Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-618/2025 14.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılması və mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil və digər Cavabdeh1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. 003/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə və icarə haqqının razılaşdırılması protokolundan görünür ki, Şamaxı rayonunu inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmiş və icarə haqqı 300 ha yay otlaq sahəsinə görə illik 2700 manat məbləğində müəyyən olunmuşdur
2. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 143 nömrəli, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş "X5 Planı"ndan görünür ki, Şamaxı Rayon İnzibati Ərazisində yerləşən və Dövlət Mülkiyyətində olan"Qaya Xəlil" adlanan yay otlaqlarına aid 300 ha torpaq sahəsi İddiaçı icarəyə verilmiş və həmin torpaq sahəsinin xəritəsi, qonşu sərhədləri göstərilmiş və sertifikat göstəriciləri müəyyən edilmişdir.
4. 002/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə və icarə haqqının razılaşdırılması protokolunun surətindən görünür ki, Şamaxı rayonunu inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmiş və icarə haqqı 300 ha yay otlaq sahəsinə görə illik 2700 manat məbləğində müəyyən olunmuşdur.
5. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 144 nömrəli, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamının surətindən görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir.
6. 08 yanvar 2007-ci il tarixli, 02 nömrəli sərəncamının surətindən görünür ki, Şamaxı rayonunu “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir.
7. 13 mart 2007-ci il tarixli “torpağın icarə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Şamaxı rayonunu “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 10/7754 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu "Qaya Xəlil" yay otlaq sahəsində yerləşən 300.0 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur.
9. İddiaçı və cavabdehin iştirakları ilə mübahisə predmeti olan torpaq sahəsinə naturada baxış keçirilərək iddiaçının iddia etdiyi hissənin koordinatları müəyyən edilmişdir. Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu "Qaya Xəlil" yay otlaq sahəsində yerləşən 300.0 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 22.40 ha təşkil edir. İddiaçının naturada iddia etdiyi 22.40 ha torpaq sahəsi Cavabdeh2 icarəsinə verilmiş, rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planında və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planında qeyd olunmuş 300.0 ha torpaq sahəsi ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməni əks etdirən yerquruluşu planı rəyə əlavə olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 zəbt etdiyi icarə müqaviləsi ilə ona verilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edə bilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 X2 (JN- 2461, kod ********) surətindən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 32 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə "Qaya Xəlil" adlanan yay otlaq sahəsindən qoyunçuluğun inkişafı üçün 15 il müddətinə 300 (üç yüz) hektar torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi örüş kimi müvəqqəti istifadə üçün ona verilmişdir. Bu şəhadətnamə 05 noyabr 2022-ci il tarixdə səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 143 saylı, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmiş və sərəncamın icrasına nəzarət edilməsi və sözügedən icarə müqaviləsinin hazırlanması aidiyyəti orqanlara tapşırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli "X5 Planı"ndan görünür ki, Şamaxı Rayon İnzibati Ərazisində yerləşən və Dövlət Mülkiyyətində olan "Qaya Xəlil" adlanan yay otlaqlarına aid 300 ha torpaq sahəsi ona icarəyə verilmiş və həmin torpaq sahəsinin xəritəsi, qonşu sərhədləri göstərilmiş və sertifikat göstəriciləri müəyyən edilmişdir. Həmin ərazidə ona icarəyə verilmiş 300 ha torpaq sahəsinə gələrkən Cavabdeh1 həmin torpaq sahəsinin böyük hissəsini zəbt etdiyini görüb. O, cavabdehə bildirib ki, "Qaya Xəlil" adlanan bu 300 ha örüş yeri 2002-ci ildən bəri həmişə yay otlaq sahəsi kimi ona icarəyə verilir. Odur ki, uzun müddətdən bəri həmişə onun icarəsində olan bu yay otlaq sahəsinin bütün ərazisini (sərhədlərini) o, əzbərdən bilir və ondan xahiş edib ki, onun istifadəsinə verilmiş zəbt etdiyi torpaq sahəsini boşaltsın. Lakin Cavabdeh1 ona icarəyə verilmiş zəbt etdiyi torpaq sahəsini boşaltmayıb. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
12. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsi ilə (N.İsmayılov) iddia tələbi təmin edilməmişdir.
13. Birinci insatansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 10/7754 nömrəli ekspert r əyinə istinad edərək qeyd edib ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi sübut edilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilmədən əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamışdır və işin halları qətnamədə göstərilən nəticələrə uyğun deyildir. Belə ki, qətnamədə iddia tələbinə aidiyyəti olmayan “Qaşqa” adlı torpaq sahəsinin cavabdehlərə verilməsindən bəhs olunmuş və nəticədə süni surətdə iddia tələbinə aidiyyəti olmayan qarışıqlıq yaradılmışdır. İş materiallarına daxil edilmiş sənədlərdən görünür ki, sonuncu dəfə 2023-cü ildə həm ona, həm də Cavabdeh2 ayrı-ayrılıqda 300 ha torpaq sahəsi 5 (beş) illiyinə icarəyə verilmişdir. Lakin cavabdeh tərəfindən ona məxsus 22.40 ha torpaq sahəsi zəbt edilmiş və hazırda da onun istifadəsindədir. Şamaxı Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və iş üzrə 16 oktyabr 2024-cü il tarixli, 10/7754 saylı ekspert rəyi iş materiallarına daxil edilməklə qətnamədə göstərilmişdir. Bu ekspert rəyinə görə onun cavabdehə qarşı iddia etdiyi, cavabdeh tərəfindən zəbt edilmiş 22.40 ha torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi kimi yazılmışdır. Bu ekspert rəyi əsassızdır, çünki uzunmüddətli fasilədən sonra ekspert sözügedən mübahisəli əraziyə gələrək qeyri-dəqiq ölçmə işi aparmışdır. Ona görə də təkrar ekspertizanın aparılması vacibdir. Mübahisə predmetini təşkil edən 22.40 ha torpaq sahəsini iddiaçı icarəsində olan torpaq sahəsi kimi istifadə etmişdir və 2023-cü il tarixdə yeni icarə müqaviləsi imzalanarkən həmişə istifadə etdiyi “Qaya Xəlil” adlı yay otlaq sahəsinin sərhədləri dəyişdirilməyərək əvvəlki kimi qalmışdır. Göründüyü kimi iş üzrə faktiki olaraq ekspert tərəfindən yanlış rəy verilmişdir və təkrar ekspertizaya ehtiyac vardır. Ekspertin yanlışlığa yol verməsi iddia tələbini sübut edə bilməməyi kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahatında bildirdi ki, o fərdi sahibkar olmaqla, mübahisələndirilən torpaq sahəsində fermer təsərrüfatı ilə məşğuldur. Bununla bağlı VÖEN-i var. Hazırkı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etməsində məqsədi torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və öz torpaq sahəsindən sərbəst istifadə edə bilməsi olmuşdur.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o fərdi sahibkardır. Heyvandarlıqla məşğul olur və onun VÖEN-i vardır. Onun tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmişdir. O, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən ona ayrılan torpaq sahəsində fermer təsərrüfatı ilə məşğuldur.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o fərdi sahibkardır. Əri Cavabdeh2la birlikdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən onlara ayrılan torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olurlar.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, hazırkı iş üzrə mübahisə tərəfləri fərdi sahibkar olmaqla, onlara ayrılmış torpaq sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bu baxımdan hazırkı mübahisənin kommersiya məhkəməsinə aidiyyatı müəyyən olunur. Qeyd olunanlara əsasən cavabdehin vəkili və nümayəndəsi Vəkil sonda mülki işin aiddiyatı kommersiya məhkəməsinə göndərilib-göndərilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hüquq münasibətinin xarakterinə gəldikdə kollegiya bildirir ki, mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən CƏDVƏL).
24. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
28. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 21/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə tam və hərtərəfli araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
30. Kollegiya ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı (VÖEN **********), cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 (VÖEN **********) fərdi sahibkar statusuna malik olmaları müəyyən edilmişdir.
31. Həmçinin elektron çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh1 VÖEN statusları aktiv, digər Cavabdeh2 VÖEN statusu isə müvəqqəti dayandırılmışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur.
33. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
34. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
35. Bundan əlavə işdə olan 003/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə və icarə haqqının razılaşdırılması protokolundan görünür ki, Şamaxı rayonunu inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmiş və icarə haqqı 300 ha yay otlaq sahəsinə görə illik 2700 manat məbləğində müəyyən olunmuşdur. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 143 nömrəli, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir.
36. Yenə iş materiallarında olan 002/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə və icarə haqqının razılaşdırılması protokolunun surətindən görünür ki, Şamaxı rayonunu inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmiş və icarə haqqı 300 ha yay otlaq sahəsinə görə illik 2700 manat məbləğində müəyyən olunmuşdur. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 144 nömrəli, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamının surətindən görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir.
37. İş materiallarında olan 08 yanvar 2007-ci il tarixli, 02 nömrəli sərəncamının surətindən görünür ki, Şamaxı rayonunu “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. 13 mart 2007-ci il tarixli “torpağın icarə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Şamaxı rayonunu “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir.
38. İşin mübahisə olunmayan hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi yay otlaq sahəsi olmaqla icarə hüququ əsasında tərəflərin istifadəsinə verilmişdir. Hər iki tərəf sözügedən torpaq sahəsində heyvandarlıqla məşğul olmaqla sahibkarlıq fəaliyyətinin subyektləridir. Hazırda aralarında yaranan mübahisə isə həmin fəaliyyətin həyata keçirilməsindən irəli gəldiyindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) doğan mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.
39. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
40. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
41. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
42. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir.
43. Nəzərə alınmalıdır ki, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
44. Belə olan halda məhkəmə tərkibi vurğulayır ki, tərəflər fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla hazırki mübahisə onların sahibkarlıq məqsədilə əlaqədar olduğundan, eyni zamanda hüquq münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından bu mübahisəyə yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müddəalarına uyğun olaraq hazırki kommersiya mübahisəsi kimi mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(074)-21/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər ( elektron kabinet və vəkil vasitəsilə).