Məhkəmə qərarları › İş №2(105)-605/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-605/2023

06.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-605/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iş üzrə (Açar sözlər: daş hasarın sökülməsi, torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-51/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Masazır kəndində yerləşən 2.04 ha torpaq sahəsinin 0.03 ha hissəsini İddiaçı, 0.03 ha hissəsini X4 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 10/4839 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığını müəyyən etmək mümkün olmadı) müəyyən olundu. Həmçinin, qeyd olunur ki, faktiki naturada mübahisəli yolun daxilində kanalizasiya xətlərinin, mişar daşlarının, içi su ilə dolu olan metal qabın (torpaq səviyyəsində) mövcudluğu həmin yolda avtomobilin hərəkətinə maneə yaradır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmış yolun həmin hasarın cavabdehin hesabına sökülməklə açılması, onun Abşeron rayonu, Masazır kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə daxil olmağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli, AN seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (torpaq alqı-satqısı) əsasən X5 mülkiyyətində olan və Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 2,04 ha olan torpaq sahəsindən 0,03 ha torpağı 3000 manata ona satmışdır. Bundan sonra, həmin torpaq sahəsi ona təhvil verilmiş və həmin vaxtdan, torpaq sahəsinə dair o öz adına çıxarış aldığı vaxta qədər onun sahiblik və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Həmin planda torpaq sahəsinin yerləşdiyi yer, kordinatları və digər məlumatlar göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi tikməyə başlamışdır. Uzun müddət ərzində həmin evin tikintisini davam etdirmiş və hazırda evin tikintisi bitsə də, evin içərisinin təmiri başa çatmamışdır. Torpaq sahəsinə dair plan və ölçü tərtib edilərkən və çıxarış verilərkən torpaq sahəsinə giriş-çıxış üçün yol nəzərdə tutulmuşdur. O da torpaq sahəsinə nəzərdə tutulmuş giriş-çıxış yolu ilə giribçıxmışdır. Həmçinin, həmin yoldan istifadə etməklə torpaq sahəsinə minik və yük avtomobilləri gəlib-getmişdir. Evin tikintisi üçün materiallar gətirən ağır yük avtomobilləri həmin yoldan giribçıxmışlar. Cavabdeh ona məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi almış və orada tikinti işləri aparmışdır. Lakin, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə ona torpaq sahəsindən rahat istifadə etməyinə və həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olmuşdur. Belə ki, Cavabdeh heç bir icazə və razılıq olmadan istifadəsində olan torpaq sahəsinin ətrafına hasar çəkərkən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun bir hissəsini də hasara alaraq öz torpaq sahəsinə daxil etmiş, bununla da onun mülkiyyətində olan torpaq sahəsi və orada olan evindən istədiyi kimi yararlanmağına, torpaq sahəsinə daxil olmağına və oradan istifadə etməyinə maneə yaratmışdır. Cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan ona məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassızdır, bu baxımdan aradan qaldırılmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-51/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda Cavabdeh tərəfindən inşa edilmiş daş hasar Cavabdeh hesabına sökülməklə açılması və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmağına yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda Cavabdeh tərəfindən inşa edilmiş daş hasar həmin yolun eni cavabdehin hesabına sökülməli, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmağına yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv eidlməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamış, onun sahiblik hüququnu pozmuşdur. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qərar qəbul edərkən iddiaçının xüsusi mülkiyyətçi olmasını əsas götürərək onun sahiblik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mübahisəli torpaq sahəsi və tikilinin qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrılıbayrılmaması deyil, iddiaçının hansı hüququnun pozulması aydınlaşdırılmalı olduğu hada, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını ona münasibətdə pozmuşdur. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti müvafiq məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən çəkilmiş daş hasarın ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunu bağladığından, həmin daş hasarın cavabdehin hesabına sökülməsini, torpaq sahəsindən istifadəyə olan manelərin aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə iddiaçının heç bir hüququnu pozmadığını, onun özününü istifadəsində olan sahəyə dair hüquqmüəyyənedici sənədinin olmadığını, faktiki onun istifadəsində olduğunu, həmin kanalizasiya xətləri, mişar daşları, su qabı kimi ekspert rəyində qeyd edilmiş manelərin heç biri ona aid olmadığını,iddiaçıya hər hansı mane olmadığını, hər hansı sahə zəbt etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə öhdəliyi bilavasit məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı daş hasarın cavabdeh tərəfindən tikilməsi, habelə həmin daş hasarın onun torpaq sahəsinə giriş-çıxış üçün mane yaratması, yolunu bağlaması, habelə digər manelərin nədən ibarət olması və bu manelərin məhz cavabdeh tərəfindən törədilməsi və bununla onun hansı hüquqlarının pozulması kimi halları sbüut etmək vəzifəsini daşıyır. Lakin iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qeyd edilən halların müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir (yalnız fotoşəkillər təqdim edilmişdir ki, həmin sübut əsasında isə iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün deyildir). Bundan əlavə, iddiaçı məhkəmə araşdırması zamanı cavabdehin ona gələcəkdə mane ola biləcəyi kimi ehtimallara (ona veteranlar üçün avtomobil veriləcəyi, həmin avtomobil verildiyi halda, o avtomobillə hərəkət edə bilməyəcəyi kimi hallara) istinad etmişdir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun pozulmasına və ya mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik olunmasına əsas verən hal kimi istinad olunan ehtimallar real olmalı, həqiqi hallarla bağlı olmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair ekspert r.əyinin məznunundan aydın olur ki, faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığını müəyyən etmək mümkün olmadı) müəyyən olundu. Həmçinin, qeyd olunur ki, faktiki naturada mübahisəli yolun daxilində kanalizasiya xətlərinin, mişar daşlarının, içi su ilə dolu olan metal qabın (torpaq səviyyəsində) mövcudluğu həmin yolda avtomobilin hərəkətinə maneə yaradır. Həmçinin, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, müvafiq ekspert rəyində mane kimi qeyd edilmiş hallar onun torpaq sahəsindən istifadəsi üçün mane yaratmır, onun üçün yeganə mane daş hasardır. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, həmin daş hasar indiki halda cavabdehin faktiki istifadəsində olan sahə ilə bağlı olmaqla, qonşu sahə ilə sərhəddi müəyyən edir. Həmçinin, müvafiq ekspert rəyində həmin daş hasarın torpaq sahəsinə giriş-çıxış üçün və avtomobillərin hərəkəti üçün hər hansı mane yaratmaması, yalnız yük avtomobillərinə münasibətdə (məsafə 4,5 metr olmalı olduğu halda 3,9 metr olmuşdur ) mane yarada bilməsinin mükünlüyü, lakin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığından, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmaması halı müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, indiki halda mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlamadığından (hansıki iddiaçının iddia tələbində bu əsas qeyd edilmişdir), bununla bağlı maneə yaratmadığından, avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələblərinin pozulmadığından, habelə qonşu sahələr arasında sərhəddi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığından, faktiki onun istifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən hallara dair heç bir mötəbər sübut vasitəsi təqdim edilməmişdir. Nəticə etibarilə, hazırki mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində iddiaçının ona məxsus torpaq sahəsinə giriş-çıxış üçün hansı manelərin mövcudluğu halının müəyyən edilməsi, bununla da iddiaçının hansı hüquq və mənafelərinin pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, qeyd olunan halları sübutetmək vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşmüşdür. Bununla da, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.4-cü maddəsinin (tikilinin söklməsinə münasibətdə həmçinin 180.4-cü maddəsinin) dispozitiv şərtləri aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin halları tam aydınlaşıdırılmamış, hazırki mülki iş üzrə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən, cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının pozulması, manelərin nədən ibarət olması kimi halları aydınalşdırmamış, bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hissədə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid olsa da, iddiaçının məcburi köçkün qismində çıxış etməklə, məhkəmə xərclərini ödəməkdən azad olunması halı halının qanunvericiliyin qeyd olunan tələbi baxımından nəzərə alınmasını zəruri hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-51/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar