Məhkəmə qərarları › İş №2(105)-95/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-95/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-95/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qızından 132.178,20 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 87.866,50 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 220.044,7 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə, tutma Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR-nin RX seriyalı xx xxxxxxx 2013-cü il qeydiyyat tarixi çıxarışa əsasən mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 6 ev ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinə, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 6 ev ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 336.000 (üç yüz otuz altı min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin ilkin satış qiyməti 381.000 (üç yüz səksən bir min) manat müəyyən edilməsi, tələb cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayş evinə və Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ hesabına cavabdehlərin borcu olan borcunun ödənilməsi təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə (hakim S.M.Quliyeva) ekspertiza xərci 94 manat iddiaçı “xxxx”dan tutulub dövlət xəzinədarlığı agentliyinə (VÖEN 210005, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızına qarşı kredit müqaviləsinə görə pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015ci il tarixli, 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 132.234.28 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 23971,15 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 156,205,43 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması, tutmanın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171,0 kv metr yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evinə, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə, qeyd olunan hər iki növ daşınmaz əmlak qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğin cavabdehin xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan borcunun ödənilməsinə yönəldilməsi, qətnamə qüvvəsini aldıqdan sonra 1 ay müddətində mənzil və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 22 faiz hesablanmaqla 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evi xx xxxx 2015ci il tarixli 04/0044/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və həmçinin bu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən alınmış daşınmaz əmlakın yüklülüyü» haqqında RX seriyalı 01691451 nömrəli çıxarışda da öz əksini tapmışdır. Bundan əlavə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsi xx xxxxxx 2016-cı il tarixli 04/0044/OBK saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və həmçinin bu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdən alınmış daşınmaz əmlakın yüklülüyü haqqında RX seriyalı ******* nömrəli xx.xx.2016cı il tarixli çıxarışda da öz əksini tapmışdır. Həmçinin verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli 04/0044/OBK səy beştərəfli zaminlik müqavilələri bağlanmışdır. Hazırda cavabdehlərin banka 132.234.28 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 23971,15 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 156,205,43 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsinin xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizə verməklə Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015-ci il tarixli, 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 132.178.20 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 71 872,93 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 204,051,13 ABŞ dolları məbləğində kredit borcunun, 31 manat dövlət rüsumunun, ipoteka predmetlərinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsum məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı bankın xeyrinə tutulması, tutmanın Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respubikası ƏMDK-i yanında DƏDR-nin RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3 və A.Cavabdeh4 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşa, evinə, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğin cavabdehlərin yuxarıda qeyd oluna borcuna yönəldilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizə verməklə Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015-ci tarixli, 04/0044/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı bankın xeyrinə müqavilə üzrə 132.178.20 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 87, 866, 50 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 220,044,70 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumunun, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 60 manat rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respubikası ƏMDK-i yanında DƏDR-nin RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışına əsasən mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 6 ev 4 ünvanında yerləşən, ümumi sahəsi 430.1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinə, Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDR-in RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğin cavabdehlərin yuxarıda qeyd olunan pul tələblərinin təmin edilməsi üçün iddiaçı “xxxx” ASC-yə yönəldilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərilməlidir. Hansısa uydurma qiymət kimi ilkin satış qiyməti 336.000 manat məbləğində müəyyən edilmişdir. Onun əmlakının real bazar dəyəri 836.000 manat qiymətləndirilib. Apellyasiya məhkəməsi təqdim olunan rəylərdəki ziddiyyəti aradan qaldırmaq üçün əmlakını yenidən qiymətləndirilməsi üçün ekspertiza keçirilməsini təmin etməlidir. Məhkəmə bunları etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(012)-453/2019 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ş.Q.Yusifli apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 22% hesablanmaqla 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ipoteka müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evi xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və həmçinin bu Azərbaycan Respublikası ƏMDK-si Yanında DƏXdən alınmış daşınmaz əmlakın yüklülüyü haqqında RX seriyalı 01691451 nömrəli xx.xx.2015-ci tarixli çıxarışda da öz əksini tapmışdır. Bundan-əlavə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsi xx xxxxxx 2016-cı il tarixli 04/0044/OBK saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka qoyulmuş ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və həmçinin bu Azərbaycan Respublikası ƏMDK-si Yanında DƏDRX-dən alınmış daşınmaz əmlakın yüklülüyü haqqında RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışda da öz əksini tapmışdır. Həmçinin, verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı beştərəf zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, hazırda cavabdehlərin banka 132.178.20 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 87,866,50 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 220,044,70 ABŞ dollar məbləğində borcu vardır. Ekspert rəyindən görünür ki, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında mülkiyyətində olan 0.09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 336.000 manat və Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin ilkin satış qiyməti 381.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 336.000 manat və Cavabdeh1 xüsusui mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətrində olan 0,05 ha torpaq sahəsinin ilk satış qiyməti 45.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının “X2” İctimai Birliynin xx xxxx 2020-ci il tarixli 03/03-20/E-01-S saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin real bazar qiyməti 40.000 (qırx min) manat, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 6, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinin ümumi bazar dəyəri 310.000 manat təşkil edir. İş üzrə əmlakın likvid qiymətini müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən ekspertiza keçirilmiş və materiallarında olan iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 2 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evinin likvid qiyməti 221.000 manat və Cavabdeh1 xüsusui mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətrində olan 0,05 ha torpaq sahəsinin likvid qiyməti 110.500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə iyun 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi isə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı zaminlik müqaviləsində zamin-3 Cavabdeh2 yazıları, qarşısında imza qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 22 faiz hesablanmaqla 150000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, verilmiş kreditin təminatı olaraq «xxxx» ASC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı beştərəfli zaminlik müqavilələr bağlanmışdır. Lakin məhkəmə araşdırması zamanı cavabdehlərdən Cavabdeh2 etiraz etməklə imzanın ona məxsus olmadığını israrla bildirmişdir. Keçirilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı zaminlik müqaviləsində zamin Cavabdeh2 yazıları, qarşısında imza qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalar mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxıl olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə əsas və faiz borcunun düzgün hesablanmamaı barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2523 saylı rəyindən görünür ki, «xxxx» ASC-si ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixli 04/0044/OBK Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə bitən müddəti yəni xx xxxx 2019-cu il tarixə banka olan borcu əsas borc üzrə 133.008,23 ABŞ dolları, faiz borcu üzrə 102.734,73 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasan, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı cavabdehlərdən Cavabdeh2 zaminlik müqaviləsi üzrə Öhdəlik götürmədiyi sübut olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən borcun tutulması hissəsində qismən olmaqla Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Verilmiş kreditin təminatı olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərfi yaşayış evi xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və həmçinin bu Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Xidmətindən alınmış daşınmaz əmlakın yüklülüyü haqqında RX seriyalı 01691451 nömrəli xx.xx.2015-ci il tarixli çıxarışda da öz əksini tapmışdır. Bundan əlavə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətrində olan 0,05 ha torpaq sahəsi xx xxxxxx 2016-et il tarixli 04/0044/OBK saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka qoyulmuş ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və həmçinin bu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlıt Reyestri Xidmətindən alınmış daşınmaz əmlakın yüklülüyü haqqında RX seriyalı ******* nömrəli 26 02.2016-cı il tarixli çıxarışda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyadın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekt olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması, 269.4-cü maddəsinə əsasən isə ipoteka daşınmaz əşyalara, habelə rəsmi qaydada reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1 -ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsi gecikdirmişsə, ipoteka saxlayan ipoteka İlə yüklü edilmiş obyekti açıq hərracdan satmaq ' hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləğ ipoteka saxlayana ödəməlidir Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Eyni zamanda "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi, üçün cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olar ünvan 5 ünvanında mülkiyyətində olan 0.09 -a torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv metr olan fərdi yaşayış evi və Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətrində olan 0,05 ha torpaq sahəsinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətim göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetini ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiririnin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertizanın rəyi nəzərə alaraq hesab edir ki, Abşeron rayonu, cavabdehlər Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 3 ünvanında mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 430,1 kv.metr yaşayış sahəsi 171 kv.metr olan yardımçı sahəsi 259,1 kv.metr olan fərdi yaşayış evinin likvid satış qiyməti 221.000 manat qiymətləndirmişdir. Bundan əlavə olaraq ekspertiza tərəfindən Cavabdeh1 xüsusui mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin ilk satış qiyməti 40.000 manat məbləğində qiymətləndirilmişdir. Sonradan məhkəmə kollegiyası tərəfindən cavabdehin apellyasiya şikayətində göstərilən dəlili yoxlaması ilə əlaqədar olaraq iki dəfə əməəşünaslıq ekspertizası keçirimişdir. İlkin ekspertizasının rəyi ilə torpaq sahəsinin dəyəri 72.000 manat, sonradan yeni ekspertiza rəyi ilə həmin torpağın likvid qiyməti 110.500 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ikinci ekspertiza rəyinə tənqidi yanaşır və hesab edir ki, Cavabdeh1 xüsusui mülkiyyət hüququ ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin ilk satış qiymətini 72.000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsass həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayı elərinin açıq hərracda satışından əlc edilmiş vəsait borcun Ödənilməsi üçün yetərli olmadıqda, qalan məbləğ cavabdehdən tutulmalıdır. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən 59,3-cü maddəsində nəzərdə tutulmı müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotel qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan fərdi yaşayış evi məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipotöka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər İpoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddia ipoteka predmetlərinin satıldıqdan sonra tay ərzində boşaldılması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələblərinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinin tələblərinə əsasər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Yenə də həmin Məcəllənin 217,4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ,iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir necə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər ücün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələblərinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın cıxarıldığı gün üçün bank faizinin ucot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin, hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməməlidir, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxx 2019-cu i il tarixli 2(012)-608/2019 saylı qətnaməsi əmlakın qiymətləndirilmə hissəsində dəyişdirilsin. Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qızından 132.178,20 ABŞ dolları məbləğində əsas borc, 87.866,50 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 220.044,7 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 30 manat dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilsin. Tutma Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli 04/0044/OBK saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR-nin RX seriyalı xx xxxxxxx 2013-cü il qeydiyyat tarixi çıxarışa əsasən mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinə, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayış evinin likvid qiyməti 221.000 (iki yüz iyirmi bir min) manat məbləğində müəyyən edilsin, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin likvid qiyməti 72.000 (yetmiş iki min) manat müəyyən edilsin. Tələb cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qızına məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 430,1 kv.metr olan 6 otaqlı fərdi yaşayş evinə və Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yönəldilsin, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ hesabına cavabdehlərin borcunun ödənilməsi təmin edilsin, iddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh3 alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 1000 (min) AZN manatı Cavabdeh3 alınıb «xxxx» MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, «xxxx» ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ013501**********1944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar