Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-798/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı 520.000 (beş yüz iyirmi min) manat həcmində maliyyə vəsaiti hesabına, Quba rayonun Susay Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə Cavabdeh adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-3xx xxx 303230018, xx xxx 2006cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatının Cavabdeh tərəfindən İddiaçı qaytarılması və həmin torpaq sahəsi və əmlak kompleksi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iddiası üzrə mülki iş üzrə tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim Xəqani Tağıyev) İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 şikayət ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-2743/2018 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İlqar Məmmədov) Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 hansı maraqlarına toxunması məsələsini aydınlaşdırmaq məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlanıb və məhkəmə tərəfindən təsdiq edilib. İki vətəndaş arasıdna barışıq sazişi bağlanıb, bu da qərardaddan şikayət verən təşkilatın hər hansı maraqlarına toxuna bilməz. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh və qərardaddan şikayət vermiş təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını və şikayəti yoxlayıb hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Quba Rayon Məhkəməsinin 2(027)- 2743/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 verilmiş şikayətin mümkünlüyü müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə qaytrarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. AR Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR Konstitusiya Məhkəməsinin Plenumu “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. AR MPM-nin 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. AR Konstitusiya Məhkəməsinin Plenumu K.Maraevin şikayəti üzrə xx xxxx 2016-cı il tarixli Qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətini - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını müəyyən etmişdir. Qeyd olunan normaların tələbindən də görünür ki, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən-qərardadlardan işdə iştirak etməyə cəlb edilməyən şəxslər də apelyasiya şikayəti verməklə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər, lakin bu hüquq prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri aşmamalı, mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan işdə iştirak etməyə cəlb edilməyən şəxslərin apelyasiya şikayəti məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması hallarında mümkün hesab edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar araşdırılmamış, məhkəmə qərardadından şikayət vermis orqanın hansı maraqlarına toxunmasını müəyyənləşdirilməmişdir. Bu səbəbdən də şikayətin mümkünlüyü məsələsi yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. AR MPM-in 366.1-366.4-cü maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 263,264, 268, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: İddiaçı Cavabdeh qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsi yenidən müzakirə edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-798/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-798/2021
09.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver