Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-736/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil onun mülkiyyətindədir. O, həmin mənzili xx.xx.2019-cu ildə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında mənzilin əvvəlki mülkiyyətçisi X1 almışdır. Cavabdehlər həmin mənzildə məskunlaşmış Qubadlı rayonu, Dondarlı kəndindən olan məcburi köçkünlərdir. Mənzili alarkən, həm mənzilin əvvəlki sahibi, həm də cavabdehlər onu əmin etmişlər ki, tezliklə onlara başqa mənzil veriləcək və onlar mənzili boşaldacaqlar. Lakin, üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehlər indiyədək məzilini boşaldıb, ona təhvil verməmiş və mənzildə yaşamağa davam edirlər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili almış, həmin mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bununla əlaqədar ona xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mübahisəli mənzil Qubadlı rayonu Dondarlı kəndindən olan məcburi köçkünlər olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Qubadlı rayonu Dondarlı kəndindən olan məcburi köçkünlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb edən bu hal üzrə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş və onu, yəni Ayşən Baxşıyevanın məcburi köçkün statusuna malik olan şəxs olması qənaətinə gəlmişdir. Daha sonra birinci instansiya məhkəməsi qətnməsinin 4 və 5-ci vərəqlərində məcburi köçkünlərə aid normalara istinad edərək onun bu mənzildən çıxarılmağı ilə bağlı hüquqi nəticəyə gəlmişdir. İşin halları ondan ibarətdir ki, həmin ev yarımçıq tikili olub, həmin evi anası və özü inşa etmiş, bunun üçün də öz şəxsi maliyyə vəsaitini xərcləmişlər. Bu isə tikinti materiallarının və xərclənmiş pul vəsaitinin iqtisadi dəyər kimi mülkiyyət hüququ əsasında ona məxsus olması işin mübahisəsiz halıdır. Həmin evi o və anası inşa etməyinə, yaşamağına baxmayaraq, həmin ev onun tərəfindən istifadə olunmaqla dolu olmasına baxmayaraq qanunsuz olaraq boş olmayan evə digər şəxsin adına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci ildə, 13/24 №-li order tərtib olunur və başqa bir adama verilir. Bu isə tamamilə qanunsuzdur. Belə ki, order boş olan mənzilə verilə bilərdi, əgər bir yaşayış yerində kimsə yaşayırsa, yəni boş olmayan evə başqa bir şəxsə order verilməsini qanun qadağan edir. Bu isə o deməkdir ki, Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan order verilərkən Mənzil Məcəlləsinin normaları pozulmuşdur. Anası həmin mənzilə gələndə həmin mənzil mövcud olmamış, bina yarımtikili şəklində olmuş, həmin yaşayış yerinin mənzil şəklinə gətirilməsi və tikilməsi 1995-ci ildə həmin mənzilə gələn anası Cavabdeh2 əziyyəti ilə olmuş, o, isə 1997-ci ildə həmin həmzildə doğulmuş və böyümüşdür. İş üzrə iddiaçının istinad etdiyi Çıxarışın qanunsuz olması və buna dair Sumqayıt İnzibati Məhkəməsində araşdırma aparılması barədə məhkəməyə dəfələrlə məlumat verməyinə baxmayaraq məhkəmə bu xüsusatlara qiymət və əhəmiyyət verməmişdir. İşin hallarından aydın görünür ki, mənzilə anası 1995-ci ildə məcburi köçkün kimi gəlmiş, həmin vaxt hazırda çoxmənzilli bina heç bir təşkilatın balansında olmamış, yarımçıq tikili şəklində olmuşdur. Anası ilə birlikdə məcburi köçkün olmuş şəxslərin əziyyəti və maliyyə vəsaiti ilə həmin binanın tikilisi başa çatdırılmış və təmir olunaraq yaşayışa yararlı vəziyyətə gətirilmişdir. Bundan sonra 1997-ci ildə həmin mənzildə doğulmuş və hal-hazıradək yaşamaqla mənzilə sahiblik və istifadə edir. Mənzil tamamilə onların maliyyə vəsaiti hesabına ərsəyə gəlib və bir mənzil kimi mövcud olub. Necə ola bilər ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlsin ki, onlar mənzili zəbt etmişlər, bu tamamilə yanlış bir nəticədir, zəbt etmə hazır və fiziki cəhətdən mövcud olan bir əmlaka daxil olaraq ona sahiblik etməkdir. Onlar isə bu əmlakı özləri inşa etmiş və uzun müddətdir ki, heç bir etirazsız və mübahisəsiz sahiblik edirlər. Bundan əlavə bir əmlakın tikilməsi və təmiri maliyyə vəsaiti hesabına ərsəyə gəlir, həmin maliyyə vəsaiti bir iqtisadi dəyərdir və həmin maliyyə vəsaiti ilə inşa olunmuş evə dair bizim istifadə və sahiblik hüququmuzun olması danılmaz bir faktdır. Daha sonra hansısa saxta sənədlər tərtib etməklə və qanunsuz yollarla Çıxarış əldə olunması və həmin çıxarışa əsaslanaraq mənzili zəbt etməyi iddia edilməsi tamamilə qanuna zidd haldır. Məhkəmə işin hallarını yaxşı araşdırsaydı məlum olardı ki, o, heç bir mənzili zəbt etməmiş, bu mənzildə doğulmuş və hazırda da yaşayır və məcburi köçkün statusuna da malik deyil. Sumqayıt şəhərində qeydiyyatda olmaqla faktiki yaşayır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Anası kimi məcburi köçkün deyil, anası ilə yanaşı onun da həmin mənzildən istifadə hüququ vardır, bir vətəndaş kimi doğulduğu və ömrü boyu yaşadığı yaşayış sahəsinə dair hüquqlarının qeydə alınmaqla ona order verilməsi, almaq hüququ vardır. Bu məqsədlə də anası ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Lakin onlara evin İcranın balansına götürülən kimi onlarla kirayə müqaviləsi bağlanacağına dair məlumat vermişdirlər. Hesab edir ki, maddi hüquq normasının tələbi onlara münasibətdə pozulmuş, həmin mənzil 2008-ci ildə onlar yaşayayaşaya başqa bir şəxsə istifadəyə verilə bilməzdi. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzilə dair order yalnız boş olan mənzilə verilə bilərdi. Sumqayıt İcra Hakimiyyəti anasının məcburi köçkün olduğunu bəhanə gətirsə də onda onunla kirayə müqaviləsi bağlaya bilərdi. Görünən isə odur ki, İcra Hakimiyyəti qanunsuz olaraq mənzili başqa şəxslərə satmağa qərar verib. Orderdə göstərilmiş yaşayış sahəsinin başqa adama verilməsi ilə onun və anası Cavabdeh2 hüquqları pozulur. İşdən aydın görünür ki, həmin mənzildə olmasına və buna dair Sumqayıt İH məlumat olmasına, evdə faktiki onların yaşamalarına, komunal müqavilələrin onlarla bağlanmasına və ödənişlərin edilməsinə baxmayaraq hüquqlarını pozmaqla mənzil başqa şəxsin istifadəsinə verilməsinə dair order verilir. Buna görə də həmin orderin etibarsız hesab edilməsi ilə bağlı tələbin əsaslı olması qənaətindədir. Order Sumqayıt İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında verilməli idi. Lakin belə bir sərəncam yoxdur. Bu isə o deməkdir ki, order özü qanunsuz verilib, DƏDRKX də bunu araşdırmadan hüququ qeydə alıb. Qanun pozuntusu ilə verilmiş order isə etibarsızdır. Order verilməsi barədə Sumqayıt İcra Hakimiyyətinin Sərəncamı olmadığı kimi icrarə müqaviləsi də olmamışdır. Saxta bir order tərtib olunub və onun əsasında da özəlləşdirmə aparılıb. Baxmayaraq ki, həmin evdə onlar 1994-cü və 1997-ci ildən fasiləsiz yaşayırlar və ev onların istifadəsindədir. Sumqayıt İcra Hakimiyyətinin xx.xx.2024 il tarixli, 5-6/2-2699/2024 saylı məktubuna, DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023 il tarixli 3-21-3-21/2-409/2023 saylı məktubuna və onun məcburi köçkün olmamağı ilə bağlı, eləcə də həmin mənzilin onların vəsaiti ilə inşa edilərək təmir olunması ilə bağlı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmişdir. Belə ki, anası 1995-ci ildə, o, isə doğulduğu 1997-cidən həmin mənzildə yaşayır, bu isə o deməkdir ki, 2009-cu ilədək qüvvədə olmuş mənzil məcəlləsinin tələbləri tətbiq olunmalı idi. Dəfələrlə Sumqayıt İcra Hakimiyyətinə müraciət edərək 1994-cü ildən anasının yaşadığı, xx.xx.1997-ci ildən isə onun aşadığı və minbir əzab əziyyətlə inşa etdikləri həmin mənzilə dair order verilməsi və kirayə müqaviləsi bağlanılması üçün müraciət etsək də, mənə müxtəlif bəhanələr gətirilərək evin heç bir təşkilatın balansında olmadığı bildirilmiş, balansa götürülən kimi onunıa müvafiq sənədləşdirilmə işlərinin aparılması bildirilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, öz şəxsi vəsaitləri hesabına yaşayışa yararlı vəziyyətə gətirdikləri və yaşadıqları mübahisəli mənzil yəni, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilk öncə X2 adına qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, daha sonra Sumqayıt “Asan Xidmət’’ mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-446 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, daha sonra isə İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli mənzilin qeydiyyata alınmasına əsas olmuş orderin mübahisələndirilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında iş vardır. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edlib. Məsələ ondan ibarətdir ki, order etibarsız hesab edilsə, digər çıxarışlar da etibarsız hesab ediləcəkdir. Cavabdehlər 1994-cü ildə mənzilə köçüb yaşayıblar. Mənzildə yaşayış olduğu halda order verilib, çıxarışlar əldə edilib. Cavabdehlərin mənzilə istifadə hüquqları mövcuddur. Cavabdeh2 məcburi köçkün kimi mənzildə məskunlaşıb, Aişə isə 1997-ci ildə doğulmaqla, həmin vaxtdan qeyd olunan evdə yaşayır. İcra hakimiyyəti tərəfindən sərəncam verilməyib, order sərəncamsız verilib. Mənzil Məcəlləsinin tələbinə görə order boş mənzilə verilir. Ev icra hakimiyyətinin balansında olmayıb. Yarımçıq tikili olub, cavabdehlərin şəxsi vəsaitləri hesabına tamamlanıb. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mənzilin adına sənədləşdirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət edən zaman bilmişdir ki, mənzilə dair order verilmiş, sonra başqa şəxslərə satılmışdır. Anası məcburi köçkün kimi məskunlaşdıqdan sonra atası ilə nikaha girmiş, atası məcburi köçkün deyildir. Ata anası rəsmi nikahda olublar, nikahları pozulub.
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
İşdə olan sübutlar
13. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili X3 40000 manata almışdır.
14. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
15. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqyaıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə-233-reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
16. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Qızıl Qum məhəlləsi, 3 saylı evin 8 saylı mənzilinə dair X2 adına qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, X4 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, daha sonra isə İddiaçı adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmiş, daha sonra cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsini və “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2- 1(118)-384/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardadn iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-384/2024 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiaysı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 5/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsə əsasən X3 alınmış və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xüsusi mülkiyyət hüququ üzrə ona ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdeh2 məcburi köçkün kimi mənzildə 1994-cü ildə məskunlaşmış, digər Cavabdeh1 isə 1997-ci ildə həmin mənzildə doğulmuşdur. Cavabdeh1 mübahisəli mənzilə dair hər hansı bir hüquq əldə etməmişlər. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının mülkiyyətindən istifadə etməsinə maneə olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.
23. Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzilə dair orderin qanunsuz verilməsi və həmin orderi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmələri ilə əlaqədar olaraq hazırkı iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, mübahisəli mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş hər hansı bir hüquqmüəyyənedici sənədin etibarsız hesab və ya ləğv edilməsi hazırkı mübahisənin predmetinə aid olmamaqla, inzibati məhkəmə icraatı qaydasında həll edilməli olan məsələ olmuşdur ki, cavabdeh də məhz buna görə həmin icraat çərçivəsində iddia qaldırmışdır. Lakin, iş materiallarında olan DƏDKR Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilk öncə xx.xx.2008-ci il tarixli order əsasında X2 adına qeydiyyata alınmış və ona xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, daha sonra Sumqayıt “Asan Xidmət’’ mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-446 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, daha sonra isə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə-233-reyestr nömrəli alqısatqı müqaviləsi əsasında İddiaçı adına xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı tərəfindən məhkəmə qaydasında yalnız order mübahisələndirilmiş, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə dair isə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də iş üzrə icraatın dayandırılması ilə bağlı cavabdehin vəsatəti və şikayətinin dəlilləri əsassız olmuşdur.
24. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5/2025 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.