Məhkəmə qərarları › İş №2(105)-833/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-833/2020

22.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-833/2020 22.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdə olan qızıl-zinət əşyalarının: 1 ədəd qızıl boyunbağının və 1 ədəd qızıl qolbağın (19,50 q) - 2000 manat, 1 ədəd qızıl üzüyün və 1 cüt qızıl sırğanın (7,90 q) – 800 manat, 1 ədəd qızıl nişan üzüyünün (4,4) – 450 manat, 1 ədəd qızıl sepin (0,24 q) – 50 manat və ya onların dəyəri olan 3300 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və birgə nikah dövründə əldə edilmiş ünvan 1 A ünvanında yerləşən 1 nömrəli mənzilin alınması məqsədilə ilkin ödəniş kimi ödənilmiş 6200 manatın, kredit götürülən gündən xx.xx.2019-cu il tarixə kimi ödənilmiş 11640,58 manatın, yəni 17840,58 manatın ½ hissəsi ilə bərabər bölgüsünə və ya bölgü zamanı diqqətəlayiq halları (birgə nikahdan anadan olmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi, cavabdehin təqsiri üzündən iddiaçının ağır streslər keçirərək xəstəliyə düçar olması və sair) nəzərə alaraq bölgüdə iddiaçının payının artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 8242 (səkkiz min iki yüz qırx iki) manat 50 (əlli) qəpik pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək apelyasiya şikayətindən imtina etdiyini, imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Azər Əzizov təmsil etdiyi şəxsin ərizini müdafiə edərək apelyasiya şikayətindən imtinanın qəbul edilərək apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş ərizəni müzakirə edərək hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apelyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7553/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar