Məhkəmə qərarları › İş №2(105)-990/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-990/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-990/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə olunmuş vəsait hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı X13 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı X8 xeyrinə 12505,37 (on iki min beş yüz beş manat otuz yeddi qəpik) manat əsas, 685 (altı yüz səksən beş) manat faiz borcu, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 13290,37 (on üç min iki yüz doxsan manat otuz yeddi qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin 120.000 (yüz iyirmi min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı İKB X10 ümumilikdə 13290,37 (on üç min iki yüz doxsan manat otuz yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın ödənilməsi, Cavabdeh bağ evi satıldıqdan ən geci bir ay ərzində həmin qeyri-yaşayış binasından çıxarılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim A.Behbudova) Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə«xxxxxxxx» ASCarasında bağlanmışxx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinəəsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına cavabdehə 36 ay müddətinə 18 ay güzəşt müddəti tətbiq edilməklə və illik 6 faiz hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsülü kimi Cavabdeh xx.xx.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evini iddiaçıya ipoteka qoymuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit vasitəsindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehə pretenziya qaydalarına riayət olunaraq xəbərdarlıq məktubları göndərilsə də, Cavabdeh öhdəliklərini tam icra etməmişdir. xx xxxx 2019-cu il tarixinədək cavbdehin banka 15000 manat əsas borcu, 757,31 manat faiz borcu, 786 manat dəbbə pulu borcu olmaqla, cəmi 16543,31 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən, iddia tələbləri təmin edilməli, İddiaçı X13 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı X8 xeyrinə cəmi 16543,31 manat borcun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcu olan 16543,31 manatın, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə gedişatında «xxxxxxxx» ASC iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı X13 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı X8 xeyrinə cəmi 15913,88 manat borcun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcu olan 15913,88 manatın, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsilə tutulmuş faiz və dəbbə pulu borcu düzgün müəyyən edilməmişdir. Məhkəmə borcu müəyyən edərkən işdəki ekspert rəyinə istinad etmişdir. Lakin keçirilmiş ekspertizanın rəyi İddiaçı ASC-yə gec verilmişdir. Kredit müqaviləsi davam edən müddətdə İddiaçı ASC xx xxxxxxx 2019-cu il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, lakin ərizəyə məhkəmə öz münasibətini bildirməmişdir. Həmçinin məhkəmə qətnamə qəbul edərkən cəriməni mütənasibsiz qaydada azaltmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə əsasən məhkəmə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin tələblərini nəzərə almayaraq cavabdehin xeyrinə cəriməni azaltmışdır. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsində ipoteka ilə yüklü olunmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində 3421 nömrəli ünvanda yerləşən bağ evinin dəyəri 120 000 (yüz iyirmi min) manat müəyyən edilmişdir. İpoteka müqaviləsi bağlanan andan qətnamə qəbul edilənədək keçmiş iki il müddətində əmlakın qiymətinin tərəflər arasında razılaşdırılmış 400xx xxxxxxxx 120000 manata qalxması heç bir məntiqə sığmır. Belə ki, ekspert rəyi qəbul edilərkən hansı meyarları əsas götürməsi və nəyin əsasında əmlaka həmin qiyməti qoyması müəmmalıdır. Qeyd olunan 80000 manat məbləğində fərqin haradan qaynaqlanmasını müəyyənləşdirmək məqsədi ilə təkrar ekspertizanın təyin edilməsi məqsədə müvafiqdir. İpoteka predmetinin həmin dövr üçün dəyirini müəyyən etmək məqsədi ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, lakin ekspertizanın nəticələri banka bildirilməmişdir. Bununla da bank tərəfindən təkrar ekspertiza keçirilməsi barədə məhkəməyə vəsatət vermək hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinin real bazar qiymətinin müəyyən etmək üçün məhkəməqiymətləndirmə ekspertizası təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3752/2019 saylı xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini, daşınmaz əmlakın isə ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyinə uyğunlaşdırılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş materiallarında olan ünvan üzrə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə bildirişləri cavabdehin həmin ünvanda yaşamaması səbəbilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinin surətindən görünür ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına cavabdehə 36 ay müddətinə 18 ay güzəşt müddəti tətbiq edilməklə və illik 6 faiz hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan MH ******* saylı, xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evi Cavabdeh mülkiyyətindədir. Yenə də iş materiallarında olan nikahın bağlanması haqqında 410420 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2000-ci il tarixdə X5 ilə nikaha girmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evini xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsi üzrə öz öhdəliklərinin təminatı kimi ipotekaya qoymuş, ipoteka predmetinin dəyəri 40.000 manat müəyyən edilmişdir. İşdəki ərizədən görünür ki, cavabdehin arvadı X5 ərinin İddiaçı ASC-dən götürdüyü kredit üzrə öhdəliklərini yerinə yetirmədiyi halda həmin evdən 30 gün müdətində könüllü çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdehə bank qarşısında kredit üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Yenı iş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdehə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, «İddiaçı” ASC DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən bu bildiriş xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuşxx xxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 15000 manat əsas borcu, 757,31 manat faiz borcu, 786 manat dəbbə pulu borcu olmaqla, cəmi 16543,31 manatməbləğində borcu vardır. İşdə olan "xxxxxxxx” MMC tərəfindən tərtib edilən xx xxx 2019-cu il tarixli bağ evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3421 nömrəli bağ evinin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 120 000 manat təşkil edir. Yenə işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11977 saylı rəyindən görünür ki, Cavabdeh xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixinə 15000 manat əsas borcu, 685 manat faiz borcu vardır. Problemli kreditlərin kompensasiyası ilə bağlı xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan 15000 manat əsas kredit borcunun 2494,63 manat hissəsi kompensasiya edilmişdir və hazırda əsas borcu 12505,37 manat təşkil edir. İş materiallarına əlavə olunmuşxx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə12505,37 manat əsas borcu, 1268,51 manat faiz borcu, 2140 manat dəbbə pulu borcu olmaqla, cəmi 16543,31 manatməbləğində borcu vardır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilən xx xxxxxx 2020-ci il tarixli bağ evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3421 nömrəli bağ evinin bazar dəyəri 120 000 manat, likvid dəyəri isə 92000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətiqismən təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsi qismən-ipoteka predmetindən cavabdehin çıxarılması hissəsində ləğv edilməli, bu hissədə iddia təmin edilməli, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində qətnamə dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə «xxxxxxxx» ASCarasında xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına cavabdehə 36 ay müddətinə 18 ay güzəşt müddəti tətbiq edilməklə və illik 6 faiz hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsülü kimi Cavabdeh xx.xx.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evini iddiaçıya ipoteka qoymuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehin arvadı X5 ərinin İddiaçı ASC-dən götürdüyü kredit üzrə öhdəliklərini yerinə yetirmədiyi halda həmin evdən 30 gün müdətində könüllü çıxmağı barədə ərizə ilə ipoteka saxlayan-bank qarşısında öhdəlik götürmüşdür. Cavabdeh kredit götürdüyü pul vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edildiyi kimi, cavabdeh kredit götürdüyü pul vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Buna görə də, iddiaçının AR Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən hazırda həm müqavilənin vaxtından əvvəl ləğv olunması, həm də müqavilə üzrə kredit borcunun Cavabdeh alınması barədə tələbi haqlıdır. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. Məhkəmə faiz borcunun tutulması üçün ekspertin verdiyi xx.xx.2019-cu il tarixli, 11977 saylı rəyə, əsas borcun tutulması üçün isə iddiaçının verdiyi maliyyə arayışına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında əsas və faiz borcunun bu qaydada müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar cəmi 2140 manat məbləğində cərimə borcu hesablanmış, məhkəmə isə cavabdehə 100 manat cərimə tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ əsas və faiz borcuna mütənasibdir və bu hissədə də qətnamə işin faktiki hallarına uyğundur. Ona görə də bu hissədə də apelyasiya şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. İşdən görünür ki, Cavabdeh bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır və yuxarıda qeyd olunan normaların tələbinə əsasən tələb ipotekaya qoyulmuş Cavabdehna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinə yönəldilməli və həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından aydın olur ki, tərəflər öz aralarında ipoteka predmetinin qiymətini 40000 manat, məhkəmə isə onun hərracdakı ilkin satış qiymətini mütəxəssis rəyinə əsasən 120000 manat müəyyən etmişdir. İiddiaçı arada olan kəskin fərqə görə bu məbləği mübahisələndirdiyindən ipoteka predmeti olan həmin yaşayış evi yenidən qiymətləndirilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilən xx xxxxxx 2020-ci il tarixli bağ evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3421 nömrəli bağ evinin bazar dəyəri 120 000 manat, likvid dəyəri isə 92000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi açıq hərraca çıxarılarkən onun ilkin satış (likvid dəyəri) qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq 92000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, işdən görünür ki, «xxxxxxxx» ASC ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə də iddia qaldırmış, məhkəmə qətnaməsində isə Cavabdeh bağ evi satıldıqdan ən geci bir ay ərzində həmin qeyri-yaşayış binasından çıxarılması barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, «xxxxxxxx» ASC-nin tələbi Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədədir və bununla bağlı birinci instansiya məhkəməsi verilmiş tələb üzrə deyil, iddiadan kənara çıxaraq mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Bu tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Daha öncə qeyd olunduğu kimi ipotekaqoyanın arvadı X1 şəhər 4 saylı notariat kontoruna ərizə ilə müracıət edərək ərinin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3421 nömrəli bağ evinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 59.4cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar(ilkin variantda məhkəmə qərarı tələb olunurdu). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh və arvadı fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, ev boşaldılmalıdır. Ona görə də həmin hissədə də iddia təmin olunmalı, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evi açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Birinci instansiya məhkəməsi işüzrə bu hala düzgün qiymət verməmiş, bu barədə tələb olmadığı halda, mübahisəli əmlakdan təkcə cavabdehin çıxarılması barədə barədəəsassız nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə ləğv olunmalı, iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətiqismən təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 3752/2019 saylı qətnaməsi qismən-ipoteka predmetindən cavabdehin çıxarılması hissəsində ləğv edilməli, bu hissədə iddia təmin edilməli, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində qətnamə dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxxxxxx» ASC-yə verilməli, mütəxəssisin tərtib etdiyi rəyə görə 300 manat tutularaq “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına keçirilməlidir. Şərh olunanlara əsasən vəAzərbaycan RespublikasıMPM-nin 382, 384.0.1, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-3752/2019 saylı qətnaməsi qismən-ipoteka predmetindən cavabdehin çıxarılması hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evi açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsin. Qətnamə həmin evin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinin hərracdakı ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 92000 manat müəyyən edilsin. Qətnamə, İddiaçı X13 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 215/F saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı X8 xeyrinə 12505,37 (on iki min beş yüz beş manat otuz yeddi qəpik) manat əsas, 685 (altı yüz səksən beş) manat faiz borcu, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 13290,37 (on üç min iki yüz doxsan manat otuz yeddi qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsində yerləşən 3421 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı İKB X10 ümumilikdə 13290,37 (on üç min iki yüz doxsan manat otuz yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın ödənilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi hissələrində qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri kimi 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına (Paşabank ASC, cari hesab AZ53PAHA********************, VÖEN **********) keçirilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxxxxxx» ASC-yə verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar