Məhkəmə qərarları › İş №2(105)-603/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-603/2024

23.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-603/2024 23.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı X4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3751/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı X7 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı X4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mülki hüquqpozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbinin torpaq sahəsindən çıxarılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı X7 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3751/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı X4 vəkilinümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 2(012)-3751/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı X7 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mülki hüquq-pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən sahibliyində və istifadəsində olmuş 0.10 ha torpaq sahəsindən çıxarılması, sökülmüş evin dəyəri olan 51000 (əlli bir min) manat məbləğində maddi zərər, 20000 (iyirimi min) manat məbləğində mənəvi zərər, müvəqqəti təminat tədbirləri barədə ərizənin verilməsinə görə ödənilən 30,30 (otuz manat otuz qəpik) manat rüsumun və iddia ərizəsinin verilməsinə görə ödənilən 303 manat rüsumun Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı X1 Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, e-2(012)- 3751/2023 nömrəli qərardadı tam əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2013-cü il tarixində saxta bölgü eskizi tərtib edərək 1 saylı Abşeron rayon Notariat Kontorunda təkbaşına təsdiqlətmişdir, halbuki bölgü eskizində “Bölgü ilə razıyam, şikayətim, etirazım və əlavəm yoxdur. Bölgü eskizini imzamızla təsdiq edirik” qrafası var, buda ona dəlalət edir ki, həmin bölgü eskizini torpaq sahəsini satan X6 mütləq imzalamalı idi. Aydın görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli ikinci bölgü eskizini saxtalaşdırdığı üçün X2 gizli saxlamaq qərarına gəlmişdir. Həmin saxta bölgü sxeminə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixində (alqı-satqı müqaviləsi bağlanandan 7 il sonra, saxta bölgü eskizinə əsasən) çıxarış ala bilmişdir ki, bunun da nəticəsində Abşeron Rayonu Saray qəsəbəsi Rza Təhmasıb küçəsində yerləşən və 1999cu ildə iddiaçı tərəfindən inşa edilən evi sökdürülməsinə nail olmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2019-cu il tarixli, **********77 saylı cavab məktubunda göstərilmişdir ki, ...”X1 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etməmiş, adıçəkilən torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildirir ki, Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma nəticəsində İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş Cavabdeh mülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Daha sonra xx.xx.2021-ci il tarixli, 383 saylı vəkil sorğusuna verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********76 saylı cavab məktubunda göstərilmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan 0.10 hatorpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan **********43 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə verilmiş 0.10 ha. torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları əsasında üst-üstə düşmə halı aşkar edilməmişdir”. Daha sonra 3-cü dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxs 4-saylıAbşeronƏrazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-3223/2023 saylı cavab məktubunda bir daha təsdiqlənmişdir ki,” İddiaçı faktiki istifadəsində olan 0,10 ha. torpaq sahəsi ilə vətəndaş GülmalıyevVahid Abbas oğlununmülkiyyətində olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığı 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi halı aşkar edilməmişdir.” Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışı təqdim etmişdir hansı ki, ona xx.xx.2013-cü il tarixli **********43 reyestr nömrəli çıxarış əsasında verilmişdir. xx.xx.2021-ci il tarixli **********98 reyestr nömrəli çıxarışda isə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,07 ha-dan ibarət olması göstərilmişdir. Lakin həmin çıxarışda göstərilən torpaq sahəsi ilə də iddiaçının faktiki istifadəsində və sahibliyində olmuş 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-H0097-8 saylı cavab məktubu ilə bir daha təsdiqlənmişdir ki, ...”sözügedən torpaq sahəsinin **********06 reyestr nömrəli çıxarışla ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-1843 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə başqa şəxsə (X3) məxsus sənəd üzrə torpaq sahələri üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsi isə X3 məxsusdur, yəni Cavabdeh mülkiyyətində olan 0,07 ha torpaq sahəsi başqa yerdə olmalı halda səhvən iddiaçının istifadəsində olan torpaq sahəsinə yönəldilərək evi söküntüyə məruz qalmışdır. Hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatında İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4-saylı Abşeron Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyətn hüququnun daşınmaz əmlakın dövlət reyetstrində qeydiyyata alınması və daşınmazəmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 2-1(118)- 761/2024 nömrəli inzibati iş baxılmaqdadır. Həmin işlə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. e-2(012)-3751/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsaslanması səhvdir, çünki tərəflər eyni olsa da iddianın predmeti tam fərqlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər tarixli 250 пömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə tоrраqlаrıп elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmiп оluпmаsıпа dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Bu rəydən də görünür ki, Cavabdeh çıxarışında göstərilən torpaq sahəsindən belə söhbət getmir, ona məxsus torpaq sahəsi tamamilə başqa yerdə yerləşir, Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)- 219/2015 nömrəli 18 fevral 2015-ci il tarixli qətnamə qəbul edilərkən 4 saylı Abşeron Ərazi İdarəsi işə cəlb olunmamışdır nə də ondan mütəxəssis rəyi istənilməmişdir, bunun nəticəsində səhv qənaətə gəlinərək qeyri-obyektiv qətnamə qəbul olunmuş, iddiaçı öz halal torpaq sahəsində çıxarılaraq evi sökülmüşdür. Həmin e- 2(012)-3751/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsaslanması səhvdir, çünki tərəflər eyni olsa da iddianın predmeti tam fərqlidir. e-2(012)-3751/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərkən tərəflər eyni olsa da iddianın predmetinin tam fərqli olması diqqətdən yayınmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdən görünür ki, X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 23 yanvar 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı X4 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli və onunla bağlı 23 yanvar 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar