Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-796/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1, Zamin və Cavabdeh2-yə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(027)- 858/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı1 Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2-yə qarşı xx.xx.2015-ci iltarixli 1988/15 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 492 317.21 ABŞ dolları əsas, 43 017.78 ABŞ dolları faiz, 4 159.59 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 539 494.58 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına qeyd olunan pulun ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(005)- 3116/2017 nömrəli qərardadı ilə mülki işin icraatına iddiaçı LPO İddiaçı1 Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 və Cavabdeh2-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi hissəsində xitam verilmiş, iddiaçı LPO İddiaçı1 Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fuad Abdıyev) Quba Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(027)-101/2019 nömrəli qərardadı iddiaçı LPO İddiaçı1 Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilmişdir. (hakim Z.Tahirov). Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)-858/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 İddiaçı2 ASC-nin xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz və 20 dolları məbləğində cərimə olmaqla, cəmi 535.335,19 ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və cavabdeh Zamin və “X10.Azerbaijan” MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli 2(105)- 971/2021 nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 13 may 2020-ci i il tarixli 2(027)-858/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və L.Məmmədova) Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(027)- 858/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır (hakim Rahim Həsənov). Quba Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 şikayət vermiş, Quba Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2021-ci il tarixli 2(105)-2973/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı dəyişirilmədən saxlanılmışdır (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və L.Məmmədova). Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayət vermiş, Quba Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli 2(105)-4093/2021 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 şikayəti AR MPM-in 361-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun olmadığından və elektron kabinet vasitəsilə verilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari). Quba Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət AR MPM-in 361-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun olmadığından və elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh1 Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından şikayət vermiş, Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi üzrə icraata xitam verilmişdir. (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli 2(105)- 1076/2022 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il və 25 fevral 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov). Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi geri qaytarılmışdır. (hakim Rahim Həsənov). Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərardadından şikayət vermiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2(105)-2610/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərardadı dəyişirilmədən saxlanılmışdır (hakimlər – Ş.Abasov Z.Məmmədov (sədrlik edən və məruzəçi), və İ.Dəmirov). Cavabdeh1 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsini onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Nərimanov rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2(005)-10081/2016 saylı Qətnaməsi ilə İddiaçı1 Əmanətlərin Sığortalanması Fondunun iddiası rədd edilmiş, həmin qətnamə mübahisələndirilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı1 Əmanətlərin Sığortalanması Fondu təkrar 2019-cu ildə Quba rayon məhkəməsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq ikinci dəfə iddia qaldırmış və Quba rayon məhkəməsinin 23 aprel 2019- cu il tarixli, 2(027)-101/2019 saylı Qərardadı ilə icraata xitam verilmiş və bu səbəbdən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir. Nəhayət üçüncü dəfə İddiaçı1 Əmanətlərin Sığortalanması Fondu təkrar 2019-cu ildə Quba rayon məhkəməsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq ikinci dəfə iddia qaldırmış bu dəfə isə Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsi ilə İddia qismən təmin edilmmiş, məndən İddiaçı2 ASCnin xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz və 20 dolları məbləğində cərimə olmaqla, cəmi 535.335,19 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddia qalan hissədə və cavabdeh Zamin və “X10.Azerbaijan” MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət vermiş, Quba Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(027)- 858/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1ci maddəsinin tələblərinə əsasən, qətnamənin ləğv edilməsi birinci instansiya məhkəmələrinin səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə ərizə əsasında qətnamənin ləğv edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(027)-858/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-796/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-796/2023
09.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver