Məhkəmə qərarları › İş №2(105)-770/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-770/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-770/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-57/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, Cavabdeh 346 (üç yüz qırx altı) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15 aprel 2023-cü il tarixli razılaşma əsasında ona borclu olan 17800 manat məbləğində pulunun verilməsini, əks halda RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Quba rayonu İqriq kəndində yaşayır. Mülkiyyətində olan Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini 15 aprel 2023-cü il tarixli razılaşma əsasında Cavabdeh satmışdır. Razılaşmaya əsasən o, avtomobilini cavabdehə 22000 (iyirmi iki min) manata satmışdır. Cavabdeh avtomobil üçün ilkin 1500 manat məbləğində ödəniş etmiş, yerdə qalan 20500 manat məbləğində pulu isə 68 ay ərzində olmaqla, hər ayın 5-nə kimi (şənbə və bazar günlərini çıxmaq şərtilə) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh avtomobilin ödənişlərini 30 aprel tarixindən 300 manatdan olmaqla ödəmişdir. Lakin sonuncu ödənişi yanvar ayında etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh avtomobilin ödənişlərini bitirmədən nəqliyyat vasitəsini X2 adlı şəxsə etibarnamə əsasında satmışdır. Hazırda cavabdeh onun razılaşma əsasında ona satdığı avtomobili ödənişlərini etmədən başqa şəxsə satmış və ondan gəlir əldə etmişdir. Bu halda o, həm avtomobilindən həm də pulundan olmuşdur. Cavabdeh ona olan ödənişlərini etməlidir. Əgər ödənişlərini etmirsə razılaşmaya əsasən avtomobilimi geri qaytarmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. Hesab edir ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Bildirir ki, İddiaçı ilə arasında olan şifahi razılaşmaya əsasən, 2023-cü ilin aprel ayında İddiaçı mülkiyyətində olan Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili 10500 manata ona satmışdır. Aralarında olan şifahi razılaşmaya əsasən, o, Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 6500 manat ödəniş etməklə, ayda 300 manat ödəmək şərti ilə almışdır. Maşını alarkən, X9 Xidmət mərkəzinə etibarnamə verərkən, müqavilə tərtib etməyi və maşının alqı-satqısını müqavilə əsasında həyata keçirməyi tələb etsə də, İddiaçı buna ehtiyac olmadığını bildirmişdir. O da ona etibar edərək, müqavilə olmadan vaxtı-vaxtında ödənişlərini etmişdir. İddiaçı ümumi olaraq, 9600 manat məbləğində pul vermişdir. Daha sonra maşının matorunda problem yarandığına görə, həmin maşını Bakı şəhərində 7300 manata X2 adlı şəxsə etibarnamə əsasında satmışdır. İddiaçı maşında hər hansı bir problem çıxarsa özü zərəri qarşılayacağını ona bildirmişdir. Ona görə də, maşını satmadan əvvəl İddiaçı zəng edərək maşının matorunda problem olduğunu və maşını təmir etdirməsini, əks halda maşını satmaq istədiyini, əgər maşını almaq istəyərsə, ona sata biləcəyini bildirmişdir. Lakin İddiaçı bundan imtina etmişdir. Ona görə də, maşını satmışdır. O, ödənişlərini edib bitirmişdir. Onun maşında problem yaranan zaman İddiaçı cəmi 900 manat borcu qalmışdır. Lakin maşında problem çıxdığına görə o, həmin məbləği maşını təmir etdirməyə xərcləmişdir. İddiaçı isə iddia ərizəsində qeyd etmişdir ki, guya, 15 aprel 2023-cü il tarixli razılaşma əsasında Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ona 22000 (iyirmi iki min) manata satmışdır. O, avtomobil üçün ilkin 1500 manat məbləğində ödəniş edib, yerdə qalan 20500 manat məbləğində pulu isə 68 ay ərzində olmaqla, hər ayın 5-nə kimi ödəməyi öhdəmə götürmüşdür. Lakin iddia ərizəsində qeyd edilənlər tamamilə cəfəngiyyatdır. İddiaçı maşını ona 10500 manata satıb və o, 9600 manat ödəniş etmişdir. Bildirir ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli razılaşmada yazılmış yazı və imza ona məxsus deyil. Onun imza nümunələrindən görünür ki, atdığı imzanın sonu “f” hərfi ilə bitir. Həmçinin imzanın sonundakı hərfin əyilmə bucağı da fərqlidir. Həmin razılaşmada olan imzanın sonu isə onun imzasından tamamilə fərqlənir. Həmin razılaşmada olan qaralamalar da onu göstərir ki, imza bənzədilməyə çalışılmışdır. Onun imzası ilə əlaqəsi yoxdur. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1034/2024 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 05 avqust 2024-cü il tarixli ekspert rəyində, tədqiq olunan imzanın onun, yəni, Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı qeydi aparılmışdır. Daha sonra Quba Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(027)-1034/2024 nömrəli qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və 28 oktyabr 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli razılaşmanın sonunda "Cavabdeh AA*******" hissəsində "İmza:" qrafasındakı imza, mülki işin 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli razılaşma əsasında tərtib olunmuş ödəniş cədvəlində "İMZA" qrafasındakı imzalar (10 ədəd) və həmin sənədin arxa tərəfinin sonunda "Cavabdeh İmza:" qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. O, ekspertiza rəyi ilə razı olmadığını da bildirmişdir. Birinci verilən rəydə “Tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, qrafik materialın azlığı, imzada "B" həfinin qaralanması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun” qeydi aparıldığı halda, ikinci rəydə belə qəti nəticəyə gəlinməsi də əsassızdır. Yenidən ekspertiza keçirilməsi barədə vəsatət də vermişdir. Lakin vəsatəti təmin olunmamışdır. İddiaçı məhkəmə iclasına saxta imzalı sənəd təqdim etmişdir. O, İddiaçı borcunu ödəmişdir. Ona heç bir borcu yoxdur. İddiaçının ondan pul və ya avtomobil tələb etməsi əsassızdır. Ona görə də, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. Hesab edir ki, qətnamə əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında maşın satışı ilə məşğul olduğunu və mübahisəli avtomaşının hal-hazırda onda olduğunu, həmin maşını Cavabdeh 7500 (yeddi min beş yüz) manata aldığını bildirmişdir. Birinci dəfə Qubaya gedib maşına baxanda qiymətinə görə razılaşmamış, daha sonra cavabdeh ona zəng etmiş, maşının ona satılmasına dostunun razılığı olmadığını bildirmişdir. Bundan sonra maşının qiymətini 7500 manata razılaşmış və 43 saylı notariusda müqavilə də bağlamışlar. O, həmçinin qeyd etmişdir ki, maşının motorunda problem olmuş, bu səbəbdən maşını sürə bilməmiş və motorun yığılması üçün maşını usta yanına təmirə aparmış, cavabdeh isə ona təcili şəkildə maşını öz adına keçirməyini bildirmişdir. Bir müddət sonra etibarnamənin ləğv edildiyindən məlumatı olmuş, Cavabdeh pulunu tələb etsə də o, onunla danışıqlara gəlməmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasında iş çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının avtomobili tələb etmək hüququna malik olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh satılması üçün tərəflər arasında razılaşmanın olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən hissədə sübut etmə yükü üzərinə düşən iddiaçı avtomobilin cavabdehdə olduğunu sübut etməli olduğu halda, bunu təsdiq edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı dindirilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında avtomobilin hazırda onun istifadəsində olduğunu bildirmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Bu baxımdan məhkəmə kollegiyası iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələbləri baxımından qanuni və əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı avtomobilin ona qaytarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar