Məhkəmə qərarları › İş №2(105)-606/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-606/2023

06.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-606/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsini xx.xx.2022-ci il tarixdə təhvil almışdır (xəbərnaməyə əsasən). Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 364/2022 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3, 129, 130 və 130.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xəbərnamədən görünür ki, cavabdeh sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinın axımı qətnamənin cavabdehin qətnaməni aldığı gündən, xx.xx.2022ci ildən başlamış və həmin müddət xx.xx.2022-ci ildə qurtarmışdır. Cavabdehin vəkili qeyd olunan qətnamədən apelyasiya şikayətini isə xx.xx.2022-ci ildə təqdim etməklə müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etmədiyindən apelyasiya şikayət geri qaytarılmalıdır. Şikayətin dəlilləri: Cavabdeh müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, poçt qəbzində imza ona məlum olmayan, bu iş üzrə səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iş materiallarında olan sifarişli poçt xəbərnaməsində isə 31 avqust 2022 -ci il tarixli qətnamənin xx.xx.2022-ci il tarixdə ona çatdırılması barədə “soyadı, imzası”, “soyadı, vəzifəsi, imzası” və “soyadı, qohumluq dərəcəsi, vəzifəsi və imza” qrafalarında sadə cizgilərdən ibarət bir imza icra olunmaqla, həmin imzanı icra еtmiş şəxs barədə həmin şəxsin soyadını, adını, atasının adını, ünvan sahibi оlan fiziki şəxsə münasibəti barədə heç bir məlumat göstərilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə мəhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələblərinə riayət olunmaması hazırki iş üzrə 31 avqust 2022-ci il tarixli məhkəmə qətnaməsinin həqiqətən də 03 oktyabr 2022-ci il tarixdə ona (ona hər-hansı münasibəti olan şəxsə və ya cavabdehin vəzifəli şəxsinə) çatdırılmasını müəyyənləşdirməyə imkan vermir. Оna görə də işin materiallarında olan poçt хəbərnaməsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, həmin sənəd 31 avqust 2022-ci il tarixli qətnamənin ona çatdırılması barədə mötəbər sübut kimi qəbul oluna bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi barədə məlumatı Abşeron rayon İcra şöbəsi tərəfindən məlumat daxil olduqdan sonra bilib, bundan sonra müvafiq müraciətilə bağlı həmin qətnamədən iş materiallarlı ilə tanışlıq zamanı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarına yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 397.1-ci maddəsinə görə bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh qeyd edilən məhkəmə qətnaməsini müvafiq xəbərnamədə qeyd edilmiş tarixdə şəxsən imza etməklə almadığını, müvafiq xəbərnamədə qeyd olunmuş imzanın ona aid olmadığını, məhkəmə qətnaməsi barəsində icra mərhələsində məlumatlı olduğunu, rəsmi ərizə verməklə, xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsini təhvil aldığını, xx.xx.2022-ci il tarixdə isə apellyasiya şikayətini verdiyini qeyd etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, müvafiq şikayət ərizəsində qeyd edilmiş hallar işin nəticəsinə (apellyasiya şikayətinin geri qaytarılıb-qaytarılmaması, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülübötürülməməsi məsələsinin həllinə) birbaşatəsir etdiyindən, həmin halların araşdırılması zəruridir. Lakin buna baxmayaraq,birinci instansiya məhkəməsi cavabdehin müvafiq şikayət ərizəsində qeyd edilmiş halları, habelə cavabdeh tərəfindən müvafiq məhkəmə qətnaməsini şəxsən alıbalmaması (xəbərnamədə qeyd edilmiş imzanın cavabdehə məxsus olub-olmaması) hallarını aydınlaşdırmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müvafiq məhkəmə qətnaməsini xəbərnaməyə şəxsən imza etməklə, özünün təhvil alıb-almaması, bununla da özünün şəxsən hansı tarixdə təhvil alması hallarını aydınlaşdırmadan, müvafiq apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qeyd olunan hallar araşdırılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, barəsində şikayət verilən qərardad ləğv edilməli, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün əsasın olub-olmaması məsələsinə (prosessual müddətin ötürülməsi baxımından) yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh vəkili tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-364/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 364/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar