Məhkəmə qərarları › İş №2(105)-882/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-882/2024

01.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-882/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X14 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yavəroviçə və üçüncü şəxslər X9 və Qusar rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair iddiasına və müstəqil tələb irəli sürən X7 etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-531/2023 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(029)-531/2023 saylı qətnaməsi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiası qismən təmin edilmiş, X2 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən X2 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; X3 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin X6 məxsus ½ hissəsinin; həmin kənddə yerləşən, X3 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus ¼ hissəsinin miras əmlaklar kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X12 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakların 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X7 mülkiyyətinə verilməsi, X1 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 məxsus 1/4 hissəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X12 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakın 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X7 mülkiyyətinə verilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(029)-531/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-531/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır (hakim Əli Cəlilov). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-531/2023 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin 28 avqust 2023cü il tarixli, 2(029)-531/2023 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. X2 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən X2 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; X3 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin X6 məxsus ½ hissəsinin; həmin kənddə yerləşən, X3 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 məxsus ¼ hissəsinin miras əmlaklar kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X12 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakların 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X7 mülkiyyətinə verilməsi, X1 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 məxsus 1/4 hissəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X12 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakın 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X7 mülkiyyətinə verilməsi qət edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi idarənin hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən idarə hazırkı işdə maraqlı tərəfdir və apellyasiya şikayəti vermək hüququ vardır. Qusar Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(029)-531/2023 saylı qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə 11 mart 2024-cü il tarixində yerləşdirilmişdir və şikayətin verilməsi üçün 10 günlük prosessual müddət buraxılmamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-531/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 531/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gələrkən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamədə göstərilən 1.97 ha torpaq sahəsinə KOD 30111018 JN:763 dövlət aktı qeydiyyat kitabında 1,35 ha ölçüdə qeydə alınmışdır. Bundan əlavə, vərəsəlik olunan fərdi yaşayış evi üzərində miras qoyan X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Qusar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(029)-531/2023 saylı qətnaməsi qismən, Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən X2 miras qalmış KOD 30111018 JN;763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlaklar kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, X13 və X12 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakların 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X7 mülkiyyətinə verilsin hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Qusar rayon məhkəməsinin icraatında olmuş hazırkı mülki işin predmeti vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisə təşkil etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi barəsində şikayət verilən Qusar rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(029)- 531/2023 saylı qətnaməsini düzgün hesab etmədiyi əsaslar düzgün göstərilməmiş, həmin qətnamənin mahiyyəti üzrə məhz hansı hissədə mübahisələndirildiyi, qətnamənin həmin idarənin maraq və mənafeyini hansı hissədə pozduğu göstərilməmişdir. Məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq verilmiş tələblər üzrə işə baxılmış və həmin iddia tələblərinə uyğun olaraq işdə olan sübutlar əsasında qətnamə çıxarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etdiyi qətnamədə göstərilən 1,97 ha torpaq sahəsinə KOD 30111018 JN:763 dövlət aktı qeydiyyat kitabında 1,35 ha ölçüdə qeydə alındığından, bundan əlavə, vərəsəlik olunan fərdi yaşayış evi üzərində miras qoyan X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından, bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməməsinə münasibətdə məhkəmə belə qiymət verir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəflərin əmlakların dövlət qeydiyyatına alınmasından imtina verə bilər. Bu hal ilə bağlı Qusar rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(029)-531/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi qanunvericiyin tələblərinə ziddir. 3). Belə ki, məhkəmə işə baxarkən yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında əmlak üzrə tərəflərin payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin iş üzrə tərəf deyil, məhkəmə araşdırılması zamanı tərəf kimi işə cəlb edilməmişdir. Həmin iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi işə cəlb edilməsi zərurəti yaranmış olsaydı, məhkəmə öz təşəbbüsü ilə işə cəlb edərdi. Lakin həmin hallar zəruri olmadığına görə məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin iş üzrə tərəf kimi cəlb edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qəbul edilmiş qətnamə həmin idarənin hüquq və vəzifələrinə toxunması halları da mövcud deyil və bu hallar apelyasiya şikayətində göstərilməmişdir. Apellyasiya şikayətində göstərilən əsaslara görə iş apellyasiya məhkəməsinə göndərildiyi təqdirdə işin lüzumsuz yerə uzadılmasına və süründürməçilik hallarının gətirməsinə çıxardacaq. Həmin qətnamə 27 oktyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, 02 noyabr 2023-cü tarixdə Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəf olmadığına görə məhkəməni qətnaməsi həmin idarəyə göndərilməmişdir Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətin dəlilində daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparıldığını və beləliklə də qətnamənin idarənin hüquq və vəzifələrinə toxunduğunu, idarənin maraqlı tərəf olmaqla apellyasiya şikayəti vermək hüququnun olduğunu bildirmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Hazırkı işdən müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(029)-531/2023 saylı qətnaməsinın idarənin hüquq və vəzifələrinə toxunmasına əsas gətirərək apellyasiya şikayəti vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamədə göstərilən 1,97 ha torpaq sahəsinə KOD 30111018 JN:763 dövlət aktı qeydiyyat kitabında 1,35 ha ölçüdə qeydə alınmışdır. Bundan əlavə, vərəsəlik olunan fərdi yaşayış evi üzərində miras qoyan X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Yuxarıda göstərilən qətnamə 27 oktyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, 02 noyabr 2023-cü tarixdə Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, qeyd olunan qətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunması halları müəyyən edilmədiyindən, şikayət təmin oluna bilməz. Bununla bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikasının MPM-nin 361.1, 361.1.4, 361.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Həmin Məcəllənin 363.1, 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-531/2023 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-531/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar