Məhkəmə qərarları › İş №2(105)-615/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-615/2024

22.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-615/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması və cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 3708/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması, cavabdehin torpaq sahəsindən çıxarılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3708/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması, cavabdehin torpaq sahəsindən çıxarılması və sair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur (hakim Sərxan Səmədzadə). Qərardaddan narazı qalan İddiaçı şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3708/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması, cavabdehin iddiaçıya satılmış torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçıya qarşı edilən maneələrin ona qadağan edilməsi” tələbinə dair 2(067)-3708/2023 nömrəli iş üzrə Xaçmaz Rayon Məhkəməsinin (hakim S.Səmədzadə) xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və kobud qanun pozuntusuna yol verimişdir. Belə ki, məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Lakin qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin, Xaçmaz rayonu 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 22 iyun 2006-cı il tarixli, AN-İ № ******* saylı,4Ə/6-1237 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 1.0 (bir) ha hissəsinin naturada ayrılması, cavabdehin İddiaçı satılmış 1.0 (bir) ha torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçıya qarşı edilən maneələrin ona qadağan edilməsinə dairdir. Məhkəmənin öz qərardadında istinad etdiyi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla mübahisə kimi dəyərləndirdiyi iş üzrə iddia tələbi isə aşağıdakı şəkildə olmuşdur: “Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olan faktiki 1.0 ( bir) ha hissəsi ilə Cavabdeh istifadəsində olan 0.44 ha torpaq sahəsinin naturada ayrılması, buna dair 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin 12-ci maddəsini rəhbər tutub torpaq sahəsinin alıcıya (hazırki iddiaçı) təhvil verilməsi üçün bölgü aktının (alqı-satqı edilmiş torpaq sahəsi ilə cavabdehin istifadəsində olan 0.44 ha torpaq sahəsinin ayrılmasına dair ) tərtib edilməsi öhdəliyinin (mövcud real vəziyyətə uyğun) Cavabdeh üzərinə qoyulması, torpaq sahəsini istifadə etməkdə iddiaçı tərəfə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması, cavabdehlərə iddiaçıya məxsus Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən torpaq sahəsinə dair qoyduqları maneələrin qadağan edilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmələri və torpaq sahəsinə daxil olmalarına dair hərəkətlərin qadağan edilməsi, torpaq sahəsi üzrə cavabdeh tərəfin bölgü aktı tərtib etməklə, iddiaçının faktiki sahibi sayıldığı 1.0 ha torpaq sahəsinə (JN-0228KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin satılan hissəsi olaraq) iddiaçı tərəf İddiaçı mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı (JN-0228 KOD 30212068 saylı) olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanılaraq, müəyyən edilməsinə dair qətnamə qəbul edilsin”. Göründüyü kimi, hər iki iddia tələbi arasında aydın fərqlər mövcuddur və hal-hazırki iş üzrə iddia tələbi əvvəllər bu və ya digər şəkildə məhkəmə tərəfindən araşdırılmamışdır. Ona görə də hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3708/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması, cavabdehin iddiaçıya satılmış torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçıya qarşı edilən maneələrin ona qadağan edilməsi”nə dair iddiası mümkün hesab edilərək icraata qəbul edilib mahiyyəti üzrə baxılması təmin edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3708/2023 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-3708/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Sərxan Səmədzadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3708/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması, cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan bəlli olur ki, tərəflər arasında eyni torpaq sahəsi üzrə bir neçə məhkəmə çəkişmələri olub və hər bir iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Məhkəmə tərəflər arasında mövcud olan məhkəmə aktlarına Elektron Məhkəmə İnformasiya Sistemindən baxış keçirərək, belə hesab etmişdir ki, tərəflər arasında olan məhkəmə mübahisələri Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1,44 ha torpaq sahəsinin, Xaçmaz rayonu 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 22 iyun 2006-cı il tarixli AN-İ№ ******* saylı, 4Ə/6-1237 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən İddiaçı satılmış 1 ha hissəsi ilə bağlıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1901/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X1 və qeyrisinin cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(067)-1021/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa tərəflər arasında eyni torpaq sahəsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-980/2021 saylı xx.xx.2021 nömrəli qətnaməsi ilə bağlı İddiaçı iddiası rədd edilmişdir. Bundan başqa Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-723/2023 nömrəli qətnaməsindən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olan faktiki 1.0 (bir) ha hissəsi ilə Cavabdeh istifadəsində olan 0.44 ha torpaq sahəsinin naturada ayrılması, buna dair 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin 12-ci maddəsini rəhbər tutub torpaq sahəsinin alıcıya (hazırki iddiaçı) təhvil verilməsi üçün bölgü aktının (alqı-satqı edilmiş torpaq sahəsi ilə cavabdehin istifadəsində olan 0.44 ha torpaq sahəsinin ayrılmasına dair) tərtib edilməsi öhdəliyinin (mövcud real vəziyyətə uyğun) Cavabdeh üzərinə qoyulması, torpaq sahəsini istifadə etməkdə iddiaçı tərəfə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılması, cavabdehlərə iddiaçıya məxsus Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən torpaq sahəsinə dair qoyduqları maneələrin qadağan edilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmələri və torpaq sahəsinə daxil olmalarına dair hərəkətlərin qadağan edilməsi, torpaq sahəsi üzrə cavabdeh tərəfin bölgü aktı tərtib etməklə, iddiaçının faktiki sahibi sayıldığı 1.0 ha torpaq sahəsinə (JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin satılan hissəsi olaraq) iddiaçı tərəf İddiaçı mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı (JN-0228 KOD 30212068 saylı) olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanılaraq,müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia tələbi rədd edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-980/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı tərəflərin öz aralarında razılaşdıqları bölgü aktına əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1021/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Yenə də iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-723/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı faktiki istifadə etdiyi torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq “torpaq sahəsinin naturada ayrılması və cavabdehin torpaq sahəsindən çıxarılması”nı xahiş etmişdir. Yuxarıda şərh olunanlardan göründüyü kimi əvvəllər qaldırılmış iddia tələbinin hüquqi əsasları “iddiaçı və cavabdehin razılaşdıqları bölgü planına əsasən torpağın sərhədlərinin müəyyən edilməsi” və “iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” ilə əlaqədar olmuşdur. Həmin əsaslarla qaldırılmış iddia tələbləri yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən təmin edilməmişdir. Hazırkı iddia tələbinin hüquqi əsası işə tamamilə fərqli olub, alqı-satqı müqaviləsi əsasında alınmış 1 ha torpaq sahəsinin ümumilikdə 1,44 ha torpaq sahəsinə münasibətdə naturada ayrılması ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi MPM-nin 153.2.2-ci maddəsinə istinad etməklə iddia ərizəsini qəbul etməkdən imtina olunmasına dair düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3708/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması, cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar