Məhkəmə qərarları › İş №2(105)-803/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-803/2024

08.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-803/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-1302/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim M.Mirhəsənli) Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK, İddiaçı, X2 və X3 qarşı özbaşına tikilinin sökülməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(012)- 98/2024 saylı mülki işə baxılıb qurtaranadək e-2(012)-1302/2024 saylı mülki işin icraatı dayandırılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1302/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda ümumi ölçüsü 324 kv.metr qeyriyaşayış sahəsinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 12 may 2007-ci il tarixdə bağlanmış, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda ümumi ölçüsü 216 kv.metr qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 116 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X9 küçəsi 1 A ünvanda yerləşən 96 kv.metr qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş xx.xx.2019-cu il tarixli, **********8501-05***-******* reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, hazırki mübahisə üçün əhəmiyyətə malik e-2(012)-98/2024 nömrəli mülki işin Abşeron Rayon Məhkəməsinin icraatında olduğunu, həmin işə baxılanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Orucov X5 Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sənədləri tədqiq etməmiş, işin hallarını, mahiyyətini və qanunvericiliyin tələblərini nəzərə almamış, düzgün araşdırma aparmayaraq, obyektiv və əsaslı nəticəyə gəlməmişdir. Məhkəmə hazırkı və əlaqəli iddia tələbinə dair təqdim edilmiş mötəbər sübutlara qanuni hüquqi qiymət verməmişdir. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması, bir icraatda birləşdirilməsi zəruridir. Əks yanaşma iddiaçının süründürməçiliyə düşməsinə, əlavə vaxt itkisinə, hüquqlarının pozulmasına səbəb olacaqdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli və onunla bağlı 06 mart 2024-cü il tarixli qərardadları ləğv edilməlidir. İşdən görünür ki, İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmənin dayandırılmaya əsas kimi iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK, İddiaçı, X2 və X3 qarşı özbaşına tikilinin sökülməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işin hüquqi əsasını təşkil edən başqa hakimin icraatında olması ilə əsaslandırmışdır. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır (Mülki Prosessual Məcəllənin 254.1.4. maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İşdən görünür ki, hazırkı iş üzrə iddiaçının tələbi "xxxx" MMC və Cavabdeh2 arasında 12 may 2007-ci il tarixli və 20 may 2010-cu il tarixli müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 116 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini, digər iş üzrə iddiaçı Cavabdeh2 isə Cavabdeh1 MTK tərəfindən 96 kv.metr qeyri-yaşayış sahəsinin içəri hissəsindən binanın həyətinə doğru genişləndirilərək böyüdülmüş özbaşına tikilinin sökülməsi, Cavabdeh1 MTK ilə digər cavabdehlər İddiaçı, X7 və X2 ilə onun tam mülkiyyətində olan 96 kv.metr qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı təşkil edir. İş materiallarından həmçinin müəyyən olunur ki, bu işin icraatının dayandırılmasına əsas hesab olunan e-2(012)-98/2024 nömrəli mülki işin icraatı da məhkəmənin xx.xx.2023-cü il tarixli ekspertiza qərardadına əsasən dayandırılmışdır. Lakin birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş, hazırki işin məhkəmənin digər hakiminin icraatında olan işlə bir icraatda birləşdirilmə halının mümkünlüyünü müzakirə etməmiş, hər hansı münasibət bildirməmişdir. Halbuki hər iki iş bir biri ilə əlaqəli işdir və hər iki iş üzrə tərəflər mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı MTK ilə bağlamış olduqları alqı-satqı müqavilələrini mübahisələndirməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilən normanın məzmunundan da aydın olur ki, işlərin bir icraatda birləşdirilməsinin məqsədini qanunvericilik ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə əlaqələndirmişdir. Hazırki işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası isə qeyd edilən prosessual normanın tələbləri üzrə məhkəmə araşdırmasını tam həyata keçirmədən, yəni işlərin ibr icraatda birləşdirilmə imkanını dəyərləndirmədən, hər hansı münasibət bildirmədən işin icraatının dayandırılması barədə məhkəmə aktı qəbul etməklə göstərilən prosessual hüquq normasının pozuntusuna yol verməklə, nəticə etibarilə hər iki iş üzrə icraat dayandırılmış olur. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatını dayandırarkən yuxarıda qeyd olunan hallara əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli və onunla bağlı 06 mart 2024-cü il tarixli qərardadları ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1, 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli və onunla bağlı 06 mart 2024-cü il tarixli qərardadları ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar