Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-695/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: X2, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh VAZ-21074 minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin qalıq hissəsi olan 3828 (üç min səkkiz yüz iyirmi səkkiz) manat 77 (yetmiş yeddi) qəpik borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VAZ-21074 minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini və ya onun dəyərinin Cavabdeh alınıb ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, VAZ-21074 minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Cavabdeh sürmək üçün baş etibarnamə vermişdir. Belə ki, cavabdeh məcburi köçkün olduğu üçün öz adına avtomobil ala bilmirdi və o ondan xahiş etmişdir ki, gedib onun adına avtomobil alsınlar. Onlar həmin avtomobili onun adına aldıqda təxminən 7600 manat pul vermiş, qalan pulu isə bank ödəmişdir. Cavabdeh müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödəniş etmədiyi üçün bank ondan qalan 3828.77 manat borc pulu tələb edir. Bu səbəbdən də onun əmlakının üzərinə həbs qoymuşdur. O, cavabdehdən ya bankın pulunu, ya da avtomobili ona qaytarılmasını tələb etsə də, cavabdeh həmin avtomobili ona verməyərək, avtomobili başqa bir şəxsə satdığını bildirmişdir. Hazırda bu səbəbdən cavabdeh maşını ona qaytarmaqdan imtina edir. Belə ki, cavabdeh ona bildirir ki, o maşının harada olmasını bilmir. Konstitusiyamızda da göstərilib ki, şəxsi mülkiyyət toxunulmazdır və qanunla qorunur. O, istəmir ki, onun mülkiyyətində olan maşından kimsə istifadə etsin, ona görə ki, o insan səhər o maşınla cinayət də edə bilər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, VAZ- 21074 minik markalı, ** NA *** dövlət qeydiyyat nömrəli avtomobili tapmaq mümkün olmadığından və banka olan borcun bir hissəsini cavabdeh tərəfindən ödənildiyini bildirərək, Cavabdeh onun avtomobil üçün bankdan aldığı kredit borcunun qalıq hissəsi olan 3828.77 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, VAZ-21074 minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini 7500 manata qohumu İddiaçı adına almışdır. Məcburi köçkünlərə kredit verilmədiyinə görə bankdan həmin avtomobil girov goyularaq pul götürülmüşdür. Kredit götürüləndə 7500 manatın 2000 manatını da özü ödəmişdir. İddiaçı onun adına etibarnamə vermiş, həmin avtomobilin pulunu banka 6 ay ödədikdən sonra, avtomobili başqa şəxsə satmışdır. Hazırda həmin şəxsin harada yaşamasını və avtomobilin harada olmasını bilmir. Avtomobili elə Rafətin özü ilə birgə çox axtarmışlar, lakin avtomobili tapa bilməmişlər. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması ilə bağlıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırır. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(034)-156/2020 saylı qətnaməsinin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi Q.Ş.Məmmədov və İ.H.Əhmədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən bankdan ipoteka ilə yüklü edilmiş avtomobilin götürülməsinə və ödənişlər edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan ƏN-İİİ№ 783299 saylı nəqliyyat vasitəsini idarə etmə üçün etibarnamənin surətindən məlum olur ki, VAZ-21074 minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur, etibar edilən şəxs isə X7 və X5r. Həmin etibarnamə 3 il 7 ay 2 gün müddətinə verilmişdir və xx.xx.2016cı il tarixinədək qüvvədə olmuşdur. İşdə olan Bakı şəhəri 52 saylı notariat kontorunun notariusu X1 №322 /2013 saylı xx.xx.2013-cü il tarixlı məktubundan göründüyü kimi, Bakı şəhəri notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilmiş etibarnaməyə əsasən VAZ-21074 minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini müvəqqəti istifadəyə verilməsinə dair və həmin tarixli 7E/38-21044 nömrəli reyestrlə təsdiq edilmiş daşınar əmlak üçün olan ümumi etibarnamə Cavabdeh verilmiş etibarnamələrin ləğvi ilə bağlı müraciətinə baxılmış və etibarnamələrin ləğvi faktı xx.xx.2013-cü il tarıxdə qeydə alınmışdır. Göstərilənlərlə əlaqədar Ədliyyə Nazirliyi qeydiyyat və notariat hərəkətlərinin 7E reyestr kitabında müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan AA№419995 məcburi köçkün vəsiqəsinin surətinin məlum olur ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkündür. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı tələb edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmaqla, hüquqi cəhətdən düzgün tərtib olunmalı, mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanun və digər normativ aktlar qətnamədə göstərilməlidir. Qanunvericiliyinin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırkı iş üzrə qeyd olunan xüsusatlar öz təstiqini tapır. Bu isə cavabdeh tərəfindən hər hansı bir mülki hüquq pozuntusu törədilməsini təstiq edir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı VAZ-21074 minik markalı 1999cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Cavabdeh qaçqın olduğu üçün öz adına almışdır. Kredit və ipoteka müqaviləsi iddiaçının adına rəsmiləşdirilmişdir, kredit alanda 7600 manatın 2000 manatı cavabdeh tərəfindən banka ödənilmişdir. Cavabdeh müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödəniş etməçdiyi üçün kredit məbləğinin qalıq 3828.77 manat borcu bank İddiaçı tələb etmişdir. İddiaçı cavabdehdən ya bankın pulunu, ya da avtomobili ona qaytarılmasını tələb etsə də, Cavabdeh həmin avtomobili onun icazəsi olmadan başqa şəxsə satmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 30 manat rüsum ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Zəngilan rayonundan məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində digər dəlilləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(034)- 156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-695/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-695/2021
05.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver