Məhkəmə qərarları › İş №2(105)-742/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-742/2024

19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-742/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 746/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və qanunsuz sahiblikdən geri tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilməsi, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(067)-746/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0.32 ha ölçüsündə uzun müddət istifadəsində olan daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış torpaq sahəsinə onun mülkiyyət hüquqlarının tanınması və sözügedən torpaq sahəsinin 0,11 hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən, uzun müddət istifadəsində olan 0,32 ha ölçüsündə torpaq sahəsi var və sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən **********11 nömrəli çıxarış almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi qaydada müraciət etməsilə əlaqədar olaraq torpaqların elektron kadastrı uçotu informasiya sistemində mülkiyyətində olan 0,32 ha torpaq sahəsinə aid həmin **********1 reyestr nömrəli çıxarış öz əksini tapmış və bununla bağlı ona rəsmi qaydada cavab məktubu ünvanlanmışdır. Lakin bütün bunlara baxmayaraq Cavabdeh uzun müddət istifadəsində olan çıxarışlı torpaq sahəsinin 0.11 ha hissəsini qanunsuz olaraq istifadə edir. Tərəfindən Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən 0.11 ha torpaq sahəsinin alınaraq istifadəsinə qaytarılmasını xahiş etmiş və məhkəmə də Cavabdeh qanunsuz istifadəsində olan 0.11 ha torpaq sahəsindən istifadəsinin qanunsuz olmasını hesab edib onun istifadəsinə verilməsi barədə qətnamə qət etmişdir. Buna baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2 (105)-203/2021 nömrəli qətnaməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ona verilmiş **********1 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla onun naturada faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatları arasındakı kəskin uyğunsuzluq olduğunu, həmin torpaq sahəsinin onun tərəfindən istifadə edibetməməsi müəyyən edilməsinin mümkün olmaması qeyd edərək Cavabdeh ona məxsus torpaq sahəsinin qanunsuz istifadə etməsinə və həmin torpaq sahəsinin onun mülkiyyəti olmasına dair heç bir sübut təqdim etmədiyini, əksinə qeyd edilən halın ekspert rəyi ilə təkzib edilməsini qeyd edərək göstərmişdir. Halbuki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş çıxarışı vardır və mülkiyyətində olan 0.32 ha torpaq sahəsinə aid çıxarış DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən öz əksini taparaq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdikləri sübut növü hesab edilir ki, sözügedən torpaq sahəsi onun mülkiyyətidir. Onlara məxsus torpaq sahəsi uzun illərdir ki, cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq istifadə olunur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun tanınması və qanunsuz sahiblikdən geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli və onunla bağlı 20 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli və onunla bağlı 20 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar