Məhkəmə qərarları › İş №2(105)-979/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-979/2023

14.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-979/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(012)-2339/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında coğrafiya müəllimi vəzifəsinə dair xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrdən görünür ki, Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, əmək müqaviləsinin son müddətinin xx.xx.2021-ci il tarix olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli X1 sonra Prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh MMC-nin hüquqşünası Nümayəndə 03 mart 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Tərəflər X1 sonra prosesi davam etdirmək barədə deyil, mübahisəni məhkəmədə davam etdirmək barədə qərar qəbul etmişlər. İş materiallarında olan “Şərq” qəzetində verilmiş elandan görünür ki, Cavabdeh MMC ilə coğrafiya müəllimi İddiaçı arasında bağlanmış əmək müqaviləsi itdiyi üçün etibarsız sayıldığı barədə elan verilmişdir. İş materiallarında olan Cavabdeh 10 yanvar 2022-ci il tarixli 200/22-03 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir (əsas: İddiaçı Zirvə Liseyi ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021-ci il tarixli razılaşma). İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi və 05 iyul 2021-ci il tarixli razılaşmanın (əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında) naməlum şəraitdə itməsi barədə xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru Xəzər Babayev 10 fevral 2022-ci il tarixli ərizə ilə Abşeron RPİ-yə müraciət edərək, Liseyin müəllimi İddiaçı ilə 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi və ona edilmiş əlavə sənədlərin Liseyin qəbul qeydiyyat üzrə otaqdan naməlum şəraitdə oğurlanmasını 2021-ci ilin dekabr ayının sonunda aşkar edildiyini bildirmişdir. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi və 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə işəgötürən heç bir səbəb olmadan onu müəssisənin inzibati binasına buraxmamış və əsassız yerə işdən kənarlaşdırmışdır. Məsələyə aydınlıq gətirməyə cəhd etsə də, işəgötürən danışıqlardan imtina etmişdir. Buna görə də, əsassız və qanunsuz olaraq işdən kənarlaşdırılmağı barədə X6 Xidmətinə müraciət etmişdir. Bu müraciətindən sonra xx.xx.2022-ci il tarixdə ona işdən çıxarılmağı ilə bağlı xx.xx.2022-ci il tarixli əmr təqdim olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair cavabdehə təklif məktubu göndərilmiş, daha sonra bu barədə Mediasiya Şurasına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən onun və cavabdehin nümayəndəsinin iştirakı ilə ilkin mediasiya sessiyası keçirilmiş, onun tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmiş və “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞB/2-00339 nömrəli xx.xx.2022-ci il tarixli arayış təqdim olunmuşdur. Odur ki, hazırda o, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilərək göstərilmişdir ki, “... Liseyin coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixindən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilsin...”. Halbuki, işəgötürənlə bağladığı əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə kimi, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə müddəti başa çatmadığı halda, Cavabdeh MMC onunla bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə qanunvericiliyin tələblərini və onun əmək hüquqlarını pozmuşdur. Həmçinin, xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrdə bu əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi guya Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilsə də, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur. Göründüyü kimi əmr əsassızdır. Ona görə də Cavabdeh MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri ləğv edilməli, qanunsuz və əsassız olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, qanunsuz olaraq işdən çıxarılmağı, cavabdehin öz qanunsuz hərəkətlərinə son qoymaq əvəzinə, X6 Xidmətinə etdiyi müraciətindən sonra guya əmək müqaviləsinin tərəfindən oğurlanılması barədə işəgötürən tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət edilməsi onun çox ağır sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur ki, bu mənəvi sarsıntı və iztirablar ölçüyə gəlməzdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 2019-ci ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra həmin müddətli əmək müqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. Bununla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bitəcəyini və onunla xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra, sözügedən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra, MMC tərəfindən qeyd edilən əmək müqaviləsinin xitam verilməsinə dair müvafıq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şəxsi işinin yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı şəxsi işi axtarılsa da, tapılması mümkün olmamışdır. İlk olaraq sənədlərin itirildiyini zənn edərək “Şərq” qəzetinə elan verilmiş və Abşeron rayon Polis İdarəsindən sənədlərin tapılıbtapılmamasına dair Arayış da alınmışdır. Lakin, sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Bundan sonra, cinayət hadisəsinin baş verməsinə dair ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişlər. Müraciətləri əsasında xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərardan müəyyən edilir ki, sözügedən sənədlərin Liseyin qəbul qeydiyyat üzrə otağından naməlum şəraitdə oğurlanması 2021-ci ilin sonunda aşkar edilmiş və faktla bağlı Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Halhazırda adıçəkilən cinayət işi üzrə araşdırmalar davam etdirilir. Bundan başqa, digər ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 ərizə ilə müraciət edərək İddiaçı şikayəti əsasında başladılmış inzibati icraata Abşeron rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması xahiş edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(012)-2339/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 saylı əmrinin ləğv edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı Cavabdehndə coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunması və Cavabdehndən dövlət rüsumuna görə dövlət nəfinə 50 manat məbləğində pulun tutulması qət edilmişdir (hakim C.Səfiyeva). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında ilk dəfə bir illik müqavilə xx.xx.2019cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlanmamışdır. Cavabdeh 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçıla “Zirvə” Liseyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrdə Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqaviləsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması əmr edilsə də, iddiaçı tərəf müqavilənin müddətinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə müqavilənin mövcud olmadığını, ümumiyyətlə bu barədə müqavilənin bağlanmadığını, cavabdeh tərəf isə iddiaçıya aid şəxsi sənədlərin naməlum şəraitdə yoxa çıxdığını bildirir. İddiaçı Zirvə Liseyi ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021-ci il tarixli razılaşmaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrlə “Zirvə Liseyi» Məhdud Məsuliyyətli Cəmiyyəti adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması əmr edilsə də, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilənin bağlanması təsdiq olunmur. Cavabdehin iddiaçıya məxsus sənədlərin naməlum şəraitdə yoxa çıxması ilə bağlı mövqeyi barədə məhkəmə qeyd etmişdir ki, Liseyin qəbul qeydiyyat üzrə otağında işçilərin şəxsi sənədlərinin mühafizəsinin iddiaçıya aidiyyatı yoxdur, iddiaçı tərəfindən həmin sənədlərin yoxa çıxarılması ilə bağlı isə işdə hər hansı sübut yoxdur. Qaldı ki, iddiaçı barəsində əmək müqaviləsi bildirişinin (son müddət xx.xx.2021- ci il) xx.xx.2021-ci il tarixdə sistemə daxil etməsinə, məlum olduğu kimi həmin bildirişlər tərəflər arasında müqavilənin şərtlərinin dəyişdirilməsi barədə əlavə razılaşma barədə müqavilə bağlandığını təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində müqavilə müddəti başa çatmadığı halda işdən azad olma barədə əmr verilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi hissəsində əsaslı hesab olunur, həmin əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı iddiaçıya ödənilməli və iddiaçı Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin Pİ-nə müraciəti qanuna müvafiq subyektiv hüququn müdafiəsi tədbiridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mənəvi zərər hissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1,2,3,4,5-ci hisslərinə, 47-ci maddənin f bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 73-cü maddənin 1-ci hissəsinə, 84.1, 84.2, 300-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları araşdırılmadan qəbul edildiyindən qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2.1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. MMC ilə İddiaçı arasında 2019-cu ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra həmin müddətli əmək müqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. Bunla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bitəcəyini və onunla xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra MMC tərəfindən sözügedən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra MMC tərəfindən qeyd edilən əmək müqaviləsinin xitam verilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şəxsi işi yerində müəyyən olunmamışdır. İlk olaraq sənədlərin itirildiyi zənn edilərək MMC tərəfindən “Şərq” qəzetinə elan verilmiş və Abşeron Rayon Polis İdarəsindən sənədlərin tapılıb-tapılmamasına dair arayış da alınmışdır. Lakin sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına iddia tələbinin dəlilləri üzrə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında ilk dəfə bir illik müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlanmadığını qeyd etmişdir. Lakin məhkəmə qəbul etdiyi qətnaməsində özü iş materiallarına əlavə edilən və sadaladığı sənədlərdə iddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişin mövcud olduğunu qeyd etmişdir. Belə ki, adıçəkilən bildirişdən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə maddi hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrdən görünür ki, Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdə əmək müqaviləsinin son müddətinin xx.xx.2021-ci il tarix olduğu qeyd edilmişdir. Sadalanan hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmalı, şikayət təmin edilərək, qətnamə ləğv edilməlidir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qismən əsassızdır. Belə ki, məhkəmə iddianı işə bərpa hissəsində təmin etsə də, mənəvi ziyanın və mediasiya xərcinin tutulması hissəsində təmin etməmişdir. Məhkəmə mənəvi zərərlə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin Pİ-nə müraciəti qanuna müvafiq subyektiv hüququn müdafiəsi tədbiridir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, işin hallarından da görünür ki, cavabdeh iddiaçını qərəzli və qanunsuz şəkildə dərsə buraxmamış və müqavilə müddəti başa çatmadan təhsil ilinin yarısında əmək müqaviləsinə xitam vermişdir. Həmçinin, bununla kifayətlənməyərək həm əmək müqaviləsinin, həm də həqiqətdə mövcud olmayan sənədin (əmək müqaviləsinə əlavənin) guya iddiaçı tərəfindən oğurlanması barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Göründüyü kimi işəgötürən 20 ildən artıq müəllim işləyən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymışdır. Qeyd olunan xüsusatlar iş materialları ilə sübuta yetirildiyi halda, məhkəmə bununla bağlı işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qərar qəbul etməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbini rədd edərkən qeyd etmişdir ki, mediasiya xərci məhkəmə xərcləri sırasına daxil olmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, MPM-nin 115-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərin sırasında mediasiya xərci nəzərdə tutulmamışdır. Məhkəmə yenə səhvə yol verərək işə tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Əmək mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərcləri işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğundan, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən mediasiya xərci ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən həmin hissədə qətnamə ləğv edilərək, iddia həmin hissədə də təmin edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 1736/2022 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan və məhkəmə xərcinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov). Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaranmış mübahisənin obyektiv həlli baxımından ilk öncə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolunun mövcudluğu məsələsinə qiymət verilməlidir. İddiaçı tələbində sözügedən razılaşmanın mövcud olmadığını qeyd edir. Cavabdeh isə şikayətinin əsas dəlili kimi, sözügedən müqaviləyə dəyişikliklə bağlı razılaşma protokolunun xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrə uyğun olaraq, əmrdə adları qeyd olunan hər bir şəxslə (43 nəfər, o cümlədən İddiaçı ilə) ayrı-ayrılıqda bağlandığını, lakin naməlum səbəblərdən iddiaçıya məxsus şəxsi işin itməsi səbəbindən həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirir. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin dəlillərini daha ağlabatan hesab edərək onunla razılaşmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, əvvəla, iş materiallarına əlavə edilmiş mövcud əmək müqavilələrinin müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmr qüvvədədir. Həmin əmrdə adları qeyd olunan şəxslərin, o cümlədən iddiaçı ilə əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Əmək müqavilələrinə edilən bu dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı ilə əmək müqavilisinə dəyişiklik də elektron informasiya sisteminə daxil edilmişdir. Ən vacibi iş materiallarında həmin əmrdə adları qeyd olunan şəxslərdən iddiaçını çıxmaqla digərlərinə aid əmək müqavilələrinə dəyişiklik edilməsi barədə razılaşma protokolları mövcuddur ki, iddiaçıya aid sənədlərin məhkəməyə təqdim edilməməsinə səbəb kimi cavabdeh iddiaçının şəxsi işinin naməlum şəkildə itməsini qeyd etmişdir. İşin faktiki hallarına qiymət verərək kollegiya qeyd etmişdir ki, sadalanan hallar, yəni xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrdə adları qeyd olunan şəxslərin hər birinin əmək müqaviləsinin əmrdə qeyd olunan müddətə uzadılması barədə əmək müaviləsinə dəyişiklik edilməsi bildirişin və razılaşma protokolunun mövcudluğu, yalnız iddiaçıya məxsus sənədlərin olmaması və cavabdehin bunu aşkar etdiyi vaxtdan yuxarıda qeyd olunan qaydada polis idarəsinə müraciət etməsi, fakt üzrə cinayət işinin başlanılması, bütün bu hallar ona dəlalət edir ki, həqiqətən də tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolu məhz iddiaçı barəsində də mövcud olmuş, lakin daha öncədə qeyd olunduğu kimi, həmin sənədlər naməlum səbəbdən itmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də o faktı nəzərə almışdır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam vermək istədiyi təqdirdə cavabdeh müqaviləyə dəyişiklik edib onun müddətini uzatmayaraq, cəmi iki ay iki həftə sonra müqavilənin müddətinin bitməsi səbəbilə ona xitam verə bilərdi. Bunun üçün heç bir hüquqi maneə də olmamışdır. Başqa sözlə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli dəyişiklikdən xəbərsiz olması barədə dəlilləri ağlabatan və inandırıcı görünmür. Belə olan halda iddiaçının iddia etdiyi kimi onun barəsində işdən azad edilmə barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrin qanunsuz olması öz təsdiqini tapmır. 30. Kollegiya hesab etmişdir ki, göründüyü kimi hazırkı iş üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır və hazırkı halda sözügedən əmrin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş heç bir əsas mövcud deyildir. Əsas tələb təmin edilmədiyindən, məhkəmə kollegiyası iddiaçının digər tələbləri üzrə araşdırma aparmağa zərurət görmür. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 76, 83, 84.1, AR MPM-nin 77.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1736/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır. İşdən də göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə 1 illik müddətə bağlanmış və həmin müqaviləyə hər hansı dəyişiklik edilməmiş, yəni müqavilənin müddəti dəyişdirilməmişdir. Əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu, yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Ona görə də, işəgötürənin özünün birtərəfli qaydada işçinin xəbəri olmadan elektron informasiya sistemində etdiyi dəyişiklik heç bir əhəmiyyət daşımır və hazırkı işə də təsiri yoxdur. Çünki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Mövcud olmayan sazişin isə qeydiyyata alınması əhəmiyyətsizdir. Bir sözlə, yazılı saziş olmadan sadəcə işəgötürən tərəfindən dəyişiklik barədə bildirişin mərkəzi informasiya sistemində qeydiyyata alınması əmək müqaviləsinin şərtlərinin dəyişməsinə səbəb ola bilməz. Lakin apellyasiya məhkəməsi işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişikliklə bağlı elektron informasiya istemində aparılan qeydiyyatı əmək müqaviləsinin mühüm şərti olan müddətin dəyişidirilməsi üçün əsas hesab etmiş və Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan işəgötürən tərəfindən mərkəzi informasiya siteminə məlumatların daxil edilməsi öz-özlüyündə işçi ilə işəgötürən arasındakı hüquq münasibətinin yaranması, dəyişməsi və xitamının əsası kimi çıxış etmir. Bu normada sadəcə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinin və ya ona əlavənin hüquqi qüvvəyə minməsi üçün zəruri şərt olaraq müəyyən edilmişdir. Ona görə də apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinin tələbini nəzərə almadan sadəcə işəgötürən tərəfindən dəyişikliyin mərkəzi informasiya sisteminə daxil edilməsini tərəflər arasında bağlanmış əmək müqaviləsinin mühüm şərti olan müddətin dəyişməsinə əsas kimi qəbul etməklə səhvə yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göründüyü kimi, cavabdeh tərəfindən mərkəzi informasiya sistemində birtəfəli qaydada müddətlə bağlı dəyişiklik edilməsi əmək müqaviləsi müddətinin dəyişməsinə səbəb olmadığı üçün əmək müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il olduğu halda, cavabdehin müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verməsi qanuni olmamışdır. Apellyasiya məhkəməsi isə cavabdehin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsaslanaraq verdiyi əmrin qanunsuz olmasına düzgün hüquqi qiymət verməmiş və bununla da maddi hüquq normasının tələbləri pozulmuşdur. Kassator daha sonra bildirmişdir ki, Əmək Məcəlləsinin68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2- ci hissəsinin «b» bəndinə əsasən isə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Hətta əmək müqaviləsinə dəyişikliyin edilməsi fərz olunsa belə (halbuki elə deyildir), yenə də əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilə bilməzdi. Belə ki, qanunvericiliyə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu o deməkdir ki, xx.xx.2021-ci il tarixdə müddəti bitən əmək müqaviləsinə ən geci 7 yanvar 2022-ci il tarixdə (iş günüdür) xitam verilə bilərdi. xx.xx.2022-ci il tarixədək əmək müqaviləsinə xitam verilmədiyi halda, həmin müqavilə prolonqasiya qaydasında avtomatik olaraq eyni müddətə uzadılmışdır. Göründüyü kimi, bu halda da cavabdeh əmək müqaviləsinə vaxtından əvvəl xitam vermişdir. Apellyasiya məhkəməsi isə əmrin qanuniliyinə hüquqi qiymət verərkən bu barədə heç bir araşdırma aparmamış və müddətli əmək müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərini mübahisəyə düzgün tətbiq etməmişdir. Halbuki, buxüsusat ayrıca dəlil kimi iddia ərizəsinə əlavə olaraq birinci instansiya mə hkəmə s i nə təqdim edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianın bu dəlilinə heç bir hüquqi qiymət verməmiş və həmin dəlili cavablandırmamışdır (1-ci cild, iş v.72-73). Kassator daha sonra qeyd etmişdir ki, apellyasiya məhkəməsi qəbul etdiyi yeni sübutları da MPM-in 80 və 88-ci maddələrinin tələblərinə uyğun gəlməyən şəkildə qiymətləndirmiş və həmin sübutların hazırki işdəki mövcud hüquq mübahisəsinə nə dərəcədə əlaqəsi olduğunu qətnamədə göstərməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(102)- 217/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Elşanə Vəliyeva, hakimlər Elşad Şamayev və Aqil Abbasov). Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixədək müəyyən edilməsinə dair cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə təqdim edlməmişdir. Əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Apellyasiya məhkəməsi belə bir saziş mövcud olmadığı halda, cavabdeh tərəfindən elektron informasiya sisteminə müqavilə müddətinə edilmiş dəyişikliyə istinad etməsi əsassızdır. Belə ki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Mövcud olmayan sazişin isə qeydiyyata alınmasına istinad edilməsi əhəmiyyətsizdir. Buna görə də, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə istinad edilməsi əsassızdır. Çünki Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan işəgötürən tərəfindən mərkəzi informasiya siteminə məlumatların daxil edilməsi özözlüyündə işçi ilə işəgötürən arasındakı hüquq münasibətinin yaranması, dəyişməsi və xitamının əsası kimi çıxış etmir. Bu norma tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsinin və ya ona əlavənin hüquqi qüvvəyə minməsi üçün zəruri şərt olaraq müəyyən edilmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Apellyasiya Məhkəməsinin həmçinin xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrə və həmin əmrdə adları göstərilən digər şəxslərlə əmək müqaviləsinə dəyişikliklər barədə sazişlərin imzalanmasına istinadı əsassızdır. Digər şəxslərlə müqaviləyə dəyişikliklərin imzalanması iddiaçının da belə sazişi imzalmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavadehin iddiaçıya məxsus şəxsi işin itməsinə istinad etməsi bunda iddiaçının təqsiri müəyyən edilməyənədək cavabdehi həmin Sazişin mövcudluğunu sübut etmək yükündən azad etmir. Çünki müvafiq sənədləşmə işinin aparılması, həmin sənədlərin mühafizəsi cavabdehin vəzifəsidir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərinin isə əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci Maddəsinin 1 və 4-cü hissələrinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci Maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun tutulmaması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul Cavabdehndən tutularaq İddiaçı ödənilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2019cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2020ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra, xx.xx.2021-ci il tarixində, Lisey üzrə müddətli əmək müqaviləsi bağlamış 43 nəfər müəllim ilə imzalanmış razılaşma protokoluna əsasən onlarla olan əmək müqavilələrinə dəyişiklik edilmiş, müqavilə müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Bu dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh direktorunun 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə və Cavabdehnin Nizamnaməsinə əsasən Liseyin coğrafiya müəllimi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı iddia edir ki, onunla əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmçinin iddia edir ki, Cavabdeh MMC ilə onun arasında xx.xx.2021-ci il tarixli razılaşma olmamışdır, o, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur. Cavabdeh isə xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrinə istinad edərək Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadıldığını, müddət bitdiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi və ona edilmiş dəyişiklik bağlandığı gün elektron informasiya sisteminə yerləşdirildiyini, Cavabdeh direktoru X4 2023-cü ilin mart ayında ağır xəstələndiyi üçün işə gəlmədiyindən təsisçi onun əvəzinə başqa direktorun təyin edilməsi üçün onun otağının boşaldılmasına və təmizlənməsinə başlanılmasına göstəriş verdiyini və bu təmizləmə işləri aparılan zaman X.Babayevin otağından təsadüfən A3 kağızının içərisindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, ona edilmiş dəyişiklikliyin əslləri, nəqliyyat xidməti xərcləri ilə bağlı qəbzlər və imzalanmamış etibarnamənin aşkar olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı isə izahatında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə edilmiş dəyişiklikdə olan imzanın ona məxsus olmadığını bildirmişdir İşə yenidən apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(105)-979/2023 nömrəli qərardadı ilə işəgötürən Cavabdeh direktoru X7 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1222 nömrəli ekspert rəyi ilə işəgötürən Cavabdeh direktoru X7 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1222 nömrəli ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra, cavabdeh xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmaya istinad edərək xx.xx.2021-ci il tarixdə başa çatmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixinədək uzadıldığı və həmin müddət bitdiyi üçün Cavabdeh direktorunun 10 yanvar 2022-ci il tarixli, 200/22- 03 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə və Cavabdehnin Nizamnaməsinə əsasən Liseyin coğrafiya müəllimi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmaya münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Lakin cavabdehin əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müddətli əmək müqaviləsinin bağlanması barədə xx.xx.2021-ci il tarixli razılaşmanın İddiaçı tərəfindən imzalanmadığı müəyyən edildiyindən və bununla da tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsində göstərilən müddət qurtarsa da, tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən və tərəflər arasında olan əmək münasibətləri davam etdirildiyindən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmalı olduğu halda Cavabdeh xx.xx.2021-ci il tarixli razılaşmaya istinad edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunması və Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğin ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası, iddiaçının iddia tələbinin “50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 50 (əlli) manat xidmət haqqı ödənilmişdir. Məhkəmə kollegiyası sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, mediasiya haqqı olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili kimi işəgötürən Cavabdeh direktoru X7 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın olduğunu, həmin razılaşmaya istinad edərək Cavabdeh tərəfindən adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadıldığını, müddət bitdiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1222 nömrəli ekspert rəyi ilə işəgötürən Cavabdeh direktoru X7 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” razılaşmanın “işçi” qrafasındakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun tutulmaması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul Cavabdehndən tutularaq İddiaçı ödənilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(012)-2339/2022 nömrəli qətnaməsi qismən - mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul məbləğinin tutulmaması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilsin. 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(012)-2339/2022 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar