Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-97/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin4 və X4 qarşı borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-52/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdeh Zamin3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-52/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC-niin xeyrinə əsas borc üzrə 22.763,40 ABŞ dollar, faiz borcu üzrə 10,001,30 ABŞ dollar, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 32.784,70 ABŞ dolları məbləğində pul tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) 13.04.2011ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun ödənilməsi təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyanlara verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçı1 xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2 və Zamin5 fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Quba Rayon Məhkəməsinin 2(027)-52/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsinə, apelyasiya şikayətinin verilməsinə görə 15 manat dövlət rüsumunun cavabdehlədən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh Zamin3 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-52/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinə qismən dəyişiklik edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin4 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.04.2015-ci il tarixli **********70015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Zamin1, Cavabdeh, Zamin3 və Zamin2 birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 10.04.2015.-ci il tarixli, **********70015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh İddiaçı1 qarşısında 22763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində əsas borc, 1176,68 (bir min bir yüz yetmiş altı ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 04.08.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 127,87 (bir yüz iyirmi yeddi ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində penya, cəmi 24067.95 (iyirmi dörd min altmış yeddi ABŞ dolları 95 sent) ABŞ dolları və 04.08.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı1 xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2, Zamin4 və Zamin5, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 45000 (qırx beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.04.2015-ci il tarixli **********70015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Zamin1, Cavabdeh, Zamin3 və Zamin2 birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 10.04.2015- ci il tarixli, **********70015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh İddiaçı1 qarşısında 22 763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində əsas borc, 10 001,30 (on min bir ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 27.10.2020- ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 3 672,69 (üç min altı yüz yetmiş iki ABŞ dolları 69 sent) ABŞ dolları məbləğində penya, cəmi 36 437,40 (otuz altı min dörd yüz otuz yeddi ABŞ dolları 40 sent) ABŞ dolları və 27.10.2020-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında, təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin' dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 cavabdehin apellyasiya şikayətinə etiraz edib, təmsil etdiyi təşkilatın apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə ilə qismən razı deyillər. Belə ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçının təqdim etdiyi tutarlı sübutları və rəyləri nəzərə almamış, qətnamə qəbul edərkən yalnız öz formal mülahizələrinə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini 100 000 (yüz min) manat məbləğində müəyyən etmişdir. Məhkəmə tərəfindən ipoteka predmeti olan birgə mülkiyyət hüququ ilə Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 məxsus Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin (bundan sonra “Əmlak” adlandırılacaq) ilkin satış qiymətinin müəyyənləşdirilməsi qiymətləndirici təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş və sonuncu tərəfindən Əmlak 90000 (doxsan min) manat məbləğində qiymətləndirilmişdir. Əmlakın ipoteka qoyulması barədə 10.04.2015-ci il tarixli, **********70015/ip №-li ipoteka müqaviləsində isə həminəmlakın likvid dəyərini tərəflər “Roveks Konmark” Konsaltinq qiymətləndirmə şirkətinin 150567 XB saylı rəyi əsasında 45000 (qırx beş min) manat məbləğində müəyyənləşdirmişdir. Bundan başqa, məhkəmə prosesinin gedişatı zamanı Bank tərəfindən müxtəlif müstəqil qiymətləndirici təşkilatlara müraciət edilmiş və həmin təşkilatlardan Əmlakın qiymətləndirilməsi ilə bağlı əldə edilən rəylər məhkəməyə təqdim edilmişdir. “Roveks Konmark” Konsaltinq şirkəti tərəfindən təqdim edilmiş 09.03.2018-ci il tarixli 180087 YKB saylı, "xxxx" MMC tərəfindən isə təqdim edilmiş 16.03.2020- ci il tarixli MB 13/555 saylı və "xxxx" MMC tərəfindən təqdim edilmiş 17.03.2020-ci il tarixli LP- 041/20 saylı rəylərə əsasən Əmlakın bazar dəyəri müvafiq olaraq 60 000 manat, 65 000 manat və 56 000 manat məbləğində, likvid dəyəri isə 55000 manat, 60000 manat, 48000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilən Əmlakın ilkin satış qiyməti ilə qeyde dilən rəylərdə müəyyən edilən qiymətlər arasında kəskin fərq mövcuddur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin yenidən qiymətləndirilməsi üzrə ekspertiza təyin olunması və həmin ekspertizanın nəticələri üzrə müəyyən olunmuş likvid qiymətin («ilkin satış qiyməti» anlayışının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində müəyyənləşdirilmiş mənasına uyğun olaraq) ipoteka predmetinin satılması üçün keçiriləcək hərracda ilkin satış qiyməti kimi təyin edilməsi zəruridir. Bundan başqa birinci instansiya məhkəməsi Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək borc alan Cavabdeh 10.04.2015-ci il tarixli **********70015 №-li Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı1 qarşısında yaranmış, illik 15% dərəcəsi ilə hesablanmış 3 672,69 (üç min altı yüz yetmiş iki ABŞ dolları 69 sent) ABŞ dolları məbləğində penyanı «tənasübsüz dərəcədə yüksək» hesab etməklə 20 (iyirmi) ABŞ dolları məbləğində müəyyən etmişdir. Halbuki, borc alan Cavabdeh ilə İddiaçı1 arasında imzalanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borclu əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 33 % faiz dərəcəsi ilə (burada illik 33% faiz dərəcəsinin 18%-ni adi faizlər, 15%-ni isə dəbbə pulu təşkil edir) hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, yuxarıda qeyd edildiyi kimi, Bank tərəfindən penya Kredit müqaviləsində nəzərdə tutulduğu illik 33% dərəcəsi ilə deyil, illik 15% faiz dərəcəsi ilə hesablanmışdır ki, bu da hesablanmış penyanın məhkəmənin qeyd etdiyi kimi «tənasübsüz dərəcədə yüksək» deyil, əksinə Kredit müqaviləsində razılaşdırılmış dərəcədən 2, 3 dəfə az faiz dərəcəsi ilə hesablandığını sübut edir. Bundan başqa müvafiq hesablamalar aparıldıqdan sonra 27.10.2020-ci il tarixinə bu məbləğin məhz 3 672,69 (üç min altı yüz yetmiş iki ABŞ dolları 69 sent) ABŞ dolları olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi penyanın “tənasübsüz dərəcədə yüksək” hesablandığı barədə gəldiyi nəticəni əsaslandırmaq üçün iş üzrə hər hansı bir halları və bu halları təsdiq edən sübutları göstərmədən həmin məbləği azaltmışdır. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinə əsasən verilmiş kredit də iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 18.12.2013-cü il tarixli 25/1 №-li Qərarı ilə təsdiq edilmiş «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları»na uyğun olaraq təsnifləşdirilmiş və həmin kredit üzrə müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, qeyd edilən kredit üzrə 27.10.2020-ci il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 15 934,38 ABŞ dollarına bərabər olan vəsaiti təşkil etmişdir. Göstərilən məbləğdə pul vəsaitlərini ehtiyatların yaradıldığı müddətlərə uyğun olmaqla Bank Cavabdeh təqdim olunmuş şərtlərlə, yəni illik 18% dərəcəsi ilə başqa şəxsə kreditə vermiş olsaydı 6 672,49 ABŞ dolları məbləğində gəlir əldə etmiş olardı. Göründüyü kimi bu məbləğ də məhkəmənin müəyyən etdiyi penyadan (20 ABŞ dolları) müqayisəedilməz dərəcədə çoxdur. Bu isə öz növbəsində sübut edir ki, Bank tərəfindən müəyyən edilmiş məbləğdə penyanın tələb edilməsi hər hansı qazanc əldə etməyə deyil, Bankın ehtiyatlar yaratması nəticəsində üzləşdiyi zərəri qismən də olsa əvəzləşdirməyə yönəlmişdir. Məhkəmə penyanın tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 20 (iyirmi) ABŞ dolları məbləğində penya isə Bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və Kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bunda başqa birinci instansiya məhkəməsinin iddiaçının “fərdi yaşayış evi satıldıqdan sonra orda yaşayan cavabdehlərin, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada çıxarılmasına” dair tələbinin qızına aid hissədə təmin edilməli olmadığı barədə gəldiyi nəticə Azərbaycan Respublikasının “İpoteka haqqında” qanununun müvafiq maddələrinə uyğun deyil. Odur ki Quba rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(027)-52/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsinə və iddianın tam təmin olunmasına, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zamin3 iddiaçının apellyasiya şikayətinə etiraz edib, öz apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə ilə qismən razı deyildir. Belə ki, atası Cavabdeh bankdan 10.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 18 faiz ödəmə şərtilə 29500 ABŞ dolları kredit götürümüşdür. Daha sonra 26.02.2016-cı ildə kredit müqaviləsinə əlavə saziş imzlanmış, kreditin müddəti 72 ay, illik faizi 12 % olmaqla müddət uzadılmış, kreditin müddəti 10.04.2021-ci il tarixinədək uzadılmışdır. 21.12.2015-ci il tarixli devalivasiyaya qədər ödənişləri tam ödəmişlər. Lakin sonradan işləri dayanmış, ödəniş etməkdə çətinlik çəkmişlər. Dəfələrlə bankdan faiz hissəsində onlara köməklik göstərilməsini xahiş etsələr də bank faiz və cərimə borcunun hesablanmasında maraqlı olduğundan köməklik etməmişdir. Bank onlardan şişirdilmiş məbləğdə borc tələb etmişdir. Məhkəmə araşdırma aparmadan bankın tələb etdiyi məbləği tutmuş, cavabdehləri maddi cəhətdən çıxılmaz vəziyyətə salmışdır. Bundan başqa ipoteka predmetinin qiyməti ağlasığmaz dərəcədə aşağı hesablanmışdır. Məhkəmə tərəfindən əmlaka müəyyən edilmiş məbləğlə razı deyildir. Həmçinin məhkəmə əmlakın satışı və özgəninkiləşdirilməsi baş tutumadan mülkiyyətçilərin oradan 1 ay ərzində çıxarılmasını təmin etmişdir. Məhkəmənin gəldiyi bu nəticələrlə razı deyildir. Odur ki, qətnamənin dəyişdirilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin4 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən, cavabdeh Zamin4 ipoteka predmeti olan evdən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh X3 ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan olan Quba rayonu, Qəçreş kəndində yerləşən evdən çıxarılmalı, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi hissəsində və cavabdehdən faiz borcuna görə 10.001,30 ABŞ dollarının tutlmasına dair hissədə dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 90.000 manat müəyyən edilməli, faiz borcuna görə tutulacaq borc 9.720,80 ABŞ dolları, cəmi borc 32.507,20 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10.04.2015-ci il tarixli **********70015 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən fiziki şəxslərə verilən uzun müddətli kredit məqsədilə Cavabdeh Şıxmurad oğluna 48 ay müddətinə, illik 18% olmaqla, 29.500 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 27.10.2020-ci il tarixinə cavabdehin Banka 3743,74 ABŞ dolları əsas borcu, 19,019,66 ABŞ dolları vaxtı keçmiş borc, 10,001, 30 ABŞ dolları kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış borc, 3,672,69 ABŞ dolları 27.10.2020-ci il tarixinə cərimə faizləri üzrə borc olmaqla ümumilikdə cəmi 36, 437, 40 ABŞ dolları məbləğində borc təşkil edir. İş materiallarında olan 10.04.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 ilə "xxxx" ASC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********8810301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) 13.04.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan 30.08.2017-ci il tarixli qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) 13.04.2011ci il tarixli Çıxarışa əsasən Quba rayonu Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 mülkiyyətinddir. İş materiallarında olan Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0848681, 19.03.2016-cı il tarixli Çıxarışa əsasən İpoteka müqaviləsi MM-nin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4- cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdi. İş üzrə təyin edilmiş “X5” Şirkətinin 180087 nömrəli, 09.03.2018-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 60.000 manat, likvid dəyəri isə 55.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin 07 saylı, 27.02.2018-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 90.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin Ç-564 saylı, 02.08.2019-cu il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 100.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin 01/073 saylı, 03.02.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 140.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin 13/355 saylı, 16.03.2020-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 56.000 manat, likvid dəyəri 48.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin LP-041/20 saylı, 16.03.2020-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 65.000 manat, likvid dəyəri 60.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin 37 saylı, 07.09.2020-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 90.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh apelyasiya şikayətində və izahatında borc məbləğinin çox hesablanmasını bildirməklə qətnamə ilə tutulan borcu mübahisələndirmişdir. İş materiallarında olan 10.04.2015-ci il tarixli **********70015 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən fiziki şəxslərə verilən uzun müddətli kredit məqsədilə Cavabdeh Şıxmurad oğluna 48 ay müddətinə, illik 18% olmaqla, 29.500 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 26.02.2016-cı il tarixli 10.05.2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən borc alana 29500 ABŞ dolları məbləğində 72 ay müddətinə, illik 12 faiz olmaqla kredit verməyi öhdəsinə götürür. Tərəflər təsdiq edir ki, sziş imzalanan anına borc alanın bank qarşısından 25446,97 ABŞ dolları əsas borcu mövcuddur. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh "xxxx" ASC-niin xeyrinə əsas borc üzrə 22.763,40 ABŞ dollar, dəbbə puluna görə 20 ABŞ dolları məbləğində pul tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) 13.04.2011ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun ödənilməsi təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyanlara verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçı1 xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2 və Zamin5 fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat Cavabdeh yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 10.04.2015-ci il tarixli **********70015 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən fiziki şəxslərə verilən uzun müddətli kredit məqsədilə Cavabdeh Şıxmurad oğluna 48 ay müddətinə, illik 18% olmaqla, 29.500 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit alan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 27.10.2020-ci il tarixinə cavabdehin Banka 3743,74 ABŞ dolları əsas borcu, 19,019,66 ABŞ dolları vaxtı keçmiş borc, 10,001, 30 ABŞ dolları kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış borc, 3,672,69 ABŞ dolları 27.10.2020-ci il tarixinə cərimə faizləri üzrə borc olmaqla ümumilikdə cəmi 36,437, 40 ABŞ dolları məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Şıxmurad oğlu öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən əsas borca görə 3,672,69 ABŞ dolları ABŞ dolları cərimə borcu tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcuna görə 3,672,69 ABŞ dolları ABŞ dollarının çox olmasını müəyyən edərək haqlı olaraq cərimə borcunu 20 ABŞ dolları müəyyən etmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin iddia üzrə cavabdehin borcuna yönəldilməsi hissəsində də gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Cavabdeh Şıxmurad oğlu kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi, bu əmlakın açıq hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2 və Zamin5 fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına dair gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə görə cavabdehlər ipoteka predmeti olan mənzildən həmin mənzil satıldıqdan sonra 1 ay ərzində tərk etmədiyi halda çıxarılmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 24 manat xərc tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarda sadalanan hissələrdə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, iddia tələbinin Zamin4 ipoteka qoyulmuş evdən çıxarılması hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə iddianı həmin hissədə təmin etməməsini belə əsaslandırmışdır ki, Zamin4 cavabdeh qismində mülki işə cəlb edilsə də, aparılmış məhkəmə araşdırılması zamanı iddiaçı ilə cavabdeh Zamin4 arasında zaminlik müqaviləsi və ya ipoteka müqaviləsi aşkar edilmədiyindən cavabdeh Zamin4 aid hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki cavabdeh Zamin4 ipoteka predmeti olan evdə yaşaması faktı iddia ərizəsinə əlavə olunmuş Quba Rayon İHB-nnın Qəçreş İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.92.2016-cı il tarixli, 67 saylı arayışı (forma №2) və AR DİN-in BPQMİ-nin MAPS arayışı ilə təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası hasab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa cavabdehin mübahisələndirdiyinə görə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23.07.2021-ci il tarixli, 9/4557 saylı rəyindən görünür ki, cavabdehin iddiaçı təşkilata 22.767,47 ABŞ dolları əsas, 9.720,80 ABŞ dolları faiz borcu vardır. Qeyd edilənlərə əsasən məzhkəmə kollegiyası qeyd edir ki, qətnamə faiz borcuna dair hissədə dəyişdirilməli, faiz borcunun məbləği 9.720,80 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyəri müəyyən olunarkən bazar dəyəri qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi həmin hissədə dəyişdirilməli, likvid qiymət müəyyən edilməlidir. İş materiallarından görünür ki, ipoteka predmetinə dair iş üzrə bir neçə rəy alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndmpmlməsi Xidməti" MMC-nin 07.09.2020-ci il tarixli hesabatına əsasən likvid dəyərinin müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Həmin hesabata əsasən Cavabdeh Şıxiurad oğluna və qeyrilərinin mülkiyyətində olan Quba rayonu Qəçreş kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin likvid qiyməti 90.000 (doxsan min) manat təşkil edir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə tutulacaq borcun yalnız dollarla tutulmasını müəyyən etmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutulmasını müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi və X2 evdən çıxarılmasına dair hissədə əsaslı olduğu üçün təmin edilməli, cərimə borcunun tutulmasına dair hissədə isə əsassız olduğu üçün təmin edilməməlidir. Eləcə də cavabdehin apellyasiya şikayəti faiz borcuna dair hissədə qismən təmin edilməli, cavabdehlərin ipoteka qoyulmuş evdən çıxarılmamalarına dair hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilatın və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən, cavabdeh Zamin4 ipoteka predmeti olan evdən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh X3 ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan olan Quba rayonu, Qəçreş kəndində yerləşən evdən çıxarılmalı, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi hissəsində və cavabdehdən faiz borcuna görə 10.001,30 ABŞ dollarının tutulmasına dair hissədə dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 90.000 manat müəyyən edilməli, faiz borcuna görə tutulacaq borc 9.720,80 ABŞ dolları, cəmi borc 32.507,20 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 2(027)-52/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, cavabdeh Zamin4 ipoteka predmeti olan evdən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh X3 ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan olan Quba rayonu, Qəçreş kəndində yerləşən evdən çıxarılsın. İpoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi hissəsində və cavabdehdən faiz borcuna görə 10.001,30 ABŞ dollarının tutulmasına dair hissədə dəyişdirilsin. İpoteka predmetinin likvid dəyəri 90.000 (doxsan min) manat müəyyən edilsin. Cavabdeh Şıxmurad oğlundan faiz borcuna görə tutulacaq 9.720,80 ABŞ dolları, cəmi borc 32.507,20 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçıya ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı iddiaçı "xxxx" ASC-dən, 75 (yetmiş beş) manatı cavabdeh Zamin3 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-97/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-97/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver