Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-860/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı «İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul və pulun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2875/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul və pulun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında bağlanan kredit müqaviləsi üzrə cəmi 5817, 64 manat məbləğində borcun tutulması və tələbin girov predmeti olan Cavabdeh mülkiyyətində olan “VAZ 21905 MİNİK” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012-ci il, Ban-XTA219050DO115641) avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanan xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin təminatı olan Cavabdeh mülkiyyətində olan “VAZ 21905 MİNİK” markalı 99-EC144 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012-ci il, Ban-XTA219050DO115641) avtomobilə dair tərəflər arasında bağlanan ipoteka müqaviləsinə xitam verilməsi , avtomobilin girovdan azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi və ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2875/2020 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina olunması və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva) Cavabdeh nümayəndəsi və vəkili Vəkil Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2875/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2875/2020 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin gəldiyi nəticə vətəndaş hüqüqlarının müdafiəsi baxımından qəbuledilməzdir. Əgər cavadeh iddia müddətinin ötürülməsi barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilərək iddiaçının iddiası rədd edilsə cavabdehin müddəti ötürülmüş öhdəliyinə xitam veriləcəkdir. Öhdəliyinə xitam verilsə də, cavabdehin mülkiyyətində olan avtomobil üzərində ipoteka hüququ davam edəcəkdir və cavabdeh həmin ipotekanı qeydiyyatdan sildirə bilməsi üçün yenidəniddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2875/2020 saylı qərardadının ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3 şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddianın iddianın məzmunundan göründüyü kimi qarşılıqlı iddia tələbi onunla əsaslandırımışdır ki, iddia olunan kredit müqaviləsi tələbi üzrə iddiaçı iddia müqqətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi məsələsinə məhkəmə müşavirə otağında hüquqi qiymət verir. İş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra tərəflərin və maraqlı şəxslərin həmin qərardan şikayət vermək hüquqları vardır.Qarşılıqlı iddia tələbində qeyd edilən məsələlər isə iddia tələbi üzrə yekun məhkəmə qərarının nəticələrindən asılı olaraq məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdir. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçun əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab etmir. Belə ki, iddia ərizəsindən görünür ki, «İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul və pulun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında bağlanan kredit müqaviləsi üzrə cəmi 5817, 64 manat məbləğində borcun tutulması və tələbin girov predmeti olan Cavabdeh mülkiyyətində olan “VAZ 21905 MİNİK” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012-ci il, Ban- XTA219050DO115641) avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, eləcə də cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanan xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin təminatı olan Cavabdeh mülkiyyətində olan “VAZ 21905 MİNİK” markalı 99-EC144 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012-ci il, Ban-XTA219050DO115641) avtomobilə dair tərəflər arasında bağlanan ipoteka müqaviləsinə xitam verilməsi , avtomobilin girovdan azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi və ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tələbin girov predmeti olan Cavabdeh mülkiyyətində olan “VAZ 21905 MİNİK” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012-ci il, Ban- XTA219050DO115641) avtomobilə yönəldilməsini, qarşılıqlı iddiaçı isə tərəflər arasında bağlanan xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin təminatı olan Cavabdeh mülkiyyətində olan “VAZ 21905 MİNİK” markalı 99-EC144 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012-ci il, Ban-XTA219050DO115641) avtomobilə dair tərəflər arasında bağlanan ipoteka müqaviləsinə xitam verilməsi , avtomobilin girovdan azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi və ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş edir. Bununla da müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsi ilk iddia ərizəsi ilə əlaqəlidir. Eyni zamanda cavabdeh gələcəkdə ipoteka müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi ilə yenidən məhkəməyə mürciət etmək məcburiyyətində qalacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2875/2020 saylı qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2875/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-860/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-860/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver