Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-969/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə ( Açar sözlər: şəhadətnamənin ləğvi, avtomobilin qaytarılması, pul tələbi) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və X11 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)-170/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edib, əsassız varlanma obyekti olan “Hyundai HD 72” markalı avtomaşına aid Cavabdeh adına qeydə alınmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və 2008-ci il buraxılışlı, ağ rəngli, ** EM *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması, ödənilmiş ümumilikdə 128 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ona və qeyrilərinə qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən onun adına aşkar edilmiş 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşının üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Qanunun 53-cü maddəsini rəhbər tutaraq Siyəzən rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd edilən əmlakların satışını təşkil edib satışdan əldə olunan məbləğin müvafiq depozit hesabına köçürülməsi məqsədi ilə "xxxx" MMC-yə rəsmi müraciət (sifariş) olunmuş, “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq hərrac təşkil olunmuşdur. X15 hərracın nəticələri haqqında “09/04 nömrəli protokoluna əsasən 05 fevral 2021-ci il tarixdə tələbkar Cavabdeh 9800 manat hərracdakı satış qiymətinə onun adına olan 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını almışdır. Bundan sonra Cavabdeh 05 fevral 2021-ci il tarixdən mübahisə predmeti olan avtomobili öz adına keçirməyərək, borcunu nağd halda pul formasında tələb etmiş və Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019- cu il tarixli icra vərəqəsi üzrə borclular, o cümlədən, o, X17, X4, X5, X7 və X21 tərəfindən müştərək qaydada 30267,75 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə 57856,2 manat pul vəsaiti tam məbləğdə tələbkar Cavabdeh 25 noyabr 2021-ci il tarixdə ödənilmişdir. Tələbkar Əzizov X1 rayon İcra və probasiya şöbəsinə “icra sənədinin icraatına xitam verilməsi haqqında” 25 noyabr 2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borcun ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun borclulara qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş, həmçinin “İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən məhkəmənin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh 05 fevral 2021-ci il tarixli “X15 Hərracın Nəticələri haqqında” 09/04 nömrəli protokolundan suiistifadə edərək ona olan borcun tam ödənilməsinə və digər borcluların, həmçinin özünün qarşı tərəfə borcunun qalmamasına baxmayaraq, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını 20 dekabr 2021-ci il tarixdə öz adına rəsmiləşdirməklə əsassız varlanmışdır. Bundan əlavə Cavabdeh təhvil verilərkən sözügedən avtomobilin yanacaq sisteminin olmaması səbəbindən istismara yararsız olmasını və sırf bununla əlaqədar çəkilmiş xərcin ağlabatan məbləğinin 1250 manat təşkil etməsini qəbul edərək avtomobilin ona qaytarılacağı təqdirdə bu pulu qarşı tərəfə ödəməyə razıdır. Odur ki, ilk iddianın tam, qarşılıqlı iddianın isə qismən, yəni 1250 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh İddiaçı 17523,60 manat maddi zərər, 142,57 manat dövlət rüsumu olmaqla, cəmi 17666,17 manat pulun tutularaq ona ödənilməsi, o cümlədən bu vəsaitin ödənişinin “Hyundai HD 72” yük markalı avtomaşının cavabdehə qaytarılması ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı ərizə onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X22, X17, X4, X6, X7 və X9 müştərək qaydada onun xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pul tutulmuş, həmçinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. O, uzun müddət həmin məbləğin alınması üçün çalışmış, bunun üçün çox əziyyət çəkib, vəsait sərf etmişdir. Cavabdeh iddia tələbini onun əmlakının hesabına əsassız varlanması ilə əsaslandırsa da, onun istinad etdiyi bu hal tamamilə əsassız və qəbul edilməzdir. Belə ki, o, tələb edilən nəqliyyat vasitəsini tam qanuni əsaslarla əldə edərək, habelə icra hərəkətlərinin həyata keçirilməsi üçün xərclər çəkmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan, yəni cavabdehdən tutulmalı olmasına baxmayaraq, bu hal baş verməmiş, əksinə "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə "xxxx"nə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsait ödəmişdir. Bundan əlavə, o, mübahisəli nəqliyyat vasitəsini 05 fevral 2021-ci tarixdə hərrac vasitəsilə alarkən, avtomaşın dəmir parçasından fərqli olmamış, onun hərəkəti üçün zəruri ehtiyyat hissələri üzərindən götürülmüş, habelə İddiaçı özü tərəfindən çıxarılmaqla, istismara tam yararsız vəziyyətə salınmışdır. Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraya yönəldilməsindən xeyli müddət keçdikdən sonra 25 noyabr 2021-ci il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar müalicədə olarkən qarşı tərəf rayon icra və probasiya şöbəsinin vasitəçiliyi ilə oğlu Nərimanı aldadıb, xərcləri ödənilmədən tələsik şəkildə borcun tam şəkildə ödənilməsi ilə bağlı akta imza etdirmişlər. 01 dekabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verildikdən sonra o, uzun müddət icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkdiyi xərclərin ona qaytarılacağına ümid etsə də, ümidlərinin nəticəsi olmamışdır. Bundan sonra, o, 20 dekabr 2021-ci il tarixdə mübahisəli avtomaşını xərclərinin əvəzi kimi öz adına rəsmiləşdirmişdir. Həmin vaxt da öz şəxsi vəsaitini sərf edərək, “Hyundai HD 72” yük markalı avtomaşın istismara yararsız vəziyyətdə olduğundan onu 20 dekabr 2021-ci il tarixdə evakuator vasitəsilə Siyəzən şəhərində yerləşən çörək sexinin qarşısından götürüb, Bakı şəhəri, Qaradağ rayonunda “Meyvəli” deyilən bazarın yanında yerləşən DİN BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə aparmış, avtomaşına yeni ** EM *** dövlət qeydiyyat nişanı almış, habelə eyni evakuatorla Siyəzən şəhərinə gətirmişdir. Beləliklə, mübahisəli avtomobilin adına sənədləşdirilməsi üçün 88,60 manat, evakuatorla daşınması üçün isə 340 manat xərc çəkmişdir. Daha sonra, o, 26 dekabr 2021-ci il tarixdə yenidən evakuator vasitəsilə “Hyundai HD 72” yük markalı avtomaşını təmir-bərpa işlərinin görülməsi üçün Siyəzən şəhərindən götürüb, Bakı şəhəri, Xocasən dairəsində yerləşən “X28” MMC-yə aparmış, avtomaşını ora təhvil vermişdir. Bu dəfə də yol xərci olaraq evakuatora 170 manat pul ödəmiş, bundan əlavə, mübahisəli avtomobil istismara yararsız olduğu üçün 9375 manat təmir-bərpa xərcləri çəkmişdir. Bununla belə, o, hazırda da əvvəldə olduğu kimi heç kimin avtomobilini istəmir. Lakin, icra hərəkətləri ilə bağlı sərf etdiyi vəsaitin əvəzi ödənilmədiyindən cavabdehin ona qarşı nəqliyyat vasitəsinin qaytarılması barədə iddia qaldırması anlaşılan deyildir. Çünki, xərcləri qarşılanmamaqla, yanaşı yararsız avtomobili təmir etdirməyi də ona izafi xərclər, zərər hesabına başa gəlmişdir. Əgər belə bir halın baş verəcəyini bilsə idi, heç avtomobilin təmir işləri ilə məşğul olmazdı. Avtomobil qaytarılacağı təqdirdə, xərclərinin kimin tərəfindən hansı formada qarşılanacağı sual altındadır. Bununla da, avtomobil əvvəlki sahibinə qaytarılacağı təqdirdə, çəkdiyi bütün xərclərin, o cümlədən 17523,60 manat vəsaitin də özünə qaytarılmasını, bunun isə avtomobilin qaytarıldığı vaxt eyni anda icra edilməsini istəyir.
5. Tərəflərin iddia ərizələrinə qarşı yazılı etirazı daxil olmamışdır.
6. Siyəzən rayon İcra və probasiya şöbəsinin 21 oktyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, şöbə "xxxx"nə ünvanlanmış bu məktubunda borclulara məxsus əmlakların, o cümlədən mübahisəli avtomaşının "xxxx" MMC-nin qiymətləndirmə rəylərinə əsasən qiymətləndirildiyini göstərmiş, habelə əmlakların satışını təşkil edib, satışdan əldə olunan məbləğin Siyəzən rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürülməsini xahiş etmişdir.
7. X15 hərracın nəticələri haqqında 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşın həmin gün hərrac vasitəsilə 9800 manata Cavabdeh satılmışdır.
8. Siyəzən rayon İcra və probasiya şöbəsinin 19 fevral 2021-ci il tarixli, 347/21- 64-5 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən İddiaçı məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomobilin üzərindən məhdudiyyət götürülməklə, Cavabdeh adına rəsmiləşdirilməsi xahiş edilmişdir.
9. "xxxx" MMC tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş GİF/4 seriyalı, 847504 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, qiymətləndirmə işinə görə Cavabdeh tərəfindən MMC-nin hesabına 3000 manat ödəniş edilmişdir.
10. Respublika Xammal və X25 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin 20 avqust 2021-ci il tarixli, 1749/21- 64-3 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3090/20 saylı sifariş məktublarına əsasən keçirilmiş hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində pul vəsaitinin hərrac mərkəzinə tərəfindən ödənilməsi ilə bağlı Cavabdeh cavab verilmişdir.
11. Siyəzən rayon İcra və probasiya şöbəsinin 01 dekabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın, eləcə də qarşılıqlı iddiaçının nümayəndəsi X3 25 noyabr 2021-ci il tarixli ərizəsinin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 nömrəli icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nəriman Əzizovun ərizəsi əsasında bu icra sənədinin icraatına xitam verilmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X18 izahatında göstərmişdir ki, sözügedən icra sənədinin icrası ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsaitin ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilən icra sənədi üzrə icra xərclərinin tərəflər arasında bölgüsü ilə bağlı onlara vaxt verərək aralarında razılaşma əldə etmələrini təklif etsə də, razılıq əldə olunmamışdır. Göstərilən xərclərin tərəflər arasında bölgüsü ilə bağlı icra sənədi mövcud olmadığı üçün o, bu məbləği qarşı tərəfdən – İddiaçı və qeyrilərindən tələb edə bilməmişdir. Bundan başqa, 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını 08 iyul 2021-ci il tarixdə öz dəyərini itirməməsi üçün İddiaçı akt əsasında təhvil götürərək, Cavabdeh çörək sexinə evakuator vasitəsilə yerləşdirmişdir. Bu zaman avtomobilin yanacaq nasosu, forsunkası, şüşə siləni, akkumulyatoru, habelə refrijeratoru olmamışdır. Digər hissələrin istismara yararlı olubolmamasını isə bu sahə üzrə mütəxəssis olmadığına görə bilmir.
13. 14 yanvar və 29 mart 2022-ci tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq ilk iddia tələbi üzrə İddiaçı 118 manat, qarşılıqlı iddia tələbi üzrə isə Cavabdeh 142,57 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)-170/2022 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdeh qarşı əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması tələbinə dair ilk iddia təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilib, İddiaçı 7550 manat maddi zərər, eləcə də 142,57 manat dövlət rüsumunun 43 faizi, yəni 61,30 manat olmaqla, cəmi 7611,30 (yeddi min altı yüz on bir manat 30 qəpik) manat pulun tutularaq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon İcra və probasiya şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 05 fevral 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən qalib gəlmiş Əzizov X2 Vaqif Ənvər oğluna məxsus **-NG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşını 9800 manata almış, habelə həmin gün hərracın nəticələri haqqında protokol imzalanmış, məhz bu sənəd əsasında sözügedən avtomaşın 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni mübahisələndirməklə, avtomobilin ona qaytarılmasını tələb etmişdir. Eyni zamanda, qarşılıqlı iddiaçı Cavabdeh “Hyundai HD 72” markalı avtomaşının satışını ehtiva edən X15 hərracın nəticələri haqqında 05 fevral 2021ci il tarixli, 09/04 nömrəli protokol İddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırda da hərracın nəticələri barədə həmin protokol qüvvədədir. Belə olan halda ilk iddia əsaslı sayıla bilməz. Çünki, həmin avtomobil hərracın nəticələri haqqında protokol əsasında qarşılıqlı iddiaçıya satılmış, habelə adına sənədləşdirilmişdir.
16. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədənin icrasının təmin edilməsi məqsədilə borclulara məxsus əmlakların qiymətləndirilməsi həyata keçirilmiş, habelə hərracla bağlı Cavabdeh tərəfindən müvafiq xərclər çəkilmişdir ki, bu da işin mübahisələndirilməyən hallarındandır. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borclular tərəfdən ödənilməli olsa da, qarşılıqlı iddiaçı Cavabdeh əmlakların qiymətləndirilməsi işi üçün 3000 manat, hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində vəsait xərcləmiş, lakin hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli nəqliyüyat vasitəsi istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Sözügedən bu hal da məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pozulmuş hüququnu bərpa etmək üçün xərclər çəkmiş, habelə bu zaman əmlakından məhrum olmaqla ziyan çəkmişdir. Bu səbəbdən də o, öz seçimi ilə həmin xərclərin ilk İddiaçı tutulması üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur (Mülki Məcəllənin 501-ci maddəsi).
17. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddianın rədd olunması ilə nəqliyyat vasitəsi cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh qaldığına görə sonuncu tərəfindən avtomobilin təmirinə çəkilmiş xərclərin, yəni 9375 manatın İddiaçı tələb olunması hissədə qarşılıqlı iddia əsassızdır, ona görə də təmin olunmamalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 414, 415.5, 443.1, 443.2 və 501-ci, maddələrinə, “İcra haqqında” Qanunun 79.1, 79.2.1 və 81.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnış qənaətə gəlmişdir ki, hərrac təşkialatının açıq hərracın nəticələri haqqında 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokol ilk iddia üzrə iddiaçı tərəfindən mübahisləndirilmədiyindən, eləcə də hərracın nəticələri ləğv edilməməklə hazırda qüvvədə olduğundan, ilk iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə malik olmamış və öz hərəkətlərini əsaslandıran sübutlara malik deyildir. Hərracın nəticələrinə dair protokol deyil, onun nəticəsi olaraq əldə edilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin mübahisləndirilməsi mübahisəli avtomobilin ilk iddiaçıya qaytarılmasının əhəmiyyətsizliyinə gətirib çıxarmışdır. Məhkəmə bu nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələbləri pozmuşdur. Hərrac borcun əmlaka yönəldilməsi, o,cümlədən satılması yolu ilə borcun təminatı məqsədi ilə keçirilmişdir. İlk iddia üzrə cavabdehə avtomaşın hərracın nəticələri haqqında protokola əsasında satılsa da, o, avtomaşını hərracın nəticələrinin mahiyyəti aradan qalxdıqdan, yəni borc tam ödənildikdən sonra nəqliyyat vasitəsini əldə etmişdir. Başqa sözlə mübahisəli avtomaşını ilk iddia üzrə Cavabdeh, ona borcu tam ödədikdən, habelə bu barədə icra işinə xitam verildikdən və bunula da hərracın nəticələrinin hüquqi əhəmiyyəti qüvvədən düşdükdən sonra heç bir hüquqi əsas olmadan əldə edərək əsassız varlanmışdır. Cavabdeh avtomobili icra prosessində çəkdiyi xərclərin əvəzi olaraq öz adına keçirməsi kimi əsaslandırır və burada o, bu qanuna zidd özbaşına hərəkət etmişdir. İlk iddiaçı tərəfindən 09/04 nömrəli protokolu mübahisləndirmək əvəzinə nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğvini tələb etməsi kimi yalnış nəticəyə gəlməsinin əsasları aşağıdakılardan ibarətdir. Əvvəla borcun təminatı məqsədi ilə keçirilmiş hərracın nəticələri, borc tam ödənildiyindən qüvvədən düşmüş hesab olunur, habelə hərracın nəticələrindən, məqsədlərinə aid olmayan tələblərin ödənilməsinə görə istifadəsi qanunsuz olmaqla əsassız varlanma obyekti sayılır. Bundan başqa, 05 fevral 2021-ci iltarixli, 09/04 nömrəli protokolun etibarsız sayılması Azərbaycan Respublikası MM-nin 416-cı maddəsinin əsasları mövcud olduğu halda yaranır, yəni “Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur”. Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borc pul vəsaiti ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun “borclulara qarşı heç bir tələb və şikayətinin olmamasının bildirməsi” mənasında ifadəsi özündə ilk iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehya hərrac xərci adlı 7550 manat məbləğində borcun olmamasını ehtiva edir. Bununla da məhkəmə ilk iddianı rədd, qarşılıqlı iddinanı qismən təmin edərək, hər iki iddia tələbi üzrə qaytarılması tələb olunan “Hundai HD 72” markalı avtomaşına münasibətdə yalnış nəticəyə gələrək, əsassız varlanma obyektini sahibinə qaytarmamışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(105)-1600/2022 nömrəli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu tətbiq etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 414.1-414.3, 415.5, 443.1 və 443.2-ci, “İcra haqqında” Qanunun 79.1, 79.2.1 və 81.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı (vəkil X10) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 fevral 2023-cü il tarixli Qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zaur Əliyev) ilk iddiaçı və qarşılıqlı idida üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1600/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
27. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1-ci maddələri, “İcra haqqında” Qanunun 23.1.1, 23.4, 79.1, 80.1, 80.3 və 81.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 407.2 və 416.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
28. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
29. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
30. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
33. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddə 80.1. İcra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər. Maddə 80.3. İcra hərəkətləri başa çatdıqda, avans bütövlükdə tələbkara qaytarılır. Bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrinə uyğun olaraq icra sənədi qaytarıldıqda, avansın icra hərəkətlərinin həyata keçirilməsinə sərf olunan xərclərdən artıq hissəsi tələbkara qaytarılır. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia rədd edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın rədd edilməsi üzrə düzgün nəticəyə gəlsə də, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
37. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
38. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar 10 mart 2020-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə İddiaçı və digər borcluların əmlakı üzərində həbs qoyulmuş, həmin əmlaklar, həmçinin İddiaçı məxsu “Hyundai HD 72” markalı avtomaşın hərrac vasitəsilə tələbkar Cavabdeh 9800 manat borcun müqabilində verilmiş, açıq hərracın nəticələrinə dair 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokol tərtib olunmuşdur. İcra məmurunun 19 fevral 2021-ci il tarixli məktubuna əsasən nəqliyyat vasitəsi 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir.
39. Hərrac keçirilməsinə baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməsinini icrası ilə əlaqədar borclular, o cümlədən İddiaçı tərəfindən tələbkar Cavabdeh tələbləri nağd pul ödənilməklə tam təmin olunmuş, ona görə də 01 dekabr 2021-ci il tarixli, 2(059)-91/2019 sayl icra vərəqəsi üzrə icra icraatına xitam verilmişdir.
40. İş materilları ilə müəyyən edilir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi icra icraatına xitam verildikdən sonra tələbkar Cavabdeh adına rəsmiləşdirilmişdir.
41. Qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı qətnamənin icrası üzrə icra məmurunun hərəkətlərində və hərracın keçirilməsində qanun pozuntusuna yol verildiyi müəyyən edilməmiş, tələbkar Cavabdeh nəqliyyat vasitəsini öz adına rəsmiləşdirilməklə əsassız zənginləşməmiş, bunun üçün hüquqi əsas olmuşdur. Belə ki, göründüyü kimi keçirilmiş hərrac nəticəsində nəqliyat vasitəsi Cavabdeh tərəfindən əldə edilmiş, bu barədə hərracın nəticələrinə dair protokol tərtib edilmişdir.
42. Həmçinin işin hallarından göründüyü kimi hərrac yolu nəqliyyat vasitəsini əldə etdikdən sonra Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)- 91/2019 saylı qətnaməsinini icrası ilə əlaqədar borclular tərəfindən Cavabdeh nağd pul ödənilmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, tələbkar Cavabdeh borc müqabilində nəqliyyat vasitəsini hərracdan alandan sonra borclu Vaqif Əliyevdən təkrar nağd pul alması üçün əsas olmamış, məhz bu halda o, aldığı pul məbləği həcmində əsassız varlanmışdır.
44. Lakin işə baxan aşağı insansiya məhkəməsi ilk iddianı rədd edərkən işin müəyyən edilmiş hallarına və təqdim olunmuş sübutlara fərqli yanaşmış, bu da maddi və prosessual hüquq düzgün tətbiq olunmaması və düzgün olmayan qətnamənin çıxarılması nəticələnmişdir. Ona görə də ilk iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab oluna bilməz.
45. Məhkəmə kolleygiası qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 7550 manat maddi zərərin iddiaçının xeyrinə tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu məsələnin həllində məhkəmə düzgün nəticəyə gəlmişdir.
46. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədənin icrasının təmin edilməsi məqsədilə borclulara məxsus əmlakların qiymətləndirilməsi həyata keçirilməsi və habelə hərracın keçirilməsi üçün tələbkar Cavabdeh xərc çəkilmiş, əmlakların qiymətləndirilməsi işi üçün 3000 manat, hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat ödənişlər etmişdir. Həmin vəsait icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərdir və tələbkarın vəsaiti hesabına ödənilmişdir, tələbkar Cavabdeh öz seçimi ilə həmin xərcləri borclu İddiaçı tutulmasını tələb etməkdə haqlıdır.
47. İşdə olan kassa mədaxil orderindən görünür ki, Qiymətləndirmə Xidməti Mərkəzinə 3000 manatı Cavabdeh ödəmişdir.
48. Respublika Xammal və X25 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin 20 avqust 2021-ci il tarixli, 1749/21- 64-3 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3090/20 saylı sifariş məktublarına əsasən keçirilmiş hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində pul vəsaitinin hərrac mərkəzinə tərəfindən ödənilməsi ilə bağlı Cavabdeh cavab verilmişdir.
49. Apellyasiya şikayətinin dəlillərinin müfəssəl aydınlaşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Siyəzən rayon icra və probasiya şöbəsinin12 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, 20 avqust 2021-ci il tarixli, 1749/21- 64-3 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3090/20 saylı sifariş məktublarına əsasən keçirilmiş hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində pul vəsaiti hərrac mərkəzinə ödənilmişdir. Hərrac xərci tələbkar Cavabdeh tərəfindən ödənilmişidr.
50. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)-170/2022 nömrəli qətnaməsi qismən – ilkin iddianın rədd edilməsi hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(059)-170/2022 nömrəli qətnaməsi qismən – «İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması” tələbinə dair ilkin iddiası əsassız olduğundan təmin edilməsin» - hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin, ilkin iddia rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.