Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-622/2022 10.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas borc, 17918.98 ABŞ dolları faiz borcu, 4477.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021 ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 38279.96 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, ml.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlılmışdır ki, 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 21 faizlə, 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, ml.) yerləşən 111.1 kv.rn ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzili 2015- ci il 16 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 03-dək Cavabdeh1 2015-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas borc, 17918.98 ABŞ dolları faiz borcu və 4477.29 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36377.91 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 03 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13981.64 ABŞ dolları əsas, 17918.98 ABŞ dolları faiz, 4477.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 38279.96 ABŞ dolları borcu vardır. 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Yazılı etirazda qeyd olunur ki, iddiaçı bank tələbində ondan 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981,64 ABŞ dolları əsas borc, 17918,98 ABŞ dolları faiz borcu və 4477,29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 36377,91 ABŞ dolları borc tələb etmişdir. Həmin tələblə razılaşmır, mütamadi olaraq banka hər ay 50-100 ABŞ dolları ödənişlər edir. Ailə vəziyyəti ağırdır, həyat yoldaşı işləsə də, əmək haqqı azdır. Kredit borcunu valideynlərinin xəstəliyi ilə əlaqədar götürmüş, bankın borc məbləği götürərkən onun maliyyə və iqtisadi vəziyyətinin ağır olmasından məlumatlı olmuşdur. Hazırda isə ondan həddən çox faiz və cərimə məbləği tələb edir. Bank tərəfindən borcu qanunvericiliyə əsasən kompensasiya edilmir. Prezidentin və İqtisadi İnkişaf Nazirliyinin Problemli kreditlərin kompensasiyasının həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun borc məbləği restrukzasiya edilməmişdir. Restrukzasiya həyata keçirilsəydi borcu azaldılmalı və ona qanunvericiliyə uyğun olaraq güzəşt edilməlidir. Lakin, iddiaçı bank qanunları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və normalarını pozaraq ona qarşı hüquqlarından sui-istifadə edir. Kredit götürüldükdən sonra keçən müddət ərzində ölkə ərazisində baş vermiş devalivasiya ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmiş, iddiaçı tərəf borcun qaytarılmasında heç bir güzəşt etməmişdir. Sonradan dövlətin vətəndaşlara olan qayğı və diqqət sayəsində problemli kreditlərin kompensasiyası həyata keçirilmişdir. Bu islahata uyğun olaraq, real olaraq onun borcuna güzəşt edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas borc, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz bocu, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməsi, bu əmlak hərracda satılmsı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdikdə göstərmişdir ki, kredit möqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin yaşayış sahəsinin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 203.1, 269.4, 270.1, 276.1, 297, 298, 317, 319.1, 319.6, 385.1, 386.1, 442, 739-cu maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3-cu maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106, 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 saylı qətnaməsinin faiz və cərimə borcu hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayətinin dəlili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739-cu maddələrinin tələblərinin pozulması ilə əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 6.1.4. Notariat orqanlarının icra qeydləri icra sənədi sayılır . Maddə 8.2. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Maddə 23.1.1. Tələbkarın ərizəsi əsasında; Maddə 23.1.2. Borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; Maddə 23.1.3. Borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak dən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunaraq iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 11-01-1-0-581-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin 4 saylı filialından illik 21 faiz olmaqla, 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Kreditor- İpotekasaxlayan”) ilə Cavabdeh1 (“İpotekaqoyan”) arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “İpotekaqoyan” Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzili “Alıcı İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin 82.000 manat olması müəyyən olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, N-0741543 saylı “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh1 adına qeydə alınmış Sumqayıt şəhəri, 9cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2015-ci ildən 36 ay müddətinə-xx.xx.2018-ci il tarixə qədər ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2015-ci il tarixli “2 №-li forma” arayışının surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A, mənzil 7-in sahibi Cavabdeh1dur və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, N-9/4891 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış, 16 oktyabr 2015-ci il tarixli, 11-G1-1-0-581-15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 18 may 2021-ci il tarixə banka olan borcu ümumilikdə 33404,98 ABŞ dolları məbləğində müəyyən edilir ki, ondan 15104,18 ABŞ dolları əsas borc, 18300,80 ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilin xx.xx.2021-ci il tarixə bazar dəyəri 90000 (doxsan min) manat, likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021, xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 21A/3, mənzil 7-də və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 7-də qeydiyyatdadırlar. İş materialları ilə müəyyən olur ki, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 11-01-1-0-581-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 21 faizlə, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə götürülmüş məbləğin ona hesablanacaq faizlərlərə birlikdə geri qaytarılmsı dair cədvələ əsasən 20.000 ABŞ dolları məbləğində kreditə illik 21 faiz hesablanmaqla ümumilikdə 7126,08 ABŞ dolları məbləğində faiz pulun ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 9/1770 nömrəli təkrar ekspert rəyindən görünür ki, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 11-01-1-0- 581-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 03 may 2021-ci il tarixə banka olan borcu ümumilikdə 33207,46 ABŞ dolları məbləğində müəyyən edilir ki, ondan 15.154,18 ABŞ dolları əsas borc, 18.053,28 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 25 aprel 2019-cu il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 7-də qeydiyyatda olan Cavabdeh1 27486,87 manat pulun tutulması, bundan əlavə təklif edilmişdir ki, borcludan 1933,13 manat cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 29440 manat pulun tutulması barədə icra qeydi reyesrtdə 8i-2498 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İddiaçı ASC-nin 07 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı KBD-5359 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanovun icraatında olan, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 26 aprel 2019-cu il tarixli İcra qeydinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27.486,87 manat və 20 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. Qeyd olunan icra qeydi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin qeyd edilən kerdit ABŞ dolları ilə olmasına baxmayaraq icra qeydində manat kimi göstərilmiş, bundan əlavə tələb kreditin təminatı olan əmlaka yönəldilməmişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 26 aprel 2019-cu il tarixli İcra qeydinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılmasını və icra sənədi üzrə bütün icra tədbirlərinin dayandırılması xahiş edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə İcra sənədi Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qaytarılmışdır. Baxılan iş üzrə iddia tələbi üç hissədən ibarətdir 1) kredit müqaviləsi üzrə əsas borc, ona hesablanmış faiz və cərimə borcun qaytarılması; 2) pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla qanunsuz saxlamaqla faizin tutulması və 3) tələbin ipoteka predmetinə yönəldilməsi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun, ona heablanmış faizlərin ödənilməsi və cərimə borcun qaytarılması hissələrində işə baxaraq iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləyə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir. “İcra haqqında” Qanuna əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır və daxil olmuş icra qeydi həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. Nəzərə alınmalıdır ki, notariusun icra qeydi əsasında başlanmış icra icraatı üzrə icra sənədinin tələbkara qaytarılması icra qeydinin mövcud olmadığı (qüvvədən düşdüyü) anlamına gəlmir, çünki icra qeydinin tələbkara qaytarılması eyni şəxsin ərizəsi ilə onun yenidən icraya yönəldilməsini istisna etmir. Belə ki, “İcra haqqında” Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları müqayisəli surətdə araşdıraraq hesab edir ki, qətnamə -“Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas borc, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin” hissəsində ləğv edilərək iddia tələbinin həmin hissəsi üzrə ayrıca qərardad qəbul edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası Mülki Məcəllənin 269.1, 269.2. və 269.5-ci madələrinin tələbləri baxımından qeyd etməyi zəruri hesab edir ki, əsas öhdəlik təmin edilmədiyi halda tələb əsas öhdəliyin təminatı olaraq əlavə aksessor xarakteri daşıyan mənzilə də yönəldilə bilməz. Ona görə də qətnamə - “tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilsin, bu əmlak hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin olunmamalıdır. İddia tələbinin pul vəsaitinin iddiaçının kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03. 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumu hissəsinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi “Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin, iddia qalan hissədə təmin edilməsin” hissəsində düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 9/1770 nömrəli ekspert rəyi ilə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, təkrar ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. Qətnamə –“Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas borc, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin” hissəsində ləğv edilsin və iddia tələbinin həmin hissəsi üzrə ayrıca qərardad qəbul edilsin. Qətnamə - “Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kv.m ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilsin, bu əmlak hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın» hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə – “Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03. 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin, iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlansın. Aparılmış təkrar ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-622/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-622/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver