Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-885/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəmir torun sökülməsi, torpaqdan qanunsuz istifadəyə son qoyulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(074)-12/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin boşaldılması, həmin hissəyə çəkilmiş torun sökülərək iddiaçıya məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(074)-12/2023 nömrəli qətnaməsinə (hakim Natiq İsmayılov) əsasən iddia təmin edilmiş, İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsinin 0,53 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir torun sökülməsi və İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması qət edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şamaxı Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(074)-12/2023 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)12/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi və apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi səbəbindən müvafiq olaraq Mülki Prosessual Məcəllənin 363.1.5 və 363.1.2-ci maddəsinə əsasən geri qaytarılmışdır. Bundan sonra 23 fevral 2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatətlə də məhkəməyə müraciət edərək, prosessual müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-12/2023 nömrəli 01 mart 2024-cü il tarixli qərardadına əsasən Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)12/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi haqqında Cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməsi qərara alınmış, həmçinin həmin qərardaddan 10 gün müddətinə şikayət verilməsi nəzərdə tutulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-12/2023 nömrəli 01 mart 2024-cü il tarixli qərardadından Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-12/2023 nömrəli, 18 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-12/2023 saylı qətnaməsi xx.xx.2024-cü il tarixində rəsmi qaydada ona təqdim edilmişdir. Qətnamədən şikayət ilk dəfə xx.xx.2024-cü il tarixində verilmiş və qanunvericiliyə uyğun qaydada tərtib edilmədiyindən xx.xx.2024-cü il tarixli, 2(074)- 12/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixində rəsmi qaydada ona təqdim edilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixində yenidən apellyasiya şikayəti və müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə Şamaxı Rayon Məhkəməsinə elektron qaydada müraciət etmişdir. Məhkəmə verilmiş müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəyə xx.xx.2024 tarixində baxaraq, əsas göstərmədən təmin etməmişdir. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilmiş, yəni müddət ötürülməmiş verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarında onu da qeyd edir ki, məhkəməyə şikayət verilməsi üçün müddətlərin axımının müvafiq məhkəməyə müraciətin edilməsi ilə dayanması qaydası da istisna edilmir. Belə bir tənzimetmənin də qanunverici orqan tərəfindən müəyyən edilməsi fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnun real təmin edilməsi baxımından məqbul hesab oluna bilər. Bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Məhkəmə xx.xx.2024-cü il tarixində verdiyi şikayət və ərizəyə baxılmasını xx.xx.2024-cü ilə təyin edib. Onlar isə məlumatı xx.xx.2024-cü il tarixində saat 17:40-da almışdır. Məhkəmə iştirakı olmadan işə baxıb, ərizəni təmin etməyib. Məhkəmə tərəfindən formal əsaslara istinad edərək, ərizənin təmin edilməməsi, dövlət tərəfindən verilmiş konstitusion hüquq olan məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasıdır. Şikayətin verilməsi məhkəmədə müdafiə hüququndan istifadə edilməsi deməkdir. Məhkəmə öz qərardadında da müddətləri qeyd etmiş, müddətlər qəsdən ötürülməmişdir. Şikayətin geri qaytarılması haqqında qərardadı aldığı zaman yenidən apellyasiya şikayətini elektron qaydada yükləyib. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(074)-12/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 2(074)-12/2023 nömrəli, 18 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinin tələbi baxımından prosessual müddətlərlə bağlı məhkəmənin baxmalı olduğu ərizə buraxılmış müddətin bərpası haqqındakı ərizə hesab olunur. İş materiallarından isə görünür ki, cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdehin müraciəti prosessual müddətin buraxılmamış hesab edilməsi ilə bağlı vəsatət olmuşdur ki, həmin vəsatətə ayrıca baxılaraq bununla bağlı qərardad çıxarılmasına, o cümlədən həmin qərarddan şikayət verilməsnin nəzərədə tutulmasına da zərurət olmamışdır. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamaqla apellyasiya şikayətini geri və ya baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir ki, bununla da birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə cavabdeh tərəfindən hazıkı iş üzrə verilmiş müddətin buraxılmamış hesab edilməsi ilə bağlı vəsatətə də qiymət verilmiş hesab olunur. Apellyasiya şikayətinin geri qaytarılması barədə müvafiq qərardaddan isə tərəfin şikayət vermə hüququ yaranır. Hazırkı vəziyyətdə isə verilmiş apellyasiya şikayətinin hüquqi müqəddəratı həll edilməmiş qalır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul etməli olduğu halda, prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəyə ayrıca qaydada baxıb, ayrıca qərardad qəbul edib, həmin qərardaddan şikayət vermə hüququ nəzərdə tutmaqla prosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(074)-12/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 2(074)-12/2023 nömrəli, 18 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin məzmunu, 363-cü maddəsində isə apellyasiya şikayətinin geri qaytarılmasına əsas olan hallar qeyd olunmuşdur. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(074)-12/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı Şamaxı Rayon Məhkəməsinin 2(074)-12/2023 nömrəli, 18 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-885/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-885/2024
08.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver