Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-933/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13500 manat məbləğində pulun və 5000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh1 13.500 manat məbləğində pulun İddiaçı qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 аpellyаsiyа şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsinin qismən, “İddia qismən təmin edilsin. Cavabdeh1 13500 manat məbləğində pul İddiaçı qaytarılsın” hissəsində ləğv edilməsi, iddianın tamamilə rədd edilməsi, qətnamənin “İddia tələbi digər hissələrdə rədd edilsin” hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(105)-933/2023 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvan atasına məxsusdur. O, hazırkı məhkəmə qərarından icra idarəsi tərəfindən çağırılanda məlumatlı olmuş, qətnaməni də sonradan məhkəməyə müraciət edərək əldə etmişdir. Cavabdeh sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X5 iddianın onlara aidiyyətinin olmadığını bildirərək, sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, çıxarılan qətnamədən də məlumatlı olmuşdur. Cavabdeh yanvar ayında onunla danışarkən qətnaməni aldığını bildirmiş, hətta icra idarəsində də olmuşdur. Hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(105)- 933/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli və apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsinin surəti 30 dekabr 2022-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə (o, cümlədən Cavabdeh1) göndərilmişdir, İşdən görünür ki, Cavabdeh1 ünvanlanmış zərf «Meylamov» soyadlı şəxs tərəfindən 13 yanvar 2023-ci il tarixdə imza edilməklə rəsmi qaydada qəbul etmişdir. (i/m səh.81) Qeyd olunan poçt xəbərnaməsi mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, həmin xəbərnamənin üzərindəki poçt ştempelindəki tarix xx.xx.2023 olmasına baxmayaraq, üzərindəki yanvar ayını göstərən «1» rəqəmi diyircəkli qələmlə düzəliş edilərək «2» rəqəmi ilə əvəz olunmuşdur. Bundan sonra Cavabdeh1 08 mart 2023-cü il tarixdə qətnamədən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə 28 mart 2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası tərəfindən bu halın dəqiqləşdirilməsi barədə poçt xidmətinə müraciət olunmuş və təqdim edilmiş çıxarışdan da məhkəmə zərfinin cavabdehə 13 yanvar 2023-ci il tarixdə təqdim edilməsi təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 405.0.1. Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3 və 133.5. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan xəbərnaməni sadalanan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə yoxlayıb, qətnamənin Cavabdeh1 təqdim edilmə tarixini müəyyən etmədən, apellyasiya şikayətinin icraata qəbul edilərək mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərərkən həmin xəbərnamədən olan müddəti nəzərə almadan və nəhayət cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 363.1 və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(105)-933/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, apellyasiya şikayəti mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından və həmin qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(105)-933/2023 nömrəli (mümkünlük barədə qərardadı) qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4385/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-933/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-933/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver