Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-951/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X4, Cavabdeh və vəkili X5 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3586/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3586/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilib, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29/27-də yerləşən 4 saylı mənzildən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3586/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 29/27, mənzil 4 vərəsəlik hüququna dair şəhadətnamə əsasında xx.xx.2019-cu ildən hər birinə 1/2 pay hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır. Mənzil X1 mülkiyyətində olmuş, o isə xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onun oğlu İddiaçı1 və arvadı İddiaçı2 vərəsəlik haqqında şəhadətnamə ilə bağlı notariusa müraciət etdikdə məlum olmuşdur ki, Xəqani Hüseynovun rəsmi nikahda olmasına baxmayaraq bu nikah ləğv edilmədən xx xxxx 1999-cu ildə cavabdehlə qanunsuz rəsmi nikaha daxil olmuşdur. Bundan sonra həmin nikahın etibarsız hesab edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx xxxx 2017-ci il tarixli qətnaməsi əsasında nikah etibarsız hesab olunmuşdur. Həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il və Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmış, apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra iddiaçılar Xəqani Hüseynovun qanun üzrə 1-ci növbə vərəsələri kimi miras qalmış mübahisəli mənzil üzərində pay hüquqlarını təsdiqləyən vərəsəlik haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqları qeydiyyatdan keçmişdir. Lakin, cavabdeh onları şəxsi mülkiyyətlərində olan mənzilə buraxmır və özünü bu evin sahibi kimi qəbul edir. Halbuki onunla mərhum Xəqani Hüseynov arasında bağlanmış nikah etibarsız hesab edildiyi üçün o mənzilə bütün hüquqlarını itirmiş hesab edilir. Ona görə də, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/27-də yerləşən 4 saylı mənzildən çıxarılması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1, 157.1, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12, 13.7, 25.1-25.4, 28.5-28.7, 28.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 149.1, 150.0.3,151.1,152.1.2, 259.0.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin təmi edilməsi nəticəsinə gələrkən heç bir maddi hüquq norması ilə əsaslandırmamış, yalnız aralarında nikahın etibarsız hesab edilməsi faktına istinad edərək hesab etmişdir ki, mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmənin bu mövqeyindən belə nəticəyə gəlmək olur ki, sanki mənzildən istifadə hüququnun yaranmasının yeganə əsası ailə münasibətləridir. Halbuki 1999-cu ildən həmin mənzildə yaşayır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh S.M. Hüseynova və vəkili X7 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29/27-də yerləşən 4 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) iddiaçıların hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(060)-7157/2017 saylı qətnaməsi ilə X2 və Cavabdeh arasında Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsində xx xxxx 1999-cu il tarixdə, 198 nömrə ilə qeydə alınmış nikah və həmin qeyd əsasında verilmiş nikah haqqında şəhadətnamə etibarsız edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)- 2994/2018 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(060)-7157/2017 saylı qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətin təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-2994/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12, 13.7 və 25.1-ci maddələrində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2, 25.3 və 25.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 28.5, 28.6 və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 və Cavabdeh arasında bağlanmış nikah qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmiş və cavabdehin Xəqani Hüseynovla ailə münasibətlərindən yaranan hər hansı hüquq və vəzifələri olmadığından mübahisəli mənzil üzərində hər hansı hüquqa malik ola bilməz və bu səbəbdən də cavabdehin mənzildən çıxarılması barədə iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29/27-də yerləşən 4 saylı mənzildən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin mənzilə köçürülməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh S.M.Hüseynov apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3586/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-951/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-951/2021
17.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver