Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-681/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-3934/2021 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-3934/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma, vərəsələrin siyahısına daxil edilmə və vərəsəlik işinin ləğv edilməsi barədə iddia tələbləri rədd edilmiş, İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində X14 ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X14 tək vərəsəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, onun bacısı oğlu X29 27.10.2020-ci il tarixdə öz ofisində xroniki böyrək xəstəliyindən vəfat etmişdir. X14 anası Ərəbova (Əkbərova) Solmaz Hüseyn qızı onun doğma bacısıdır. X7 subay olmuş və özündən sonra qanun üzrə birinci növbə vərəsə qoymadan vəfat etmişdir. X1 16.03.2008-ci ildə, Rövşənin atası X37 isə 10.07.1997-ci ildə vəfat etmişlər. X14 yeganə qardaşı və qanun üzrə vərəsəsi Cavabdeh1 2013-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və Avropaya getmişdir. Əvvəllər bir müddət Cavabdeh1 Fransa Respublikasında olması barədə məlumat olsa da, sonradan əlaqə kəsilmiş və hazırda harada olması məlum deyildir. X29 vəfat etdikdən sonra onun müraciəti əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bacısı oğlu X29 barəsində 19.11.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Vəfat etdikdən sonra X21 dəfn etmiş, mərhuma aid miras əmlakı faktiki qəbul etmiş, əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. Bundan başqa, X22 məxsus daşınar və daşınmaz əmlaklara aid hüquq müəyyənedici sənədlər və mərhumun özünə aid olan bütün sənədlər ondadır. X29 vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirmək üçün bacısı qızı Haqnəzərova Aynur Sahib qızı ona müraciət edərək X14 ölümü haqqında şəhadətnaməni istəmiş, bunun əvəzinə, mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra ona da həmin əmlakdan pay verəcəyini bildirmişdir. Lakin o, Aynur Haqnəzərovanın təklifini qəbul etməmişdir. Bundan sonra, Aynur Haqnəzərova 2013-cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hazırda harada olması məlum olmayan X14 qardaşı Cavabdeh1 adından Rusiya Federasiyasının Ximki şəhərinin notariusu tərəfindən təsdiq edilmiş öz adına verilmiş saxta etibarnamə əldə edərək həmin etibarnamə əsasında X10 adına Cavabdeh1 adından etibarnamə vermiş, sonuncu isə X15 miras əmlakına dair Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə X16 adından müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Aynur Haqnəzərova notariusla əlaqəyə girərək Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib etdirmiş və bu etibarnamə əsasında Aynur Haqnəzərova Cavabdeh1 adından Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07.12.2020-ci il tarixdə X10 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir. Onun vəkili tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə verilmiş sorğu əsasında 07.12.2020-ci il tarixli 7E/37972 saylı etibarnamə və ona əlavə edilmiş sənədlər əldə edilmişdir. Həmin sənədlərdən məlum olur ki, guya 22.11.2016-cı il tarixdə Ərəbov X32 Federasiyası vətəndaşı X30 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermişdir. Həmin etibarnamə, ümumiyyətlə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən təqdim edilmiş sənədlərdə yoxdur və iş materiallarına əlavə edilməmişdir. Guya bundan sonra 26.11.2020-ci il tarixdə X5 Federasiyası Moskva vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyestrdə 50/73-n/50-2020-8- 420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında 4 il müddətində Haqnəzərova Aynur Sahib qızının adına Cavabdeh1 adından bütün səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə vermişdir. 26.11.2020-ci il tarixdə X30 tərəfindən verilmiş və Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyestrdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07.12.2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamə əsasında Cavabdeh1 adından X17 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirməklə bağlı etibarnamə vermişdir. X2 Əfqan Kazım oğlunun adından Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 27.01.2021-ci il tarixdə 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Aynur Haqnəzərovanın məqsədi saxta etibarnamə əsasında bacısı oğlu X14 adına olan əmlakı Cavabdeh1 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək, sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir. Bacısı oğlu Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı X30 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, Cavabdeh1 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hazırda harada olması məlum deyildir. Ümumiyyətlə, Cavabdeh1 2016-cı ildə Rusiya Federasiyasında olmamış və X23 8 il müddətinə etibarnamə verməmişdir. Onda olan məlumata əsasən X30 bacısı oğlu X14 qeyri qanuni oğludur. Cavabdeh1 2016-cı ildə X23 etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə, ümumiyyətlə, Sumqayıt şəhəri 4 saylı notariat ofisində olan 07.12.2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamənin olduğu notarial işində olmamışdır. Bundan başqa, X14 qanun üzrə yeganə vərəsəsi kimi o, mərhumun mirasını qəbul etmişdir və mərhumun tək qanun üzrə vərəsəsidir. X14 əmlaklarına dair açılmış vərəsəlik işi üzrə onu Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə kimi tanınması barədə 18.03.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və 18.03.2021-ci il tarixli, 811 saylı cavab məktubu ilə notarius onu vərəsə kimi qeydiyyata almaqdan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh1, ümumiyyətlə, Haqnəzərova Aynur Sahib qızı ilə əlaqəsi yoxdur. Bundan başqa, X18 tanımır. Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamə, ümumiyyətlə, Cavabdeh1 iradəsini ifadə etməmişdir və xəbəri olmadan saxta yolla tərtib edilmişdir. Əgər Rusiya Federasiyasının Notarial Palatasına sorğu verilərsə, 22.11.2016-cı il tarixli, 17-9745 və 26.11.2020-ci il tarixli, 50/73-n/50-2020-8-420 reyestr nömrələri ilə qeyd edilmiş etibarnamələrin qüvvədə olmadığı məlum olacaqdır. Bundan başqa, Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilərsə, 2016-cı ildə X14, ümumiyyətlə, Rusiya Federasiyasına getmədiyi məlum olacaqdır. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisində X14 ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X14 tək vərəsəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 Cavabdeh1 və Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ilə məhkəməyə müraciət edərək 27.10.2020-ci ildə ölmüş X14 vərəsəsi kimi tanınması və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində açılmış vərəsəlik işinin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, valideynləri-atası X25, anası X31 vəfat etmişlər. Onlar ailədə səkkiz uşaq olmuşlar, hazırda altısı sağdır. 27.10.2020-ci ildə ölmüş X29 bacısı oğludur. Onun X1 2008-ci ildə, bacısının əri X37 isə 1998-ci ildə vəfat etmişlər. X29 evlənməmiş, övladı olmamışdır. X14 yeganə qardaşı Cavabdeh1 2013-cü ildə ölkəni tərk edərək xaricə getmişdir və Azərbaycana dönmək fikri yoxdur. Yaxın günlərə qədər onun daim X29 ilə telefon və onlayn əlaqələri olmuşdur. Qardaşlarının deməsinə görə X11 xəbər yoxdur və miras onu maraqlandırmır. Haqnəzərova Aynur Sahib qızı Cavabdeh1 adından etibarnamə əsasında Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açdırmışdır. Qardaşları da eyni iddia tələbi və etibarnamənin etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizələri icraata qəbul olunmuşdur. O da öz növbəsində xala kimi Cavabdeh1 4-cü növbə vərəsəsidir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4579/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsə kimi tanınma və vərəşəlik işinin ləğvi tələbinə dair 2(060)- 4579/2021 saylı mülki 2(060)-3934/2021 saylı mülki işdə birləşdirilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X14 qanun üzrə tək vərəsəsidir. Onun bacısı oğlu X29 27.10.2020-ci il tarixdə öz ofisində xroniki böyrək xəstəliyindən vəfat etmişdir. X14 anası Ərəbova (Əkbərova) Solmaz Hüseyn qızı onun doğma bacısıdır. X7 subay olmuş və özündən sonra qanun üzrə birinci növbə vərəsə qoymadan vəfat etmişdir. X1 16.03.2008-ci ildə, Rövşənin atası X37 isə 10.07.1997-ci ildə vəfat etmişlər. Mərhum öldükdən sonra miras əmlakı faktiki qəbul etmiş və əmlakı idarə etməyə başlamışdır. Bu səbəbdən onun Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində X7nun ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X7nun tək vərəsəsi olmağı barədə qətnamə qəbul edilməli olduğu halda, məhkəmə Azərbaycan Respublikası MM-nin 1243.2ci maddəsinin tələblərini pozmuşdur. X7 vəfat etdikdən sonra onu dəfn etmiş və mərhuma aid miras əmlakı faktiki o, qəbul etmiş və əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. Bundan başqa, X7na məxsus daşınar və daşınmaz əmlaklara aid hüquq müəyyənedici sənədlər və mərhumun özünə aid bütün sənədlər onda olmuşdur. X29 vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirmək üçün bacısı qızı Haqnəzərova Aynur Sahib qızı ona müraciət edərək X14 ölümü haqqında şəhadətnaməni istəmiş, bunun əvəzinə, mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra ona da həmin əmlakdan pay verəcəyini bildirmişdir. Lakin o, Aynur Haqnəzərovanın təklifini qəbul etməmişdir. Bundan sonra, Aynur Haqnəzərova 2013-cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hazırda harada olması məlum olmayan X14 qardaşı Cavabdeh1 adından Rusiya Federasiyasının Ximki şəhərinin notariusu tərəfindən təsdiq edilmiş öz adına verilmiş saxta etibarnamə əldə edərək həmin etibarnamə əsasında X10 adına Cavabdeh1 adından etibarnamə vermiş, sonuncu isə X15 miras əmlakına dair Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə X16 adından müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu ilə əlaqəyə girərək Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib etdirmiş və Haqnəzərova Aynur Sahib qızı Cavabdeh1 adından Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07.12.2020-ci il tarixdə X10 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir. Onun vəkili tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə verilmiş sorğu əsasında 07.12.2020-ci il tarixli 7E/37972 saylı etibarnamə və ona əlavə edilmiş sənədlər əldə edilmişdir. Həmin sənədlərdən məlum olur ki, guya 22.11.2016-cı il tarixdə Ərəbov X32 Federasiyası vətəndaşı X30 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermişdir. Həmin etibarnamə, ümumiyyətlə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən təqdim edilmiş sənədlərdə yoxdur və iş materiallarına əlavə edilməmişdir. Guya bundan sonra 26.11.2020-ci il tarixdə X5 Federasiyası Moskva vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyestrdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında 4 il müddətində Haqnəzərova Aynur Sahib qızının adına Cavabdeh1 adından bütün səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə vermişdir. 26.11.2020-ci il tarixdə X30 tərəfindən verilmiş və Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyestrdə 50/73-n/50-2020-8- 420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07.12.2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamə əsasında Cavabdeh1 adından X17 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirməklə bağlı etibarnamə vermişdir. X2 Əfqan Kazım oğlunun adından Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 27.01.2021-ci il tarixdə 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Bacısı oğlu Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı X30 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, Cavabdeh1 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hazırda harada olması məlum deyildir. Ümumiyyətlə, Cavabdeh1 2016-cı ildə Rusiya Federasiyasında olmamış və X23 8 il müddətinə etibarnamə verməmişdir. Bununla bağlı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin 28.10.2021-ci il tarixli, C-1541 saylı məktubu mövcuddur. Həmin məktubda qeyd edilir ki, ümumiyyətlə, Cavabdeh1 2010-2021-ci illərdə Rusiya Federasiyasının dövlət sərhəddini keçməmişdir. X30 onun qardaşı oğludur. X3 2016-cı ildə Cavabdeh1 etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə Sumqayıt şəhəri 4 saylı notariat ofisində olan 07.12.2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamənin olduğu notarial işində olmamışdır. X2 Əfqan Kazım oğlunun adından Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işini saxta etibarnamə əsasında açdırmışdır. Lakin məhkəmə bu xüsusata hüquqi qiymət verməmişdir. Cavabdeh1, ümumiyyətlə, Haqnəzərova Aynur Sahib qızı ilə əlaqəsi olmamış və X18 tanımamışdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamə, ümumiyyətlə Cavabdeh1 iradəsini ifadə etməmişdir və xəbəri olmadan saxta yola tərtib edilmiş etibarnamədir. 07.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 səlahiyyətləri Haqnəzərova Aynur Sahib qızı vasitəsi ilə X17 etibar edilmişdir. 26 noyabr 2020-ci il tarixli Moskva vilayətinin Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamədən görünür ki, X6 Əfqan Kazım oğlunun adından Haqnəzərova Aynur Sahib qızına 8 il müddətinə etibarnamə vermişdir. X36 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 22.11.2016-cı il tarixli, 17-9745 reyestr nömrəli etibarnamə (Cavabdeh1 tərəfindən X23 verilmiş etibarnamə) ləğv edilməmişdir. X36 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 26.11.2020-cı il tarixli, 50/73-h/50- 2020-8-420 reyestr nömrəli etibarnamə (X19 Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) ləğv edilməmişdir. Məhkəmə tərəfindən Rusiya Federasiyasının Notarial Palatasına və Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilməmişdir. Əgər Rusiya Federasiyasının Notarial Palatasına sorğu verilsəydi 22.11.2016-cı il tarixli, 17-9745 reyestrli və 26.11.2020-ci il tarixli, 50/73-n/50-2020-8-420 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamələrin qüvvədə olmadığı məlum olacaqdı. Məhkəmə tərəfindən Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilsəydi 2016-cı ildə X14, ümumiyyətlə, Rusiya Federasiyasına getmədiyi məlum olacaqdı. Onun tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, həmin 2(060)-3951/2021 saylı iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə mülki işə baxılana qədər hazırki mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti heç bir əsas olmadan rədd edilmişdir. Məhkəmə qətnamədə 203048 saylı, 07.12.2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 səlahiyyətlərinin Haqnəzərova Aynur Sahib qızı vasitəsi ilə X17 etibar edildiyini, 26 noyabr 2020-ci il tarixli Moskva vilayəti Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamə əsasında X19 Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına 8 il müddətinə etibarnamə verdiyini qeyd etsə də, həmin etibarnamənin saxta olub-olmamasını, X4 olduğunu, hansı səbəbdən Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına 8 il müddətinə etibarnamə verməsi faktını yoxlamamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı1 nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçılar və Cavabdeh1 məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 15 avqust 1969-cu ildə anadan olmuşdur, atası X37, anası X12r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 27 oktyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X37 10 iyul 1997-ci ildə, X20 16 mart 2008-ci ildə ölmüşlər. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin 27 yanvar 2021-ci il tarixli, 05/Q-224/69 saylı arayışından görünür ki, X14 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin 08 yanvar 2021-ci il tarixli, 05/Q-61/69 saylı arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X37, anası X12r. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli ərizənin surətindən görünür ki, X24 etibarnamə əsasında Cavabdeh1 adından “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 27.10.2020-ci il tarixdə ölmüş X11 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 07 dekabr 2020-ci il tarixdə təsdiq edilərək 7E-37972 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, Haqnəzərova Aynur Sahib qızı Moskva vilayəti Ximki şəhərinin notariat dairəsinin notariusu X13 tərəfindən 26.11.2020-ci il tarixdə təsdiq edilərək 50/73-N/50-2020-8-420 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə əsasında ona verilmiş səlahiyyətləri 2 il müddətinə X17 ötürmüşdür. İş materiallarında olan Rusiya Federasiyası, Moskva vilayəti Ximki şəhərinin notariusu Dorovskix Andrey Mixayloviç tərəfindən 26.11.2020-ci il tarixdə təsdiq edilərək 50/73-N/50-2020-8-420 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X5 Federasiyası, Moskva vilayəti, Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən 22 noyabr 2016-cı il tarixdə təsdiq edilərək 17-9745 reyestr nömrəsi ilə qeydə alınmış Cavabdeh1 tərəfindən ona verilmiş səlahiyyətləri 4 il müddətinə Haqnəzərova Aynur Sahib qızına ötürmüşdür. İş materiallarında olan X36 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 22.11.2016-cı il tarixli, 17-9745 reyestr nömrəli etibarnamə (Cavabdeh1 tərəfindən X23 verilmiş etibarnamə) tapılmışdır, etibarnamə ləğv edilməmişdir. İş materiallarında olan X36 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 26.11.2020-cı il tarixli, 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X19 Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) tapılmışdır, etibarnamə ləğv edilməmişdir. İş materiallarında olan Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 811 saylı, 18 mart 2021-ci il tarixli məktubdan görünür ki, 27.10.2020-ci il tarixdə ölmüş Ərəbov Rövşən Kazım oğlunun vəfatından sonra miras qalmış əmlakın qəbuluna dair 18 mart 2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu və 1160-cı maddələrinə (əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir) əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmir, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr-ti, ev 65a, 1a saylı mənzil, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr-ti, 93 M1 m2 xüsusi mülkiyyət hüququ üzrə X14 adına 23.09.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2705 nömrəli reyestr kitabının 252080 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə istifadədə olan 0,076 ha torpaq sahəsində yerləşən 1/32 nömrəli binanın 1-ci mərtəbəsində 169.2 kv.m ümumi, 103.22 kv.m əsas, 66.02 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi (47 saylı mağaza) tam mülkiyyət hüququ üzrə X14 adına 25.04.2007ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 102 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 16 saylı qeyri yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X14 adına 03.04.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 13741 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rixard Zorge küçəsi, 5C saylı qeyri yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X14 adına 25.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 7813 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-768 nömrəli bağ sahəsi mülkiyyət hüququ üzrə X14 adına 13.03.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, Azərbaycan pr-ti, b.2 qeyri yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X14 adına 23.09.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X14 adına 07.05.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları bərabər pay hüquqlu ikinci növbədə vərəsələr hesab edilirlər. İşin mübahisə edilməyən hallarından görünür ki, miras qoyan X29 27 oktyabr 2020ci il tarixdə ölmüşdür, onun ölümündən sonra birinci növbədə vərəsəsi olmamış, ikinci növbədə vərəsəsi kimi qardaşı Cavabdeh1 qalmışdır. İddiaçı1 X14 dayısıdır. Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, X14 ölümündən sonra 3 ay müddətində onun ikinci növbədə vərəsəsi olan qardaşı Cavabdeh1 nümayəndəsi X24 27 yanvar 2021-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzinə müraciət edərək nümayəndəsi olduğu şəxsin mirası qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul etmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1 iddia tələbi Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisində X14 ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X14 tək vərəsəsi olması barədədir. Azərbaycan Respublikası MM-nin 1159.4-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin xalaları və bibiləri, dayıları və əmiləri bərabər pay hüquqlu dördüncü növbədə vərəsələr hesab edilirlər. İşdən görünür ki, İddiaçı1 X14 dayısıdır. Azərbaycan Respublikası MM-nin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. X14 ikinci növbədə vərəsəsi qardaşı Cavabdeh1 olduğundan dördüncü növbədə vərəsə olan İddiaçı1 vərəsəliyi istisna edilir. İddiaçı1 apellyasiya şikayətində Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı X23 8 il müddətinə Rusiya Federasiyası Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən 22 noyabr 2016-cı il tarixdə təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış və X19 Rusiya Federasiyası, Moskva vilayəti, Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən 22 noyabr 2016-cı il tarixdə təsdiq edilərək 17-9745 reyestr nömrəsi ilə qeydə alınmış Cavabdeh1 tərəfindən ona verilmiş səlahiyyətləri 4 il müddətinə Haqnəzərova Aynur Sahib qızına verməsi barədə 26 noyabr 2020-ci il tarixli etibarnamələrin saxta olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan X36 Palatasının elektron bazasından çıxarışlardan görünür ki, 22.11.2016-cı il tarixli, 17-9745 reyestr nömrəli (Cavabdeh1 tərəfindən X23 verilmiş etibarnamə) və 26.11.2020-cı il tarixli, 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamələr (X19 Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) tapılmışdır, etibarnamələr ləğv edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin İddiaçı1 iddia tələbi üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 iddia tələbinə münasibətdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)- 3934/2021 saylı qətnaməsi İddiaçı1 iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-681/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-681/2022
10.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver