Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-765/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4987/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4987/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh1 və X4 qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 mebel qonaq otağı “Padşah” dəst-3000 manat, pərdə, 4 ədəd günlük, 4 ədəd tül, 6 qıraqlıq, 6 ədəd qıraqlıq şüşə-600 manat, cehizlik döşək-20 manat, 1 ədəd yorğan sintefon bənövşəyi-15 manat, 2 ədəd odeyal qalın boz və bənövşəyi 2 nəfərlik-20 manat, 2 ədəd ağ və krem rəngli pakrıval-40 manat, 2 ədəd tək 1 ədəd cüt odeyal-30 manat, odeyal yaşıl-10 manat, yastıq 6 ədəd sadə-36 manat, yataq üzlüyü 8 ədəd sintetik sadə-40 manat, xalça ağ boz rəngli sadə (2x1) m-60 manat, divar saatı qızılı rəng-15 manat, televizor “Arçelik”-300 manat, DVD “Samsung”-20 manat, divan mavi künc-500 manat, jurnal masa divan ilə birgə-40 manat, stul ağ 1 ədəd, stol mavi 8 ədəd-440 manat, Bogema 3 ədəd mavi və qızılı ayaqlı-150 manat, mavi nahar servizi 12 nəfərlik sadə-150 manat, mavi 6 ədəd bakal ayaqlı-18 manat, sadə bakal şəffaf 12 ədəd- 30 manat, sadə şəffaf güldan 2 ədəd-11 manat, sadə meyvə qabı ayaqlı 2 ədəd-14 manat, xrustal konfet qabı 2 ədəd-16 manat, sadə şüşə mürəbbə qabı 2 ədəd-8 manat, xrustal sadə stəkan 6 ədəd-4,20 manat, yaşıl çaşka 3 ədəd-3 manat, 6 ədəd şəkilli bakal ayaqlı- 18 manat, 6 ədəd çay dəsti (tam deyil)-25 manat, tort servizi (6 boşqab)-15 manat, qara ayaqlı bakal 12 ədəd-30 manat, şamdan sadə şüşə 2 ədəd-8 manat, göy sadə külqabı 2 ədəd-10 manat, 12 nəfərlik çəngəl bıçaq dəsti (tam deyil)-25 manat, 2 ədəd madonna salfet qabı-4 manat, tort kəsən-6 manat, jurnal üstü-4 manat, lampa 1 ədəd-6 manat, 2 ədəd boz rəngli divan üstü-10 manat, mavi xalça 1 ədəd (3x2)-120 manat, xrustal qab qayıq formasında 1 ədəd-15 manat, 3 ədəd nar suvenir-6 manat, 1 ədəd ağ güldan-3 manat, 1 ədəd göz muncuğu ağac-1,50 manat, uşaq mebeli (çarpayı 3 qapılı şifoner)-550 manat, ütü bənövşəyi-15 manat, ütü altlığı-15 manat, tozsoran (xarab edilib)-20 manat, 1 ədəd bənövşəyi xalça- 8 manat, 2 ədəd daroşka-50 manat, 3 ədəd göy, qəhvəyi, boz ayaqaltı-12 manat, 2 ədəd rezin hamam ayaqaltı-4 manat, mətbəx mebeli (ağ və rəngli)- 1200 manat, soyuducu “Arçelik”-400 manat, paltaryuyan “Arçelik”-300 manat, stol, 2 stul bənövşəyi, 1 kiçik divan-180 manat, jalüz krem rəng-120 manat, plasmas mərtəbəli tərəvəz qabı-6 manat, ətçəkən ağ sadə -45 manat, sok çəkən qara-35 manat, 4 göz qaz peçi boz sadə-40 manat, aspirator boz-35 manat, umıvalnik 2 tərəfli boz-20 manat, qara bıçaq dəsti (tam deyil)-15 manat, tərəvəz doğrayan kombayn ağ-30 manat, oxlov-2 manat, tok peçi tək göz ağ-12 manat, soba boz-40 manat, mikser-15 manat, 1 ədəd orta boy çaydan-20 manat, 1 ədəd çaydan (özü sındırıb)-6 manat, 1 ədəd çaynik kiçik-3 manat, 1 ədəd orta boy çaynik-6 manat, tefal boz-10 manat, ağ-qara serviz (12 nəfər yemək servizi)- 50 manat, 6 nəfərlik ağ-qara şirniyyat servizi-20 manat, boz qazan və tava dəsti-70 manat, ağ qazan dəsti-25 manat, süfrə 5 ədəd-50 manat, 4 ədəd böyük dəsmal-48 manat, 9 ədəd əl dəsmalı-27 manat, yaşıl 6 nəfərlik yemək servizi (tam deyil)-50 manat, armudu stəkan 8 ədəd-4,80 manat, 7 ədəd güllü ədviyyat qabı-12 manat, 5 ədəd fərqli şüşə ədviyyat qabı-6 manat, şüşə qapaqlı 2 ədəd pendir qabı-4 manat, şüşə 3 yarpaqlı qab-9 manat, şüşə 1 böyük, 1 balaca bantik qab-9 manat, ağ göy 1 ədəd qab-6 manat, plasmas yaşıl güllü salat qabı 2 ədəd-3 manat, 6 ədəd xrustal stəkan-12 manat, 4 ədəd ağ nəlbəki gəlincik-8 manat, 6 ədəd rozetka-2,40 manat, 6 nəfərlik fərqli rozetka 2 ədəd-2,80 manat, 3 ədəd ayaqlı rozetka-6 manat, 5 ədəd qırmızı nəlbəki-5 manat, 3 ədəd aşağısı qırmızı bakal-1,50 manat, 5 ədəd ağzı boz viski bakal-5 manat, 1 ədəd çaynik altlığı-1,50 manat, 4 ədəd kofe stəkan narıncı-4 manat, 1 ədəd dəmir kofe dəmləyən-3 manat, plasmas qablar (4 ədəd fərqli)-8 manat, plasmas göyərti taxtası yaşıl-4 manat, plasmas qaşıq çəngəl altlığı-4,50 manat, zibil qabları 1 böyük, 1 ədəd kiçik-7 manat, taxta qaşıq və 1 ədəd fərqli çəngəl-5 manat, yaşıl yolka kiçik boy-12 manat, ayaqqabı qoyan pasmas mərtəbəli-6 manat, 1 ədəd süpürgə mav plasmas-5 manat, hamam içi paltar vedrəsi 1 ədəd-4 manat, dəmir podnos dəsti-12 manat, plasmas süzgəc-3 manat, şüşə narıncı qapaqlı yemək qabı-5 manat, fərqli təyinatlı qablar-15 manat, ləbləbi qabı 2 ədəd-8 manat, ayaqlı konfet qabı 1 ədəd-3 manat, uzun ayaqlı mürəbbə qabı-5 manat, ayaqlı meyvə qabı 1 ədəd-5 manat və ya onların dəyəri alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi, ilkin iddia tələbi 2 ədəd pakrıval (1 boz, 1 ağ)-1000 manat, 2 ədəd yastıq üzü-10 manat, vilur qırmızı odeyal-15 manat, 6 ədəd qız şəkilli çay servizi-50 manat, 2 ədəd ağ salfet qabı-10 manat, üz alan-5 manat, 1 ədəd çöl bardovıy ayaqaltı-15 manat, mikrodalğalı soba (ağ Eurolux)-130 manat, kofemolka “Bosh” dəmir-35 manat, plasmas tərəvəz doğrayan-10 manat,çəngəl-bıçaq seti (12 nəfərlik)-180 manat, 6 ədəd ayaqlı madonna qab şüşə-15 manat, yaşıl qara stəkan dəst-20 manat, İimon sıxan-3 manat, 6 ədəd stəkan-25 manat, 18 ədəd şüşə bakal-50 manat, dəmir qabqoyan narıncı-15 manat, plasmas yemək dəstləri rəngli-25 manat, çay dəmləyən dəmlik-5 manat, tutacaqlar-15 manat, şüşə silən 1 ədəd-8 manat, paltar asan dəmir asılqan-40 manat, 3 ədəd plasmas güllü dəst-30 manat, dəmir yemək qoyan-10 manat, 3 dənəli ağ ləbləbi qabı-15 manat məbləğində cehiz əşyalarının Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində rədd edilməsi, Cavabdeh1 və X3 İddiaçı qarşı daşınar əmlakların, qızıl zinət əşyalarının və nağd pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona hədiyyə olunmuş-mebel qonaq otağı “Padşah” dəst-10000 manat, pərdə, 4 ədəd günlük, 4 ədəd tül, 6 qıraqlıq, 5 ədəd qarniz, 6 ədəd qıraqlıq şüşə-3000 manat, cehizlik döşək-70 manat, 1 ədəd yorğan sintefon bənövşəyi-50 manat, 2 ədəd odeyal qalın boz və bənövşəyi 2 nəfərlik-60 manat, 2 ədəd ağ və krem rəngli pakrıval-270 manat, 3 ədəd odeyal nazik 2 ədəd tək, 1 ədəd cüt (güllü, çəhrayı)-100 manat, dəsmal material odeyal yaşıl-25 manat, 6 ədəd uzun yastıq pambuk 50 x 70, 6 ədəd 70 x70 yastıq qaz tükü-200 manat, 2 ədəd pakrıval (1 boz, 1 ağ)-1000 manat, yataq dəsti 10 ədəd-500 manat, 2 ədəd yastıq üzü-10 manat, ağ və krem rəngli xalça-300 manat, vilur qırmızı odeyal-15 manat, qaşlı böyük divar saatı-50 manat, televizor “Arçelik” 149 sm-900 manat, DVD “Samsung” 70 manat, künc divan-1250 manat, jurnal masası-150 manat, stol ağ, 8 ədəd mavi stul- 1000 manat, 3 ədəd ədəd iri vaza Bogema (mavi, qızılı qulplu)-1000 manat, mavi nahar servizi 12 nəfərlik-850 manat, mavi 18 ədəd bakal ayaqlı-280 manat, 12 ədəd şəffaf ayaqlı xrustal bakal- 160 manat, 2 ədəd şəffaf xrustal güldan-160 manat, 2 ədəd xrustal meyvə qabı ayaqlı-110 manat, 2 ədəd xrustal konfet qabı ayaqlı-130 manat, 2 ədəd xrustal mürəbbə qabı ayaqlı-100 manat, 12 ədəd xrustal stəkan-30 manat, 3 ədəd yaşıl çaşka-10 manat, 6 ədəd şəkilli bakal ayaqlı-100 manat, 6 ədəd qız şəkilli çay servizi-50 manat, 6 ədəd çay dəsti (stəkan, 1 çaynik, mürəbbə, pesok qabı)- 100 manat, güllü, qızılı tort servizi (1 böyük. 6 boşqab)-40 manat, qara ayaqlı bakal (6 uzun, 6 yumru, 6 orta yumru)-130 manat, 2 ədəd xrustal şamdan-50 manat, şəffaf 2 göy külqabı-100 manat, 12 nəfərlik qaşıq, çəngəl, bıçaq seti-180 manat, 2 ədəd madonna salfet qabı-10 manat, dəst çəhrayı tort kəsən-20 manat, jurnal üstü-10 manat, 1 ədəd lampa-15 manat, 2 ədəd boz rəngli divan üstü-40 manat, mavi xalça-320 manat, 2 ədəd qayıq formalı xrustal qab-160 manat, 2 ədəd ağ salfet qabı-10 manat, 3 ədəd nar suvenir-30 manat, 1 ədəd ağ güldan-15 manat, 1 ədəd gözmuncuğu ağac-5 manat, uşaq mebeli (çarpayı içliyi, 3 qapılı şifoner)- 1200 manat, ütü bənövşəyi-50 manat, ütü altı göy-40 manat, tozsoran-140 manat, üz alan- 5 manat, 1 ədəd bənövşəyi xalça-40 manat, 2 ədəd daroşka-200 manat, 3 ədəd göy, qəhvəyi, boz ayaqaltı-30 manat, 1 ədəd çöl bardovıy ayaqaltı-15 manat, 2 ədəd rezin hamam ayaqaltısı ağ bənövşəyi-12 manat, mətbəx mebeli (ağ və rəngli)-2800 manat, soyuducu “Arçelik” ağ-900 manat, paltaryuyan “Arçelik” ağ-600 manat, mikrodalğalı soba (ağ Eurolux)-130 manat, stol, 2 stul bənövşə güllü, 1 kiçik divan-370 manat, jalüz, karniz, krem rəngli-400 manat, plasmas mərtəbəli qəhvəyi tərəvəz qabı-15 manat, ətçəkən ağ “Bosh”-110 manat, sok çəkən qara-85 manat, kofemolka “Bosh” dəmir-35 manat, 4 göz qaz peçi boz-130 manat, aspirator boz-210 manat, umıvalnik 2 tərəfli boz-83 manat, qara bıçaq dəst-48 manat, tərəvəz doğrayan kombayn ağ-150 manat, plasmas tərəvəz doğrayan-10 manat, oxlov-2 manat, tok peçi tək göz ağ-21 manat, soba boz-87 manat, mikser-100 manat, 1 ədəd boz yekə çaydan-45 manat, 1 ədəd çəhrayı güllü dəm və böyük çaydan dəsti-50 manat, 3 ədəd çaynik-30 manat, 1 ədəd böyük çaynik-15 manat, tefal boz- 15 manat, ağ-qara serviz (18-19 nəfərlik yemək servizi)-150 manat, 6 nəfərlik ağ-qara şirniyyat servizi-50 manat, boz qazan və tava dəsti-270 manat, ağ qazan dəsti-150 manat, süfrə 9 ədəd-300 manat, 6 böyük dəsmal-150 manat, 20 ədəd əl dəsmalı-200 manat, yaşıl 6 nəfərlik yemək servizi-150 manat, çəngəl-bıçaq seti (12 nəfərlik)-180 manat, 12 ədəd armudu sadə stəkan-8 manat, 6 ədəd ayaqlı madonna qab şüşə-15 manat, yaşıl qara stəkan dəsti-20 manat, 7 ədəd güllü ədviyyat qabları-25 manat, şüşə ədviyyat qabları-60 manat, şüşə qapaqlı 2 ədəd pendir qabı-10 manat, şüşə 3 yarpaq qab-20 manat, şüşə 1 böyük, 1 balaca bantik qab-30 manat, böyük göy qab-30 manat, yaşıl güllü salatlıq-6 manat, 12 ədəd xrustal stəkan-120 manat, 12 ədəd ağ nəlbəki gəlincik-80 manat, 12 ədəd rozetka-35 manat, 6 nəfərlik fərqli rozetka-30 manat, 6 ədəd ayaqlı rozetka-20 manat, İimon sıxan-3 manat, 6 ədəd qırmızı nəlbəki-18 manat, 6 ədəd stəkan-25 manat, 18 ədəd şüşə bakal-50 manat, 4 ədəd aşağısı qırmızı bakal-10 manat, 6 ədəd ağzı boz viski bakal- 30 manat, 3 ədəd çaynik altlığı-10 manat, dəmir qabqoyan narıncı-15 manat, 6 ədəd kofe stəkanı narıncı-15 manat, 1 ədəd dəmir kofe dəmləyən-10 manat, plasmas qablar-25 manat, göyərti taxtası yaşıl doğrama-20 manat, plasmas qaşıq və çəngəl altlığı-10 manat, zibil qabları 1 böyük, 1 balaca-15 manat, taxta dəstləri-20 manat, plasmas yemək dəstləri rəngli-25 manat, çay dəmləyən dəmlik-5 manat, tutacaqlar-15 manat, yaşıl yolka-20 manat, ayaqqabı qoyan pasmas mərtəbəli-15 manat, 1 ədəd süpürgə dəsti mavi-12 manat, şüşə silən 1 ədəd-8 manat, hamamda paltar qoyan vedrə krem rəngli-10 manat, paltar asan dəmir asılqan-40 manat, dəmir podnos dəsti-35 manat, 3 ədəd plasmas güllü dəst-30 manat, süzgəclər-10 manat, şüşə narıncı qapaqlı yemək qoyan-15 manat, dəmir yemək qoyan-10 manat, xırdavatlar (qab-qacaqlar)-50 manat, ləbləbi qabları-60 manat, 3 dənəli ağ ləbləbi qabı-15 manat, ayaqlı konfet qabı-15 manat, uzun ayaqlı mürəbbə qabı-20 manat, ayaqlı meyvə qabı-25 manat olmaqla, cəmi 34228 manat məbləğində cehiz əmlakların, yaxud bunlar olmadığı halda, həmin əmlakların dəyəri və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 27 iyul 2019-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X6 anadan olmuşdur. Nikahlarının pozulması barədə xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Hazırda uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Özünə məxsus fərdi istifadə əşyaları, cehiz və əmlakları iddia ərizəsində qeyd etdiklərindən ibarətdir. O, öz valideynlərinin evinə qayıdanda bütün əmlakları gəlin köçüb yaşadığı evdə, yəni cavabdehlərin evində qalmışdır. O, əmlaklarını geri götürmək istəmiş, lakin cavabdehlər buna razılıq verməmişlər. Cavabdehlər gəlin gələn zaman aldığı qızılların onun əmlakını əvəz etdiyini deyirlər. O, cehiz əmlaklarının verilməsini tələb edir. Cavabdehlərlə birgə yaşadıqları evi məcburiyyət qarşısında qalıb tərk etdiyindən, əmlaklarını geri almaq üçün ciddi səylərinə baxmayaraq, əmlakları cavabdehlər tərəfindən qanunsuz olaraq saxlanılmış, ona qaytarılmamış və bununla da onun mülkiyyət və əmlak hüquqları pozulmuşdur. Cavabdeh1 və X5 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək onlara məxsus olan daşınar əmlakların, anası X4 məxsus qızıl zinət əşyalarının və iş üçün evdə saxladığı nağd pul vəsaitinin, yaxud bunlar olmadığı halda, həmin əmlakların dəyərinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı və xalası Yeganə adlı şəxsin qanunsuz sahibliyindən alınaraq onlara geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh1 İddiaçı ilə 27 iyul 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X6 anadan olmuşdur. Ailə qurduğu gündən başda ailə üzvləri olmaqla həyat yoldaşına hər zaman diqqət, qayğı göstərmiş, maddi gücü çatan heç bir şeyi əsirgəməmişdir. Cavabdeh1 həyat yoldaşının, azyaşlı körpənin rahat həyat yaşaması üçün bütün imkanlarını səfərbər etmişdir. Ailənin tək oğlan övladı olmağına baxmayaraq ailəsi humanistlik göstərərək gəlinlərinin çəkinmədən rahat həyat yaşamağı üçün onları ayrıca mənzillə belə təmin etmişlər. Ailə münasibətləri normal olsa da, bir müddət sonra həyat yoldaşının anasının şıltaqlığı və səbəbsizcə ona kin bəsləməsindən yoldaşının ona olan hörməti və sevgisi yox dərəcəsində olmuşdur. Ailədə mehribançılıq hər zaman həyat yoldaşının anası və ögey qardaşı səbəbindən mübahisəli hala gəlmişdir. Dəfələrlə ailə münasibətlərinə heç kəsin qarışmasını istəmədiyini desə də, bir xeyri olmamışdır. Valideynləri və bacıları həyat yoldaşının özlərinə qarşı soyuq münasibətini gördükləri üçün onun evinə gəlmirdilər. Ailəsi azyaşlı qızını görmək istəyəndə yoldaşı hər dəfə mənasız səbəblər tapıb uşağını atasıgilə aparmağa qoymurdu. Halbuki həyat yoldaşı anasının evinə gedib aylarla gəlmirdi. Bu da ailədə sonuncu mübahisəyə səbəb olmuşdu. Hazırda rəsmi qaydada nikahları pozulmasa da, həyat yoldaşı İddiaçı 05 iyun 2021-ci il tarixdə onun evdə olmadığını fürsət bilərək anası Şamamanın məsləhəti və tapşırığı ilə xalası Yeganə ilə birlikdə yaşadığı evdən ona məlumat vermədən planlı şəkildə özünə, ona və qızı Anitaya aid olan geyimləri, sənədləri, gücləri çatan xırda və böyük əşyaları, toyda onun aldığı 12000 manat dəyərində qızıl ziynət əşyalarını, ona alınan qızıl üzükləri, anasının onun evində saxladığı anasına aid dəyəri 6900 manat olan qızılları, ona məxsus 12 qr və 6 qr 750 əyarlı dəyərləri 2100 manat 2 ədəd kişi üçün nişan üzüyünü, həmçinin ona məxsus olan boz rəngdə HP “Notebook” (15-da0019nia) dəyəri 1800 manat kompyuteri, “Samsung S6” qızılı rəng və göy metal rəngdə “Redmi Note 6 Pro” dəyərləri 1600 manat olan telefonları, işi üçün lazım olan evdə saxladığı 4000 manat pulunu aparmışdır. Sonradan İddiaçı ona mesaj yazaraq evin açarlarını binanın komendantına verdiyini və anasının yanına getdiyini yazmışdır. O mesajı oxuduqdan sonra evə gəlmiş və evdə bir neçə böyük əşyalardan başqa heç bir şeyin qalmadığını görmüşdü. Dəfələrlə zəng etsə də, İddiaçı zənglərinə cavab verməmişdi. Binanın komendantından və qonşularından onun mənzilinə kimin gəldiyin soruşduqda, həyat yoldaşı və tanımadığı bir xanımın evə aid əşya və içini görmədikləri paketləri maşına yükləyərək getdiklərini demişlər. O, ailənin dağılmasını istəmədiyi üçün bu günə qədər həyat yoldaşının və ailəsinin ona qarşı etdiklərini bir düşüncəsizlik olaraq qəbul etmişdi. İddiaçı evdən gedərkən iddiasında tələb etdiyi əmlakları hazırda evdə qalanlardan başqa, gəlin gələrkən gətirmədiyi, lazım olan əşyaları özü almışdır. Cavabdeh evdən gedərkən İtalyan briliant qızıl dəsti, X4 məxsus olan qolbağı 15 qr, 750 əyarlı - 1550 manat, boyunbağı 26 qr, 750 əyarlı - 2850 manat, sırğa və üzük dəsti 23 qr,750 əyarlı - 2500 manat, ona məxsus ağ qızıl üzük kişi üçün - 12 qr, 750 əyarlı - 1750 manat, sarı qızıl üzük kişi üçün - 6 qr, 750 əyarlı - 350 manat, HP boz rəng (Notebook 15-da0019nia) - 1800 manat, telefon “Samsung S6” (128 GB,qızılı rəng) - 900 manat, telefon “Redmi Note 6 Pro” (64 GB, göy metal rəng) - 700 manat, 14000 manat pul aparmışdır. İddiaçı göstərilən əmlakları ona qaytarmaqdan imtina edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus fərdi istifadə əşyaları, cehiz və əmlakları iddia ərizəsində qeyd etdiklərindən ibarətdir. O, valideynlərinin evinə qayıdanda bütün əmlakları gəlin köçüb yaşadığı evdə, yəni cavabdehlərin evində qalmışdır. Əmlaklarını geri götürmək istəsə də, cavabdehlər buna razılıq verməmişlər. Cavabdehlər gəlin gələn zaman onlar tərəfindən alınmış qızılların onun tələb etdiyi əmlakları əvəz etdiyini deyirlər. O, cavabdehlərdən 34228 manat dəyərində cehiz əşyalarının və ya onların dəyərinin verilməsini tələb etmişdi. Cavabdehlərlə birgə yaşadığı evi məcburiyyət qarşısında qalıb tərk etdiyindən, əmlaklarını geri almaq üçün ciddi səylərinə baxmayaraq əmlakları cavabdehlər tərəfindən qanunsuz olaraq saxlanılmış, qaytarılmamış və bununla da onun mülkiyyət və əmlak hüquqları pozulmuşdur. Cavabdeh1 məhkəmədə izahatında və məhkəməyə ünvanladığı ərizəsində iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Cavabdeh1 izahat verərək guya tələb etdiyi əmlakların sayının onun tərəfindən çox yazıldığını, bir əmlakın bir neçə dəfə qeyd edildiyini, siyahıda qeyd edilən qız şəkilli çay servisi və mikrodalğa sobanın, ümumiyyətlə, olmadığını göstərmişdir. Cavabdeh həmçinin onunla nikahın hələ də pozulmadığını bildirmişdir. Cavabdeh iddia tələbini qismən, yəni mebel “Padşah” qonaq otağı dəsti-3000 manat, pərdə, 4 ədəd günlük, 4 ədəd tül, 6 qıraqlıq, 6 ədəd qıraqlıq şüşə-600 manat, cehizlik döşək-20 manat, 1 ədəd yorğan sintefon bənövşəyi-15 manat, 2 ədəd odeyal qalın boz və bənövşəyi 2 nəfərlik-20 manat, 2 ədəd ağ və krem rəngli pakrıval-40 manat, 2 ədəd tək 1 ədəd cüt odeyal-30 manat, odeyal yaşıl-10 manat, yastıq 6 ədəd sadə-36 manat, yataq üzlüyü 8 ədəd sintetik sadə-40 manat, divar saatı qızılı rəng-15 manat, televizor “Arçelik”-300 manat, DVD “Samsung”-20 manat, divan mavi künc-500 manat, jurnal masa divan ilə birgə-40 manat, stul ağ 1 ədəd, stol mavi 8 ədəd-440 manat, Bogema 3 ədəd mavi və qızılı ayaqlı-150 manat, mavi nahar servizi 12 nəfərlik sadə-150 manat, mavi 6 ədəd bakal ayaqlı-18 manat, sadə bakal şəffaf 12 ədəd- 30 manat, sadə şəffaf güldan 2 ədəd-11 manat, sadə meyvə qabı ayaqlı 2 ədəd-14 manat, xrustal konfet qabı 2 ədəd-16 manat, sadə şüşə mürəbbə qabı 2 ədəd-8 manat, xrustal sadə stəkan 6 ədəd-4,20 manat, yaşıl çaşka 3 ədəd-3 manat, 6 ədəd şəkilli bakal ayaqlı- 18 manat 6 ədəd çay dəsti (tam deyil)-25 manat, tort servizi (6 boşqab)-15 manat, qara ayaqlı bakal 12 ədəd-30 manat, şamdan sadə şüşə 2 ədəd-8 manat, göy sadə külqabı 2 ədəd-10 manat, 12 nəfərlik çəngəl bıçaq dəsti (tam deyil)-25 manat, 2 ədəd madonna salfet qabı-4 manat, tort kəsən-6 manat, jurnal üstü-4 manat, lampa 1 ədəd-6 manat, 2 ədəd boz rəngli divan üstü-10 manat, mavi xalça 1 ədəd (3x2)-120 manat, xrustal qab qayıq formasında 1 ədəd-15 manat, 3 ədəd nar suvenir-6 manat, 1 ədəd ağ güldan-3 manat, 1 ədəd göz muncuğu ağac- 1,50 manat, uşaq mebeli (çarpayı 3 qapılı şifoner)-550 manat, ütü bənövşəyi-15 manat, ütü altlığı-15 manat, 1 ədəd bənövşəyi xalça-8 manat, 2 ədəd daroşka-50 manat, 3 ədəd göy, qəhvəyi, boz ayaqaltı-12 manat, 2 ədəd rezin hamam ayaqaltı-4 manat, mətbəx mebeli (ağ və rəngli)-1200 manat, soyuducu “Arçelik”-400 manat, paltaryuyan “Arçelik"-300 manat, stol, 2 stul bənövşəyi, 1 kiçik divan-180 manat, jalüz krem rəngli-120 manat, plasmas mərtəbəli tərəvəz qabı-6 manat, ətçəkən ağ sadə-45 manat, sok çəkən qara-35 manat, 4 göz qaz peçi boz sadə-40 manat, aspirator boz-35 manat, umıvalnik 2 tərəfli boz-20 manat, qara bıçaq dəsti (tam deyil)-15 manat, tərəvəz doğrayan kombayn ağ-30 manat, oxlov-2 manat, tok peçi tək göz ağ-12 manat, soba boz- 40 manat, mikser-15 manat, 1 ədəd orta boy çaydan-20 manat, 1 ədəd çaynik kiçik-3 manat, 1 ədəd orta boy çaynik-6 manat, tefal boz-10 manat, ağ-qara serviz (12 nəfər yemək servizi)-50 manat, 6 nəfərlik ağ-qara şirniyyat servizi-20 manat, boz qazan və tava dəsti-70 manat, ağ qazan dəsti-25 manat, süfrə 5 ədəd-50 manat, 4 ədəd böyük dəsmal- 48 manat, 9 ədəd əl dəsmalı-27 manat, yaşıl 6 nəfərlik yemək servizi (tam deyil)-50 manat, armudu stəkan 8 ədəd-4,80 manat, 7 ədəd güllü ədviyyat qabı-12 manat, 5 ədəd fərqli şüşə ədviyyat qabı-6 manat, şüşə qapaqlı 2 ədəd pendir qabı-4 manat, şüşə 3 yarpaqlı qab-9 manat, şüşə 1 böyük, 1 balaca bantik qab-9 manat, ağ göy 1 ədəd qab-6 manat, plasmas yaşıl güllü salat qabı 2 ədəd-3 manat, 6 ədəd xrustal stəkan-12 manat, 4 ədəd ağ nəlbəki gəlincik-8 manat, 6 ədəd rozetka-2,40 manat, 6 nəfərlik fərqli rozetka 2 ədəd 2,80 manat, 3 ədəd ayaqlı rozetka-6 manat, 5 ədəd qırmızı nəlbəki-5 manat, 3 ədəd aşağısı qırmızı bakal-1,50 manat, 5 ədəd ağzı boz viski bakal-5 manat, 1 ədəd çaynik altlığı-1,50 manat, 4 ədəd kofe stəkan narıncı-4 manat, 1 ədəd dəmir kofe dəmləyən-3 manat, plasmas qablar (4 ədəd fərqli)-8 manat, plasmas göyərti taxtası yaşıl-4 manat, plasmas qaşıq çəngəl altlığı-4,50 manat, zibil qabları 1 böyük, 1 ədəd kiçik-7 manat, taxta qaşıq və 1 ədəd fərqli çəngəl-5 manat, yaşıl yolka kiçik boy-12 manat, ayaqqabı qoyan pasmas mərtəbəli-6 manat, 1 ədəd süpürgə mavi plasmas-5 manat, hamam içi paltar vedrəsi 1 ədəd-4 manat, dəmir podnos dəsti-12 manat, 3 ədəd plasmas güllü dəst-30 manat-yoxdur, dəmir podnos dəsti-12 manat, plasmas süzgəc-3 manat, şüşə narıncı qapaqlı yemək qabı- 5 manat, fərqli təyinatlı qablar-15 manat, ləbləbi qabı 2 ədəd-8 manat, ayaqlı konfet qabı 1 ədəd-3 manat, uzun ayaqlı mürəbbə qabı- 5 manat, ayaqlı meyvə qabı 1 ədəd-5 manat olmaqla, qəbul etmiş, ümumi məbləği 9667,20 manat olan həmin cehiz əşyalarını qaytarmağa razı olduğunu bildirmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən cavabdeh tərəfindən etiraf olunmayan əmlaklarla bağlı izahatı digər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. Məhkəmə iddia tələbini 2 ədəd pakrıval (1 boz, 1 ağ)-1000 manat, 2 ədəd yastıq üzü-10 manat, vilur qırmızı odeyal-15 manat, 6 ədəd qız şəkilli çay servizi-50 manat, 2 ədəd ağ salfet qabı-10 manat, üz alan-5 manat, 1 ədəd çöl bardovıy ayaqaltı-15 manat, mikrodalğalı soba (ağ Eurolux)-130 manat, kofemolka “Bosh” dəmir-35 manat, plasmas tərəvəz doğrayan-10 manat, çəngəl-bıçaq seti (12 nəfərlik)-180 manat, 6 ədəd ayaqlı madonna qab şüşə-15 manat, yaşıl qara stəkan dəst-20 manat, İimon sıxan-3 manat, 6 ədəd stəkan-25 manat, 18 ədəd şüşə bakal-50 manat, dəmir qabqoyan narıncı-15 manat, plasmas yemək dəstləri rəngli-25 manat, çay dəmləyən dəmlik-5 manat, tutacaqlar-15 manat, şüşə silən 1 ədəd-8 manat, paltar asan dəmir asılqan-40 manat, 3 ədəd plasmas güllü dəst 30 manat, dəmir yemək qoyan-10 manat, 3 dənəli ağ ləbləbi qabı-15 manat cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından həmin cehiz əşyalarına münasibətdə ilkin iddia tələbi rədd etmişdir. Məhkəmə onun vəkili tərəfindən verilmiş iddianın təmin tədbiri haqqında ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddianın təmin tədbiri haqqında ərizə təmin edilmiş olsaydı, iddia tələbinin təmin edilmədiyi hissəsinə aid əmlakları cavabdehlə yaşadığı evdə aşkar edilmiş olardı, lakin məhkəmə bu hissədə onun ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi vəzifəsinə biganə yanaşaraq, iddianın təmin tədbiri haqqında ərizəni qəsdən təmin etməmiş və nəticə etibarı ilə məhkəmə heç bir hüquqi əsas olmadan yalnız cavabdehin şifahi mülahizələri ilə barışmış olmuşdur. Həmçinin, məhkəməyə təqdim olunmuş əmlkaların qiymətləndirilməsinə dair mütəxəssis rəyinə heç bir əsas olmadan münasibət bildirilməmiş və nəticə etibarı ilə məhkəmə yalnız cavabdehin etiraf etdiyi həcmdə onun əmlaklarının sayını və dəyərini qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 tərəfindən iddia ərizəsində göstərilən əmlaklardan 10 ədəd yataq dəstindən 4 ədədi, 18 ədəd ayaqlı mavi bakal, 12 ədəd xrustal stəkandan 5 ədədi, 18 ədəd qara ayaqlı bakal, 2 ədəd qayıq formalı qabdan 1 ədədi, 2 ədəd ağ salfet qabı, üz alan, mikrodalğalı soba, “Bosh” dəmir kofemolka, qara bıçaq dəstindən 1 ədədi, 3 ədəd çaynikindən 1 ədədi, 1 ədəd çəhrayı çaydan dəsti, 18 nəfərlik yemək servizindən 6 nəfərliyi, 1 ədəd 6 nəfərlik ağ-qara şirniyyat servizi, ağ qazan dəstindən 1 ədədi, 9 ədəd süfrədən 4 ədədi, 6 ədəd böyük hamam dəsmalından 2 ədədi, 20 ədəd çay dəsmalından 9 ədədi, 1 ədəd 6 nəfərlik yaşıl yemək servizi, 1 ədəd 12 nəfərlik çəngəl-bıçaq seti, 11 ədəd armudu stəkan, 6 ədəd madonna şüşə qab, yaşıl qara stəkan dəsti, 3 ədəd şüşə 3 yarpaq qabdan 1 ədədi, şüşə bantlı qablar, 12 ədəd xrustal stəkandan 7 ədədi, 12 ədəd ağ rəngli gəlincik nəlbəkidən 6 ədədi, 12 ədəd rozetkadan 6 ədədi, 6 nəfərlik fərqli rozetkadan 4 ədədi, 6 ədəd ayaqlı rozetkadan 3 ədədi, İimon sıxan, 6 ədəd qırmızı nəlbəkidən 1 ədədi, 6 ədəd stəkandan 1 ədədi, 18 ədəd şüşə bakaldan 12 ədədi, 6 ədəd viski bakalından 1 ədədi, 3 ədəd çaynik altlığından 1 ədədi, 6 ədəd narıncı kofe stəkanından 2 ədədi, 6 ədəd taxta qaşıqdan 5 ədədi, 1 ədəd şüşə silən, 3 ədəd plasmas gül dəstinin 1 ədədi, dəmir yemək qoyan, ləbləbi qabı, 2 ədəd ayaqlı konfet qabından 1 ədədi, 2 ədəd uzun ayaqlı mürəbbə qabından 1 ədədi istisna olmaqla qalan əmlaklar İddiaçı qaytarılmış və bu barədə 23 aprel 2022-ci il tarixdə akt tərtib edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində göstərilən əmlakları İddiaçı qaytarmışdır. Onun yaşadığı evdə İddiaçı başqa əmlakı qalmamışdır. İddiaçı tələb etdiyi əmlakların çatışmayanlarının bəziləri, ümumiyyətlə, olmamış, bəziləri isə gündəlik istifadə zamanı sınmış və ya yararsız hala düşmüşdür. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah xx.xx.2019-cu il tarixdə Səadət sarayında (Bakı nikah evi) bağlanılaraq 509 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahından xx.xx.2020-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 21 oktyabr 2021-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı tələb etdiyi əmlakların dəyəri 34.018,00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 10 ədəd yataq dəstindən 4 ədədi, 18 ədəd ayaqlı mavi bakal, 12 ədəd xrustal stəkandan 5 ədədi, 18 ədəd qara ayaqlı bakal, 2 ədəd qayıq formalı qabdan 1 ədədi, 2 ədəd ağ salfet qabı, üz alan, mikrodalğalı soba, “Bosh” dəmir kofemolka, qara bıçaq dəstindən 1 ədədi, 3 ədəd çaynikindən 1 ədədi, 1 ədəd çəhrayı çaydan dəsti, 18 nəfərlik yemək servizindən 6 nəfərliyi, 1 ədəd 6 nəfərlik ağ-qara şirniyyat servizi, ağ qazan dəstindən 1 ədədi, 9 ədəd süfrədən 4 ədədi, 6 ədəd böyük hamam dəsmalından 2 ədədi, 20 ədəd çay dəsmalından 9 ədədi, 1 ədəd 6 nəfərlik yaşıl yemək servizi, 1 ədəd 12 nəfərlik çəngəl-bıçaq seti, 11 ədəd armudu stəkan, 6 ədəd madonna şüşə qab, yaşıl qara stəkan dəsti, 3 ədəd şüşə 3 yarpaq qabdan 1 ədədi, şüşə bantlı qablar, 12 ədəd xrustal stəkandan 7 ədədi, 12 ədəd ağ rəngli gəlincik nəlbəkidən 6 ədədi, 12 ədəd rozetkadan 6 ədədi, 6 nəfərlik fərqli rozetkadan 4 ədədi, 6 ədəd ayaqlı rozetkadan 3 ədədi, İimon sıxan, 6 ədəd qırmızı nəlbəkidən 1 ədədi, 6 ədəd stəkandan 1 ədədi, 18 ədəd şüşə bakaldan 12 ədədi, 6 ədəd viski bakalından 1 ədədi, 3 ədəd çaynik altlığından 1 ədədi, 6 ədəd narıncı kofe stəkanından 2 ədədi, 6 ədəd taxta qaşıqdan 5 ədədi, 1 ədəd şüşə silən, 3 ədəd plasmas gül dəstinin 1 ədədi, dəmir yemək qoyan, ləbləbi qabı, 2 ədəd ayaqlı konfet qabından 1 ədədi, 2 ədəd uzun ayaqlı mürəbbə qabından 1 ədədi istisna olmaqla, qalan əmlaklar Cavabdeh1 tərəfindən İddiaçı qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əmlaklar istisna olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi qalan əmlaklara aid hissədə ləğv edilməli, apellyasiya şikayəti üzrə araşdırma ancaq xx.xx.2022-ci il tarixli aktda göstərilən əmlaklar üzrə aparılmalıdır. İşdən görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində İddiaçı tələb etdiyi əmlaklardan 18 ədəd ayaqlı mavi bakaldan 6 ədədinin, 18 ədəd qara ayaqlı bakaldan 12 ədədinin, 18 nəfərlik yemək servizindən 12 nəfərliyinin, 1 ədəd 6 nəfərlik ağ-qara şirniyyat servizinin, ağ qazan dəstinin, şüşə bantlı qabların onun yaşadığı evdə olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı təqdim etdiyi siyahı üzrə yarımçıq olan və mövcud olmayan daşınar əmlakların dəyəri 2.084,00 manat təşkil edir. Həmin rəyə əsasən 18 ədəd ayaqlı mavi bakalın dəyəri 280 manat, 18 ədəd qara ayaqlı bakalın dəyəri 130 manat, 18 nəfərlik yemək servizinin 6 nəfərliiyinin dəyəri 50 manat, 1 ədəd 6 nəfərlik ağ-qara şirniyyat servizinin dəyəri 50 manat, ağ qazan dəstinin dəyəri 50 manat, şüşə bantlı qabların 15 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 18 ədəd ayaqlı mavi bakal və ya onların dəyəri olaraq 280 manat, 18 ədəd qara ayaqlı bakal və ya onların dəyəri olaraq 130 manat, 18 nəfərlik yemək servizi 6 nəfərliyi və ya onun dəyəri olaraq 50 manat, 1 ədəd 6 nəfərlik ağ-qara şirniyyat servizi və ya onun dəyəri olaraq 50 manat, ağ qazan dəsti və ya onun dəyəri olaraq 50 manat, şüşə bantlı qablar və ya onların dəyəri olaraq 15 manat alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilk iddiada göstərdiyi digər əmlakların cavabdehin evində qalması iş materialları ilə öz təsdiqini tapmır və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü ilk iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə ilk iddiq üzrə cavabdehlərin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4987/2021 saylı qətnaməsi ilk iddiaya aid hissədə qismən ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 18 ədəd ayaqlı mavi bakal və ya onların dəyəri olaraq 280 manat, 18 ədəd qara ayaqlı bakal və ya onların dəyəri olaraq 130 manat, 18 nəfərlik yemək servizi 6 nəfərliyi və ya onun dəyəri olaraq 50 manat, 1 ədəd 6 nəfərlik ağ-qara şirniyyat servizi və ya onun dəyəri olaraq 50 manat, ağ qazan dəsti və ya onun dəyəri olaraq 50 manat, şüşə bantlı qablar və ya onların dəyəri olaraq 15 manat alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-765/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-765/2022
06.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver