Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-986/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Maqitdinovnanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 1. Mebel Çarpayı iki adamlıq -1 ədəd, Şkaf (Kupe) –1 ədəd, Komod - 1 ədəd, Tumba 2 ədəd, cəmi 1674 MANAT dəyərində, 2. Tək adamlıq nazik ağ odeyal (bambukdan) - 2 ədəd, 260 MANAT dəyərində,
3. iki adamlıq ağ nazik odeyal - 1 ədəd, 20 MANAT dəyərində, 4. Bambuk balınclar - 2 ədəd, 70 MANAT dəyərində, 5. Yataq dəsti (qəhvəyi) - 1 dəst, 65 MANAT dəyərində, 6. Ağ yataq dəsti - 1 dəst, 75 MANAT dəyərində, 7. Pokrıval +2 yastıq (gül rəngi) – 1 dəst, 65 MANAT dəyərində, 8. Tək adamlıq odeyal (mavi vüllurla) – 2 ədəd, 90 MANAT dəyərində,
9. Sintefon yastıqlar - 2 ədəd, 14 MANAT dəyərində, 10. Mütəkkə - 2 ədəd, 30 MANAT dəyərində, 11. İki adamlıq sintefon odeyal – 1 ədəd, 65 MANAT dəyərində, 12. Pərdələr + tül 1 dəst, 220 MANAT dəyərində, 13. Pufik -1 ədəd, 15 MANAT dəyərində, 14. Çilçıraq – 1 ədəd, 100 MANAT dəyərində, 15. Lampalar – 5 ədəd, 15 MANAT dəyərində, 16. Döşək və döşəküstü, 230 MANAT dəyərində, 17. Pokrıval dəsti (çarpayı üçün iki yastıq) – 1 dəst, 150 MANAT dəyərində, mətbəxdə yerləşən 18. Mətbəx mebeli (dəst), 176 MANAT dəyərində, 19. Xrustal stakanı – 6 ədəd, 42 MANAT dəyərində, 20. Böyük boşqab buludlar 1 dəst – 6 ədəd, 18 MANAT dəyərində, 21. Orta bulud boşqablar - 1 dəst – 6 ədəd, 15 MANAT dəyərində, 22. Balaca bulud boşqablar – 1 dəst - 6 ədəd, 13 MANAT dəyərində,
23. Xrustal limon qabı – 1 dəst, 10 MANAT dəyərində, 24. Qaşıq dəsti - 1 dəst, 70 MANAT dəyərində, 25. Sini (padnos) – 2 ədəd, 6 MANAT dəyərində, 26. Qazanlar – 1 dəst - 5 ədəd, 150 MANAT dəyərində, 27. Ədviyyat dəsti - 1 dəst, 80 MANAT dəyərində, 28. Qırmızı vaza – 1 ədəd, 25 MANAT dəyərində, 29. Meyvə suyu üçün stəkanlar – 6 ədəd, 10 MANAT dəyərində, 30. Termos 1 ədəd, 15 MANAT dəyərində, 31. Keramik çaynik - 1 ədəd, 8 MANAT dəyərində, 32. Şüşə çaynik – 1 ədəd, 10 MANAT dəyərində, 33. Duz qabı 5 MANAT dəyərində, 34. Mürəbbə qabı dəsti 10 MANAT dəyərində, 35. Armudu stəkan – 12 ədəd, 20 MANAT dəyərində, 36. Meyvə suyu stəkanları – 6 ədəd, 10 MANAT dəyərində, 37. Kofe dəsti – 1 dəst, 20 MANAT dəyərində, 38. Tort üçün bulud boşqablar - 6 ədəd, 15 MANAT dəyərində, 39. Duz qabı, istiot qabı-nerjaveyka -1 dəst, 20 MANAT dəyərində, 40. Fincanlar - 2 ədəd (qırmızı və gül rəngi) – 2 ədəd, 5 MANAT dəyərində, 41. Tort qabı - bulud-duz qabı, 20 MANAT dəyərində, 42. Çaynik – 2 ədəd, 20 MANAT dəyərində, 43. Narezka – 1 dəst, 10 MANAT dəyərində, 44. Xrustal meyvə qabı, 25 MANAT dəyərində, 45. Qaşıq çəngəl dəsti (mavi) – 1 dəst, 10 MANAT dəyərində, 46. Qaşıq çəngəl (qırmızı) - 2 qutu, 12 MANAT dəyərində, 47. Elektrik çaynik - 1 ədəd, 25 MANAT dəyərində, 48. Konfet qabı tutacaqlı - 1 ədəd, 20 MANAT dəyərində, 49. Metal çaynik – 2 ədəd, 20 MANAT dəyərində, 50. Konfet qabı (lodoçka), 15 MANAT dəyərində,
51. Bıçaq dəsti - 1 dəst, 20 MANAT dəyərində, 52. Qrafın, 6 stəkan – 1 dəst, 41 MANAT dəyərində, 53. Ləbləbi qabı (2 ədəd), 5 MANAT dəyərində, 54. Qırmızı vaza (barxat), 15 MANAT dəyərində, 55. Boşqablar (böyük və balaca qaşlı), 25 MANAT dəyərində, 56. Ləbləbi qabı xrustal 2 ədəd, 10 MANAT dəyərində, 57. Mətbəx taxtası 3 MANAT dəyərində, 58. Armudu stəkan və böyük boşqab - 1 dəst 15 MANAT dəyərində, 59. Moyka (1 ədəd), kran 1 ədəd, aspirator 1 ədəd cəmi = 170 MANAT dəyərində, qonaq otağında yerləşən 60. Xalça – 1 ədəd 300 MANAT dəyərində, 61. Stol və 6 stul (dəridən) 420 MANAT dəyərində, 62. Tül günlük - 1 dəst, 140 MANAT dəyərində, 63. Divan - 1 ədəd, 1050 MANAT dəyərində, 64. Dəsmal – 2 ədəd 12 MANAT dəyərində, 65. İynə qabı – 1 ədəd = 12 MANAT dəyərində, 66. Şəffaf stolüstü (selofan) – 1 ədəd, 5 MANAT dəyərində,
67. Taz – 3 ədəd, şpilkalar, paltar qabı – 1 ədəd 33 MANAT dəyərində, 68. Polomoyka - 1 ədəd, 17 MANAT dəyərində, 69. Boz və qızılı selofan stolüstü süfrələr – 2 ədəd, 20 MANAT dəyərində, 70. Çörək qabı 1 ədəd = 2 MANAT dəyərində, 71. Qablar - 1 ədəd böyük, 3 kiçik 10 MANAT dəyərində, 72. Dəsmal dəsti – 1 dəst (yaşıl rəng) 20 MANAT dəyərində, 73 Mixəyi rəng dəsmal (bantlı) – 1 ədəd 15 MANAT dəyərində, 74. Gül rəngi dəsmal – 2 ədəd 30 MANAT dəyərində, 75. Boz dəsmal (qaşlı) - 2 ədəd 25 MANAT dəyərində, 76. Mətbəx dəsmalı (don) – 1 ədəd 5 MANAT dəyərində, 77. Baş üçün hamam papaq dəsmalı - 1 ədəd 2 MANAT dəyərində, 78. Mətbəx dəsmalı – 8 ədəd 10 MANAT dəyərində, 79. Süfrə (yasəmən rəngi) – 1 ədəd - 70 MANAT dəyərində, 80. Süfrə (ağ rəng) – 1 ədəd 50 MANAT dəyərində, 81. Fujerlər – 12 ədəd 12 MANAT dəyərində, 82. Nahar servizi və çay servizi (130 alət) – 1 dəst 500 MANAT dəyərində, 83. Podnos – 2 ədəd 6 MANAT dəyərində, 84. Başmaq (1 cüt) 10 MANAT dəyərində, 85. Ütü (poverful) – 1 ədəd 55 MANAT dəyərində, 86. Ütü altlığı - 1 ədəd 35 MANAT dəyərində, 87. Lampa -1 ədəd 25 MANAT dəyərində, 88. Çamadan – 1 ədəd 45 MANAT dəyərində, 89. Kompyüter (noutbuk) -1 ədəd 450 MANAT dəyərində, 90. Güzgü - 1 ədəd 35 MANAT dəyərində, 91. Foto albom 1 ədəd 50 MANAT dəyərində, 92. Namaz xalçası 4 MANAT dəyərində, 93. Bijüteriya mücrüsü 50 MANAT dəyərində, 94. Fen - 1 ədəd 40 MANAT dəyərində 95. Saç ütüsü, 1 ədəd 30 MANAT dəyərində 96. Kosmetika 175 MANAT dəyərində 97. Çəkmə 1 cüt 50 MANAT dəyərində, 98. İdman ayaqqabısı 1 cüt 40 MANAT dəyərində, 99. Əl çantası– 1 ədəd 27 MANAT dəyərində, 100. Don kəmərlə birlikdə 1 ədəd – 60 MANAT dəyərində, 101. Plaş 1 ədəd 40 MANAT dəyərində, 102. Çəhrayı kurtka 1 ədəd 120 MANAT dəyərində, 103. Qısa qara palto -1 ədəd 50 MANAT dəyərində, 104. Toy ayaqqabıları 1 cüt 40 MANAT dəyərində, 105. İdman geyimi 20 MANAT dəyərində, 106. Sviter (boz) 40 MANAT dəyərində, 107. Başmaq – 1 cüt 10 MANAT dəyərində, 108. Qırmızı kofta 40 MANAT dəyərində, 109. Hamam dəsti 80 MANAT dəyərində, 110. Yumşaq Mişka ürəklə 20 MANAT dəyərində, 111. Eynək (qara, qutu ilə) 20 MANAT dəyərində, 112. Qızıl komplekt (1 ədəd sep, 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd-üzük) 1800 MANAT dəyərində, 113. Nişan üzüyü - 1 ədəd göy qaşlı 200 MANAT, dəyərində 114.Qızıl Nişan üzüyü 1ədəd 800 MANAT dəyərində, 115. Qızıl Sırğa - 1 komplekt 100 MANAT dəyərində, 116. Qızıl sep - 1 ədəd 100 MANAT dəyərində, ümumilikdə 11809 (on bir min səkkiz yüz doqquz) manat dəyərində cehiz və qızıl-zinət əmlaklarının, onlar olmadıqda isə onların dəyərimim alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ:
İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1. Mebel Çarpayı iki adamlıq -1 ədəd, Şkaf (Kupe) –1 ədəd, Komod - 1 ədəd, Tumba 2 ədəd, cəmi 1674 MANAT dəyərində, 2. Tək adamlıq nazik ağ odeyal (bambukdan) - 2 ədəd, 260 MANAT dəyərində, 3. iki adamlıq ağ nazik odeyal - 1 ədəd, 20 MANAT dəyərində, 4. Bambuk balınclar - 2 ədəd, 70 MANAT dəyərində, 5. Yataq dəsti (qəhvəyi) - 1 dəst, 65 MANAT dəyərində, 6. Ağ yataq dəsti - 1 dəst, 75 MANAT dəyərində, 7. Pokrıval + 2 yastıq (gül rəngi) – 1 dəst, 65 MANAT dəyərində, 8. Tək adamlıq odeyal (mavi vüllurla) – 2 ədəd, 90 MANAT dəyərində, 9. Sintefon yastıqlar - 2 ədəd, 14 MANAT dəyərində, 10. Mütəkkə - 2 ədəd, 30 MANAT dəyərində, 11. İki adamlıq sintefon odeyal – 1 ədəd, 65 MANAT dəyərində, 12. Pərdələr + tül 1 dəst, 220 MANAT dəyərində, 13. Pufik -1 ədəd, 15 MANAT dəyərində, 14. Çilçıraq – 1 ədəd, 100 MANAT dəyərində, 15. Lampalar – 5 ədəd, 15 MANAT dəyərində, 16. Döşək və döşəküstü, 230 MANAT dəyərində, 17. Pokrıval dəsti (çarpayı üçün iki yastıq) – 1 dəst, 150 MANAT dəyərində, 18. Mətbəx mebeli (dəst), 176 MANAT dəyərində, 19. Xrustal stakanı – 6 ədəd, 42 MANAT dəyərində, 20. Böyük boşqab buludlar 1 dəst – 6 ədəd, 18 MANAT dəyərində, 21. Orta bulud boşqablar - 1 dəst – 6 ədəd, 15 MANAT dəyərində, 22. Balaca bulud boşqablar – 1 dəst - 6 ədəd, 13 MANAT dəyərində, 23. Xrustal limon qabı – 1 dəst, 10 MANAT dəyərində, 24. Qaşıq dəsti - 1 dəst, 70 MANAT dəyərində, 25. Sini (padnos) – 2 ədəd, 6 MANAT dəyərində, 26. Qazanlar – 1 dəst - 5 ədəd, 150 MANAT dəyərində, 27. Ədviyyat dəsti - 1 dəst, 80 MANAT dəyərində,
28. Qırmızı vaza – 1 ədəd, 25 MANAT dəyərində, 29. Meyvə suyu üçün stəkanlar – 6 ədəd, 10 MANAT dəyərində, 30. Termos 1 ədəd, 15 MANAT dəyərində, 31. Keramik çaynik - 1 ədəd, 8 MANAT dəyərində, 32. Şüşə çaynik – 1 ədəd, 10 MANAT dəyərində, 33. Duz qabı 5 MANAT dəyərində, 34. Mürəbbə qabı dəsti 10 MANAT dəyərində, 35. Armudu stəkan – 12 ədəd, 20 MANAT dəyərində, 36. Meyvə suyu stəkanları – 6 ədəd, 10 MANAT dəyərində, 37. Kofe dəsti – 1 dəst, 20 MANAT dəyərində, 38. Tort üçün bulud boşqablar - 6 ədəd, 15 MANAT dəyərində, 39. Duz qabı, istiot qabı-nerjaveyka -1 dəst, 20 MANAT dəyərində, 40. Fincanlar - 2 ədəd (qırmızı və gül rəngi) – 2 ədəd, 5 MANAT dəyərində, 41. Tort qabı - bulud-duz qabı, 20 MANAT dəyərində, 42. Çaynik – 2 ədəd, 20 MANAT dəyərində, 43. Narezka – 1 dəst, 10 MANAT dəyərində, 44. Xrustal meyvə qabı, 25 MANAT dəyərində, 45. Qaşıq çəngəl dəsti (mavi) – 1 dəst, 10 MANAT dəyərində, 46. Qaşıq çəngəl (qırmızı) - 2 qutu, 12 MANAT dəyərində, 47. Elektrik çaynik - 1 ədəd, 25 MANAT dəyərində, 48. Konfet qabı tutacaqlı - 1 ədəd, 20 MANAT dəyərində, 49. Metal çaynik – 2 ədəd, 20 MANAT dəyərində, 50. Konfet qabı (lodoçka), 15 MANAT dəyərində,
51. Bıçaq dəsti - 1 dəst, 20 MANAT dəyərində, 52. Qrafın, 6 stəkan – 1 dəst, 41 MANAT dəyərində, 53. Ləbləbi qabı (2 ədəd), 5 MANAT dəyərində, 54. Qırmızı vaza (barxat), 15 MANAT dəyərində, 55. Boşqablar (böyük və balaca qaşlı), 25 MANAT dəyərində, 56. Ləbləbi qabı xrustal 2 ədəd, 10 MANAT dəyərində, 57. Mətbəx taxtası 3 MANAT dəyərində, 58. Armudu stəkan və böyük boşqab - 1 dəst 15 MANAT dəyərində, 59. Moyka (1 ədəd), kran 1 ədəd, aspirator 1 ədəd cəmi = 170 MANAT dəyərində, 60. Xalça – 1 ədəd 300 MANAT dəyərində, 61. Stol və 6 stul (dəridən) 420 MANAT dəyərində, 62. Tül günlük - 1 dəst, 140 MANAT dəyərində, 63. Divan - 1 ədəd, 1050 MANAT dəyərində, 64. Dəsmal – 2 ədəd 12 MANAT dəyərində, 65. İynə qabı – 1 ədəd = 12 MANAT dəyərində, 66. Şəffaf stolüstü (selofan) – 1 ədəd, 5 MANAT dəyərində, 67. Taz – 3 ədəd, şpilkalar, paltar qabı – 1 ədəd 33 MANAT dəyərində, 68. Polomoyka - 1 ədəd, 17 MANAT dəyərində, 69. Boz və qızılı selofan stolüstü süfrələr – 2 ədəd, 20 MANAT dəyərində, 70. Çörək qabı 1 ədəd = 2 MANAT dəyərində, 71. Qablar - 1 ədəd böyük, 3 kiçik 10 MANAT dəyərində, 72. Dəsmal dəsti – 1 dəst (yaşıl rəng) 20 MANAT dəyərində, 73 Mixəyi rəng dəsmal (bantlı) – 1 ədəd 15 MANAT dəyərində, 74. Gül rəngi dəsmal – 2 ədəd 30 MANAT dəyərində, 75. Boz dəsmal (qaşlı) - 2 ədəd 25 MANAT dəyərində, 76. Mətbəx dəsmalı (don) – 1 ədəd 5 MANAT dəyərində, 77. Baş üçün hamam papaq dəsmalı - 1 ədəd 2 MANAT dəyərində, 78. Mətbəx dəsmalı – 8 ədəd 10 MANAT dəyərində, 79. Süfrə (yasəmən rəngi) – 1 ədəd - 70 MANAT dəyərində, 80. Süfrə (ağ rəng) – 1 ədəd 50 MANAT dəyərində, 81. Fujerlər – 12 ədəd 12 MANAT dəyərində, 82. Nahar servizi və çay servizi (130 alət) – 1 dəst 500 MANAT dəyərində, 83. Podnos – 2 ədəd 6 MANAT dəyərində, 84. Başmaq (1 cüt) 10 MANAT dəyərində, 85. Ütü (poverful) – 1 ədəd 55 MANAT dəyərində, 86. Ütü altlığı - 1 ədəd 35 MANAT dəyərində, 87. Lampa -1 ədəd 25 MANAT dəyərində, 88. Çamadan – 1 ədəd 45 MANAT dəyərində, 89. Kompyüter (noutbuk) -1 ədəd 450 MANAT dəyərində, 90. Güzgü - 1 ədəd 35 MANAT dəyərində, 91. Foto albom 1 ədəd 50 MANAT dəyərində, 92. Namaz xalçası 4 MANAT dəyərində, 93. Bijüteriya mücrüsü 50 MANAT dəyərində, 94. Fen - 1 ədəd 40 MANAT dəyərində 95. Saç ütüsü, 1 ədəd 30 MANAT dəyərində 96. Kosmetika 175 MANAT dəyərində 97. Çəkmə 1 cüt 50 MANAT dəyərində, 98. İdman ayaqqabısı 1 cüt 40 MANAT dəyərində, 99. Əl çantası– 1 ədəd 27 MANAT dəyərində, 100. Don kəmərlə birlikdə 1 ədəd – 60 MANAT dəyərində, 101. Plaş 1 ədəd 40 MANAT dəyərində, 102. Çəhrayı kurtka 1 ədəd 120 MANAT dəyərində, 103. Qısa qara palto -1 ədəd 50 MANAT dəyərində, 104. Toy ayaqqabıları 1 cüt 40 MANAT dəyərində, 105. İdman geyimi 20 MANAT dəyərində, 106. Sviter (boz) 40 MANAT dəyərində, 107. Başmaq – 1 cüt 10 MANAT dəyərində, 108. Qırmızı kofta 40 MANAT dəyərində, 109. Hamam dəsti 80 MANAT dəyərində, 110. Yumşaq Mişka ürəklə 20 MANAT dəyərində, 111. Eynək (qara, qutu ilə) 20 MANAT dəyərində, 112. Qızıl komplekt (1 ədəd sep, 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədədüzük) 1800 MANAT dəyərində, 113. Nişan üzüyü - 1 ədəd göy qaşlı 200 MANAT dəyərində, 114.Qızıl Nişan üzüyü 1 ədəd 800 MANAT dəyərində, 115. Qızıl Sırğa - 1 komplekt 100 MANAT dəyərində, 117. Qızıl sep - 1 ədəd 100 MANAT dəyərində, 117. Nağd pul - 2000 rus rublu və 150 MANAT = 200 MANAT olmaqla ümumilikdə 12009 (on iki min doqquz) manat məbləğində olan cehiz əmlaklarının alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda Cavabdeh ilə aralarında bağlanılmış nikahın pozulması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin ona məxsus cehiz əmlakı cavabdehlə birgə nikah dövründə yaşadıqları ünvan 1 ünvanında yerləşən 40 saylı mənzildə qalmışdır. Ona məxsus əmlakları Cavabdeh yaşadığı ünvandan götürmək istəsə də, cavabdeh buna mane olmuşdur. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Ona məxsus cehiz və qızıl-zinət əşyalarını iddia ərizəsində sadalamışdır. Məhkəmə tərəfindən iddianın təmini tədbiri qismində iddia ərizəsində sadaladığı əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır. Tərəflərin və icra məmurunun iştirakı ilə sözügedən əşyalara həbs qoyulmuşdur. Bu zaman cavabdehə məxsus mənzildə bir sıra əşyalar aşkar edilsə də, foto albom 1 ədəd 50 Manat dəyərində, namaz xalçası 4 Manat dəyərində, əl çantası - 1 ədəd 27 Manat dəyərində, don kəmərlə - 1 ədəd 60 Manat dəyərində, plaş - 1 ədəd 40 Manat dəyərində, çəhrayı gödəkçə - 1 ədəd 120 Manat dəyərində, toy ayaqqabıları - 1 cüt 40 Manat dəyərində, idman geyimi kostyum 20 Manat dəyərində, qırmızı kofta - 1 ədəd 40 Manat dəyərində, hamam dəsti -1 dəst 80 Manat dəyərində, o cümlədən 1800 Manat dəyərində qızıl (sep 1 ədəd, sırğa 2 ədəd, qolbağ 1 ədəd, üzük 1 ədəd) komplekt, 200 Manat dəyərində nişan üzüyü (qöy qaşlı) - 1 ədəd, 800 Manat dəyərində qızıl nişan üzüyü - 1 ədəd, 100 Manat dəyərində qızıl sırğa aşkar edilməmişdir, halbuki o evdən çıxarkən bu əşyaların heç birini özü ilə götürməmişdir. Belə ki, onun özünə məxsus, yəni 100 Manat dəyərində qızıl sepi cavabdehin evinə baxış keçirilən zaman orada olmuşdur. Bu hal onu təsdiq edir ki, o evdən çıxarkən heç bir qızıl əşyasını götürməmişdir. Götürsəydi onların hamısını götürərdi, hamısını götürüb bir sepi orada saxlamazdı. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını və iddia ərizəsində göstərilən cehiz və qızıl əmlaklarının Cavabdeh alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır.
Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassız və qeyri-obyektivdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində əsaslandığı sübutlar, yəni qonşunun oturub iddiaçının Sumqayıt şəhərindən Bakıya gəlməsini gözləməsi və əlində heç bir çamadanı görməməsi və ya əmlak üzərinə həbs qoyularkən yalnız evdə 1 ədəd qızıl sepin olması və ya iddiaçının yaxın qohumu olan bacısının bu işdə şahidliyinin sübut kimi qəbul edilməsi inandırıcı deyildir və yolverilməzdir. Eyni məsələni o da sübut edib əsaslandıra bilər ki, əgər o, qızıl-zinət əşyalarını götürsə idi onda niyə görə 1 ədəd qızıl sepi evdə saxlayırdı, bütün qızılları götürüb izi itirərdi. İcra məmuru gəlib əmlaka həbs qoyanda heç bir qızılə tapmazdı. İddiaşı evdən gedərkən bütün qızıl-zinət əşyalarını özü ilə aparmış, 1 ədəd sepi isə evdə saxlamışdır. Bu sepi isə ona görə saxlamışdır ki, sonradan guya bu cür sübut etsin ki, qızılları evdə qoyub gedib, 1 sepdən başqa guya digərləri götürülmüşdür. Bu barədə məhkəmə proseslərində dəfələrlə tələb etsə də, qətnamədə heç bir şey qeyd olunmamışdır. O, şəhid övladıdır. Tərəflərin ailə münasibətləri heç 1 aydan bir az çox çəkməsinə baxmayaraq, o, iddiaçı ilə heç 20 gün ərarvad münasibətlərində olmamışdır. Buna baxmayaraq ailə qurarkən toya 10.000 manat pul xərcləmişdir. Bəs bu pulları kim ona ödəməlidir ? İddiaçı evlərinə gedərkən əlində 1 əl çantası və 1 ədəd plastik torba olmuşdur. İşə baxan məhkəmə qızıl-zinət əşyalarının dəyərini sübut etmək üçün AR Ticarət Palatasının Mütəxəssis rəyini belə almamış və həmin əmlakları qiymətləndirməmişdir. Məhkəmə, ümumiyyətlə, AR Ticarət Palatasının mütəxəssis rəyinin alınmasına tamamilə göz yummuş çıxardığı qətnamədə bu rəyə istinad etməmişdir. Məhkəmə onun şahidlərini dindirmədən iddiaçı və onun şahidlərini dindirmiş və işə obyektiv yanaşmayaraq, səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)2851/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı ona qarşı əmlak tələbinə dair iddiası xüsusən də, bir ədəd qızıl komplekt 1800 manat dəyərində, 1 ədəd nişan üzüyü göy qaşlı 200 manat, bir ədəd qızıl nişan üzüyü 800 manat, 1 komplek qızıl sırğa 100 manat, 1 ədəd qızıl sep 100 manat dəyərində hissəsində tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, əlavə etdi ki, iddiaçının bütün cehiz-məişət əşyaları, geyimləri yaşadıqları mənzildədir və istənilən vaxt onları apara bilər. Hazırda əsas mübahisə qızıl-zinət əşyaları hissəsindədir. Evdə qalan qızıl sep onda, qalan 4 adda qızıllar isə iddiaçının özündədir. İddiaçı evi xx xxxxxx 2019-cu il tarixdə, saat 17:55-də tərk edib. Evdə onunla və anası ilə dalaşıb, ara sakitləşsin deyə onun üçün taksi çağıraraq Bakıya yola salmışdır. Gedərkən özü ilə əl çantası və plastik torba götürmüş, qızılları da, (sep istisna) özü ilə aparmışdır. Sonda cavabdeh şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və əlav etdi ki, o,birgə yaşadıqları mənzili xx xxxxxx 2019-cu il tarixdə, axşam saat 10-na işləmiş tərk edib. Həmin gün ona heç bir fiziki zor tətbiq edilməyib. Fikri boşanmaq olmayıb, cavabdehlə və anası ilə dalaşdığından onlardan küsüb gedib. Buna görə də gedərkən özü ilə heş bir qızıl-zinət əşyası götürməmişdir. Sonda iddiaçı şikayətin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, icra məmuru X10, tələbkar İddiaçı, borclu Cavabdeh, hal şahidləri X5 və X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1A saylı evin, 40 saylı mənzildə aşkar edilən cehiz əmlakların və 1 ədəd qızıl sepin üzərinə həbs qoyularaq, saxlanması üçün Cavabdeh təhvil verilmişdir. Aktın məzmunundan görünür ki, iddia ərizəsində qeyd edilən foto albom 1 ədəd 50 manat dəyərində, namaz xalçası 4 manat dəyərində, əl çantası - 1 ədəd 27 manat dəyərində, don kəmərlə - 1 ədəd 60 manat dəyərində, plaş - 1 ədəd 40 manat dəyərində, çəhrayı kurtka - 1 ədəd 120 manat dəyərində, toy ayaqqabıları - 1 cüt 40 manat dəyərində, idman geyimi kostyum 20 manat dəyərində, qırmızı kofta - 1 ədəd 40 manat dəyərində, hamam dəsti -1 dəst 80 manat dəyərində, o cümlədən 1800 manat dəyərində qızıl (sep 1 ədəd, sırğa 2 ədəd, qolbağ 1 ədəd, üzük 1 ədəd) komplekt, 200 manat dəyərində nişan üzüyü (qöy qaşlı) - 1 ədəd, 800 manat dəyərində qızıl nişan üzüyü - 1 ədəd, 100 manat dəyərində qızıl sırğa və pul məbləği həmin mənzildə aşkar edilməmişdir. İş materiallarna əlavə olunmuş 054477 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh üçüncü qrup əlildir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 bildirmişdir ki, Dilbər onun bacısıdır. Ailəsi ilə birlikdə anasına məxsus mənzildə yaşadığı üçün, bütün məsələlərdən xəbərdardır. 2019-cu ilin noyabr ayının 12-si axşam saatlarında Dilbər həyat yoldaşı Elşənlə birlikdə yaşadıqları mənzilə gəlmişlər. Həmin vaxt Dilbər ev paltarında olmuşdur və üzərində əl çantasından başqa heç bir əşyası olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 bildirdi ki, o, İddiaçı anasıgilin qonşusudur və onların bütün toy-nişan məclislərində iştirak etmişdir. Orada beş ailə bir yerdə yaşayır. Həmin gün Dilbərin bacısı özünü pis hiss etdiyi üçün Dilbərin anasıgildə olmuşdur. Bu zaman səs küy eşitmişdir. Sonradan bilmişdir ki, Dilbəri yoldaşı Elşən evlərinə gətirmişdir. Oraya gedəndə Dilbərin ağladığını görmüşdür. Dilbərin əlində və ya yanında hər hansı çamadan görməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ:
Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qızıl-zinət əşyalarının qaytarılması hissəsində qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin bırgə nikahından övladları olmamışdır. Hazırda nikahlarına xitam verilməsi üçün məhkəməyə müraciət edilmişdir. Bu işin mübahisəsiz halıdır. İddiaçı ailə qurduğu gün cavabdehin yaşadığı mənzilə gəlin köçmüş və valideynləri tərəfindən ona verilmiş cehiz əmlakları da özü ilə aparmışdır. Bir müddət sonra həyat yoldaşı Cavabdehla mübahisə etmiş və bu səbəbdən də cavabdehlə birgə yaşadığı mənzili tərk edərək valideynlərinin yaşadığı ünvana qayıtmışdır. Evi tərk etsə də, iddiaçıya məxsus cehiz əmlakları və geyim əşyaları evdə qalmış, bu halı cavabdeh məhkəmə kollegiyasının iclasında etiraf etmişdir. Hazırda tərəflər arasında əsas mübahisə qızıl-zinət əşyalarının qaytarılması hissəsindədir. Cavabdeh apelyasiya şikayətində qətnamənin bütünlükdə ləğvini tələb etsə də, məhkəmədə verdiyi izahatında yalnız qızıl-zinət əşyaları hissəsində qətnaməni mübahisələndirdiyini bildirdi. Hazırda İddiaçı iddia edir ki, evi tərk etdikdən sonra ona məxsus 1800 manat dəyərində qızıl (sep 1 ədəd, sırğa 2 ədəd, qolbağ 1 ədəd, üzük 1 ədəd) komplekt, 200 manat dəyərində nişan üzüyü (qöy qaşlı) - 1 ədəd, 800 manat dəyərində qızıl nişan üzüyü - 1 ədəd, 100 manat dəyərində qızıl sırğa, qızıl sep-1ədəd, 100 manat dəyərində cavabdehə məxsus mənzildə qalmışdır və bu əmlaklar ona qaytarılmalıdır. Cavabdeh isə şikayətində və izahatında qeyd edir ki, bu əmlaklardan onda yalnız 100 manat dəyərində olan qızıl sep qalmışdır və qaytarmağa hazırdır. Digər qızılları iddiaçı mənzili tərk edərkən özü ilə aparmışdır və buna görə də iddia əsassızdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İşdən görünür ki, iddiaçı toy ərəfəsində ona bağışlanan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ondan alındığını və cavabdehlə ayrıldıqdan sonra da həmin əşyaların ona qaytarılmadığını iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən şahidlərin izahatlarına əsaslanaraq, həmin zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlmişdir. AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. AR MPM-in 62.1-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Qeyd edilən normaların tələbindən də görünür ki, şahid izahatları sübut hesab olunur və o şəxs şahid hesab edilir ki, o işin mübahisələndirilən halı barədə bilavasitə, əsaslı şübhələrdən uzaq olan məlumata malik olsun. Lakin işdə olan şahid izahatlarından görünür ki, onlar ya qeyd edilən zinət əşyalarının cavabdehdə olmasına dair heç bir məlumata malik olmamış, ya da bu məlumatı iddiaçıdan eşitmişlər. Başqa sözlə desək, həmin əşyaların cavabdeh tərəfindən iddiaçıdan alınaraq mənimsənilməsinə dair şahidlər biləvasitə heç bir məlumata malik deyillər və yalnız iddiaçı tərəfin dediklərini eşitmişlər. Digər tərəfdən həmin şahidlər iddiaçı ilə yaxın münasibətdə olan maraqlı şəxslərdir. Belə olan halda şahid izahatlarını sübut kimi qiymətləndirən birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tələb edilən qızıl-zinət əşyalarından yalnız qızıl sepin onda qalması barədə cavabdehin etirafını qəbul edərək hesab edir ki, bu hissədə də cavabdeh iddianı qəbul etməyə bilərdi, iddianın bu cür etiraf olunması məhkəmə kollegiyasının qənaətincə onun mübahisə üzrə səmimi rəftarından irəli gəlir. Qalan qızıl-zinət əşyalarının da cavabdehdə qalması barədə iddiaçının dəlilləri isə əsassızdır və məhkəmədə iddianın həqiqiliyinə şübhə yaradır. İddiaçı məhkəməyə bu şübhəni aradan qaldıran, iddia ərizəsindəki dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,iddiaçı tərəfindən zinət əşyalarının cavabdehdə olmasına dair heç bir tutarlı əsas gətirilməmiş, həmin əşyaların cavabdehin təqsiri ucbatından onun sahibliyindən alınması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını tədqiq edərək hesab edir ki, qızıl-zinət əşyaları hissəsində iddia cavabdehin etiraf etdiyi qızıl boyunbağı predmeti istisna olmaqla, sübut edilməmişdir və cavadehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri daha ağlabatandır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına düzgün istinad etməyərək, qismən əsassız nəticəyə gəlmişdir və cavabdehin etiraf etdiyi qızıl boyunbağı predmeti istisna olmaqla qızıl-zinət əşyalarının cavabdeh tərəfindən qaytarılmasına dair iddia rədd edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X13rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilmiş dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. AR Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. AR Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən,maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayəti qismən təmin olunduğundan onun verilməsi üçün Cavabdeh ödədiyi 10,40 manat dövlət rüsumunun 5 manatı iddiaçıdan alınaraq ona verilməli, qalan hissə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qızıl-zinət əşyalarının qaytarılması hissəsində qismən ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 1800 manat dəyərində qızıl (1 ədəd qızıl sep, sırğa 2 ədəd, qolbağ 1 ədəd, üzük 1 ədəd) komplekt, 200 manat dəyərində nişan üzüyü (qöy qaşlı) - 1 ədəd, 800 manat dəyərində qızıl nişan üzüyü - 1 ədəd, 100 manat dəyərində qızıl sırğadan ibarət qızıl-zinət əşyalarının qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamə qalan hissədə, yəni 1. Mebel Çarpayı iki adamlıq -1 ədəd, Şkaf (Kupe) –1 ədəd, Komod - 1 ədəd, Tumba 2 ədəd, cəmi 1674 MANAT dəyərində, 2. Tək adamlıq nazik ağ odeyal (bambukdan) - 2 ədəd, 260 MANAT dəyərində, 3. iki adamlıq ağ nazik odeyal - 1 ədəd, 20 MANAT dəyərində, 4. Bambuk balınclar - 2 ədəd, 70 MANAT dəyərində, 5. Yataq dəsti (qəhvəyi) - 1 dəst, 65 MANAT dəyərində, 6. Ağ yataq dəsti - 1 dəst, 75 MANAT dəyərində, 7. Pokrıval +2 yastıq (gül rəngi) – 1 dəst, 65 MANAT dəyərində, 8. Tək adamlıq odeyal (mavi vüllurla) – 2 ədəd, 90 MANAT dəyərində, 9. Sintefon yastıqlar - 2 ədəd, 14 MANAT dəyərində, 10. Mütəkkə - 2 ədəd, 30 MANAT dəyərində, 11. İki adamlıq sintefon odeyal – 1 ədəd, 65 MANAT dəyərində, 12. Pərdələr + tül 1 dəst, 220 MANAT dəyərində, 13. Pufik -1 ədəd, 15 MANAT dəyərində, 14. Çilçıraq – 1 ədəd, 100 MANAT dəyərində, 15. Lampalar – 5 ədəd, 15 MANAT dəyərində, 16. Döşək və döşəküstü, 230 MANAT dəyərində, 17. Pokrıval dəsti (çarpayı üçün iki yastıq) – 1 dəst, 150 MANAT dəyərində, mətbəxdə yerləşən 18. Mətbəx mebeli (dəst), 176 MANAT dəyərində, 19. Xrustal stakanı – 6 ədəd, 42 MANAT dəyərində, 20. Böyük boşqab buludlar 1 dəst – 6 ədəd, 18 MANAT dəyərində, 21. Orta bulud boşqablar - 1 dəst – 6 ədəd, 15 MANAT dəyərində, 22. Balaca bulud boşqablar – 1 dəst - 6 ədəd, 13 MANAT dəyərində,
23. Xrustal limon qabı – 1 dəst, 10 MANAT dəyərində, 24. Qaşıq dəsti - 1 dəst, 70 MANAT dəyərində, 25. Sini (padnos) – 2 ədəd, 6 MANAT dəyərində, 26. Qazanlar – 1 dəst - 5 ədəd, 150 MANAT dəyərində, 27. Ədviyyat dəsti - 1 dəst, 80 MANAT dəyərində, 28. Qırmızı vaza – 1 ədəd, 25 MANAT dəyərində, 29. Meyvə suyu üçün stəkanlar – 6 ədəd, 10 MANAT dəyərində, 30. Termos 1 ədəd, 15 MANAT dəyərində, 31. Keramik çaynik - 1 ədəd, 8 MANAT dəyərində, 32. Şüşə çaynik – 1 ədəd, 10 MANAT dəyərində, 33. Duz qabı 5 MANAT dəyərində, 34. Mürəbbə qabı dəsti 10 MANAT dəyərində, 35. Armudu stəkan – 12 ədəd, 20 MANAT dəyərində, 36. Meyvə suyu stəkanları – 6 ədəd, 10 MANAT dəyərində, 37. Kofe dəsti – 1 dəst, 20 MANAT dəyərində, 38. Tort üçün bulud boşqablar - 6 ədəd, 15 MANAT dəyərində, 39. Duz qabı, istiot qabı-nerjaveyka -1 dəst, 20 MANAT dəyərində, 40. Fincanlar - 2 ədəd (qırmızı və gül rəngi) – 2 ədəd, 5 MANAT dəyərində, 41. Tort qabı - bulud-duz qabı, 20 MANAT dəyərində, 42. Çaynik – 2 ədəd, 20 MANAT dəyərində, 43. Narezka – 1 dəst, 10 MANAT dəyərində, 44. Xrustal meyvə qabı, 25 MANAT dəyərində, 45. Qaşıq çəngəl dəsti (mavi) – 1 dəst, 10 MANAT dəyərində, 46. Qaşıq çəngəl (qırmızı) - 2 qutu, 12 MANAT dəyərində, 47. Elektrik çaynik - 1 ədəd, 25 MANAT dəyərində, 48. Konfet qabı tutacaqlı - 1 ədəd, 20 MANAT dəyərində, 49. Metal çaynik – 2 ədəd, 20 MANAT dəyərində, 50. Konfet qabı (lodoçka), 15 MANAT dəyərində,
51. Bıçaq dəsti - 1 dəst, 20 MANAT dəyərində, 52. Qrafın, 6 stəkan – 1 dəst, 41 MANAT dəyərində, 53. Ləbləbi qabı (2 ədəd), 5 MANAT dəyərində, 54. Qırmızı vaza (barxat), 15 MANAT dəyərində, 55. Boşqablar (böyük və balaca qaşlı), 25 MANAT dəyərində, 56. Ləbləbi qabı xrustal 2 ədəd, 10 MANAT dəyərində, 57. Mətbəx taxtası 3 MANAT dəyərində, 58. Armudu stəkan və böyük boşqab - 1 dəst 15 MANAT dəyərində, 59. Moyka (1 ədəd), kran 1 ədəd, aspirator 1 ədəd cəmi = 170 MANAT dəyərində, qonaq otağında yerləşən 60. Xalça – 1 ədəd 300 MANAT dəyərində, 61. Stol və 6 stul (dəridən) 420 MANAT dəyərində, 62. Tül günlük - 1 dəst, 140 MANAT dəyərində, 63. Divan - 1 ədəd, 1050 MANAT dəyərində, 64. Dəsmal – 2 ədəd 12 MANAT dəyərində, 65. İynə qabı – 1 ədəd = 12 MANAT dəyərində, 66. Şəffaf stolüstü (selofan) – 1 ədəd, 5 MANAT dəyərində,
67. Taz – 3 ədəd, şpilkalar, paltar qabı – 1 ədəd 33 MANAT dəyərində, 68. Polomoyka - 1 ədəd, 17 MANAT dəyərində, 69. Boz və qızılı selofan stolüstü süfrələr – 2 ədəd, 20 MANAT dəyərində, 70. Çörək qabı 1 ədəd = 2 MANAT dəyərində, 71. Qablar - 1 ədəd böyük, 3 kiçik 10 MANAT dəyərində, 72. Dəsmal dəsti – 1 dəst (yaşıl rəng) 20 MANAT dəyərində, 73 Mixəyi rəng dəsmal (bantlı) – 1 ədəd 15 MANAT dəyərində, 74. Gül rəngi dəsmal – 2 ədəd 30 MANAT dəyərində, 75. Boz dəsmal (qaşlı) - 2 ədəd 25 MANAT dəyərində, 76. Mətbəx dəsmalı (don) – 1 ədəd 5 MANAT dəyərində, 77. Baş üçün hamam papaq dəsmalı - 1 ədəd 2 MANAT dəyərində, 78. Mətbəx dəsmalı – 8 ədəd 10 MANAT dəyərində, 79. Süfrə (yasəmən rəngi) – 1 ədəd - 70 MANAT dəyərində, 80. Süfrə (ağ rəng) – 1 ədəd 50 MANAT dəyərində, 81. Fujerlər – 12 ədəd 12 MANAT dəyərində, 82. Nahar servizi və çay servizi (130 alət) – 1 dəst 500 MANAT dəyərində, 83. Podnos – 2 ədəd 6 MANAT dəyərində, 84. Başmaq (1 cüt) 10 MANAT dəyərində, 85. Ütü (poverful) – 1 ədəd 55 MANAT dəyərində, 86. Ütü altlığı - 1 ədəd 35 MANAT dəyərində, 87. Lampa -1 ədəd 25 MANAT dəyərində, 88. Çamadan – 1 ədəd 45 MANAT dəyərində, 89. Kompyüter (noutbuk) -1 ədəd 450 MANAT dəyərində, 90. Güzgü - 1 ədəd 35 MANAT dəyərində, 91. Foto albom 1 ədəd 50 MANAT dəyərində, 92. Namaz xalçası 4 MANAT dəyərində, 93. Bijüteriya mücrüsü 50 MANAT dəyərində, 94. Fen - 1 ədəd 40 MANAT dəyərində 95. Saç ütüsü, 1 ədəd 30 MANAT dəyərində 96. Kosmetika 175 MANAT dəyərində 97. Çəkmə 1 cüt 50 MANAT dəyərində, 98. İdman ayaqqabısı 1 cüt 40 MANAT dəyərində, 99. Əl çantası– 1 ədəd 27 MANAT dəyərində, 100. Don kəmərlə birlikdə 1 ədəd – 60 MANAT dəyərində, 101. Plaş 1 ədəd 40 MANAT dəyərində, 102. Çəhrayı kurtka 1 ədəd 120 MANAT dəyərində, 103. Qısa qara palto -1 ədəd 50 MANAT dəyərində, 104. Toy ayaqqabıları 1 cüt 40 MANAT dəyərində, 105. İdman geyimi 20 MANAT dəyərində, 106. Sviter (boz) 40 MANAT dəyərində, 107. Başmaq – 1 cüt 10 MANAT dəyərində, 108. Qırmızı kofta 40 MANAT dəyərində, 109. Hamam dəsti 80 MANAT dəyərində, 110. Yumşaq Mişka ürəklə 20 MANAT dəyərində, 111. Eynək (qara, qutu ilə) 20 MANAT dəyərində, 112. Qızıl sep - 1 ədəd 100 MANAT dəyərində cehiz və qızıl-zinət əmlakının, onlar olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi 10,40 manat dövlət rüsumunun 5,40 manatı onun özünə aid edilsin, 5 manatı iddiaçıdan tutulub ona ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov