Məhkəmə qərarları › İş №2(105)-608/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-608/2023

11.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-608/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinin zəbt edilməsi, tikilinin sökülməsi ekspert rəyinin qiymətləndirilməsi) X2 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi vəkili Vəkil, nümayəndəsi Nümayəndə Cavabdeh1 (sonuncu məhkəmə iclasında iştirak etmir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(012)-74/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0269 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 487 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri: X3, X5, X6 və İddiaçı.

2. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,040097 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********05 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 529 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, Abşeron rayon, Saray qəsəbəsində yerləşən ona məxsus olan torpaq sahəsinin bələdiyyə tərəfindən zəbt edilərək üçüncü şəxslərə satılması barədə məlumat vermişdir. onun müraciəti əsasında toplanmış material üzrə işin başlanması rədd edilmişdir.

4. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, **********06 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 501 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1114 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, **********44 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 196 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5987 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2-9037/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli. xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X5, Nümayəndə, X6 və İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.0269 ha torpaq sahəsinin faktiki yerində mövcud olmadığı müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, ərazidə sənəd üzrə torpaq sahələri ilə faktiki torpaq sahələri arasında ümumi DWG sürüşmə fərqi mövcud olduğundan qərardadın 3-cü sualının cavablandırılması mümkün olmamışdır.

7. Qərardadın 4-cü sualı üzrə mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh2 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.025 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən koordinatları ilə faktiki torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olundu.

8. Qərardadın 5-ci sualı üzrə mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.1114 ha torpaq sahəsinin plan və ölçüdə göstərilən koordinatları ilə faktiki torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olundu.

9. Qərardadın 6-cı sualı üzrə mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı verilmiş **********05 nömrəli çıxarışa əsasən sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının 0.0122 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 0.0145 ha hissəsinin yol ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmçinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X5, Nümayəndə, X6 və İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.0269 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının 0.0206 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 0.0048 ha hissəsinin yol və 0.0015 ha hissəsinin digər torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilərək xx.xx.2014-cü il tarixli RX ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edərək xx.xx.2011-ci il tarixli MA ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və mülkiyyətində olan torpaq sahəsinin özgəsinin, yəni cavabdehlərin qanunsuz sahibliyindən azad etməklə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 1990- cı ildə dövlət tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində kənd-təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, həmin dövrdə maddi vəziyyəti pis olduğundan torpaq sahəsinə daş hasar çəkdirə bilməmişdir. Ona verilmiş 0,040097 hasahəsinə xx.xx.2014-cü il tarixdə, Saray qəsəbəsində yerləşən 0,0269 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə çıxarış almışdır. Təxminən 3 il əvvəl həmin torpaq sahələrinə baş çəkmək üçün gedərkən torpaqlarının tanımadığı şəxslər tərəfindən hasara alındığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsində Cavabdeh2 qeyri - .qanuni zəbt edərək xx.xx.2014-cü il tarixli RX ******* serialı ********** qeyydiya nömrəli çıxarış almış, bir hissəsini isə Cavabdeh1 qeyri qanuni zəbt edərək xx.xx.2011-ci il tarixli MA ******* serialı ********** qeydiyyat nömrəli çıxarış almışlar və bir hissəsində isə yol çəkilmişdir. Dəfələrlə aidiyyatı qurumlara o cümlədən Saray bələdiyyəsinə müraciət etmişdir. Saray bələdiyyəsində ona bildirmişdilər ki, həmin torpaq sahəsinin bir hissəsinin yol çəkilişi planına düşdüyündən, digərinin başqa şəxslərə satıldığını bildirdilər.Əvəzinə ona başqa bir ərazidə torpaq sahəsinin veriləcəyini bildirmişdilər. Lakin sonradan bu məsələ ilə bağlı iddiaçıya heç bir köməklik göstərilmədiyi üçün şikayyət etmək qərarına gəlmişdir. Mülkiyyətində olan torpaq sahələri, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş və Abşeron rayon, Saray bələdiyyəsinin qeyri-qanuni əməlləri ilə alqı-satqı yolu ilə ona məxsus torpaqları alaraq özəlləşdirərək çıxarış əldə etmişlər. bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

12. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(012)-74/2022 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı'na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir. Göründüyü kimi hələ iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə, Torpaq Məcəlləsinin 111ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi qərəzli və əsassız olmuşdur. Belə ki, iddiaçı dəfələrlə 4 saylı Abşeron Ərazi İdarəsinə şikayət edərək mütəxəssis göndərilməsini tələb etmiş, süründürməçiliyə son qoyulmasını tələb etmiş, şikayətlər etmişdir. Ən maraqlısı budur ki, rəyə əsasən nə iddiaçının nə də ki cavabdehlərin yerində sürüşmə olmamışdır. Torpaq sahələri yerindədir. 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi isə bunu gördüyü və bildiyi halda buna sürüşmə adı qoyaraq iddiaçının hüquqlarının pozulması ilə nəticələnən rəy vermişdir. Həm iddiaçıya həm də cavabdehə rəsmi dönmə nöqtələri və koordinatları qeyd edilən aktlar, şəhadətnamələr verilmişdir. Hazırda həmin şəhadətnamələr əsasında torpaq sahələrinə elə həmin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Hüquq Əmlak Məsələləri X1 Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən də aşkar surətdə müəyyən edilir ki, tərəflər öz torpaq sahəsini istifadə edir. Heç kimin mülkiyyət sənədləri bir-birinin üstünə düşmür. Sadəcə cavabdehlər iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmişlər qalan hissəsi isə bələdiyyə tərəfindən yol kimi istifadəyə ayrılmışdır. Hətta məhkəmə iclasında cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini iddiaçının payçı olan digər qohumlarından aldıqlarını, buna dair alqı- satqı müqaviləsi olduğunu da bildirdilər. Bütün bunlara baxmayaraq iddia təmin edilməmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinin iddiaçının tələblərinə heç bir aidiyyəti yoxdur. Tərəflərin hər birinin mülkiyyətində olan torpaq sahələri faktiki olaraq yerindədir. Lakin cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt ediblər. Zəbt edilən yerə sürüşmə adı qoymaqla rəyin verilməsindən yayınma, həm qərəzli, həm də rəy verənin maraqlarının olmasına dəlalət edir. Göründüyü kimi işə baxan məhkəmə hərtərəfli araşdırma aparmamış, kifayət qədər əsaslı olması təsdiqlənən iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(012)-74/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi vəkili Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5987 nömrəli ekspert rəyində qeyd olunanları təsdiq edərək, həmin rəyə uyğun qətnamə qəbul edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında cavadeh Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia ərizəsi kimi apellyasiya şikayəti də əsassız və qanunsuzdur. Belə ki, ona məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinə dair mütəxəssislər tərəfindən ölçmə işləri aparılmış və torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi qonşu torpaq sahələri deyil. Həmin torpaq sahələri arasında yol vardır. Onun tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Onun mülkiyyətində 0.11 ha torpaq sahəsi vardır ki, bu torpaq sahəsi 2006-cı ildən onun mülkiyyətində və faktiki istifadəsindədir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

20. İş üzrə Cavabdeh1 sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.

21. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının Mərkəzin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

22. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Rayon Saray Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına nümayəndələrini göndərməmiş, bunun səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd oluan tərəflərin və nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyan və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 48.2 Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1 hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(012)-74/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş tərəfin izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməlidir.

32. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb torpaq sahəsinin zəbti ilə bağlı ilə olmaqla, bir neçə hissədən –özəlləşmənin, onun əsasında cavabdehlərin adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, tikintinin sökülməsi və cavabdehlərin zəbt etdikləri torpaq sahəsinin azad edilməsi və iddiaçıya qaytarılmasından ibarətdir.

33. Göründüyü kimi tələblər özlüyündə tam aydın və dəqiq ifadə olunmamış, birinci instansiya məhkəməsi də sonadək bu şəkildə verilmiş iddiaya mahiyyəti üzrə baxaraq yekun qərar qəbul etmişdir.

34. Kollegiya mülki işin icraata 2020-ci il tarixdən verilməsini və çəkişmənin uzun illər davam etdirilməsini nəzərə alaraq tam hüquqlu məhkəmə kimi tələbi apellyasiya icraatı zamanı aydınlaşdırmağa çalışmışdır. Bu mənada iddiaçının vəkili və nümayəndəsi “özəlləşmənin etibarsız hesab edilməsi” dedikdə alqı-satqı müqaviləsinin etibarsızlığını nəzərdə tutduğunu bildirmiş və iddianın birinci hissəsinin texniki səhv olaraq bu şəkildə qəbul edilməsini xahiş etmişdir.

35. Mülki Prosessual Məcəllənin; 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. Kollegiya uzunsürən məhkəmə araşdırmasını nəzərə alaraq, əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından tələbin birinci hissəsini “alqı-satqı müqviləsinin etibarsızlığı” kimi qəbul edir

37. Araşdırılan işdən müəyyən olunur ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

38. İşdən görünür ki, hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onların mülkiyyətində olmasını iddia edir. Belə ki, müvafiq olaraq iddiaçı və cavabdehlərin hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onların reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır

41. Mübahisə predmeti daşınmaz əşyadır. Belə əşyalar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır

42. Araşdırılan işin faktiki hallarına görə iddiaçının mülkiyyətində Abşeron rayonunun, Saray qəsəbəsində 0,0269 ha (çıxarış Seriya RX 0303844) və 0,040097 ha (çıxarış Seriya RX 0338178) torpaq sahələri vardır. 0,0269 ha (çıxarış Seriya RX 0303844) torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında dörd nəfərə (iddiaçı və onun ailə üzvləri), 0,040097 ha (çıxarış Seriya RX 0338178) torpaq sahəsi isə mülkiyyət hüququ ilə yalnız İddiaçı məxsusdur.

43. İşdən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da mülkiyyətində olan torpaq sahələri həmin ünvanda olmaqla, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Hər iki cavabdeh qeyd olunan torpaq sahələrini alqı-satqı müqaviləsi əsasında əldə edərək, sonuncuların adına mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur.

44. Araşdırılan işin təhlilindən müəyyən olunur ki, iddiaçının olduğu kimi cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur, lakin verilmiş sonuncu rəyə görə sonuncuların torpaq sahəsi öz koordinatları çərçivəsində yerləşmir.

45. İddiaçının iddiası əsasən ondan ibarətdir ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən qanunsuz istifadə edilir. İddianı rədd edən birinci instansiya məhkəməsi də işin materiallarında olan əvvəlki ekspert rəyinə istinad etmişdir.

46. Əvvəlki ekspert rəyində, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 10/5404 nömrəli ekspert rəyindən görünür ki, “Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planına əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır.”

47. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə yenidən məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və hazırki qətnamənin 6-cı bəndində qeyd edilmiş rəy verilmişdir.

48. Sözügedən rəyin nəticə hissəsində Qərardadın 6-cı sualına cavab olaraq göstərilmişdir ki, İddiaçı verilmiş **********05 nömrəli çıxarışa əsasən (0,040097 ha torpaq sahəsi) sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının 0.0122 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 0.0145 ha hissəsinin yol ilə üst-üstə düşdüyü müəyyən olundu.

49. Həmçinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən (0.269 ha torpaq sahəsi) X5, Nümayəndə, X6 və İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində sənəd üzrə yerləşən 0.0269 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının 0.0206 ha hissəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 0.0048 ha hissəsinin yol və 0.0015 ha hissəsinin digər torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu.

50. Göründüyü kimi, iddiaçının iddia tələbinin bir hissəsi, yəni iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsindən cavabdehlərin istifadə etməsi əsaslandırılmış ekspert rəyi ilə qismən sübut olunmuşdur. Yəni **********05 nömrəli çıxarışa əsasən (0,040097 ha torpaq sahəsi) iddiaçıya məxsus olan torpaq sahəsinin 0.0122 ha hissəsinin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməklə sonuncu tərəfindən istifadə olunması, RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən (0.269 ha torpaq sahəsi) koordinatlarının 0.0206 ha hissəsinin isə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşərək, sonuncunun istifadəsində olması müəyyən olunmuşdur.

51. İddiaçıya məxsus torpaq sahələrinin yola düşən və ya digər şəxslər tərəfindən istifadə olunmasına gəldikdə isə kollegiya bildirir ki, hazırki iş üzrə cavabdehlər qeyd olunan hissələrlə bağlı cavabdehlik daşımayan şəxslərdir. Eyni zamanda kollegiya iddia tələbinin tikililərin sökülməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tikililərin nədən ibarət olması və məhz sözügedən hissələrdə yerləşməsi barədə hər hansı sübut iş materillarında mövcud deyildir.

52. Mülki prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərin həllində ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

54. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin qismən (rəydə göstərilən hissələr həddində) müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.

55. Kollegiyanın tədqiqi zamanı həmçinin müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır

56. Kollegiyanın qənaətinə görə cavabdehlərin etiraz ərizələrində qeyd etdiyi məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə həll oluna bilər. Cavabdehlər hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan torpaq sahəsinin az bir hissəsindən də istifadə etməklə dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozular.

57. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

58. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.

59. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun deyildir.

60. Kollegiyanın qənaətinə görə iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.

61. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Kollegiyanın qənaətinə görə iddia tələboi qismən təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlərə aid edilməlidir.

63. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə səhv nəticəyə gəldiyindən, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni **********05 reyestr nömrəli çıxarış əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin Cavabdeh2 faktiki istifadəsində olan 0.0122 ha hissəsinin və xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli (**********03 reyestr nömrəli) çıxarış əsasında Cavabdeh1 faktiki istifadəsində olan 0.0206 ha hissəsinin zəbtdən azad edilərək iddiaçıya qaytarılmaması hissəsində ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissələrdə təmin edilməlidir. Qətnamə mübahisələndirilən digər hisslərdə dəyişdirilmədən saxlanılmalıdır.

64. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(012)-74/2022 nömrəli qətnaməsi qismən, yəni “çıxarışlar əsasında iddiaçının mülkiyyətində olan torpaq sahələrindən cavabdehlərin faktiki istifadə etdiyi hissələrdən çıxarılmaması və həmin hissələrin iddiaçıya qaytarılmaması” hissələrinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilsin. **********05 reyestr nömrəli çıxarış əsasında İddiaçı məxsus olan torpaq sahəsinin Cavabdeh2 faktiki istifadəsində olan 0.0122 ha hissəsi və xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli (**********03 reyestr nömrəli) çıxarış əsasında iddiaçıya (onun ailə üzvlərinə) məxsus olan torpaq sahəsinin Cavabdeh1 faktiki istifadəsində olan 0.0206 ha hissəsi zəbtdən azad edilməklə, həmin hissələr iddiaçıya qaytarılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar