Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-852/2025 30.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və s. tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025 nömrəli qərardadından (müstəqil iddia tələbini irəli sürən üçüncü şəxs qismində cəlb olunmaması barədə) iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və pul tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən cavabdeh “X13” MMC (hazırkı Cavabdeh1 MMC) ilə onun arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsinin, MMC-nin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022- ci il tarixli əmrlərin, ona töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrin etibarsız və qanunsuz hesab edilməsi, MMC-dən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin, hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin,istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə xx.xx.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin,arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində xx.xx.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin, gec ödənilmiş və arayışa əsasən ödəniləsi pul məbləğinin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin, razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin, ona ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə ona həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin, texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24-nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğu üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 1000 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 41000 (qırx bir min) manat pul məbləğinin, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin, təhlükəsiz və sağlam əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin, ədalətli əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin, əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin, ədalətsiz 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində ona münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuna zərər vurulmasına görə 5000 manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin, mediasiya xidmətlərinə görə tərəfindən ödənilmiş 110 manat pul məbləğinin, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş Cavabdeh3 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin, dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş və sonda məhkəmədən iddiaçının işlədiyi ilk iş günü ərzində Giltex MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iddiaçının cəmiyyətin işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş HŞ qismində tanınması; ştat cədvəllərinin iddiaçıya münasibətdə qanunsuz və etibarsız hesab edilməsi; Əmək müqaviləsinin Əmək Müqaviləsinin 4.2.1 bəndində Əmək haqqı “İşəgötürən”lə “İşçi” arasında əldə edilmiş razılığa əsasən ayda bir dəfə, hər ayın 5-dək “İşçi”yə ödənilir hissəsi Əmək Məcəlləsinin 43-cü maddənin 3-cü hissəsinin tələblərinə uyğun olmamasının müəyyən edilməsi; xx.xx.2018-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya xx.xx.2018-ci il tarixindən xx.xx.2022-cu il tarixinədək olan müddət üçün ümumilikdə 204414 əlavə əmək haqqının iddiaçıya ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təsdiq edilmiş yeni Vahid Tarif cədvəlinə əsasən müəyyən edilmiş dərəcələr arasındakı fərqlərə mütamnasibliyi əsas götürərək Mərkəzi laboratoriyanın rəhbəri vəzifəsinə görə sözügedən işlədiyi müddət ərzində aylıq əmək haqqının 3476 (üç min dörd yüz qirx altı ) manat işəgötürən tərəfindən ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); xx.xx.2019-ci il tarixdən xx.xx.2022 il tarixədək iddiaçının aylıq əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun və xx.xx.2019-cu ildən müəssisənin rəhbəri olan Cavabdeh2 VTİSK-ə əsasən 18-ci dərəcəilə ödənilən əməkm haqqının 12000 manat qaldırılması ilə əaqədar iddiaçıya VTİSK-ə əsasən 18-ci dərəcə ilə müaisədə 13-cü dərəcəyə uyğyn ödəniləsi Mərkəzi laboratoriya rəhbərinin vəifəsinə görə 7500 (yeddi min beş yüz) manat aylıq əmək haqqı işəgötürən tərəfindən ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); İşəgötürən tərəfindən əmək haqqısının gecikdirilməsi səbəbilə yaranan borc məbləğinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən hesablanacaq dəbbə pulu, ödənc və digər ödənişlər də əlavə edilməklə iddiaçıya ödənilməsi; Cavabdeh “X13” MMC (hazırkı Cavabdeh1 MMC) ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsinin bağlanılan anda iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci və 3-cü hissələrinə uyğun bağlanılamadığına görə etibarsız hesab edilməsi; İddiaçının Cavabdeh müəssisədə işlədiyi müddət ərzində ayrıseçkiliyə və diskriminasiyaya məruz qalmasının tanınması; Cavabdehin rəhbər şəxsləri - Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının ədalətli əmək haqqı almaq hüququnun pozulmasının tanınması; Cavabdeh müəssisənin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022ci il tarixli əmlərin iddiaçının razılığı olmadan qəbul edilməsinə görə iddiaçını məcburi əməyə cəlb edilmə kimi qiymətləndirilməsi; Cavabdeh müəssisənin Baş direktorunun 347- K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022- ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmlərdə göstərilən ödənilmə barədə hissəsi etibarsız hesab edilərək vakant olan Keyfiyyətə nəzarət deportamentinin direktorun aylıq əmək haqqını 2809.04 manat əvəzinə 3336.11(üç min üç yüz otuz altı) manat hesab edilməsi və vakant vəzifəsi üzrə işlərin görülməsinə görə əmək haqqını Əmək Məcəlləsinin 61.2-ci hissəsinə müvafiq ödənilməsi barədə (ödənilmiş məbləqi çıxmaq şərti), İddiaçının MMC-də işlədiyi müddət ərzində İddiaçının məcburi əməyə cəlb edilməsinin tanınması; Cavabdeh müəssisədən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin; hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məziniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin; istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə xx.xx.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində xx.xx.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin; gec ödənilmiş və arayışda əasən ödəniləsi pul məbləginin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin; razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%- i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin; iddiaçıya ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə iddiaçıya həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin; texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24-nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğum üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 500 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 20500 (iyirmi min beş yüz) manat pul məbləğinin; iddiaçının hazırlıq və təşkilatçılıq işləri nəticəsində 12 ədəd STANDARD 100 by OEKOTEX® standartı üzrə sertifikaına və bir ədəd uyğunluq sertifikatına görə hərəsinin alınmasına görə 600(altı yüz) manat toplam 7200 (yeddi yüz) manat işəgötürəndən iddiaçının xeyrinə tutulması, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin; təhlükəsiz və sağlam əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin; ədalətli əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin manat ekvivalentində ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin; əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququma qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro manat ekvivalentində mənəvi zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin; Adil Şirinovun rəhbərlik etdiyi X5 əməkdaşı olan keyfiyyətə nəzarət üzrə mütəxəssisin xidməti vəzifələrinə daxil olan uyğunluq sertifikatlarının və OEKO TEX sertifikatlarının alınmasının təşkili işlərindən ibarət əmək funksiyalarının icrasını Laboratoriya Şöbəsinin rəhbəri olan iddiaçıya cavabdeh Cəmiyyətin rəhbəri Cavabdeh2 xəbəri ola ola iddiaçıya qanunsuz icra etdirdiyinə görə mənəvi zərərə görə iddiaçının xeyrinə X4 1000 (bir min) manat pul məbləğinin; ədalətsiz 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində mənə münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuma zərər vurulmasına görə 5000 manat pul məbləğinin; ədalətli əmək haqqına və ayrıseçkiliyə məruz qalmamaq hüquqlarımın pozulmasına görə MMCnin sabiq rəhbərləri Cavabdeh2 və Cavabdeh3 hərəsindən ayrılıqda 1000 (bir min) manat mənəvi zərər iddiaçının xeyrinə tutulması, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin; mediasiya xidmətlərinə görə tərəfimdən ödənilmiş 110 manat pul məbləğinin; işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş Cavabdeh3 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin; dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək, onun müstəqil iddia tələbini irəli sürən üçüncü şəxs qismində hazırkı işə qoşulmağı barədə ərizəsinin qanuna müvafiq olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatıda onun arvadı İddiaçı cavabdehlər Cavabdeh1nə (bundan sonra Cəmiyyət) Cavabdeh3 Camal oğluna, Cavabdeh2 və X6 qarşı iddia tələbinə dair məhkəmə işi var. Məhkəmə işindəki sübutlara əsaslanaraq iddiaçı tərəfindən iddia tələbində göstərilmiş iddiaçı Cəmiyyət və Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericliyin tələblərinin pozulması, Cəmiyyətin üzərinə düşən iddiaçıya münasibətdə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçının əmək hüququnun əsaslı pozulması halları o cümlədən, əmək qanunvericiliyində nəzərdə tutulmuş qayadaların pozulması nəticəsində əmək müqaviləsinə əsasən ona həvalə edilmiş Mərkəzi laboratoriya rəhbərinin görüləsi işlərə görə ədalətli Vahid X1 (VTİSK) və Əmək Məcəlləsinin 156.2-ci tələblərinə uyğun təyin edilməli əmək haqqının təyin edilməməsi və hesablanıb ödənilməməsi, iddiaçının razılığı olmadan iddiaçı ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulmamış işlərin görülməsinə məçburi cəlb edilməsi və məcburi gördürülən işlərə görə əmək haqqının ödənilməməsi, iddiaçının razılığı olmadan əmək qanunvericiliyin tələblərinin pozulması ilə iddiaçının üzərinə vakant vəzifə üzrə işlərin məcburi görülməsini və vakant vəzifə üzrə məcburi görülən işlərə görə əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməklə iddiaçıya əmrlərlə gördürülən işlərə görə əmək qanunvericiliyinə əsasən ödəniləsi əmək haqqından xeyli aşağı məbləğdə əmək haqqının təyin edilərək ödənilməsi, birinci iş günü olan xx.xx.2028ci il tarixdə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada hüquqi qüvvəsini almamış cavabdeh MMC-də iddiaçını işlədilməsi, əmək müaviləsi bağlanılan anda və sonrakı müddət ərzində xx.xx.2020 il tarixinədək İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçını istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi və iddiaaçının həmin növlə sığortalanması barədə müvafiq məlumatın əmək müviləsinə dahil edilməməsi , iddiaçıya əmək haqqının təyin edilməsi zamanı Vahid X1 (VTİSK) və Əmək Məcəlləsinin 156.2-ci və 154-cü maddələrin tələblərini pozaraq iddiaçının əmək haqqının VTİSKda göstərilən dərəcələrə uyğun təyin edilməməsi və edilmiş əmək haqqının VTİSKə əsasən iddiaçıdan aşağı dərəcəli əmək haqqı almalı olan diqər işçilərəldən xeyli dərəcədə aşağı olması hər 3(üç)aydan bir , iddiaçı ilə bağanılmış əmək müqaviləsi barədə iddiaçı üçün böyük əhəmiyyət kəsb edən məlumatların İşəgötürən tərəfindən əvvəlcədən iddiaçıya verilməməsi, tarif cədvəllərində iddiaçının tutduğu vəzifə üzrə əmək haqqının ədalətsiz və VTİSK-nın və Əmək Məcəlləsinin 156.2-ci tələblərin pozulması ilə təyin edilməsi və diqər halları iddiaçının Cəmiyytədə işlədiyi müddət ərzində almalı olduğu əmək haqqından xeyli aşağı əmək haqqı təyin edilib ödənilməsi ilə nəticələnmişdir. Hesab edir ki, yuxarıda göstərilən iddiaçının ədalətli əmək haqqı almasına olan hüququnun və məcburi işə cəlb edilməməsi hüququnun cavabdehlər tərəfindən pozulması onun iddiaçının əri olmağı ilə əlaqədar bilvasitə onun da maraqlarına toxunur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və pul tələblərinə dair mülki iş üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva) İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Şəhər Məhkəməsinin 2(060)-105/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(060)-105/2025-164 nömrəli qərardadının ləğv edilməsi haqqında qərardadın qəbul edilməsini və mübahisə predmeti barəsində müstəqil iddİa tələbi irəli sürən üçüncü şəxs qismində işə onun qoşulmağı barədə 08 aprel 2025-ci il tarixli ərizəsinin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlarına toxunan halları və qanun müddəalarını nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 25-ci, 26- cı və 60-cı maddələrində təsbit edilmiş hüquqularıma əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 55-ci maddəsi ilə ona verilmiş arvadı İddiaçı olduğu məhkəmə işinə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində qoşulmaq müstəsna hüququnu realizə etmək məqsədi ilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehlərə qarşı iddia tələbi ilə birgə onun müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində işə qoşulmağı barədə ərizə ilə elektron məhkəmə sistemində olan şəxsi kabineti vasitəsi ilə 8 aprel 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Onun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmağı barədə ərizəsi Məhkəmə tərəfindən 08 aprel 2025 il tarixli e-2(060)-105/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Aşağıdakılara əsaslanaraq bildirir ki, məhkəmənin onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində 2(060)- 105/2025 nömrəli mülki işə qoşulmağı barədə ərizəsinin təmin edilməməsi barədə 8 aprel 2025 il tarixli e-2(060)-105/2025 nömrəli qərardadı onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 55-ci maddəsində təsbit edilmiş məhkəməyə müraciət edərək müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində mülki işə qoşulmaq hüququnu pozmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, 26- cı və 60-cı maddələrində təsbit edilmiş hüquqularını, o cümlədən məhkəməyə müraciət etmək hüququnu əsassız pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminatlardan biri də hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsidir. Belə ki, məhkəmə qərardadın əsaslandırıcı hissəsində onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmağı barədə ərizəsinin təmin edilməməsini hazırki mübahisənin əmək münasibətlərindən irəli gəldiyindən, əmək münasibətləri isə məhz işəgötürən və işçi arasında yaranmaqla fərdi xarakter daşıdığı ilə əsaslandırmışdır. Məhkəmə qərardadda əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəmə işinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində onun işə qoşulmağını qadağan edən və ya məhdudlaşdıran qanunvericiliyin hər hansısa müddəasına əsaslanmayıb və göstərməyib. Beləliklə qərardaddan görünür ki, məhkəmə onun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsinin təmin edilməməsinə dair öz mövqeyini əsaslandırlması üçün hər hansısa rəhbər tutduğu qanunlar və ya digər hüquqi aktlar göstərməyibdir. Həmçinin görünür ki, məhkəmə onun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsi ilə bağlı gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərməyibdir. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005 il tarixli qərarının 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Beləliklə, qərardadda onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində hazırkı işə qoşulmağı barədə ərizəsi təmin edilməməsi üçün əsas olmuş qanun müddəalarının məhkəmə tərəfindən qərardadda göstərilməməsi müəyyən olunur. Məhkəmənin qərardadın yekun hissəsində sadaladığı MPM-nin 55, 263, 264, 266-268 və 395-ci maddələrinin heç birisi onun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsinin təmin edilməməsi üçün qanuni əsas deyillər və ola da bilməzlər. Əksinə məhkəmənin istinad etdiyi Mülki Prosessual Məcəlləsinin 55-ci maddəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qoşulmaq birmənalı onun müstəsna hüququ olduğunu təsdiq edir. Məhkəmə tərəfindən onun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsi təmin edilməməsini yalnız hazırki mübahisə əmək münasibətlərindən irəli gəldiyindən, əmək münasibətləri isə məhz işəgötürən və işçi arasında yaranmaqla fərdi xarakter daşıdığı ilə əsaslandırılması və ümumiyyətlə təmin edilməməsinin əsassız olduğu Mülki Prosessual Məcəlləsinin 55.2-ci maddəsinin özü ilə təsdiq edilir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin “İşdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları” adlanan 5-ci Fəslin İşdə iştirak edən şəxslərin tərkibi göstərən 46-cı maddəyə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Fəsilə daxil olan Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər haqqında 55.1-ci maddəyə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qoşula bilərlər. Həmin maddədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışmağıma məhkəmə tərəfindən razılıq verilməsi göstərilməyib və belə razılığın verilmə qaydası mövcud deyil. Həmin maddənin ikinci hissəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. MülkiProsessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Halbuki. yuxarıda qeyd edildiyi kimi həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Beləliklə, Mülki-Prosessual Məcəlləsinin 4.6-cı və 55-ci maddələrindən görünür ki, 55.1-ci maddəsinə əsasən işə qoşula bilən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərə 55.2-ci maddəsinə əsasən həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı istisna edilir. Beləliklə Məcəllənin 55.2-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı istisna edilməsi imperativ müddəailə ilə yanaşı iş üzrə iddiaçının bütün hüquqlarından istifadə etdiyini və onun bütün vəzifələrini daşıması əmək münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar hazırkı işə onun müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində qoşulmağına heç bir qanuni maneələrin olmadığı təsdiq edilir. Beləliklə Məcəllənin 55.2-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı istisna edilməsi imperativ müddəasi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı hazırkı məhkəmə işinə onun qoşulmağı üçün hazırkı işin əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olduğuna görə maneə ola bilmədiyini təsdiq edir. Beləliklə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində qoşulmağına heç bir qanuni maneələrin olmadığını nəzərə alaraq məhkəmə tərəfindən onun müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qoşulmağı barədə ərizəsinin işin əmək münasibətlərindən irəli gələn mübahisə ilə əsaslandırlması yolverilməz və əsassız olduğu təsdiq edilir. Həmçinin əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmə işinə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində qoşulması barədə ərizələrin maneəsiz təmin edilməsinin formalaşdırılmış vahid məhkəmə təcrübəsinin mövcud olduğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 155-ci maddəsinin həmin Məcəllənin 4.3–4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardan məlum olur. Belə ki, sözügedən müraciətdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3–4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi xahişi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək müraciətində Mülki Prosessual Məcəllənin 55.2-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bu Məcəllənin 4.3-4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olduğuna istinad edərək həmin maddədə nəzərdə tutulmuş normanı həmin normanın analogiya üzrə qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmasını istisna etdiyini bildirmişdir. Yuxarıda qeyd edilmiş Bakı Apellyasiya Məhkəməsi müraciətindən görünür ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmə işlərinə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində qoşulması barədə ərizələrin maneəsiz təmin edilməsi ilə əlaqədar formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcuddur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “Elektron Məhkəmə” sisteminə şikayətə əlavə yükləyərək Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli e-2(060)-105/2025 saylı və 21 aprel 2025-ci il tarixli e-2(060)-105/2025 saylı qərardadlarının və baxış icraatına başlanılması haqqında 8 aprel 2025 il tarixli qərardadın ləğv edilməsi və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində işə qoşulma barədə ərizənin təmin edilməsi və hazırlıq icraatının təzələnməsi və həmin ərizə ilə birgə verdiyi iddia ərizəsinin məhkəmənin hazırlıq mərhələsi iclasında qanuna müvafiq qaydada baxılması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-inin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Mülki Prosessual Məcəllənin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 395.1-ci maddəsinə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və Nümayəndə2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsinin təmin edilməməsi barədə qərardadda həmin qərardaddan şikayət vermə imkanının mümkün olduğunu göstərmiş, bununla da MPM-in məhkəmə qərardadlarından şikayətin verilməsi ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025 nömrəli qərardadı üçüncü şəxsin cəlb edilməsi barədə ərizənin təmin edilməməsi barədədir. Mülki Prosessual Məcəllədə isə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Odur ki, qeyd olunanlar hazırkı halda həmin şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müstəqil iddİa tələbi irəli sürən üçüncü şəxs qismində işə qoşulmasına dair ərizənin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 852/2025 nömrəli qərardadı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 105/2025-164 nömrəli qərardadından verilmiş şikayətinin baxılmasının mümkün hesab edilməsinə dair hissəsində ləğv edilməli, həmin şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətinin verilməsi ilə bağlı prosessual hüquq normalarının tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-852/2025 nömrəli qərardadı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-164 nömrəli qərardadından verilmiş şikayətinin baxılmasının mümkün hesab edilməsinə dair hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və s. tələblərinə dair mülki iş üzrə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində işə qoşulmasına dair ərizənin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-164 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-852/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-852/2025
30.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver