilməsi ilə bağlı öz mövqeyini bildirmədiyindən onun hərəkətləri “vərəsənin susması” kimi qiymətləndirilməlidir.

68. Çünki, yuxarıda qeyd edildiyi kimi, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, bu həmin hüququn itirilməsini ehtiva edir.

69. Sonda, o da qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

70. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).

71. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməli, cavabdeh Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və xx.xx.2015-ci il tarixli 3M-173 nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, «Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamə ləğv edilməli, miras əmlak olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı 0,08 ha torpaq sahəsi və “Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın üzərində paylar vərəsələr - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 arasında bərabər şəkildə (hər birinə 1/6 hissə olmaqla) bölünməlidir.

72. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-174/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2015-ci ildə verilmiş 2V-120 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə və xx.xx.2015-ci il tarixli 3M-173 nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilsin. «Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinə dair şəhadətnamə ləğv edilsin. Cəbrayıl Cəbrayılovdan miras qalmış Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllədə yerləşən 218 saylı 0,08 ha torpaq sahəsi və “Volqa» markalı, Z6305AQ dövlət qeydiyyat nişanlı avtomaşın üzərində paylar vərəsələr - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh2 arasında bərabər şəkildə (hər birinə 1/6 hissə olmaqla) bölünsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar