Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-753/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(060)- 6095/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AS-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanındakı bağ evinin alqı-satqısı ilə bağlı ünvan 2ariusu X28 tərəfindən təsdiq olunmuş (Reyestr nömrəsi 4Ə-792) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın ləğv olunması, mübahisələndirilən bağ sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanındakı bağ evinin alqı-satqısı ilə bağlı ünvan 2ariusu X43 tərəfindən təsdiq olunmuş (Reyestr nömrəsi 4Ə-792) alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bağ evi 35000,0 (otuz beş min) manata Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləsinin nəticəsində Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” verilmişdir. Həmin müqavilə etibarsız hesab olunmalı və “Çıxarış” ləğv olunmalıdır. Belə ki, mərhum həyat yoldaşı X8 adına qeydiyyata alınmış birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bag massivi, ərazisində yerləşən 1601b saylı bağ evi təxminən 2007-ci il tarixdə “Çinar” X5 (VÖEN:**********) götürməli olduğu kredit vəsaiti ilə əlaqədar Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmişdir. Mərhum həyat yoldaşı həmin bağ evini ipoteka ilə yüklü edərək götürdüyü kredit vəsaitini özünə məxsus “Çinar” STB-də həyata keçirdiyi biznesində istifadə etmiş və sonradan müflis olmuşdur. Sonrakı proseslərdən onun heç bir məlumatı olmamışdır. Çünki, mərhum həyat yoldaşının səhhətində olan problemlərlə əlaqadar, əmək qabiliyyətini itirmiş və demək olar ki, heç bir işlə məşğul ola bilməmişdir. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə mərhum həyat yoldaşı X8 qanuni vərəsəsi olmağı ilə bağlı ona “Şəhadətnamə” verilmişdir. Qeyd etdiyi bağ sahəsində 1993-cü ildən etibarən mərhum həyat yoldaşı ilə onun birgə razılığı əsasında həyat yoldaşının qardaşı X3 rayonundan məcburi köçkün olduqları üçün öz ailəsi ilə məskunlaşmışdırlar. Uzun illər ərzində də yenə də onların razılıqları əsasında orada yaşamışlar. Mərhum həyat yoldaşı vəfat etdikdən sonra da onların orada yaşamaqlarına mane olmamışdır. Təxminən 2022-ci ilin may ayının ortalarında onlara məxsus olduğunu ehtimal etdiyi bağ evində yaşayan mərhum həyat yoldaşının qohumları onunla əlaqə saxlayaraq, bağ evinin kredit borcu ilə əlaqədar bank tərəfindən onlara təzyiqlər göstərildiyini, banka olan borc ödənilmədiyi təqdirdə bankın bağ evini satışa çıxardacağını bildirdilər. Bundan sonra o, həmin qohumlarından bankla danışıqlar aparmaqlarını və hansı məbləğdə borcun qaldığını öyrənərək, ona bildirmələrini, yəni onun adından bankla müvafiq danışıqlar aparmaqlarını xahiş etmişdir. Bundan sonra həmin qohumları ona “Qaçqın və X42 üzrə Dövlət Komitəsi”ndən məcburi köçkün olmaqları ilə bağlı müvafiq arayış alaraq banka təqdim etdiklərini və buna görə də bankın artıq onları narahat etməyəcəklərini bildirdilər. Onun ümumiyyətlə bankın bağ evini öz adına rəsmiləşdirməsindən və ya satışa çıxartmaq niyyətinin olmasından məlumatı olmamışdır. Həmin ərəfələr mərhum həyat yoldaşının il dönümü ərəfəsi olduğu üçün, həmçinin səhhətində olan problemlərlə əlaqədar bağ evi ilə bağlı bankla maraqlana bilməmişdir. Bir müddət keçdikdən sonra, təxminən 2022-ci ilin avqust ayının ortalarında bağ evinin banka olan borcunu ödəyərək, haqqı olan əmlakı geri qaytarmaq məqsədilə bankla əlaqə saxlayaraq danışıqlar aparmaq qərarına gəlmiş və bağ evinin bank tərəfindən satıldığını öyrənmişdir. Araşdırdıqdan sonra ona məlum olmuşdur ki, mərhum həyat yoldaşının qeyd olunan bağda yaşayan qardaşı X10 oğlu X35 və Cavabdeh1 ona yanlış məlumat verməklə bankla gizli əlaqəyə girərək, özlərini mərhum həyat yoldaşının qanuni varisləri kimi təqdim edərək, həmin bağ evini 2022-ci il iyun ayının əvvəllərində 35000,0 (otuz beş min) manata satın almışlar. Bundan sonra o, cavabdehlərlə əlaqə saxlayaraq, onun etibarından suiistifadə etdiklərini, onu aldatdıqlarını, bağ evini ona geri qaytarmaqlarını bildirsə də, həmin bağ evini ona 105000,0 (bir yüz beş min) manata geri qaytaracaqlarını bildirdilər. Bildirmək istəyir ki, 30 ilə yaxındır heç bir ödəniş tələb etmədən öz mülklərində saxladıqları şəxslərin onun etibarından sui-istifadə etməklə onu aldadaraq əmlakını qəsdən ələ keçirməkləri heç bir çərçivəyə sığmır. Mərhum həyat yoldaşının qardaşının övladları onun haqqı olan əmlakı ələ keçirmək məqsədilə onun cavabdehlərə olan inam və etibarından sui istifadə etmişlər. Çünki, onlar həmin bağda yaşadıqları üçün bankla bağlı gələn müraciətləri ona təqdim etməli idilər. Bankın bağ evini satmaq niyyəti barədə ona məlumat verməli idilər. Onların həmin bağda yaşamaqları bankın rəsmi müraciətlərinin ona gəlib çatmasına mane olmuşdur. Öz çirkin niyyətlərini həyata keçirmək, bağ evini ucuz qiymətə alaraq daha sonra baha qiymətə satmaqla külli miqdarda gəlir əldə etmək məqsədilə ona qarşı dələduzluq etmişlər. O, cavabdehlərə güvənərək etibar etmiş və düşünməmişdir ki, cavabdehlər ona yalan məlumatlar verərlər. Bankın səlahiyyətli nümayəndəsi də ona cavabdehlərin özlərini mərhum həyat yoldaşının varisləri kimi təqdim etdiklərini bildikləri üçün bağı onlara satmağı daha uyğun hesab etdiklərini və onun əslində qanuni varis olduğunu bilmədiklərini bildirdilər. Bankla danışıqlar zamanı həmin şəxslərin bağ evinin mülkiyyətçisinin varisləri olduqlarını ehtimal etdiklərini bildirmişlər. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004-cü il tarixli 298 saylı Sərəncamın 2-ci bəndində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi tapşırılmışdır. Bu baxımdan da, həmin bağ evindən onların çıxarılmasına heç vaxt təşəbbüs göstərməmişdirlər və orada yaşadıqları 30 il ərzində heç bir ödəniş tələb etməmişdirlər. Həmin bağ evində ona və ailəsinə, övladlarına məxsus şəxşi əşyalar, ev və məişət əşyaları hələ də qalmaqdadır. Lakin buna baxmayaraq cavabdehlərin onlara güvənmələrindən sui-istifadə edərək, həm də dövlətlərinin onlara göstərdiyi qayğı və hümanizmdən sui-istifadə edərək, onun haqqı olan əmlakını hüquqlardan sui-istifadə edərək, ələ keçirmişlər. Əgər onlar ona bankın bağ evini satışa çıxarmaq fikrinin olduğunu bildirsəydilər, o, həmin bağ evini özü alardı. Bu həm də onun birgə nikah dövründə əldə etmiş olduğu üçün, eyni zamanda mərhum həyat yoldaşının qanuni varisi olduğu üçün haqqı idi. Onun cavabdehlərə olan etibarından suiistifadə etməklə, ona yalan məlumatlar verərək onu yubadaraq, özləri həmin əmlakı ələ keçirmişlər. Qeyd olunan bağ evinə verilmiş “Çıxarışda” faktiki tikili ərazi və torpaq sahəsi öz əksini tapmır. Həmin bağ evi 12 sot topaq sahəsinin içərisində 900 kv.metr tikili sahədən ibarətdir. Yəni həmin bağ evini onlar aldıqdan sonra orada uzun müddət tikinti işləri həyata keçirmişdirlər və sonradan məcburi köçkünləri orada yerləşdirdiklərinə görə həm təmiri, həm də faktiki sahə üzrə sənədləşmə işlərini həyata keçirə bilməmişdirlər. Hazırda bağ evini ələ keçirən şəxslərin də elə bu diqqətini çəkmişdir. Real dəyərindən dəfələrlə ucuz qiymətə bank tərəfindən təklif olunan bağ evini ona yalan məlumat verməklə əldə edərək, gələcəkdə dəfələrlə baha qiymətə satışa çıxarmaqla külli miqdarda gəlir əldə etmək məqsədləri olduğundan, bu əməllərini ondan gizli həyata keçirmişlər. Bundan başqa, o, hesab edir ki, bank özü də bağ evini hazırda əldə edən şəxslərə 35000,0 (otuz beş min) manata satmaqla əsl haqqı olan sahibinə satdığını düşünmüşdür. Çünki, əks təqdirdə bank dəfələrlə baha qiymətə sata biləcəyi bir əmlakı hazırda əldə edən şəxslərə 35000,0 (otuz beş min) manata niyə satsın ki. Sonradan bildiyi qədər bankın həmin bağ evinə 250 000,0 (iki yüz əlli min) manata real müştərisi də olmuşdur. Həm məcburi köçkünlərin bağ evindən çıxarılmasının müəyyən çətinliklər yaratmasını, həm də müraciət edən şəxslərin guya varis olduqlarını düşünərək, bank bağ evini real dəyərindən dəfələrlə ucuz qiymətə yalançı şəxsə satmışdır. Yəni, əgər mərhum həyat yoldaşının qardaşı və uşaqları həmin bağ evində yaşamasaydılar, həmin bağ evi onun istifadəsində olsa idi və ya bağ evinin satışa çıxarılması barədə ona məlumatın verilməsinə mane olmasalar idi, onlar heç bir zaman həmin bağ evini belə dəyərindən dəfələrlə ucuz qiymətə əldə edə bilməzdilər. Onların həmin bağ evini əldə etməklərinə şərait yaradan səbəb məcburi köçkün olduqları üçün bağ evində uzun müddət yaşamalarına icazə verməkləri olmuşdur. Göründüyü kimi, birgə mülkiyyətlərində olan əmlakın əvəzsiz istifadəyə verildiyi mərhum həyat yoldaşının qohumlarının bağ evində məcburi köçkün olduqları üçün dövlətin tələbi ilə onlardan asılı olmayan səbəblərdən uzun müddət yaşamaqları, onun tapşırığı əsasında onun xeyrinə bankla danışıqlar aparmalı olduqları halda bunu etməmələri, qanuni varis və birgə nikah dövründə əldə olunmuş əmlakın əvvəlki sahibi olaraq ona məxsus olan üstünlük hüququnu hüquqdan sui-istifadə nəticəsində əldə etmələri, bu yolla əslində ona məxsus olan hüquqları ələ keçirməklə bağ evini mənimsəmələrinə yol verilməməsinin qanuni əsasları qanunvericilikdə istər birbaşa, istərsə də analogiya üzrə öz əksini tapmışdır. Bağ evini əldə edən şəxslər həmin bağ evində yaşamasaydı ona məxsus üstünlük hüququnu heç bir halda məlumatlı olub əldə edə bilməzdi. Onların həmin bağ evində yaşamaqları da qeyd etdiyi kimi onun iradəsindən asılı olmamışdır. Ona görə də bağ evinin alqı-satqısı ilə bağlı müqavilə etibarsız hesab olunmaqla, Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarış” ləğv olunmalıdır. İddia ərizəsində qeyd etdiyi xüsusatların hər birisi tam əsaslıdır və obyektivdir. Həmin xüsusatları mərhum həyat yoldaşının qardaşı X24, bacıları X15, X29, X4, onların həyat yoldaşları X9, X16, X17 və X6 da təsdiq edə bilərlər. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddiaya etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən bağ evini o, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 14 sayılı notariat ofisində alqı-satqı müqaviləsi əsasında əldə etmişdir (Reyestr nömrəsi 4Ə-792). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiq edən sənəd - Çıxarış əldə etmişdir. Hal hazırda da həmin daşınmaz əmlak onun mülkiyyətində və istifadəsindədir. O, ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Yuxarıda göstərilən əmlakı o, bankdan kredit götürərək və qohumlarından borc alaraq əldə etmişdir. Hesab edir ki, İddiaçı iddiası tamamilə əsassızdır və rədd edilməlidir. Onların 2007-ci il tarixində Cavabdeh2 ASC-dəki ipotekaya dair mübahisələrinin onunla heç bir əlaqəsi yoxdur. Belə ki, keçən müddət ərzində Cavabdeh2 qanuni olaraq həmin fərdi yaşayış evini balansına keçirtmiş və bankın mülkiyyətində olan daşınmaz əmlaka dair istənilən sərəncamı vermək hüququna sahib olmuşdur. Nəticədə, onlar alqı-satqı yolu ilə, tam qanuni olaraq, vicdanlı vətəndaş kimi həmin əmlakı əldə etmişdirlər. Onlar həmin əmlakı əldə etməsəydilər belə, başqa şəxslər də həmin əmlakı alqı-satqı yolu ilə əldə edə biləcəkdilər və belə bir vəziyyətdə onların da əmlak hüququna qarşı iddia tələbi nə dərəcədə doğrudur? Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı əsassız iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X30 bildirmişdir ki, Zümrüd onun anasıdır. Onların hüquqlarından qarşı tərəf sui-istifadə edib. Aprel ayında bibisi oğlu onunla əlaqə saxlayıb dedi ki, bank evi satmaq istəyir. Cavabdehin qardaşının yoldaşı Çinarə bankda işləyir və tanışlıq verib bankla bu məsələnin həll edilməsinin mümkün olduğu bildirilmişdir. O, müəyyən vəsait toplayıb, bankla əlaqə saxladıqda, bank ona evin sahiblərinə satıldığını bildirmişdir. Atası hər zaman əmisinə maddi dəstək olub, onu hətta atası işə düzəldib. Məsələ ilə əlaqədar Turalla danışmışdır. Belə ki, evin Talehin adına keçirilməsi məsələsini Tural həll etmişdir. Tural 44000 manat pulun müqabilində Talehin torpağı qaytaracağını bildirmişdir. Bununla əlaqədar o, notariusa getmiş, ancaq Taleh notariusa gəlməmiş, Tural ona Talehin 100000 manat pul istədiyini bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, hər iki tərəf onun qohumudur. Cəbrayıl onun qaynıdır. Torpaqlar azad olunandan sonra qaynı Mikayıl və qaynının uşaqları evə dair alqı-satqı edib. Cəbrayıl mübahisəli evlə bağlı tapşırığın olduğunu eşitməmişdir. Əgər belə bir söhbət olsaydı, onun da, yoldaşının da xəbəri olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, hər iki tərəfi tanıyır. 1993-cü ildə məcburi köçkün olmuşlar və onların hamısının ümid yeri Cəbrayıl İbadov olmuşdur. Cəbrayıl İbadov bağı banka girov qoyaraq kredit götürmüşdür. Günlərin birində Mikayıl bank əməkdaşlarının onları narahat etdiklərini bildirmişdir. Bibisi nəvəsi Çinarə bankda işlədiyindən onunla əlaqə saxlayaraq işi həll etməyə çalışmışdırlar. Onlar məsələnin tam həlli üçün vəsait toplayırdılar. Həmin vaxt Vüsal onlarla əlaqə saxlayaraq Talehin bağ evini öz adına keçirdiklərini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Vüsal evin qaytarılması üçün bütün xərcləri ödəməyə də hazır idi. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(060)-6095/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İşin hallarından görünür ki, birgə nikah dövründə əldə olunmuş bağ sahəsində 1993-cü ildən etibarən hazırki dövrədək mərhum Cəbrayıl İbadovun doğma qardaşı X23 öz ailəsi ilə məskunlaşmışdır. Həm qohumluq əlaqələri baxımından, həmn də qeyd olunan Sərəncamla əlaqədar olaraq, məcburi köçkünlərin həmin bağ evindən çıxarılması mümkün olmamış və bağ evinin mülkiyyət hüququ mərhum Cəbrayıl İbadova məxsus olsa da, bağ evindən faktiki istifadə hüququ Mikayıl Əliyev və onun ailə üzvlərində olmuşdur. Dövlət tərəfindən məcburi köçkünlərə bu şəkildə göstərilən dəstək və qayğını, eyni zamanda mərhum Cəbrayıl İbadov və onun ailə üzvləri qəbul edərək, öz mülkiyyətlərdə olan əmlakdan faktiki istifadə hüququnu məcburi köçkün olan qohumlarının ixtiyarına vermişlər. Mikayıl Əliyev və ailə üzvləri bağ evindən faktiki istifadəyə görə mülkiyyətçiyə heç bir ödəniş etməmişlər. Qeyd olunan bağ evində yaşamaq üçün başqa qohumlar üçün də, kifayət qədər imkanların olmasına baxmayaraq, həmin bağ evində Mikayıl Əliyev və onun ailə üzvlərindən başqa heç kim yaşamamış, sonuncu və ailəsi buna imkan və şərait yaratmaq istəməmiş, hətta mülkiyyətçi və onun ailə üzvlərinə də belə imkan yaradılmamışdır. Yəni bağ evində yaşayan Mikayıl Əliyev və onun ailə üzvləri həmin bağ evinə mülkiyyətçinin razılığı əsasında məskunlaşsalar da, sonradan dövlət tərəfindən onlara göstərilən qayğıdan sui-istifadə etməklə, qanuni mülkiyyətçini dolayı yolla mülkiyyətdən istifadə hüququndan məhrum etmişlər. Bu niyyətlərinə davam etməklə, elə ilk məskunlaşdığı vaxtlardakı istəklərini reallaşdırmağa çalışaraq, bağ evini əvvəlki mülkiyyətçiyə məxsus olan hüquqlarımənimsəməklə, əmlakı ələ keçirmişlər. Çünki, həmin şəxslər bağ evində məskunlaşmasaydılar və müəlkiyyətçinin həmin bağ evi ilə əlaqələrini süni şəkildə kəsmədəydilər, mülkiyyətçi vaxtında bankın tələbləri barədə məlumat əldə edərdi və özünə məxsus olmuş əmlakla bağlı öz iradəsini nümayiş etdirərdi. Qeyd olunan X34 və onun ailə üzvlərinə verdiyi güzəştlər İddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakdan məhrum olunması ilə nəticələnmişdir. Göründüyü kimi bağ evi Sərəncamın tələblərinə əsaəsn Mikayıl Əliyev və onun ailə üzvlərinə müvqətti istifadəyə verilsə də, sonuncular bu hüquqdan suiistifadə edərək, iddiaçını vaxtında və lazımı formada məlumatlandırmayaraq, ona məxsus olan hüquqlardan suiistifadə edərək, etiibar olunmuş əmlakı ələ keçirmişlər. İddiaçının bağ evinin bank tərəfindən hərracdan alması, həmin bağ evini bankın satmaq fikrinin olasından heç bir məlumatı olmamışdır. Çünki, qeyd olunan məsələlərdən mərhum həyat yoldaşıCəbrayıl İbadovun məlumatı olmuşdur. Ona görə də birgə nikah dövründə əldə olunmuş əmlakda məskunlaşmış Mikayıl Əliyev və onun ailə üzvləri Cəbrayıl İbadov vəfat etdikdən sonra bankın həmin bağ evini hərracdan almağı və satmaq istəklərinin olamsı barədə iddiaçıya məlumat verməli idilər. Lakin, Cəbrayıl İbadov vəfat etdikdən sonra həmin bağ evini ələ keçirmək məqsədləri olduğu üçün, iddiaçıya heç bir məlumat verməmişlər. Bank tərəfindən əvvəlki mülkiyyətçinin ailə üzvlərinə dəfələrlə xəbərdarlıq məktubları ünvanlansa da, həmin məktublar bağ evinə ünvanlanmış və orada məskunlaşan cavabdeh və onun ailə üzvləri məktublar barədə iddiaçıya heç bir məlumat verməyərək, özləri bağ evini ələ keçirməyə çalışmışlar. Məhkəmə bu kimi halları, yəni hüquqlardan sui-istifadə hallarını araşdırmadan birtərəfi qərar qəbul etmişdir. Qətnamədən görünür ki, hazırki iddianın predmeti olan bağ evi 2012ci il tarixdə Cavabdeh2 ASC tərəfindən 25500,0 manat müqabilində hərracdan alınmışdır. Bankın əmlakı hərracdan alması barədə iddiaçının heç bir məlumatı olmamışdır. Bank əmlakı hərrac vasitəsilə əldə etsə də, 10 (on) il ərzində həmin əmlakın satışını həyata keçirə bilməmişdir. Belə ki, bağ evində məcburi köçkün olaraq məskunlaşan şəxslərin həmin bağ evindən çıxarılması qanuni yollarla mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məcburi köçkünlərin bağ evindən çıxardılması və bağ evinin banka təhvil verilməsi mümkün olmamışdır. Ona görə də bank bağ evini orada məskunlaşan şəxslərə satmaq məcburiyyətində olmuşdur. Bununla bağlı məhkəmədə Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsinə müvafiq sual verilsə də, qətnamədə öz əksini tapmamışdır. Dəyəri dəfələrlə baha olan bağ evinin, 35000,0 manata bağ evində məskunlaşan şəxslərə satılmasının əsas səbəbi həmin şəxslərin oradan çıxarılmasının qanuni yolla mümkün olmaması olmuşdur. Əgər bank məskunlaşan məcburi köçkünləri bağ evindən çıxarda bilsə idi, həmin bağ evini dəfələrlə baha qiymətə sata bilərdi. Həmçinin, bank tərəfindən həmin şəxslərə bağ evinin satılması həmin şəxslərin özlərini əvvəlki mülkiyyətçinin varisi kimi təqdim etmələri olmuşdur. Bank da öz növbəsində hesab edib ki, əgər bu şəxslər əvvəlki mülkiyyətçinin varisidirlərsə, məcburi köçkün olduqları üçün onların həmin bağ evindən çıxarılması hec bir halda mümkün olmayacaq və ona görə də bank öz xərcini geri qaytarmaq üçün, bağ evini həmin şəxslərə satmağa məcbur olmuşdur. Ona görə də 10 (on) il ərizndə onları bağ evindən çıxara bilməmişdir. Beləliklə, iddiaçının haqqı olan əmlakın bağ evində məskunlaşan qohumları tərəfindən bu şəkildə əldə olunması həmin şəxslərin əsassız varlanmasına səbəb olmuşdur. Qətnamədən də göründüyü kimi, əldə etdikləri bağ evini geri qaytarmaq üçün, 105000,0 manat pul tələb edirlər. Lakin, qeyd olunanlara baxmayaraq, məhkəmə tərəfindən bu hallara diqqət yetirilməmiş və bağlanmış alqı-satqımüqaviləsinin tərəflərinin öz istəkləri və iradələri nəticəsində bağlandığını hesab etmişdir. Həqiqətdə isə bank alqısatqımüqaviləsini bağlayarkən yanılmışdır və haqq sahibinin hazırki iddiaçı olduğunu sonradan müəyyən etmişdir. Bunun nəticəsində də cavabdehin əsassız varlanmasına şərait yaradılmışdır. Bildirmək istəyirəm ki, hazırki iş üzrə cavabdeh məcburi köçkün olaraq həmin bağ evində məskunlaşmasa idi, onun və ailəsinin bağ evindən çıxarılmasıSərəncam əsasında həyata keçirilməsi mümükün olsa idi, özünü banka əvvəlki mülkiyyətçinin varisi kimi təqdim etməsə idi, bankın bağ evini satmaq istəyinin olması barədə hazırki iddiaçıya vaxtında məlumat versə idi, həmin baği evini bu şəkildə ələ keçirə bilməzdi. Cavabdeh onun üçün yaranmış bütün əlverişli imkanlardan istifadə edərək, hüququn bütün prinsiplərindən sui-istifadə edərək, iddiaçının hüquqlarını pozmuş və əsassız varlanmışdır. Göründüyü kimi cavabdehin hazırki iddianın predmeti olan bağ evini əldə etməsi ilə iddiaçıya və digər cavabdeh olan Cavabdeh2 ASC-ə məxsus hüquqlardan sui-istifadə olunmuşdur. Belə ki, cavabdeh iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlakında heç bir ödəniş etməyərək, öz ailə üzvləri ilə birlikdə yaşamış, həmin əmlakdan istifadə hüququndan sui-istifadə etmiş, bağ evini ələ keçirmək məqsədini zamanla həyata kçeirmək məqsədilə bütün mümkün yollardan istifadə etmiş, iddiaçı ilə bank arasında yarana biləcək əlaqələrə müxtəlif vasitələrlə mane olmağa çalışmış və nəticədə iddiaçınıməlumatsız qoymaqla haqqı olan əmlakı əldə etmək imkanından məhrum etmişdir. İlkin vaxtlarda bağ evinin mülkiyyəti iddiaçıya və mərhum həyat yoldaşına məxsus olduğu halda sonuncular bağ evindən faktiki olaraq istifadə etmək imkanları olmamışdır. Çünki, orada məskunlaşan məcburi köçkünlər buna mane olmuşlar. Məcbur köçkünlərlə bağlı Sərəncam onların məskunlaşdığı yerdən çıxarılmasını qadağan etdiyindən, bu haldan suiistifadə edən məcburi köşkünlər, mülkiyyətçilərin də bağ evindən istifadə etməklərini məhdudlaşdırmağa çalışmışlar. Bunun nəticəsində həmin məcburi köçkünlərin ailə üzvü olan cavabdehin bağ evini rahat şəkildə heç bir maneəsiz ələ keçirməsinə səbəb olur. Beləliklə də, iddiaçlya məxsus hüquqlarımənimsəməklə, sonuncunun hüquqlarını pozmuşdur. Bundan başqa, cavabdeh digər Cavabdeh2 ASC-nin hüquqlarını pozmuşdur. Belə ki, bank bağ evini 2012-ci ildə hərracdan əldə etsə də, məcburi köçkün olduqları üçün həmin şəxsləri bağ evindən çıxarda bilmədikləri üçün, bağ evini onların istədikləri məbləğə onlara satmağa məcbur olmuşdur. Çünki, bank hesab edib ki, bağ evini başqa şəxsə satsa, bağ evini satacağı şəxsə təhvil verməlidir. Məcburi köçkünlər isə bağ evindən heç bir halda çıxmayacaqlar. Ona görə də bağ evini məhz orada yaşayan cavabdehə satmaöa məcbur olmuşdur. Beləliklə, cavabdehin dövlət tərəfindən ona verilmiş imtiyazlardan suiistifadə edərək iddiaçıya məxsus əmlakı əldə etməsi qanunvericiliyin tələblərinə zidd hesab olunmalıdır. Məhkəmə prosesi zamanı zəruri araşdırma həyata keçirilmədən, hazırlıq iclası bir neçə dəfə təxirə salınaraq, yeganə baxış iclasında yekun məhkəmə qərarı qəbul olunmuşdur. Məhkəməyə təqdim olunmuş iddia ərizəsi və digər sübutlarda bildirilmişdir ki, cavabdehin qardaşının həyat yoldaşı X21 da Cavabdeh2 ASC-də işləyir və bağ evinin cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmaqla əldə olunmasında mühüm rol oynamışdır. Lakin, bu hal da məhkəmə tərəfindən lazımı qaydada araşdırılmamışdır. Məhkəmə prosesi zamanı Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsinin verdiyi ifadələr qətnamədə öz əksini tapmamışdır. Belə ki, məhkəmə prosesi zamanı bankın səlahiyyətli nümayəndəsi cavabdehin bağ evini əldə etmək məqsədilə banka müraciət edərək, özünü əvvəlki mülkiyyətçinin varisi kimi təqdim etməsi, məcburi köçkün olduqları üçün bağ evi bank tərəfindən hərrac vasitəsilə alınsa da, İcra və probasiya şöbəsi tərəfindən məcburi köçkünlərin çıxarılmasının mümkün olmadığını bildirsə də, qətnamədə bu hallar da öz əksini tapmamışdır. Bankın səlahiyyətli nümayəndəsi cavabdehə bağ evini əvvəlki mülkiyyətçinin varisi kimi bildikləri üçün satıldığını, yəni dolayı yolla yanıldıqlarını bildirsə də, məhkəmə bu fakta qiymət verməmişdir. Məhkəmə əhəmiyyətli yanılma halını yalnız bankın nümayəndəsinə alqı-satqı müqaviləsinin qanuni və ya qanunsuz olaraq bağlanıb-bağlanmaması barədə suallar verməklə kifayətlənmişdir. Təbii ki alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əsasən bağlanmışdır. Yəni notarial qaydada alqısatqı müqaviləsi bağlanmış, ödəniş bank hesabına ödənilmiş və bunun nəticəsində də “Çıxarış” alınmışdır. Belə bir müqavilənin bağlanma formasına qanunsuz bağlanmış müqavilə kimi yanaşmaq olmaz. Ona görə də bankın səlahiyyətli nümayəndəsi məhkəmə prosesi zamanı müqavilənin qanuni, yəni qanunvericiliyin tələblərinə əsasən bağlandığını qeyd etmişdir. Məhkəmə isə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı bankın səlahiyyətli nümayəndəsinin mövqeyi barədə, yanılma barədə heç bir sual verməmiş və bu halı aydınlaşdırmağa çalışmamışdır. Bank səlahiyyətli nümayəndəsi dolayı yolla məcburi köçkün olduqları üçün bağ evindən çıxarılmalarının qeyri-mümkün olması səbəbindən həmin bağ evini cavabdehə satmaq məcburiyyətində qaldıqlarını və cavabdehi əvvəlki mülkiyyətçinin varisi hesab etdiklərini, bankın hər zaman mövqeyinin əsasən ipoteka predmeti olan əmlakı mülkiyyətçinin özünə və ya ailə üzvlərini satmaq olduğunu, bağ evini satdıqdan sonra cavabdehin əvvəlki mülkiyyətçinin varisi olmadığını və başqa varislərinin olduğunu sonradan öyrəndiklərini, bir sözlə dolayısı ilə bağ evini cavabdehə satmaqla yanıldıqlarını bildirsə də, məhkəmə bu hallara qiymət verməmiş, yalnız alqı-satqı müqaviləsinin qanuni və ya qanunsuz bağlanması barədə sual verməklə kifayətlənərək, qərəzli qərar qəbul etmişdir. Məhkəmə bankın səlahiyyətli nümayəndəsinə alqı-satqı müqaviləsinin etibarsız hesab olunmaqla, iddiaçının bağ evini əldə etmək istəyinə bankın mövqeyini öyrənməkdən evini əldə etmək istəyinə bankın mövqeyini öyrənməkdən imtina etmişdir. Hesab edirəm ki, məhkəmə bankın səlahiyyətli nümayəndəsinə iddiaçının haqlı olduğu əmlakı əldə etmək istəyi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına bankın hər hansı etirazının olub-olmaması faktını müəyyən etməyə çalışsa idi, bankın hər zaman mövqeyinin ipoteka predmetinin mülkiyyətçi və ya mülkiyyətçinin varisləri tərəfindən əldə olunmalı olmasını bildirən səlahiyyətli nümayəndə, alqı-satqı müqaviləsinin etibarsız hesab olunmaqla, “Çıxarış”ın ləğv olunması və bağ evinin haqlı olan iddiaçı tərəfindən əldə olunacağını heç bir etirazı olmadığını bildirərdi. Bankın belə bir ədalətli mövqeyini nümayiş etdirən səlahiyyətli nümayəndəyə bu istiqamətdə sualların verilməməsi və bu yolla obyektiv araşdırma aparılmasına maraqla yanaşılmaması da, məhkəmənin qərəzli olaraq birtəfəli qərar qəbul etməsini bir daha sübuta yetirir. Çünki, məhkəmə prosesi zamanı bankın səlahiyyətli nümayəndəsinə alqı-satqımüqaviləsinin etibarsız hesab olunmasına dair mövqeyi ilə bağlı heç bir sual verilməmişdir. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirərək, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı əsaslı faktların olub-olmamasına dair müvafiq tədbirlər həyata keçirməli olduğu halda, yalnız tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin prosedur baxımından qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmasını araşdırmış və buna uyğun da yekun qərar qəbul etmişdir. Lakin iddianın mahiyyətindən görünür ki, iddia alqı-satqı müqaviləsinin prosedur baxımından qanunsuz bağlanmasının mübahisələndirilməsinə yönəldilməmişdir. İddia alqısatqı müqaviləsi bağlananadək cavabdeh tərəfindən iddiaçının hüquqlarından sui-istifadə edilməsi ilə iddiaçının üstünlük hüququnun ələ keçirilməsi yolu ilə əmlakın əldə olunmasının nəticələrinin ləğv olunması tələbinə yönəldilmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallar, bu kimi münasibətləri tənzimləyən normalar araşdırılmadan, qərar qəbul olunmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X26 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(060)-6095/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: AZ-İİ JQ 326660 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X11 xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 330 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada İbadova soyadı verilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərrac təşkilatının Hərracın yekunları barədə 77/01 saylı protokolundan görünür ki, 24 oktyabr 2012-ci il tarixdə saat 15:00-da X12 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 1601 bağ evinə dair hərrac keçirilmiş, hərraca çıxarılan bağ evinin satış qiyməti 25500 manat müəyyən olunmuşdur. X47 ASC qalib gəlmişdir. xx.xx.2012-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Rabitə Bank ASC X12 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 1601 bağ evini 25500 manat ödəməklə hərracdan almışdır. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1601 B nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 9-cu mkr, ev 29/26, mənzil 20 və X1 nizamnamə kapitalının məbləği 20 manat nizamnamə kapitalındakı faizi 100% olan paydan ibarətdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evi X8 adına qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evini 35000 manata Rabitə Bank ASC-dən almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022ci il tarixli çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. 187 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 1601 bağ evinin (Çıxarış üzrə ümumi sahəsi 368,80 kv metr torpaq sahəsi 0.0384 ha Faktiki sahəsi 900,0 kv metr , torpaq sahəsi 0.12 ha) hazırki satış qiyməti 187000,0 (bir yüz səksən yeddi min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1601b saylı evə dair Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzillə bağlı verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 6-cı maddəsinə görə hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh1 oğu ilə Cavabdeh2 ASC arasında Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun qaydada bağlanmaqla həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı cavabdeh bankın mübahisələndirilən müqaviləni bağlayarkən yanıldığını, Cavabdeh1 özünü banka X8 qanuni varisi kimi təqdim edərək müqavilə bağlanmasına nail olduğunu bildirmişdir. Mülki Məcəllənin 347-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2). Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur (347.4). Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur (347.7) Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, alqısatqı müqaviləsinin bağlanması zamanı heç bir pozuntuya yol verilməmişdir, müqavilə hər hansı yanılma nəticəsində deyil, qanunvericiliyinin tələblərinə uyğun olmaqla bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(060)-6095/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-753/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-753/2023
27.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver