Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-682/2023 29.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(012)-5040/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh məxsus əşyalar – döşək 5 ədəd, böyük yorğan 4 ədəd, uşaq yorğanı 2 ədəd, xalça böyük ölçüdə 2 ədəd, xalça kiçik ölçüdə 3 ədəd, kiçik yastıqça 5 ədəd, sandıq 1 ədəd, soğan doğrayan 1 ədəd, uşaq örtüyü təzə 2 ədəd, ağ saat divar üçün 1 ədəd, pərdə 3 dəst, çamadan 2 ədəd, plastmas soğan-kartof qabı 1 ədəd, yataq dəsti 2 ədəd, süfrə 2 ədəd, örtük böyük ölçüdə 2 ədəd, dəyəri 500 manata yaxın geyimçanta əşyaları, qaşıq dəsti 1 ədəd, güllü qazan 1 ədəd, boşqablar 12 ədəd, sini 2 ədəd sadə, plastmas zibil vedrəsi 1 ədəd, çaydan 1 ədəd, süpürgə 1 ədəd, plastmas pol vedrəsi içində şüşə qab 1 ədəd, plastmas mavi vanna 1 ədəd, plastmas qırmızı vanna, içində sarılı-göylü servis və qənddan 1 ədəd, sarı tava 2 ədəd, şüşə qab 2 ədəd, qəndqabı 3 ədəd, çaydan 1 ədəd, samavar (elektrik) çaydan 1 ədəd, göy rəngli servis yeşikdə 1 dəst, plastmas qabyığan quruducu 1 ədəd, lampa və plastmas dolça hərəsindən 1 ədəd, ağ servis 1 dəst, meyvə qabları 10 ədəd, şirli 2 ədəd qazan, 2 ədəd güldan, sadə çay stəkanları 12 ədəd, içində göy servis - armudu stəkan və kampot stəkanları - hərəsindən 6 ədəd, alüminium xörək qazanı 4 ədəd, güllü qazan dəsti, nəlbəkilər və armudu stəkanlar - hərəsindən 12 ədəd, iri güldan içində plastmas gül, led çilçıraq, şirli qazan 2 ədəd, meyvə qabları 6 ədəd, plastmas zibil qabı, xırda nəlbəkilər 6 ədəd, əlavə sini, qaşıq dəsti, sarı qaşlı rumkalar 6 ədəd, qırmızı blender, ətçəkən maşın, ütü və tozsoran Salmanova (Həkimzadə) Vəfa Zeynal qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki ümumi sahəsi 45 kv.metr olan evdən çıxarılması və həmin ev Salmanova (Həkimzadə) Vəfa Zeynal qızına təhvil verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Cavabdeh yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina olunması və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəfin şikayəti əsasında başlanıldığından və cavabdeh apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən imtina etdiyindən, apellyasiya şikayətindən imtina barədə ərizə cavabdehin iradə ifadəsi ilə verilmiş hesab edilməli, şikayətin geri qaytarılması üçün əsaslar olmadığından ərizə qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4., 365, 263, 264., 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-682/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-682/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver