Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-94/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızının, onun vəkili Vəkil2 Cavabdeh, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı qızıl zinət, cehiz əşyaları və əmlak tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən satılmış ** XC *** dövlət nömrə nişanlı, “VAZ 21725 minik” markalı avtomobilin satışından əldə olunan pulun ½ - 8000 manat hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, ** DN *** dövlət nömrə nişanlı, “Renault Laquna” markalı avtomobilə İddiaçı ilə Cavabdeh hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən - yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamod, 2 ədəd tumbuçka, trimo stulu); qonaq otağı üçün stol və 6 ədəd stul; mətbəx üçün stol və 4 stul; mətbəx mebeli; divan; iri xalça; kiçik xalça; qonaq otağı üçün çilçıraq; yataq otağı üçün çilçıraq gümüşü rəng; qonaq otağı üçün pərdə-günlük; mətbəx otağı üçün pərdə jalüz; soyuducu; 108 ekran televizor; paltaryuyan; tozsovuran; ətçəkən; şirəçəkən; ütü; soba; mikser; qaz plitəsi; kompyuter; üç gözlü elektrik qızdırıcı; böyük yorğan; 2 ədəd kiçik yorğan; böyük qoşa döşək; 2 ədəd tək döşək; 4 ədəd yastıq; odeyal; 5 ədəd qoşa yataq dəsti; 4 ədəd tək nəfərlik dəst; çarpayı üçün örtük; divan üçün örtük; 4 ədəd can dəsmalı; 12 ədəd əl-üz dəsmalı; 12 ədəd mətbəx dəsmalı; 3 ədəd süfrə; şirəli qazan dəsti; gümüşü rəng qazan dəsti; qaşıq dəsti; 12 ədəd 4 künc boşqab dəsti; 18 ədəd düz boşqab; 6 ədəd kasa; bagema; 12 ədəd rəngli bakal; 6 ədəd stəkan; 6 ədəd nəlbəki; 6 ədəd xrustal düz qabı; 6 ədəd çay dəsti; 4 ədəd farfor çaşka-nəlbəki; 2 ədəd meyvə qabı; 2 ədəd konfet qabı; 2 ədəd qənd qabı; 2 ədəd xrustal mürəbbə qabı; 2 ədəd ləpə qabı; qab yığılan setka; podnos; 5 kiçik qazan dəsti; kauçuk qablar; tava; keks qabları; geyim əşyaları - kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka; 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsinin Cavabdeh alınıb İddiaçı verilməsi, qızıl zinət əşyaları - brilyant klon 1 ədəd 470 manat dəyərində, brilyant üzük 1 ədəd 320 manat dəyərində, təkqaşlı üzük 1 ədəd 250 manat dəyərində, brilyant sırğa 1 dəst 450 manat dəyərində, boyunbağı 2 ədəd 130 manat dəyərində, onların özləri mövcud olmadıqda dəyərlərinin (cəmi 1620 manat məbləğində) Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin, “LADA Priora” markalı, **-XC-*** dövlət nömrə nişanlı və “Renault Laquna” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinin, cavabdehin qanunsuz istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evindəki geyim, çehiz əşyalarının, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan brilyant klonun, 1 ədəd 450 manat dəyərində olan brilyant üzüyün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan brilyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Cavabdeh ilə ailə qurmuş, nikahlarını 13 avqust 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 mart 2015-ci il tarixdə Fərid, 22 mart 2018-ci il tarixdə Nazim adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsindədirlər. Cavabdehlə ailə münasibətləri normal olsa da, sonradan aralarında baş verən ziddiyyətlər ailənin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ailəyə və uşaqlara qayğı göstərməməsi, laqeyd münasibət bəsləməsi ailənin dayaqlarını sarsıtmışdır. O, məcbur olub nikahın pozulması tələbinə dair iddia ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehdə ona məxsus olan və birgə nikah dövründə əldə etdikləri əmlakları vardır və həmin əmlaklar cavabdehin qanunsuz istifadəsindədir. Bu əmlaklar Abşeron rayonu, Xirdalan şəhəri, Abşerov Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evi, “LADA Priora” markalı, **-XC-*** dövlət nömrə nişanlı və “Renault Laquna” markalı, **-DN- *** dövlət nömrə nişanlı avtomaşınlardır. Qeyd edilən daşınar və daşınmaz əmlaklar cavabdehlə birgə nikah dövründə əldə edilmişdir və hazırda da cavabdehin qanunsuz istifadəsindədir. Bundan başqa, ona məxsus olan cehiz əşyaları cavabdehin istifadəsindədir, əvvəllər də həmin əşyaların cavabdehdə olması və qəsdən yararsız hala salınması barədə Abşeron rayon Polis şöbəsinə müraciət etmişdir. Digər tərəfdən, ona məxsus qızıl zinyət əşyaları cavabdeh tərəfindən əlindən alınaraq mənimsənilmişdir. Hazırda ayrı yaşayırlar və nikahları məhkəmə qaydasında pozulur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin ½ hissəsinin mülkiyyətinin və ya yarı dəyəri olan 40.000 manatın, “LADA Priora” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomaşının yarı dəyəri olan 7000 manatın, ** DN *** dövlət nömrə nişanlı, “Renault Laquna” markalı avtomaşının yarı dəyəri olan 8000 manatın, cavabdehin qanunsuz istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan brilyant klonun, 1 ədəd 450 manat dəyərində olan brilyant üzüyün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan brilyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin ½ hissəsinin mülkiyyətinin və ya satışından əldə edilən pulun ½ hissəsinin, yəni 40.000 manatın, “LADA Priora” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun ½ hissəsinin, yəni 8000 manatın, ** DN *** dövlət nömrə nişanlı, “Renault Laquna” markalı avtomaşının satışından əldə olunan pulun ½ hissəsinin, yəni 4000 manatın, cavabdehin qanunsuz istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan brilyant klonun, 1 ədəd 450 manat dəyərində olan brilyant üzüyün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan brilyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin ½ hissəsinin mülkiyyətinin və ya dəyəri olan 70000 manatın 1/2 hissəsinə, “Lada Priora” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun ½ hissəsinə, yəni 8000 manatın, ** DN *** dövlət nömrə nişanlı, “Renault Laquna” markalı avtomaşının ½ hissəsinə mülkiyyət hüququnun tanınması, cavabdehin qanunsuz isifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14824 manatın, cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıllar və ya onun dəyəri olan 1620 manatın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xirdalan şəhəri, Abşerov Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evi mövcuddur. Bu, məhkəmə araşdırmalarında tam sübuta yetirilmiş və təsdiq edilmişdir. Lakin məhkəmə tərəfindən iddianın bu hissədə təmin edilməməsi onun və uşaqlarının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, Azərbaycan Respublikasının Ailə və Mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə cavabdehin anasının və bacısının imtina ərizəsini əsas götürmüşdür. Həmin ev miras əmlak siyahısına daxil edilmir. Belə ki, evi onlar almışlar və sənədlər də cavabdehin adınadır. Cavabdehin anası və bacısı mərhum qayınatasının adına olan digər əmlaklardan imtina etmiş və həmin imtinaların bu işə aidiyyatı yoxdur. Ümumiyyətlə, vərəsəlik olsa belə, vərəsəliyin tələblərinə əməl edilməmiş, vərəsələrini dairəsi müəyyən edilməmiş, müəyyən edilmiş müddətlər nəzərə alınmamışdır. Bu da belə bir halın olmadığını sübut edir. Digər tərəfdən, evin onlar tərəfindən alınmasına bir sübut da həmin evin cavabdehin adına rəsmiləşməsinə heç kimin iradı olmamasıdır. Göründüyü kimi, evin təyinatı bəllidir və onlar tərəfindən alınmasına heç bir şübhə yoxdur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın bütövlükdə təmin edilməsi və təmin edilməmiş hissəsində, yəni cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya evin dəyəri olan pulun 1/2 hissəsinin, 70000 manatın yarısının, yəni 35000 manatın ona verilməsinin də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan qismən - iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyri-obyektiv yanaşılmış, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, bunun da nəticəsində yanlış qətnamə qəbul edilmişdir. İşin təkzibedilməz halları ilə sübut olunur ki, iddiaçının tələb etdiyi qızıl ziynət əşyaları onda qalmamışdır. Məhkəmə qızıl zinət tələbi hissəsində heç bir sübut olmadan iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Hətta iddiaçının təqdim etdiyi foto şəkillərdən göründüyü kimi, iddiaçı hazırda Tovuz rayonunda yerləşən ata evində həmin şəkilləri çəkdirmişdir. “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobil isə mərhum atası X6 məxsus olmuş, sonra isə vərəsəlik qaydasında bacısına keçmişdir. Bacısı həmin avtomobili ona bağışlama ilə vermiş, ancaq sonradan aralarında soyuq münasibətlər olduğundan yenidən həmin avtomobili bacısının mülkiyyətinə keçirmişdir, yəni bu əmlak birgə nikah dövründə əldə olunmuş əmlak siyahısına daxil edilə bilməz. Çünki avtomobil birgə nikah dövründə qazanılmış vəsait hesabına alınmamışdır. Bu hal iş materiallarında olan sorğulardan da aydın görünür. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunan pulun ½ - 8.000 manat hissəsində və qızıl zinət əşyalarının - 470 manat dəyərində 1 ədəd brilyant klonun, 320 manat dəyərində 1 ədəd brilyant üzüyün, 250 manat dəyərində 1 ədəd təkqaşlı üzüyün, 450 manat dəyərində 1 ədəd brilyant sırğanın, 130 manat dəyərində 2 ədəd boyunbağının, onların özləri mövcud olmadıqda dəyərinin (cəmi 1.620 manatın) təmin olunması hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızı özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək və cavabdehin apellyasiya şikayəti ilə razılaşmadı. Cavabdeh məhkəmə iclasında özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iddiaçının apellyasiya şikayəti ilə razılaşmadı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X11 da cavabdehin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iddiaçının apellyasiya şikayəti ilə razılaşmadığını göstərdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi mənzilə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, qətnaməyə avtomobilin dəyərinə aid hissədə dəyişiklik edilməli, qızıl zinət əşyalarına aid hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti mənzilə aid hissədə, cavabdehin apellyasiya şikayəti “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobilə və qızıl zinət əşyalarına aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızı arasında olan nikah xx.xx.2014-cü il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanılaraq 506 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 14 mart 2015-ci il tarixdə X15 və 22 mart 2018-ci il tarixdə X16 anadan olmuşlar. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması 27 noyabr 2020-ci il tarixdə akt qeydləri kitabında 71 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(015)-875/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 01 avqust 2019-cu il tarixdən başlayaraq 14 mart 2015-ci il təvəllüdlü X15 və 22 mart 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, iki uşağa görə hər ay 320 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02 sentyabr 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus olan qızıl zinyət əşyalarından brilyant klonun qiyməti 470 manat, brilyant üzüyün qiyməti 320 manat, təkqaşlı üzüyün qiyməti 250 manat, brilyant sırğanın qiyməti 450 manat, boyunbağının qiyməti 130 manat olmaqla, cəmi 1620 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 17 iyun 2020-ci il tarixli, QXM/149 saylı qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 240-A ünvanında yerləşən 9 mərtəbəli binanın 19 saylı mənzilin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə X8 (alıcı) arasında bağlanmış İH- A(b)/0082 saylı, 23 aprel 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “satıcı” "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67,0 kv.metr olan, 1 otaqdan ibarət 19 saylı mənzili alıcı X1, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 yanvar 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış İH-B/0011 nömrəli, 03 mart 2018-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “satıcı” "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67,0 kv.metr olan, 1 otaqdan ibarət 19 saylı mənzili alıcı Cavabdeh satmağı, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 03 mart 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən Xırdalan şəhəri, H.Əliyev pr-tində “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında 9 saylı mənzilin pay dəyəri olan 43550 manat ödənilmiş, borc qalığı yoxdur; İş materiallarında olan X7 imzası 21 fevral 2018-ci il tarixdə 3 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş ərizəsindən görünür ki, 04 yanvar 2018-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlaklarına birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq hüququ notarius tərəfindən ona izah edilmişdir. Qeyd edilən əmlaka mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmir, miras əmlaka daxil edilməsinə və vərəsələr arasında bərabər bölünməsinə etirazı yoxdur. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən X12 ünvanlanmış 94 saylı, 15 fevral 2020-ci il tarixli məktubdan görünür ki, onun “04 yanvar 2018-ci il tarixdə vəfat etmiş mərhum atam-X4 adına olan 23 aprel 2015-ci il tarixli, İH-A(b)/0082 nömrəli müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 240-A saylı binanın, 9 mərtəbədə, 1 otaqdan ibarət, ümumi sahəsi 67 kv.m olan 19 saylı mənzilini oğlu-Cavabdeh adına keçməsinə sərəncam verməyinizi Sizdən xahiş edirəm, yazılanları öz imzamla təsdiqləyirəm.” məzmununda ərizəsi 28 fevral 2018-ci il tarixdə 7E-1238 reyestr nömrə ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 21 oktyabr 2020-ci il tarixli, 4404 saylı məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli, İH-B/0011 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində cəmiyyətə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilmiş 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 67.0 kv.metr olan, 1 otaqdan ibarət vahid əmlak dəyəri 43.550 manat məbləğində olan 19 saylı mənzil alıcı Cavabdeh satılmışdır. "xxxx" MMC-nin qeydiyyat sistemində olan məlumatlara istinad edərək “AAAF-PARK” yaşayış massivində inşa edilmiş 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67,0 kv.metr olan, 1 otaqdan ibarət 19 saylı mənzil üçün Cavabdeh adına vərəsəlik şəhadətnaməsi cəmiyyətə təqdim edilməmişdir. Cəmiyyətə məxsus yaşayış binaların alıcı-sakini vəfat etdiyi halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərindən irəli gələrək qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi və digər əlaqəli sənədlər tələb olunaraq sənədləşdirilir. Mənzilin alqı-satqı müqaviləsi dəyişdirilən zaman vərəsəlik qaydasında keçməsinə dair qeydlər göstərilir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-PARK” yaşayış massivində inşa edilmiş yaşayış binaların mənzilləri ilə bağlı alqı-satqı müqavilələrinə dair hüquqlar hələ ki "xxxx" MTK-ya ötürülməmiş və müqavilələrə dair sənədləşmələr "xxxx" MMC tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 12 mart 2020-ci il tarixli, **********25 saylı məktubundan görünür ki, Xidmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh mülkiyyətində 13 avqust 2014-cü il tarixdən hal-hazıradək qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 04 mart 2020-ci il tarixli, 016-21700-1220 saylı məktubuna əlavə edilmiş kompyuter çıxarışından görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına görə 1995-ci il buraxılışlı “Renault Laquna” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil 07 noyabr 2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hazırda qeydiyyatdadır. 2014-cü il buraxılışlı “VAZ 21725” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil 01 mart 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, 18 iyul 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/1353 saylı rəyindən görünür ki, buraxılış ili 2014-cü il olan, “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti 12000 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 016-302.6086-1221 saylı məktubuna əlavə edilmiş 01 mart 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 “VAZ 21725” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili 11.500 manata Cavabdeh satmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 171 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli, İH-B/0011 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF- PARK” yaşayış massivi (“AAAF-PARK-3”), 240-A saylı, 9 mərtəbəli yaşayış binası, sahəsi 67.0 kv.metr olan, 1 otaqdan 19 saylı mənzil müqavilə şərtlərinə müvafiq olaraq dəyəri 43.550 manat ödənilməklə satılmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF-PARK” yaşayış massivi (“AAAF-PARK-3”), 240-A saylı, 9 mərtəbəli yaşayış binası, sahəsi 67.0 kv.metr olan, 1 otaqdan 19 saylı mənzil Cavabdeh ancaq vərəsəlik qaydasında keçməsinə dair cəmiyyətin arxiv bölməsində məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin HŞ/128 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli, İH-B/0011 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF- PARK” yaşayış massivi (“AAAF-PARK-3”), 240-A saylı, 9 mərtəbəli yaşayış binası, sahəsi 67.0 kv.metr olan, 1 otaqdan 19 nömrəli mənzilin alqı-satqısı həyata keçirilmişdir. 03 mart 2018-ci il tarixli, İH-B/0011 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF-PARK” yaşayış massivi (“AAAF-PARK- 3”), 240-A saylı, 9 mərtəbəli yaşayış binası, sahəsi 67.0 kv.metr olan, 1 otaqdan 19 nömrəli mənzilin dəyərini təşkil edən 43.550 manat X8 tərəfindən deyil, alıcı Cavabdeh tərəfindən ödənilməklə alınmışdır. İddiaçı apellyasiya şikayətində cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin ½ hissəsinin mülkiyyətinin və ya evin dəyəri olan pulun ½ hissəsinin, yəni 70000 manatın yarısının, 35000 manatın ona verilməsinin də təmin edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikahlarını bağlamış, onların arasında olan nikahın pozulması xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini mənzilə aid hissəsini rədd edərkən mübahisəli mənzilin cavabdehin atası X5 məxsus olmasına, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri olan mərhumun həyat yoldaşı və qızının digər qanun üzrə birinci növbəli vərəsəsi olan cavabdehin xeyrinə miras əmlakdan imtina edərək miras əmlakın cavabdehin adına qeydiyyata alınmasına razılıq vermələrinə və iddiaçının mərhumun qanun üzrə vərəsəsi sayılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissəsi üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Abşeron Siti, 240A saylı evin 19 saylı mənzilinin dəyərinin cavabdehin atası X8 tərəfindən ödənilməsi və həmin məbləğə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini təsdiq edən heç bir sənəd yoxdur. İş materiallarında olan 03 mart 2018-ci il tarixli maliyyə arayışı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məktublarından görünür ki, mübahisəli mənzilin dəyəri Cavabdeh tərəfindən 03 mart 2018-ci il tarixdə, yəni tərəflərin birgə nikahları dövründə ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya digər onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilə aid hissədə ləğv edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Abşeron Siti, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf olunan 43.550 manat tərəflərin birgə nikahları dövründə qazanılmış vəsait olduğundan, həmin məbləğin ½ hissəsi, yəni 21.775 manat Cavabdeh iddiaçının xerinə tutulmalıdır. Mübahisəli mənzilin dəyərinin 70.000 manat olmasına dair iddiaçının apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “VAZ 21725” markalı, ** XC *** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunan pulun ½ hissəsinin, yəni 8.000 manatın ondan tutulmasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətinin bu hissəsini bacısının həmin avtomobili ona bağışlaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan 01 mart 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə əsasən X17 “VAZ 21725” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili 11.500 manata Cavabdeh satmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/1353 saylı rəyinə əsasən “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 12000 manat müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə həmin avtomobilin dəyərinə aid hissəsinə dəyişiklik edilməli, “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 6000 manat Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməlidir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, qızıl zinət əşyalarının - 470 manat dəyərində 1 ədəd brilyant klonun, 320 manat dəyərində 1 ədəd brilyant üzüyün, 250 manat dəyərində 1 ədəd təkqaşlı üzüyün, 450 manat dəyərində 1 ədəd brilyant sırğanın, 130 manat dəyərində 2 ədəd boyunbağının, onların özləri mövcud olmadıqda dəyərlərinin (cəmi 1.620 manatın) təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl zinət əşyalarının cavabdehin evində qalması iş materialları ilə öz təsdiqini tapmır və bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi qızıl zinət əşyalarına aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi mənzilə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, qətnaməyə avtomobilin dəyərinə aid hissədə dəyişiklik edilməli, qızıl zinət əşyalarına aid hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri qismən təmin edilsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Abşeron Siti, 240A saylı evin 19 saylı mənzilinə aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Abşeron Siti, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi, 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnaməyə “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissədə dəyişiklik edilsin, həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manat Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilsin. Qətnamə qızıl zinət əşyalarına aid hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-94/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-94/2022
23.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver