Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-735/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X9 Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X20 və X12 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi X17 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 vardır. Məhkəmədən öncə mediasiyaya müraciət etmiş və aralarında xx.xx.2023-cu il tarixdə MŞS/MT030/2023-01357 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər arasında olan rəsmi nikahın pozulmasına məhkəmə qaydasında baxılması, həmçinin birgə nikahdan olan uşaqların ananın yanında qalması, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq ödənilməsi, uşaqların ata ilə görüməsinə heç bir məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmamaq barədə tərəflər öhdəlik götürülmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01357 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Ərizəyə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ərizə təmin edilmiş, ərizəçi X17 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/01357 saylı barışıq sazişinin aşağıdakı şərtlə qismən təsdiq edilməsi, (1. Mediasiya prosesində Maraqlı şəxs ilə X17 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZİİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X8, X10. Uşaqların saxlanması üçün Maraqlı şəxs tərəfindən (uşağın atası) hər ayın sonundan gec olmayaraq, bir uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti X11 (uşağın anası) hər ayın sonunda gec olmayaraq ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 2. Mediasiya prosesində Maraqlı şəxs ilə X17 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZİİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X8, X10. X2 (uşağın anası) himayəsində qalmasına razılaşdılar), qətnamənin aliment hissəsində dərhal icra olunması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X17 ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023/01357 saylı barışıq sazişi bağlanılmış, Maraqlı şəxs ilə X17 arasında birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və X1 üçün Maraqlı şəxs tərəfindən hər ayın sonundan gec olmayaraq, bir uşaq ücün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti X11 hər ayın sonunda gec olmayaraq ödənilməsi, X2 himayəsində qalması, uşaqlarla sərbəst şəkildə həftənin şənbə günü saat 12:00-dan 18:00-dək Maraqlı şəxs himayəsində olmasına anası- X17 razılaşaraq öhdəlik götürmüş, hər iki tərəf Maraqlı şəxs və X9 bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasına razılaşmışlar.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-24, 355-25.3, 355-26.1, 355-26.2, 100.2, 234.2.1, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1, 3.2, 28.1, 29.7, 34.1, 34.2, 34.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Maraqlı şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mediasiya prosesinə gedərkən artıq barışmışdılar və mediator bildirdi ki, barışdığınız üçün bu sənədləri imzalamalıdırlar. O da oxumadan, həmin şəxsə və həyat yoldaşına inanaraq sənədləri imzalamış və həyat yoldaşı ilə bir yerdə Sumqayıt şəhər 51-ci məhəllədə 2024-cü ilin sentyabr ayına kimi yaşamışlar, sənədləri də ərizəçi götürmüşdür. Göründüyü kimi həmin sazişin bağlanmasından 2 ilə yaxın bir müddət keçmiş və bu sazişdən sonra o, iddiaçı ilə bir yerdə yaşamışdır. Artıq həmin saziş öz əhəmiyyətini itirmiş və ərizəçi sazişin təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Halbuki onun həmin sazişdə göstərilən şərtlərdən məlumatı olmamış və həmin sənədi barışıq sənədi kimi qəbul etmişdir. Ağlına da gəlməzdi ki, barışdığı şəxs orada uşaqlar üçün alimentin tutulması tələbini irəli sürər. İşə baxan məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada ona məlumat göndərməmiş və yalnız hazırki qətnaməni poçt vasitəsi ilə alan zaman belə bir qətnamənin qəbul edilməsini bilmiş və məhkəmə ona sübutlarını təqdim etmək üçün lazımi şərait də yaratmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, barışıq sazişi bağlanan zaman ailəni bərpa etməklə və barışaraq bir araya gəlmiş və 2024-cü ilin sentyabr ayına kimi mehriban ailə münasibətlərində bir yerdə yaşamışlar. Göründüyü kimi barışıq sazişi bu halda öz əhəmiyyətini itirmiş və o, bu müddət ərzində öz maddi imkanları çərçivəsində uşaqlarına baxaraq onların maddi ehtiyaclarını qarşılamış və həmin sazişdə alimentin ondan tələbi ilə bağlı yazılanlardan məlumatı belə olmamışdır. Onu da qeyd edir ki, uşaqlıqdan astma-bronxit və qulaq orqanın deformasiyası və iltihabı xəstəliyindən əziyyət çəkir və bu səbəbdən hərbi xidmətə aparılmamışdır. Onu heç yerdə işə götürmürlər, belə ki, bir neçə dəfə işləməyə cəhd etmiş, lakin astma tutmaları səbəbindən işləyə bilməmiş və işdən çıxarılmışdır. Onunla bir yerdə yaşayan anası X18 da işləmir, pensiya almır, o da ağır formada şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Məhkəmə bu halları araşdırmadan və barışıq sazişi bağlanandan gündən ərizəçi ilə bir yerdə yaşamağına baxmayaraq aralarında bağlanmış yalan və əhəmiyyətsiz əqd üzrə razılaşmanı təsdiq etmişdir. Ərizəçi ilə mediasiya prosesində barışmış və bu barədə mediatora bildirdikdə o aralarında sazişinin imzalanmalı olmasını bildirmişdir. O və ərizəçi mediator tərəfindən hazırlanan həmin sənədi imzalamış, sazişi oxumamış və bu sazişin onların ailə olaraq bir araya gəlmələri barədə sənəd olmasını düşünmüşdür. Lakin hazırki qətnamədən sonra ona məlum olmuşdur ki, həmin saziş əslində ona qarşı hazırlaşmış bir sənəd olmuş və bu sazişi ərizəçi özündə saxlamış və bugünə kimi onu oxumamışdır. Həmin saziş bağlanıldığı zaman heç bir əhəmiyyəti olmamış, buna görə də bu müddətdə onlar boşanmamış, bir yerdə yaşamışlar və o, da öz imkanı daxilində uşaqlarına baxmışdır. Lakin buna baxmayaraq məhkəmə bu əhəmiyyətsiz, yalan və uydurma əqdi təsdiq etmişdir ki, bu da hüquqlarının pozulmasına xidmət edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
11. X17 ilə Maraqlı şəxs arasında mediator X13 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023/01357 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs ilə X9 birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və X7 X9 (uşağın anası) himayəsində qalması, uşaqların saxlanması üçün Maraqlı şəxs tərəfindən (uşağın atası) hər ayın sonundan gec olmayaraq, bir uşaq ücün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimentin X11 (uşağın anası) hər ayın sonunda gec olmayaraq ödənilməsi, uşaqlarla sərbəst şəkildə həftənin şənbə günü saat 12.00-dan 18.00-dək atası Maraqlı şəxs himayəsində olması razılaşmışlar.
12. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(060)-3582/2025 nömrəli qətnamədən görünür ki, iddiaçı Maraqlı şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya X3 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/01357 saylı barışıq sazişinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi təmin edilməmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iş materiallarında olan barışıq sazişinin şərtləri razılaşdırılmaqla X17 və Maraqlı şəxs tərəfindən imzalanmış, bununla da barışıq sazişinin şərtləri təsdiq edilmişdir. Maraqlı şəxs apellyasiya şikayətində sazişdə göstərilən şərtlərdən məlumatı olmaması, həmin sənədin barışıq sənədi kimi qəbul etməsini, dolayısı ilə aldadıldığını iddia etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(060)- 3582/2025 nömrəli qətnamədən görünür ki, mübahisələndirilən barışıq sazişinin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə Maraqlı şəxs məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Bununla da maraqlı şəxsin barışıq sazişinin yalan və uydurma əqdi qismində etibarsız olması ilə bağlı şikayətinin dəlilləri əsassız hesab olunmuş, mediasiya sazişinin şərtlərinin qanuna zidd olması halı da müəyyən edilməmişdir.
19. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.