Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-617/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-415/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh Ləğv prosesində olan İddiaçınin xeyrinə əsas borc üzrə 4758,01 (dörd min yeddi yüz əlli səkkiz manat bir qəpik) manat, faiz borcu üzrə 600,19 (altı yüz manat on doqquz qəpik) manat olmaqla, cəmi 5358,20 (beş min üç yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində pulun tutulması, borc ödənilmədikdə ləğv prosesində olan İddiaçı-nin tutma tələbi Cavabdeh mülkiyyətində olan Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun və faiz borcunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, Cavabdeh iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Ləğv prosesində olan İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4758,01 manat əsas borc, 600,19 manat məbləğində faiz borcu, olmaqla, cəmi 5358,20 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat rüsum məbləğinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanı Cavabdeh ilə bağlanmış xx.xx.2016-cı il tarixli 130 RKX nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Cavabdeh AR NKnin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi 280601625, seriya MN ******* xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək həmin ipoteka predmetini açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satıldığdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında xx.xx.2013cü il tarixli 20 XK nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 48 ay müddətinə illik 20% olmaqla, 20000 manat kredit ayrılmışdır. Həmin müqavilənin təminatı qismində AR NK-nin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi 280601625, seriya MN ******* xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixlı, RX seriyalı ******* yüklülük çıxarışı verilmişdir. İpoteka müqaviləsinin davamı olaraq “sonrakı ipoteka müqaviləsi haqqında” xx.xx.2014-cü il tarixli razılaşma bağlanmış və buna əsasən ipoteka müqaviləsi DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli yüklülük çıxarışı vermişdir. Bundan əlavə İddiaçı-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 130 RKX nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 60 ay müddətinə illik 20% olmaqla, 7950 manat kredit ayrılmışdır. Cavabdeh bank qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyindən onun banka xx.xx.2019-cu il tarixinə 4758,01 manat əsas borc, 600,19 manat faiz borcu, ümumilikdə 5358,20 manat məbləğində borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirilməsi keçirilməklə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. İpoteka predmetinin ilkin satış qiymətinin 80000 manat məbləğində müəyyən edilməsi üzrə prosessual hüquq normasının pozuntusuna yol vermişdir. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmiş və iddianı həmin hissədə təmin edilməsini xahiş etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəşünaslıq ekspertizası təyin etmiş, “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli əmtəşünaslıq ekspertizası rəyi ilə ipoteka ilə yüklü edilmiş Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 82.000 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 82.000 (səksən iki min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat “xxxx” MMC-nin hesabına (“xxxx” ASC, Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, hesab: AZ90AİİB**********O8********) keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İpoteka predmeti olan Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 82.000 (səksən iki min) manat müəyyən edilsin. İddiaçıdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat “xxxx” MMC-nin (“xxxx” ASC, Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, hesab: AZ90AİİB**********O8********) hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-617/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-617/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver