Məhkəmə qərarları › İş №2(105)-68/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-68/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-68/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X14 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-1005/2018 saylı qətnaməsindən cavabdehlər X21, X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-1005/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Nəriman Abıyev) iddiaçı “AccessBank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər X23, X24, X15, X9, X16, Cavabdeh2 Namiq oğluna və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, “AccessBank” qapalı səhmdar cəmiyyəti ilə X27 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 03L000000932 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X17, X6, X18 və X10 müştərək qaydada “AccessBank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 003R********** saylı kredit müqaviləsi üzrə 13.963 manat məbləğində əsas, 3.518,63 manat məbləğində faiz və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.531 manat 63 qəpik məbləğində pulun tutulması, tutmanın cavabdeh X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 21.966 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 17.531 manat 63 qəpik məbləğində pulun iddiaçıya ödənilməsi, qalan vəsaitin isə cavabdeh X24 qaytarılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun mənzildən çıxarılmaları və mənzilin məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər X17, X6, X18 və X10 müştərək qaydada iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun cavabdehlər X17, X6, X18 və X10 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməsi qət edilmiş, cavabdehlər X29, X30, X7 və X25 və Cavabdeh2 Namiq oğlu qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixdə “AccessBank” qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X21 “AccessBank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər X17, X6, X18 və X10 müştərək qaydada “AccessBank” qapalı səhmdar cəmiyyəti xeyrinə 003R********** saylı kredit müqaviləsi üzrə 13963 manat məbləğində kredit borcu, 3561,41 manat məbləğində faiz borcu və 4096,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21620,52 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 21620,52 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “AccessBank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X17, X6, X18 və X10 müştərək qaydada tutulması, Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, X23 “AccessBank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli, 932 saylı sazişlə kredit xətti üzrə verilən kreditin məbləği 50.000 ABŞ dollarınadək artırılmış, kredit xəttinin müddəti isə 175 ayadək uzadılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X29 “AccessBank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 16 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13.963 manat məbləğində kredit götürmüşdür. X8 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. X29 götürdüyü kredit borcundan ödəniş etməmiş və onun 13.963 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. X8 borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 294 gün üçün hesablanmış faiz borcu 3.561,41 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 294 gün üçün hesablanmış cərimə 4.096,11 manat təşkil edir. Kredit müqaviləsi üzrə X21 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X30 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 03M000001477 saylı ipoteka müqaviləsi əsasında Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən 1 saylı reyestr kitabının 180 saylı vərəqində qeydiyyata alınmış RX ******* saylı çıxarışla X24 məxsus olan Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi X3 öhdəliklərinin icrasını təmin etmək üçün “AccessBank” qapalı səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit müqaviləsi üzrə X21 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X19, X30 və X26 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər və həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında X29 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər X29, X30, X7, X25 və Cavabdeh2 Namiq oğlu apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni qismən qanunsuz və əsassız hesab edirlər. Qətnaməni kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə 13.963 manat məbləğində əsas borcun tutulmasına dair hissədə qəbul edirlər, həmin hissədə qətnamədən narazı deyildirlər, qalan hissədə isə qətnamə ilə razı deyildirlər. Belə ki, iddiaçı bank tərəfindən faiz borcu şişirdilmiş və artıq hesablanmışdır. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə də razı deyildirlər, faiz borcunun dəqiq müəyyən olunması üçün təkrar ekspertiza keçirilməlidir. Tutmanın cavabdeh X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsindəki mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.metr yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə dair hissədə də qətnamə ilə razı deyildirlər. Belə ki, həmin ev onların yaşayış sahəsidir və həmin evdə yaşayırlar. Evin satılması onların hüquqlarının pozulmasına səbəb olacaqdır, çünki onlar banka olan əsas bocu ödəməkdən yayınmırlar. Bank tərəfindən də onlara müəyyən güzəştlər olunmalıdır ki, borcu hissə-hissə ödəsinlər. Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsindəki mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 21.966 manat müəyyən olunması hissəsində də iddia tələbini qəbul etmirlər. Həmin fərdi yaşayış evinin hazırkı bazar qiyməti 21.966 manat yox, 80.000 manatdır. Məhkəmə tərəfindən ədalətli araşdırma aparılmamış və nəticədə qanunsuz qətnamə qəbul olunmuşdur. Məhkəmə Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsindəki mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən olunması üçün ekspertiza təyin etməli idi. Çünki 80.000 manat məbləğində qiyməti olan evin 21.966 manat məbləğində qiymətləndirilməsi tamamilə qanunsuz və əsassızdır. Evin bank tərəfindən ucuz qiymətləndirilməsi və satılması onların mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Lakin bütün bunlar birinci instansiya məhkəməsində işə baxılarkən nəzərə alınmamışdır. Mənzilin açıq hərracdan satılması və satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 17.531,63 manat məbləğində pulun iddiaçıya ödənilməsi, qalan vəsaitin isə cavabdeh X24 qaytarılmasına gəlincə isə həmin ev onların yaşayış sahəsidir, həmin evdə yaşayırlar və əsas borcu ödəməkdən yayınmırlar. Belə olan halda, evin açıq hərracdan satılması əsassızdır. İpoteka predmeti satıldıqdan sonra cavabdehlər X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun mənzildən çıxarılması və mənzilin məcburi qaydada boşaldılmasına dair hissəyə gəlincə isə bildirirlər ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni 3.518,63 manat məbləğində faiz və 50 manat məbləğində cərimə borcunun tutulmasına dair hissədə, tutmanın cavabdeh X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsindəki mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsindəki mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 21.966 manat müəyyən edilməsinə, mənzilin açıq hərracdan satılmasına, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun mənzildən çıxarılmasına və mənzilin məcburi qaydada boşaldılmasına dair hissədə ləğv edərək, iş üzrə iddia tələbinin həmin hissələrdə rədd olunması barədə qətnamə çıxarılmasını, qətnaməni qalan hissədə dəyişdirmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı “AccessBank” qapalı səhmdar cəmiyyəti, cavabdehlər X29, X30, X26, X19, X25, Cavabdeh2 Namiq oğlu və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin əsas borc istisna olmaqla, qalan hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsinə əsasən X23 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ xx xxx 2013-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxxxx 2012-ci il tarixli, 932 saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxx 2008-ci il tarixdə bağlanmış 03L000000932 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditin məbləği 50.000 ABŞ dolları, müddəti 175 ay müəyyən edilmişdir. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, X23 aylıq faiz dərəcəsi 2,3333% olmaqla 16 ay müddətinə 13963 manat kredit verilmişdir. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X19 arasında bağlanmış 03S000000895 saylı, xx xxx 2008-ci il tarixli, X26 arasında bağlanmış 03S000011622 saylı, xx xxxx 2011-ci il tarixli, X30 arasında bağlanmış 03S000020469 saylı, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X19 arasında bağlanmış 895 saylı, xx xxxxxx 2012-ci il tarixli, X26 arasında bağlanmış 11622 saylı, xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlərdən görünür ki, bank ilə zamin X19 arasında bağlanmış xx xxx 2008-ci il tarixdə 03S000000895 saylı və X26 arasında bağlanmış xx xxxx 2011-ci il tarixdə 03S000011622 saylı zaminlik müqavilələrinin preambulasına dəyişiklik və əlavə edilməklə həmin preambulada, kredit xəttinin məbləği 50000 ABŞ dolları, kredit xəttinin müddəti 175 ay göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 03M000001477 saylı ipoteka müqaviləsindən görünür ki, “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 21966 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X22 adına xx xxxxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X24 məxsus ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 99,78 kv.m-dən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyətinin 24731 saylı, xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, X21 xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması üzrə xx xxxxxxx 2017-ci il tarixə əsas borcu 13963 manat, faiz borcu 3561,41 manat, cərimə borcu 4096,11 manat, cəmi borcu 21620,52 manat təşkil edir. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyəti tərəfindən X23, X24, X15 və X9 göndərilmiş xx xxxxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan “AccessBank” qapalı səhmdar cəmiyyəti tərəfindən X24 göndərilmiş xx xxxxxxx 2017-ci il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxxxxx 2017-ci il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17106 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla X21 xx xxxxxxx 2017-ci il tarixə “AccessBank” qapalı səhmdar cəmiyyətinə olan borcu 17481,63 manat, o cümlədən əsas borc üzrə 13963,00 manat, faiz borcu üzrə 3518,63 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.metr yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evinin dəyəri 35000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə bazar dəyəri 29000 manat, likvid dəyəri 23000-24000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən X23 aylıq faiz dərəcəsi 2,3333% olmaqla 16 ay müddətinə 13963 manat kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X19 arasında bağlanmış 03S000000895 saylı, xx xxx 2008-ci il tarixli, X26 arasında bağlanmış 03S000011622 saylı, xx xxxx 2011-ci il tarixli, X30 arasında bağlanmış 03S000020469 saylı, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 03M000001477 saylı ipoteka müqaviləsinin 3.2.2-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün bank ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşdən görünür ki, X29 xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması üzrə heç bir ödəniş etməmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər X17, X6, X18 və X10 müştərək qaydada “AccessBank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 003R********** saylı kredit müqaviləsi üzrə 13.963 manat məbləğində əsas, 3.518,63 manat məbləğində faiz və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.531 manat 63 qəpik məbləğində pulun tutulması, tutmanın cavabdeh X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.m yaşayış sahəsindən ibarət olan 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin məcburi qaydada boşaldılması, cavabdehlərin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 17531 manat 63 qəpik məbləğində pulun iddiaçıya ödənilməsi, qalan vəsaitin isə cavabdeh X24 qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilir ki, X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə likvid dəyəri 23000-24000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.metr yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evininaçıq hərracda ilkin satış qiyməti 24000 manat müəyyən edilməlidir. Cavabdehlər apellyasiya şikayətində 3518,63 manat məbləğində faiz borcunun tutulmasına dair hissədə qətnamənin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasına görə X23 13963 manat kredit aylıq faiz dərəcəsi 2,3333% olmaqla verilmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17106 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla X21 xx xxxxxxx 2017-ci il tarixə “AccessBank” qapalı səhmdar cəmiyyətinə olan faiz borcu üzrə 3518,63 manatdır. “AccessBank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X29 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 03L000000932 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixli, 003R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. Göründüyü kimi, X8 razılaşması üzrə faiz və cərimə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, X7, X25, Cavabdeh2 Namiq oğlu ipoteka qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk etmək barədə xx xxxxxx 2014-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 manat cavabdehlər X17, X18, X1, X11 və Cavabdeh2 Namiq oğlundan tutularaq “S-X13 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: “xxxxxxxxxxxx” ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər X21, X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-1005/2018 saylı qətnaməsi cavabdehlər X21, X22, X2, X12 və Cavabdeh2 Namiq oğlunun apellyasiya şikayəti üzrə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. X24 məxsus Xızı rayonu, Xızı şəhəri, Vüsaqi küçəsində olan 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 99,78 kv.metr yaşayış sahəsindən ibarət 21 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 24000 (iyirmi dörd min) manat məbləğində müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manat cavabdehlər X17, X18, X1, X11 və Cavabdeh2 Namiq oğlundan tutularaq “S-X13 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: “xxxxxxxxxxxx” ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar