Məhkəmə qərarları › İş №2(105)-69/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-69/2023

23.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-69/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-477/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X4 qarşı mərzlənməyə mane olan halların aradan qaldırılması və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən müəssisənin mərzlənməsinə mane olan cavabdehin hərəkətlərinə qadağa qoyulması və 0,0051 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus müəssisənin mərzlənməsinə mane olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərinə qadağa qoyulması və mülkiyyətində olan 0,0051 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,16 ha torpaq sahəsində əmlak kompleksi vardır. Həmin müəssisəyə dair 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Müəssisə bütövlükdə iddiaçının tam mülkiyyətindədir. Kompleksin fəaliyyət göstərdiyi və yerləşdiyi ərazinin torpaq sahəsini cavabdehlər zəbt edərək istifadə edirlər. İddiaçı dəfələrlə aralarında mübahisənin yaranmaması üçün kompleksin ətrafını mərzləmək (hasarlamaq) istəsə də cavabdehlər buna icazə verməmişlər. Bununla bağlı iddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, rəsmi cavabda iddiaçıya məxsus tikiliyə aid torpaq sahəsinin 0,0051 ha hissəsinin qonşu tərəfindən istifadə olunduğu aydın olmuşdur. Cavabdehlər isə bunu qəbul etmək istəmir. Göründüyü kimi ona məxsus 0,0051 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunduğundan iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir və onun üzərində sərəncam və istifadə hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-477/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı yanında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, **********94-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsinin 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin 5 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı 25 manat və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25 manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına və mütəxəsiss rəyinin alınması üçün 95 manat məbləğində pul vəsaitinin 47,50 manatının İddiaçı və 47,50 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 239.2, Torpaq Məcəlləsinin 68, 84,111-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(012)-477/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, o, torpaq sahəsini iş üzrə İddiaçı əri və nümayəndəsi Nümayəndə vasitəçiliyi ilə alıb. Eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsində artıq tikinti işləri demək olar ki, başa çatmışdı. Evini inşa edən zaman da bütün işlər Nümayəndə gözü qarşısında və xeyir-duası ilə görülmüşdür. İddiaçının hasarı ilə onun evinə zəruri gediş-gəliş yolunun eni cəmi 1 (bir) metr təşkil edir. Bundan əlavə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları tam dəqiqləşdirilmədən yanlış bir rəy verilmişdir. Hazırda iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin ölçüləri daha artıqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30. 04. 2021 -ci il tarixli, 100/1585 nömrəli rəyinə görə iddiaçının mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir. Ekspert heç zaman orada olmamış, sadəcə olaraq formal qaydada mütəxəssis rəyinə istinad edərək birtərəfli rəy hazırlayaraq məhkəməyə göndərmişdir. Ekspert tərəfindən obyektiv və qərəzsiz araşdırma aparılsaydı ilk növbədə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən əlavə torpaq sahəsinin mövcudluğunu qeyd edərdi. Hesab edir ki, hazırkı iş üzrə də verilən mütəxəssis rəyi qeyri-müəyyəndir. Belə ki, 16. 03. 2014-cü il tarixli, 4Ə/1232 nömrəli alıcı və satıcı arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən **********86 reyestr nömrəli 0,033 ha torpaq sahəsinə dair Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən verilmiş rəydə qeyd olunur ki, İddiaçı adına xx.xx.2016cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsi üzərində 2013cü ildə tikinti isləri aparmışdır. Lakin qətnamənin nəticə hissəsində qeyd edilir ki, guya o, İddiaçı məxsus torpaq sahəsinə doğru pəncərə açmaq istəyəndən sonra aralarında mübahisə baş verib. Əksinə, iddiaçı uzun illərdən sonra, 2020-ci ildə onun həyətinə doğru pəncərə açdığı üçün onu bağlayıb. Qeyd edir ki, tikinti isləri 2013-cü ildə aparılsa da mülkiyyət sənədi 2016-cı ilin dekabr avında verilmişdir. Ona məxsus torpaq sahəsində 2014-cü ilin may ayından tikinti islərinə başlayıb. Əvvəla, iddiaçının onun mülkiyyətində olan torpaq sahəsi ilə arakəsmə divarı mövcud idi və orada 1 ədəd də olsa pəncərə yeri qoyumamışdı. Evini inşa edən zaman iddiaçı tərəfindən torpağa arxa tərəfdən müdaxilə etməsi barədə ona nə xəbərdarlıq, nə də irad tutulmayıb. Əgər mütəxəssis rəyində göstərilən koordinatlar mövcud idisə və onun mülkiyyətinə verilən koordinatlarla üst-üstə düşmə faktı var idisə, belə olan təqdirdə onun mülkiyyət sənədi verilməsinə dair müraciətinə imtina verilməli idi. Əgər o, tikinti isləri aparmışdısa və iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdisə, onda 28 dekabr 2016-cı il tarixdə iddiaçıya ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən invertar nömrəsi 116 olan **********94-12301 reyestr nömrəli texniki pasport verilə bilməzdi. Qətnamədə qeyd edilir ki, məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tikinti-texniki obyektlərin ekspertizası tam dəqiq aparılmamışdır. Eyni zamanda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məhkəmələr tərəfindən qiymətləndirilməlidir. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüləri 0,16 ha-dan artıqdır, tərəfindən zəbt edilməyib və istifadəsində deyil. Təkrar espertiza keçirilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilmədi. Hesab edir ki, məhkəmə qərəzli mövqe tutmuş və qanunsuz qətnamə çıxarmışdır. Mülkiyyətində olan evə zəruri gediş-gəliş yolunun eni 1 metrdən bir az artıq olar. Amma məhkəmənin qanunsuz hesab etdiyi qətnamə qüvvəyə minərsə onun həyətindən evinə gediş-gəlişi bağlana bilər. Bütün hallarda mülkiyyətində olan evinə zəruri gediş-gəliş yolu olmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-477/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Mülki Prosessual Məcəllə 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya kollegiyası qeyd edir ki, qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 775 kv.m əmlak kompleksi kimi müəssisə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak kompleksinin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tarixdə 28 dekabr 2016-cı il tarixdə İddiaçı məxsus olan reyestr nömrəsi **********94-12301, inventar nömrəsi 116 olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən əmlak kompleksinin texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********49 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********94-12301 reyestr nömrəli, əmlak kompleksinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən əmlak kompleksinin 0.16 ha torpaq sahəsinin 10.3 m2 hissəsi (6.6 m2 tikintialtı, 3.7 m2 isə boş torpaq sahəsi) X3 mülkiyyətində olan (xx.xx.2014-cü il tarixli, **********88 reyestr nömrəli) 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşür və sənəd üzrə torpaq sahəsinin 0.0051 ha hissəsi başqa şəxs tərəfindən istifadə olunur. **********94-12301 reyestr nömrəli, əmlak kompleksinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakılardır: X401571.6943 Y-4482198.6869, X-401570.2063 Y-4482218.1333, X-401567.0543 Y4482239.3213, X-401601.1170 Y-4482241.8814, X-401609.3927 Y- 4482193.9794. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində İddiaçı mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixli, **********94-12301 reyestr nömrəli “torpaq sahəsinin plan və ölçüsündəki döngə nöqtələrinin koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə naturada təyin olunmuşdur. Sözügedən əmlak kompleksinə aid torpaq sahəsinin 10.3 m2 hissəsi (6.6 m2 tikintialtı, 3.7 m2 isə boş torpaq sahəsi) X2 mülkiyyətində olan (xx.xx.2018-ci il tarixli, **********88 reyestr nömrəli) 0.03 ha torpaq sahəsinin üzərində yerləşir və sənəd üzrə torpaq sahəsinin 0.0051 ha hissəsi isə Cavabdeh1 və Cavabdeh2 (xx.xx.2014-cü il tarixli, **********86 və **********23 reyestr nömrəli) tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.033 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 542 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 013997 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 4Ə/1232 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən **********86 reyestr nömrəli, 0.033 ha torpaq sahəsinə dair Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı adına xx.xx.2016-cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunur. Yerinə yetirilmiş işin ümumi smeta dəyəri 95 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1585 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına xx.xx.2016-cı il tarixdə **********9412301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 775 kv.m əmlak kompleksi kimi müəssisə İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı ona məxsus olan qeyd olunan torpaq sahəsinin 0,0051 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunduğunu iddia edərək, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmalarını xahiş edir. Mülki iş üzrə təyin edilmiş inşaat-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, İddiaçı adına xx.xx.2016-cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunur. Məhkəmə iddia tələbinin “iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiqini tapdığından iddia bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçıya məxsus müəssisənin mərzlənməsinə mane olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərinə qadağa qoyulması” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbinin bu hissəsi ilə əlaqədar, yəni cavabdehlərin ona məxsus torpaq sahəsini hasara almasına maneçilik törətmələri ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbi təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, **********94-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsinin 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı adına xx.xx.2016-cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyant qətnamənin əsassız olduğunu, o cümlədən eksprt rəyi ilə razı olmadığını qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmiş və şikayətini əsaslandırmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-477/2021 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-477/2021 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar