Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-988/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınıb həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməsi qət edilmişdir. X1 Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, o, apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022, xx.xx.2022-ci il tarixli qətnaməsini əsasız və ədalətsiz hesab edir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, torpaq sahəsi mülki işdə iştirak etmiş Cavabdeh1 ilə birgə nikahları dövründə alınaraq üzərində yaşayış evi inşa olunmuşdur. Abşeron Rayon Məhkəməsində bu mülki işə baxılarkən məhkəmədə maraqlarına toxunulan şəxs kimi mülki işə cəlb edilməmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi həmin torpaq sahəsində və üzərində yerləşən yaşayış evində yaşayan şəxs kimi ona göndərilməmişdir. İcra məmuru onu və ailə üzvlərimi və əmlaklarını Abşeron rayonu, Ömər Xəyyam küçəsi, fərdi yaşayış evindən çıxaran zaman şəxsiyyət vəsiqəsini itirmiş və son günlər əmlaklarının arasından tapa bilmişdir. Bütün bu səbəblərdən eyni zamanda savadsızlığından qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayətini verə bilməmişdir. Nəhayət qətnaməni xx.xx.2023-cü il tarixdə məhkəməyə rəsmi ərizə verməklə götürmüşdür. Bütün yuxarıda qeyd olunanalara əsasən Abşeron rayon Məhkəməsinin e-2(012)-701/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürülməsini nəzərə alıb bu prosessual müddətin bərpası haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, D.Nadirova maraqlarına toxunulan şəxs kimi məhkəmə prosesinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 nömrəli 25.01,2022-ci il tarixli qətnaməsi üzrə maraqlarına toxunulan şəxs kimi məhkəmə prosesinə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(012)-701/2023 nömrəli qərardadına əsasən, X4 hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmaqla Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı vəkili-nümayəndəsi Səfərov X3 Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(012)- 701/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron rayon Məhkəməsinin şikayət olunan 13 noyabr 2023-cü il tarixli, e-2(012)- 701/2022 saylı qərardadın ləğv edilməsi, X4 “apellyasiya şikayətinin verilməsi müddətinin bərpası” ilə bağlı ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-2329/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı tam, bununla bağlı xx.xx.2023-cü il tarixli qərardadı qismən “şikayətin təmin edilməməsi hissəsində” ləğv edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 701/2022 nömrəli, 25 yanvar 2022-ci tarixli qətnaməsi üzrə X2 hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınma barədə ərizəsi və həmin qətnamədən apellyasiya şikayətinin verilməsinə dair “buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi” sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 saylı qərardadına əsasən müddətin bərpasından imtina edilməsi, işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə X2 ərizəsinin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e- 2(012)-701/2022 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. X5 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e- 2(012)-701/2022 saylı qərardadının ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə X4 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). X1 Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(012)-1242/2023 saylı qərardadının ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda ərizə ilə müraciət edərək şikayət verilmə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, maraqlarına toxunan şəxs X4 tərəfindən Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 saylı qərardadından şikayətin verilməsinə dair buraxılmış prosessual müddət bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 saylı qərardadından maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ləğv edilməli, xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardaddan X4 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi X2 Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 saylı qərardadından verilmiş şikayətində şikayət olunan qərardad haqqında məlumat hissəsində Abşeron Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 saylı qərardadından şikayət verildiyi qeyd olunması, belə bir tarixdə qərardad olmadığına görə, apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsi əsası ilə geri qaytarmışdır. Halbuki sözügedən şikayət kollegiya tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət olunan məhkəmə aktının alınma tarixi “xx.xx.2024”, şikayət olunan məhkəmə aktının tarixi və nömrəsi “xx.xx.2024-cü il, 2(012)-701/2022” qeyd edilmişdir. Şikayətin şikayət verən şəxsin tələbi hissəsində də mübahisələndirilən məhkəmə aktının tarixi və nömrəsi düzgün olaraq “xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli” qeyd edilmişdir. Belə olan təqdirdə kollegiya o nəticəyə gəlir ki, şikayət əsassız olaraq geri qaytarılmışdır və həmin şikayətə baxılması üçün mülki iş birinci instansiya məhkəməsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, ərizənin qeyd olunan əsasla geri qaytarılması barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ləğv edilməli, xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardaddan X4 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-988/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-988/2024
15.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver