Məhkəmə qərarları › İş №2(105)-698/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-698/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-698/2024 12.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və ya obyektin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qərardadından İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20000 manat məbləğində pulun, ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi,yaxud obyektin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və ya obyektin boşaldılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yanlışlıq məhkəmənin təşəbbüsü ilə aradan qaldırılmış və sözügedən qətnaməyə düzəliş edilərək onun giriş, təsviri və nəticə hissələrində “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi” söz birləşməsinin “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və ya obyektin boşaldılması» tələbi” kimi oxunması qərara alınmışdır. İddiaçı vəkili-nümayəndəsi Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadından xx.xx.2024-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadından xx.xx.2024-cü il tarixində vermiş olduğu şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı vəkili-nümayəndəsi Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadından xx.xx.2024-cü il tarixində şikayət vermiş və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qərardadından şikayət verilməsinin müddətinin buraxılmasını üzürlü hesab edərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, sözügedən qərardad dəyişdirilmədən saxlanılmış və işlə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili-nümayəndəsi Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadından xx.xx.2024-cü il tarixində verdiyi şikayətini onunla əsaslandırmışdır ki, nümayəndəsi və vəkili olduğu iş üzrə İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun məbləği olan 20000 manat miqdarında pulun, 150 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, yaxud da həmin obyektin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın predmeti həm iddia ərizəsinin əsaslandırıcı, həm də iddia ərizəsinin “Xahiş edirəm” hissəsində açıq-aydın qeyd edilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 04 noyabr 2023cü il tarixli qətnaməsində iddianın predmeti natamam göstərilmiş, daha doğrusu iddia tələbinin “yaxud da həmin obyektin boşaldılaraq ona təhvil verilməsi” hissəsi qeyd edilməmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə baxışı zamanı iddianın predmeti elan edilərkən də bildirmişdir ki, iddiaçının xahişi cavabdehlərdən 20 000 manat miqdarında pulun və 150 manat dövlət rüsumunun tutularaq ona ödənilməsindən ibarətdir. Həmin vaxt o, bildirmişdir ki, iddianın predmetində “yaxud da həmin obyektin boşaldılaraq ona təhvil verilməsi” hissəsi də vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsini əsassız hesab etdikləri üçün tərəflərindən 22 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, məhkəmə apellyasiya şikayətində qeyd edilənlərin əsaslı olmasını müəyyən etdikdən sonra qətnamədəki həmin əsassızlığın düzəldilməsi qənaətinə gəlmişdir. Mülki qanunvericiliyin tələblərinə görə (MPM-in 228.1-ci maddəsi) çıxarılmış qətnaməni elan etmiş hakim bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər (MPM-in 228.2ci maddəsi). Göründüyü kimi mülki qanunvericiliyə əsasən qətnamədə yol verilmiş səhvlərin iki növü müəyyən edilmişdir:yanlışlıqlar və açıq hesab səhvləri. Mülki qanunvericiliyə əsasən qətnamədəki yanlışlıqlar, bir qayda olaraq, ayrı-ayrı sözlərin və ya ifadələrin yazılışı zamanı yol verilmiş yazı xətaları, qrammatik və orfoqrafik səhvlərlə əlaqədar olur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia tələbinin predmetinin yarımçıq araşdırılmasını “qətnamədəki yanlışlıq” kimi qəbul etmək olmaz və bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 04 noyabr 2023cü il tarixli qətnaməsində də hər hansı bir dəyişiklik edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadı ləğv edilməlidir. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və ya obyektin boşaldılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yanlışlıq məhkəmənin təşəbbüsü ilə aradan qaldırılmış və sözügedən qətnaməyə düzəliş edilərək onun giriş, təsviri və nəticə hissələrində “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi” söz birləşməsinin “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və ya obyektin boşaldılması» tələbi” kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qeyd edilən qarardadla qətnamədə yol verilmiş yanlışlığı aradan qaldırdığını qeyd etsə də faktiki olaraq iş üzrə əlavə qətnamə qəbul edərək iddia tələbinin “obyektin boşaldılması” hissəsinə qiymət verməklə tələbin həmin hissəsinin də təmin edilməməsi nəticəsinə gəlmişdir. Halbuki bu, qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsinin 2(012)-3258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin təsviri, əsaslandırıcı və nəticə hissələrində iddia tələbinin “obyektin boşaldılması” hissəsinə qiymət verilməmiş, tələbin həmin hissəsi müzakirə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250‐ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin «yanlışlıq» kimi qəbul etdiyi məsələyə qətnamədə yanlışlığın aradan qaldırılması kimi deyil, əlavə qətnamə qəbul etməklə tələbin həmin hissəsinə də qiymət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 3258/2023 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar