Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-997/2025 11.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işdən çıxarılmanın qanunsuz sayılması, işə bərpa və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21.*5.2*25-ci il tarixli, 2(*6*)-3997/2*25 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işdən çıxarılmanın qanunsuz sayılması, işə bərpa və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbinin müəllimləri-İddiaçı3 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 4* saylı əmri, İddiaçı4 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 41 saylı əmri, İddiaçı2 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 44 saylı əmri, Nurlana Bədəlovanın işdən çıxarılması bardə *7 aprel 2*25-ci il tarixli 54 saylı əmri qanunsuz olduqları üçün qüvvədən düşmüş sayılması, iddiaçıların öz işlərinə bərpa olunması və məcburi işə çıxmadıqları günlərə görə əmək haqqlarının ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Sumqayıt Şəhər Məhkəməsinin 21.*5.2*25-ci il tarixli, 2(*6*)-3997/2*25 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
3. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir.
4. Qərardaddan iddiaçılar şikayət verərək qərardad qanunsuz olduğu üçün ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər.
5. Sumqayıt Şəhər Məhkəməsinin 11.*6.2*25-ci il tarixli, 2(*6*)-3997/2*25 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar 13 may 2*25-ci il tarixdə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq müsiqi məktəbinə qarşı işdən çıxarılmaqları barədə əmrlərin qanunsuz olduqları üçün qüvvədən düşmüş sayılması, öz işlərinə bərpa olunmaqları, məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan mənəvi ziyana görə kompensasiya ödənişi tələbi ilə bağlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət ediblər. İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vəfa Şirəliyevanın icraatına verilib. Lakin bu barədə iddiaçılar qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmayıblar. İddiaçılar 3* may 2*25-ci il tarixdə məhkəmə binasına gəlib telefonla işin hansı hakimə verildiyini öyrəndikdən sonra işə nə vaxt baxılacağı barədə məlumat almaq üçün oradakı telefonla hakimin köməkçisi ilə əlaqə yaradıblar. Həmin şəxs bildirib ki, iddia ərizəsi “qarışıq yazıldığı üçün” hakim gələn həftə onu qərardadla qaytarmağa hazırlaşır. İddiaçılar bu məlumatı aldıqdan sonra 2 iyun 2*25-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin sədri Rəşad Mustafayevə yazılı müraciət ediblər. Ərizədə qanunvericiliyin konkret normalarına istinad etməklə, hakim V.Şirəliyevanın iddia ərizəsini qaytaracağı halda MPM-in tələblərini pozacağını vurğulamaqla aşağıdakıları xahiş ediblər: İddia ərizəsinin qaytarılmaması üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyü üçün hakim tərəfindən buna yol verilməsinin qarşısının alınması və ona mahiyyəti üzrə baxılmasının təmin olunması, bu işin cavabdeh dövlət qurumuna qarşı məhkəmənin icraatında olan oxşar tələblərlə qaldırılmış digər mülki işlərlə birləşdirilərək onların bir icraatda baxılmasının təmin olunması, mülki işə aid bütün sənədlərin (iddia ərizəsi, vəsatətlər, şikayətlər, qərardadlar da daxil hakimin qəbul etdiyi bütün qərarlar və s.) iddiaçıların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsinin təmin olunması. Məhkəmə sədrinə bu şikayətdən sonra hakim V.Şirəliyeva şikayətin qaytarılması barədə guya 21 may 2*25-ci il tarixdə qəbul edilmiş qərardadı 13 gün sonra-iyunun 3-də “Elektron məhkəmə” portalında yerləşdirib. Həmçinin iddiaçıların email ünvanlarına 21 may 2*25-ci il tarixli qərardadın iyunun 3-də “Elektron məhkəmə” portalında yerləşdirildiyi barədə məlumat daxil olub. Hakim iddia ərizəsinin qaytarılmasının zəruriliyini qərardadında cəmi bir cümlə əsaslandırıb: “Göründüyü kimi iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir.” İddiaçılar 4 iyun 2*25-ci il tarixdə həmin qərardaddan Sumqayıt Məhkəməsinə şikayət veriblər. Həmçinin onlar məhkəmənin sədri Rəşad Mustafayevə hakimin qanunsuz hərəkətləri ilə bağlı şikayət etməklə yanaşı, onun bu işdə hakim kimi iştirakına etiraz bildiriblər. Sənədlər həm “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, həm də kağız formasında Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Hakim qanunvericiliyin tələblərini pozub. Başqa sözlə, qərardadın məhz üzərində göstərildiyi tarixdə qəbul edildiyini şübhə altına alan, hakimin onu sonradan yazaraq köhnə tarixlə rəsmiləşdirdiyi əminliyini yaradan bir neçə ciddi fakt var: Hakimin köməkçisinin iddiaçılarla 3* may 2*25-ci ildə telefonla danışığı zamanı iddia ərizəsinin hakim tərəfindən “gələn həftə” qaytarılacağını onlara deməsi, qərardadın mayın 21-də qəbul edildiyi barədə “Elektron məhkəmə” portalında, qanunvericiliyin tələbinə zidd olaraq, həmin gün məlumatın yerləşdirilməməsi, iddia ərizəsinin qaytarılması barədə 21 may 2*25-ci il tarixli qərardadın çıxarılması ilə bağlı məlumatın “Elektron məhkəmə” portalında 3 iyun 2*25-ci il tarixdə yerləşdirilməsi və iddiaçıların email ünvanlarına da bu barədə məlumatın həmin tarixdə göndərilməsi, mayın 21-də qəbul edildiyi iddia edilən qərardadın kağız variantının üstündən 13 gün keçməsinə baxmayaraq, bu günə qədər (4 iyun 2*25-ci il) iddiaçılara təqdim edilməməsi. Bu və digər faktlar hakimin saxtakarlıq edərək iddianın qaytarılması barədə qərardadı köhnə tarixlə rəsmiləşdirilməsi əminliyini gücləndirir. Tarixlərə riayət edilməməsi ilə bağlı iddia ərizəsinin qaytarılması faktını kənara qoysaq belə, yuxarıda qeyd edildiyi kimi, hakim qərardadında iddia ərizəsinin qaytarılmasını bir cümlə belə əsaslandırıb: “Göründüyü kimi iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir.” İddia ərizəsində iddiaçılar aşağıdakı tələbləri irəli sürüblər: “1. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq müsiqi məktəbinin müəllimləri-İddiaçı3 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 4* saylı Əmri, İddiaçı4 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 41 saylı Əmri, İddiaçı2 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 44 saylı Əmri, Nurlana Bədəlovanın işdən çıxarılması barədə *7 aprel 2*25-ci il tarixli 54 saylı Əmri qanunsuz olduqları üçün qüvvədən düşmüş sayılması, iddiaçıların öz işlərinə bərpa olunmasına və məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi barədə qərar verilsin. 2. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasına qərar verilsin.” Əvvəla iddia tələblərinin hamısının həm mübahisəyə birbaşa aidiyyəti var, həm də onlar hamısı bir-biri ilə əlaqədardır. İkinci bu qərardadın məzmunu məhkəmə aktının məzmunu ilə bağlı qanunvericiliyin tələblərindən çox-çox uzaqdır. Qərardadda “iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş” deyəndə konkret olaraq bir biri ilə əlaqəli olmayan tələblərin hansı olduğuna aydınlıq gətirilməyib. Məhkəmə aktından bəlli olmur ki, iddia tələblərindən hansının və hansılarının mübahisənin predmetinə aidiyyəti və ya bir bir-biri ilə əlaqəsi yoxdur, yaxud da onların arasında əlaqənin olmaması nədə ifadə olunub. İddiaçılar məhkəmədən işə bərpa ilə yanaşı aliment tələbi irəli sürsəydilər, bu tələbin işə bərpa və ya buraxılmış işgünlərinə görə əmək haqqı tələblərinə aidiyyəti olmazdı. Hakimin tələblər arasında xoşuna gəlməyəni işgüzar nüfuzlarına vurulan ziyana görə kompensasiya tələbidirsə, əvvəla, hesab etmir ki, bu tələbin o biri tələblərlə bağlılığı yoxdur, ikinci hakim bunu qərardadında aydın şəkildə yazmalı və əsaslandırmalı idi ki, məhkəmə aktının nəticə hissəsində “iddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin” yazanda iddiaçılar hansı “nöqsanları” aradan qaldırılmalı olduqları barədə aydın təsəvvürləri olaydı. İddiaçıalar iddia ərizəsində bu işin eyni cavabdehə qarşı eyni tələblərlə qaldırılmış oxşar işlərlə birləşdirilməsi məsələsini qaldırmışdırlar. Hakim V.Şirəliyevanın icraatında eyni cavabdehə qarşı eyni tələblərlə həmin məktəbin müəllimi Esmira Məmmədovanın qaldırdığı daha bir mülki iş var. Bu işdəki iddiaçılarla yanaşı, E.Məmmədova da 2 iyun 2*25-ci il tarixdə keçirilən məhkəmə prosesində qaldırıb. Lakin hakim həmin iddialarda fərqli tələblər qoyulması əsası ilə vəsatəti rədd edib. Halbuki hər iki işdə tələblər eynidir, işlərdən birində əlavə olaraq mənəvi ziyana kompensasiya tələbinin olması işlərin birləşdirilməsinə mane olmamalıdır. Bu baxımdan, hakimin bu qərarını da əsassız hesab edirlər. Qərardan göründüyü kimi: “İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Cavabdeh quruma qarşı həmin məktəbin müəllimlərinin işə bərpa tələbi ilə bağlı qaldırdıqları mülki işlərin bir icraatda birləşdirilərək baxılması mübahisənin tez və düzgün həlli imkanı yaratmaqla yanaşı, həm də bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edərdi. Bu səbəbdən də bu mülki işin Esmira Məmmədovanın, o cümlədən digər şəxslərin həmin cavabdehə qarşı eyni tələblərlə iddiası üzrə mülki işlə (işlərlə) bir icraatda birləşdirilərək vəsatəti hakimin rədd etməsini əsassız sayırlar. İşlə bağlı bütün mühüm məhkəmə sənədlərinin iddiaçıların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində hakim tərəfindən yerləşdirilməsi və onlara bu barədə məlumatların həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması qanunun tələbidir (MPM, 135.6 cımaddə). Hakim qanunun bu tələbini də pozub: bütün məhkəmə sənədlərini elektron kabinetində yerləşdirməyib (və ya vaxtında yerləşdirməyib), həmçinin iddiaçıları bu barədə elektron qaydada məlumatlandırmayıb. Qərəzsizliyini və peşəkarlığını şübhə altına almaq üçün əsaslar verən, həmçinin qanunla üzərinə qoyulan vəzifələrinə səhlənkar yanaşan hakimin obyektiv məhkəmə araşdırması aparacağı və ədalətli qərar verəcəyi şübhə doğurur.
7. İddiaçı tərəfin təqdim etdiyi şikayətə əlavə onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərə görə iddia ərizəsinin qaytarılması barədə 21 may 2*25-ci il tarixli qərardadı qanunsuz hesab edirlər: 1. İddia ərizəsinin qaytarılması qanunvericiliyin kobud pozuntusu ilə həyata keçirilib.
8. MPM-in 151.3-cü maddəsi deyir ki, iddia ərizəsi məhkəməyə daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır və hakim heç bir halda onu qaytarmalı deyildi və işə mahiyyət üzrə baxmalı idi. Hakim MPM-in 263.5-1-ci maddəsinin tələbini pozaraq elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirməyib. Bu o anlama gəlir ki, ya qərardad həmin tarixdə çıxarılmayıb, hakim bizim şikayətlərimizdən sonra məhkəmə aktını həmin tarixlə rəsmiləşdirib, ya da qanunu pozaraq elan olunmuş qərardad barədə məlumatı həmin gün uyğun informasiya sistemində yerləşdirməyib. Bunlardan hansı biri baş veribsə, kobud qanun pozuntusu sayılmalıdır. Bizim qənaətimizə görə, birinci variantdır, daha kobud pozuntudur, çünki saxtakarlıqdan söhbət gedir. MPM-in 263.6-cı maddəsinin hakimin üzərinə vəzifə qoyur ki, qərardadı işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, MPM-in müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul etsin. Bu işdəki hakim qanun bu tələblərini də pozub. MPM-in 266.3-cü maddəsi hakimin üzərinə vəzifə qoyur ki, qaytarılma barədə qərardad çıxardıqdan sonra 5 gün müddətində: - onu işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada təqdim etsin, - elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin etsin. MPM-in 135.6-cı maddəsi isə hakimdən tələb edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər həmin sistemdə qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri onların həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırsın. Hakim qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozub. Başqa sözlə, qərardadın məhz üzərində göstərildiyi tarixdə qəbul edildiyini şübhə altına alan, hakimin onu sonradan yazaraq köhnə tarixlə rəsmiləşdirdiyi əminliyini yaradan bir neçə ciddi fakt var: hakimin köməkçisinin iddiaçılarla 3* may 2*25-ci ildə telefonla danışığı zamanı iddia ərizəsinin hakim tərəfindən “gələn həftə” qaytarılacağını onlara deməsi (bu faktın mövcudluğu məhkəmə sədrinə iddiaçıların ünvanladığı şikayətlərlə bağlı verilən cavablarda mübahisələndirilməyib); iddia ərizəsinin qaytarılması barədə qərardadın mayın 21-də qəbul edildiyi barədə “Elektron məhkəmə” portalında, qanunvericiliyin tələbinə zidd olaraq, həmin gün məlumatın yerləşdirilməməsi (MPM, 263.1-5); iddia ərizəsinin qaytarılması barədə 21 may 2*25-ci il tarixli qərardadın çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilməməsi (MPM, 266.3), qərardadın çıxarılması barədə məlumatın və onun mətninin “Elektron məhkəmə” portalında 3 iyun 2*25-ci il tarixdə yerləşdirilməsi və iddiaçıların email ünvanlarına da bu barədə məlumatın həmin tarixdə göndərilməsi. Bu faktlar hakimin saxtakarlıq edərək iddianın qaytarılması barədə qərardadı köhnə tarixlə rəsmiləşdirilməsi əminliyini gücləndirir ki, bu da F.Kərimova tərəfindən yol verilən kobud qanun pozuntusu sayılmalıdır. Bunun əksinə - qərardadın həqiqətən də mayın 21-də çıxarıldığına inansaq, bu, yenə də o anlama gəlir ki, hakim qanunvericiliyin (MPM-in 263.1-5 və 266.3-cü və s. maddələr) tələblərini kobud şəkildə pozub. Hakimin iddia ərizəsinin qaytarılması barədə qərardadı əsaslandırılmayıb və onun məzmunu qanunvericiliyin tələblərinə cavab vermir MPM-in 264-cü maddəsi qərardadın məzmunu ilə bağlı tələbləri müəyyən edir: Maddə 264. Qərardadın məzmunu 264.*. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.*.1. qərardadın çıxarılma vaxtı və yeri; 264.*.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi; 264.*.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb; 264.*.4. qərardadın hansı məsələ barədə çıxarılması; 264.*.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi; 264.*.6. baxılan məsələ üzrə nəticə; 264.*.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti. İddia ərizəsində iddiaçılar aşağıdakı tələbləri irəli sürüblər: “1. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq müsiqi məktəbinin müəllimləri - İddiaçı3 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 4* saylı Əmri, İddiaçı4 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 41 saylı Əmri, İddiaçı2 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 44 saylı Əmri, Nurlana Bədəlovanın işdən çıxarılması barədə *7 aprel 2*25-ci il tarixli 54 saylı Əmri qanunsuz olduqları üçün qüvvədən düşmüş sayasınız, İddiaçıların öz işlərinə bərpa olunmasına və məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi barədə qərar verilsin. 2. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi, Cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasına qərar verilsin.” Hakim qərardadında iddia ərizəsinin qaytarılmasını bir cümlə belə əsaslandırıb: “Göründüyü kimi iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir.” İddia ərizəsinin qaytarılması barədə qərarda hakim gəldiyi nəticənin əsası kimi MPM-in 152-1-ci maddəsinə istinad edir; orada yazılır: Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə..; Birinci, iddia tələblərinin hamısının həm mübahisəyə birbaşa aidiyyəti var, həm də onlar hamısı bir biri ilə əlaqədardır. İkinci, bu qərardadın məzmunu məhkəmə aktının məzmunu ilə bağlı qanunvericiliyin tələblərindən çox-çox uzaqdır. Qərardadda “iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş” deyəndə konkret olaraq hansı tələblərin bir-biri ilə əlaqəsi olmadığını aydın şəkildə yazmalı və əsaslandırmalı idi. Məhkəmə aktından isə bəlli olmur ki, iddia tələblərindən hansının və hansılarının mübahisənin predmetinə aidiyyəti və ya bir bir-biri ilə əlaqəsi yoxdur yaxud da onların arasında əlaqənin olmaması nədə ifadə olunub. İddiaçılar məhkəmədən işə bərpa ilə yanaşı aliment tələbi irəli sürsəydilər, bu tələbin işə bərpa və ya buraxılmış iş günlərinə görə əmək haqqı tələblərinə aidiyyəti olmazdı. Üçüncü, hakim V.Şirəliyevanın icraatında eyni cavabdehə qarşı eyni tələblərlə həmin məktəbin müəllimi Esmira Məmmədovanın qaldırdığı daha bir mülki iş var. Belə ki, bu işdəki iddia tələblərindən ikisi - işdən çıxarılma barədə əmrlərin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması və iddiaçıların öz işlərinə bərpa olunması və məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi tələbləri E.Məmmədovanın iddia ərizəsində də var. Hakim həmin işi icraata götürüb, iddia ərizəsini geri qaytarmayıb və hazırda mahiyyət üzrə baxışdadır. Dördüncü, falçılıq etsək, belə anlamaq olar ki, hakimin tələblər arasında xoşuna gəlməyəni mənəvi ziyana görə iddiaçıların cavabdehdən kompensasiya tələb etmələri olub. Əgər belədirsə: hakim bu tələbin o biri tələblərlə bağlılığınının olmaması qənaətindədirsə, qanunun tələb etdiyi kimi, bunu qərardadında aydın şəkildə yazmalı və əsaslandırmalı idi. Bu, həm də ona görə zəruridir ki, məhkəmə aktının nəticə hissəsində “iddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin“ yazanda iddiaçılar hansı “nöqsanları” aradan qaldırılmalı olduqları barədə aydın təsəvvürləri olaydı. İşə bərpa ilə bağlı işlərdə qanun iddiaçılara işə bərpa və məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi tələbini irəli sürməklə yanaşı, həm də, mənəvi ziyana görə kompensasiya istəmək haqqını verib. Belə ki: İşçiyə vurulan mənəvi ziyanla bağlı normalar Əmək Məcəlləsinin bir neçə maddəsində yer alıb: Maddə 195, 196, 288, 29*, 3**. Həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 3 noyabr 2**8-ci il tarixli Qərarına əsasən: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 29*-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 29*-ci maddəsi ilə yanaşı, bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 2*2, 288 və 3**-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 29*ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.”
9. Yekun olaraq: falçılıq nəticəsində bu qənaətə gəlsək ki, (təəssüf ki, hüquqi əsasda iddiaçılardan nə istənildiyini qərardaddan aydın görmək haqqını hakim təmin etməyib), iddia ərizəsində hakimin gözünə “pis dəyən” mənəvi ziyanla bağlı tələbdir, bu bir daha onun sübutudur ki, onun nə qanunvericilikdən xəbəri var, nə Ali və Konstitusiya Məhkəməsinin və s. məhkəmə aktlarından və presedentlərindən. Hakimin bu mülki işi onun icraatında olan oxşar tələblərlə bağlı digər işlərlə birləşdirilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun deyil İddiaçıalar iddia ərizəsində bu işin eyni cavabdehə qarşı eyni tələblərlə qaldırılmış oxşar işlərl birləşdirilməsi məsəlsini qaldırıblar. Hakim V.Şirəliyevanın icraatında eyni cavabdehə qarşı eyni tələblərlə həmin məktəbin müəllimi Esmira Məmmədovanın qaldırdığı daha bir mülki iş var; bu işdəki iddiaçılarla yanaşı, E.Məmmədova da 2 iyun 2*25-ci il tarixdə keçirilən məhkəmə prosesində qaldırıb. Lakin hakim həmin iddialarda fərqli tələblər qoyulması əsası ilə vəsatəti şəkildə rədd edib. Hakim vəsatəti şifahi şəkildə rədd edib, gəldiyi nəticəni də əsaslandırmayıb. MPM-in 169-cu maddəsinə (Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması) əsasən: Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması ...169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Normanın məzmunundan göründüyü kimi, hakim həmin məhkəmənin icraatında “müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2*13-cü il tarixli qərarına əsasən: “İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində birbiri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Məhkəmələrə verilən tələblərin məhdud birləşdirilməsi səlahiyyəti də qanunvericiliklə müəyyən edilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (MPM-in 169.3-cü maddəsi).” Qərardan göründüyü kimi: “İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, birbiri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Cavabdeh quruma qarşı həmin məktəbin müəllimlərinin işə bərpa tələbi ilə bağlı qaldırdıqları mülki işlərin bir icraatda birləşdirilərək baxılması mübahisənin tez və düzgün həlli imkanı yaratmaqla yanaşı, həm də bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edərdi. Bu səbəbdən də bu mülki işin Esmira Məmmədovanın, o cümlədən digər şəxslərin həmin cavabdehə qarşı eyni tələblərlə iddiası üzrə mülki işlə (işlərlə) bir icraatda birləşdirilərək baxılması barədə vəsatəti hakimin rədd etməsini əsassız, qərarını əsaslandırmamasını qanun pozuntusu sayırıq. Hakim qanunvericiliyin tələblərini pozaraq işə aid bütün məhkəmə sənədlərini və məlumatları iddiaçıların elektron kabinetlərində yerləşdirməyib və ya vaxtında yerləşdirməyib. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydalarını tənzimləyən MPM-in 135-ci maddəsinə əsasən: Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, işlə bağlı bütün mühüm məhkəmə sənədlərinin iddiaçıların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində hakim tərəfindən yerləşdirilməsi və onlara bu barədə məlumatların həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması qanunun tələbidir (MPM, 135.6cı maddə). Hakim qanunun bu tələbini də pozub: bütün məhkəmə sənədlərini iddiaçıların elektron kabinetində yerləşdirməyib və ya vaxtında yerləşdirməyib. Həmçinin hakim qəbul edilən məhkəmə sənədləri ilə bağlı da iddiaçıları qanunun tələblərinə uyğun qaydada məlumatlandırmayıb. Məhkəmə sənədlərinin bir hissəsi iddiaçıların hakimdən şikayətlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin sədrlərinə, Məhkəmə-Hüquq Şurasına ünvanladığı müracətlərdən sonra onların elektron kabinetlərinə (bəziləri köhnə tarixlə) əlavə edilib. Məsələn, yuxarıda qeyd edildiyi kimi, hakim iddia ərizəsinin qaytarılması barədə 21 may 2*25-ci il tarixli qərardadı həqiqətən həmin tarixdə çıxarıbsa, onu iddiaçıların şəxsi kabinetində 13 gün sonra - iyunun 3-də yerləşdirib. Və ya iddia ərizəsinin qaytarılması barədə qərardaddan iddiaçıların verdiyi şikayəti rədd edilərək, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 13 iyun 2*25-ci il tarixli qərardadı isə 7 gün sonra iddiaçıların elektron kabinetində yerləşdirib. Halbuki qanuna görə, bu cür qərardadlar çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilməli və bu barədə onlar elektron poçt, SMS və s. vasitələrlə məlumatlandırılmalı idi (MPM, 266.3 və 133-cü maddələr). V.Şİrəliyeva işin onun icraatında olduğu müddət ərzində çıxardığı məhkəmə sənədləri barədə iyunun 3-nə qədər elektron poçt, SMS və s. vasitələrlə iddiaçılara heç bir məlumat göndərməyib. Sonradan onların emailinə cəmi 2 bildiriş göndərib ki, bunlar iyunun 3-də göndərilən ilk bildiriş iddia ərizəsinin qaytarılması barədə 21 may tarixli qərardadın, 2* iyunda isə göndərdiyi ikinci bildiriş isə 13 iyun 2*25-ci il tarixli qərardadın iddiaçıların elektron kabinetlərində yerləşdirilməsi ilə bağlıdır. Bu hissədə də hakim qaydalara və müddətlərə riayət etməyib. Hakim ona edilən etirazla bağlı qanunvericiliyin tələblərini pozub iddiaçılar V.Şirəliyevanın iddia ərizəsini geri qaytarması barədə onlara emaillə məlumat verilən günün (3 iyun 2*25-ci il) ertəsi - iyunun 4-də məhkəmənin sədri R.Mustafayevə hakimin özbaşınalıqları ilə bağlı müraciətdə (şikayətdə), “peşəkarlığı və qərəzsizliyi ilə bağlı əsaslı şübhələri olduğu üçün” V.Şirəliyevanın bu işə baxmasına etiraz bildirib və işi onun icraatından alıb başqa hakimə həvalə etməsini xahiş ediblər. Eyni xahişi iyunun 4-də poçtla göndərdikləri iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan şikayətdə (həmin sənədi, E-Məhkəmə portalındakı texniki problemlər səbəbindən, elektron kabinet vasitəsilə yalnız iyunun 11-də göndərə biliblər) təkrarlayıblar. Sumqayıt Şəhər Məhkəməsinin sədri 11 iyun 2*25-ci il tarixdə iddiaçılara cavabında hakimin haqlı olaraq iddia ərizəsini qaytardığını bildirib, şikayətdə onun yol verdiyi pozuntularla bağlı yazılanlara, həmçinin hakimə etirazla bağlı məsələyə münasibət bildirməyib. İddiaçılar R.Mustafayevin 11 iyun 2*25-ci il tarixli məktubu ilə bağlı 18 iyun 2*25-ci il tarixdə ona “Hakimlərin özbaşınalığından məhkəmə sədrinə edilən müraciət və şikayətlərlə əlaqədar verilən formal və standart rədd cavabları ilə bağlı etiraz (şikayət)” ünvanlayıblar. Həmin sənəddə onlar təkrar olaraq V.Şirəliyevanın bu işə baxmasına etiraz edirlər və işi onun icraatından alınıb başqa hakimə həvalə edilməsini xahiş ediblər. Hakimə etirazla bağlı məhkəmə sədrinə ünvanlanan təkrar müraciətə cavabı bu dəfə onun özü yox, hərəkətlərindən şikayət verilən hakim verib. V.Şirəliyeva iddiaçılara ünvanladığı 19 iyun 2*25-ci il tarixli məktubunda onların “nəzərinə çatdırıb” ki: “Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş hakiminə etiraz etməniz ilə bağlı ərizənizə cavab olaraq bildirilir ki, qeyd olunan 2(*6*)-3997/2*25 saylı iş üzrə 21.*5.2*25-ci il tarixdə qərardad qəbul edilərək iddia tələbi geri qaytarılıb. Lakin tərəfinizdən məhkəməyə hakiminə etiraz edilməsi ilə bağlı ərizə 1* iyun 2*25-ci il tarixdə (tarix yanlış yazılıb, şikayət iyunun 11-də elektron kabinet vasitəsilə göndərilib İ.Ə.) təqdim edilmişdir. İşə məhkəmədə baxılması yekunlaşaraq yekun məhkəmə aktı qəbul edildikdən sonra hakiminə etiraz ilə əlaqədar məhkəməyə müraciət etmisiniz. Nəzərinizə çatdırılır ki, mülki prosessual qanunvericilikdə iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra hakimə etiraz verilməsi nəzərdə tutulmadığından hazırkı ərizənin baxılaraq münasibət bildirilməsi yolverilməzdir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2**5-ci il tarixli qərarının 9.1-ci maddəsində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işə mahiyyəti üzrə baxılmağa başlanana kimi (sədrlik edən iş üzrə məruzəyə başlayana kimi) edilə bilər.” 1*. Hakim iddianın qaytarılması barədə qərar qəbul edənə qədər və qərarın qəbulu ilə bağlı kobud qanun pozuntularına yol verdiyi üçün iddiaçılar hakimə etirazı ümumi qaydalara uyğun bildirmək hüququndan məhrum olunublar. Belə ki: iddiaçılar hakimə etiraz bildirəndə hələ iş üzrə “yekun qərar” çıxarılmamışdı. Bu barədə Sumqayıt Şəhər Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin Sədrinə, Məhkəmə-Hüquq Şurasına hakimlə bağlı şikayətlərdə, həmçinin apellyasiya şikayətində ətraflı qeyd olunub: - iyunun 3-də iddiaçılar məhkəmə binasına gələrək işin hansı hakimdə olduğunu öyrənə biliblər, oradan hakimin otağına zəng edəndə köməkçisi bildirib ki, iş V.Şirəliyevanın icraatındadır, hələ qərardad çıxarılmayıb, iddia ərizəsi “qarışıq yazıldığı üçün” hakim gələn həftə onu qaytarmağa hazırlaşır; - bu şikayətlərdən sonra iyunun 3-də hakim tələsik yazdığı biabırçı qərardadı iddiaçıların kabinetində yerləşdirib və tarixini də “21 may 2*25-ci il” qoyub və iş icraatında olduğu dövr ərzində iddiaçılara ilk dəfə məlumat göndərib (məhkəmə aktının onların elektron kabinetində yerləşdirilməsi barədə). Yəni, iddiaçılar faktiki mayın 21-də olmayan prosesdə heç bir halda iştirak edib hakimə etiraz edə bilməzdilər, çünki onlarda V.Şirəliyevanın qərəzsizliyi və ya peşəkarlığı ilə bağlı şübhələr sonradan – mayın 3*-da hakim köməkçisinin verdiyi məlumatdan sonra yaranıb. Bu şübhələri onlar 2 iyun 2*25 ci il tarixdə Sumqyayıt Şəhər Məhkəməsinin sədrinə yazılı şəkildə çatdırıblar. İyunun 3-də hakimin köhnə tarixlə rəsmiləşdirdiyi qərardadını oxuduqdan hakimə etiraz üçün real əsaslar yarananda iyunun 4-də həmin qərardaddan şikayətdə və Məhkəmə Sədrinə şikayətdə hakimə etiraz ediblər. Əgər hakim qərardadı real olaraq qəbul etdiyi gün, yənin iyunun 3-də məhkəmə iclasını keçirsəydi, tərəfləri iclasa dəvət etsəydi və ya məhkəmə iclası barədə onları öncədən elektron kabinet vasitəsilə məlumatlandırsaydı, bu halda, İddiaçılar V.Şirəliyevaya etirazı ya canlı şəkildə məhkəmə iclasında təqdim etmək, ya da onu elektron kabinet vasitəsilə göndərmək hüququndan yararlana bilərdilər. İddiaçıların hakimə etirazı iddia ərizəsinin qaytarılması barədə qərardaddan verdikləri şikayətə əlavə etmələrinin qanuniliyi və ya əsaslılığı ilə bağlı: İddia ərizəsinin qaytarılması barədə qərardadın mübahisələndirilməsi digər “yekun məhkəmə aktlarından” fərqlənir və iki hissədən ibarətdir: əvvəl hakim daxil olan şikayət əsasında qərardadının qanuniliyinə qiymət verir, onu ya ləğv edib işə mahiyyət üzrə baxır, ya da qərardadı qüvvədə saxlayıb şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərir. Qərardadın qanuniliyinə baxılmasının ikinci mərhələsində, - şikayət çevrilib apellyasiya şikayəti olanda, - birinci instansiya məhkəməsinin hakiminə etiraza baxıla bilməz. Bu halda, apellyasiya insansiya məhkəməsinin hakimləri qərardadı çıxaran hakimin kobud qanun pozuntularına yol verdiyi (qərzəlilikdən, qeyri-peşəkarlıqdan və s.) qənaətinə gələrsə, şikayətin təmin olunması ilə yanaşı, həmin hakim barədə xüsusi qərardad çıxara bilər. Onu da qeyd edir ki, hakimin öz qərardadənın qanuniliyinə qiymət verdiyi birinci mərhələdə isə hakimə verilən etiraza baxılmasını qadağan edən norma yoxdur, Ali və Konstitusiya Məhkəməsinin Plenum qərarlarında bu barədə heç nə deyilmir. Hakim bu mərhələdə verilən etirazı əsassız və ya yolverilməz saydığı halda, qanunun tələbinə uyğun, qərardaq qəbul edib orada, məsələn, yaza bilərdi ki, bu mərhələdə hakimə etiraza ona görə baxıla bilməz ki, qərarddan şikayətə əvvəlcə hakim özü baxır, etiraz təmin ediləcəyi halda hakim işdən uzaqlaşdırılmalı olacaq, işə qoşulan yeni hakimin başqa hakimin qəbul etdiyi qərardadı ləğv etməsi çox mübahisəlidir və s. İddiaçılar da bu yanaşmanın əsaslığı ilə ya razılaşacaq, ya da qanunların yol verdiyi üsullarla onu mübahisələndirəcəkdilər. Yəni, etiraz verilibsə, şərtlərdən asılı olaraq onun təmin edilməsi, rədd edilməsi və baxılmış saxlanması barədə qərardadlardan biri qəbul edilməlidir. Hakim iddiaçıları ona ümumi qaydada etiraz etmək hüququndan məhrum etməklə yanaşı, həmçinin etirazla bağlı məhkəmə aktı (qərardad), etiraza baxmaqdan imtinasını məktubla iddiaçıların “nəzərinə çatdırması” kobud qanun pozuntusu sayılmalıdır. Görünür, qanunsuzluq etdiyini anladığı üçün hakim həmin məktubunu E-Məhkəmə portalında yerləşdirməyib. Yeri gəlmişkən, hakim həmin məktubunda, həmçinin qərardadından verilən şikayətdə onun bu işlə bağlı yol verdiyi digər kobud qanun pozuntuları barədə iddiaçıların yazdıqlarına münasibət bildirməməsi də, böyük ehtimalla, bununla bağlıdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 149. İddia ərizəsinin forması və məzmunu (...) 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. (...)
13. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
14. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; (...) 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; (...) 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 2* gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.*. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.*.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.*.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.*.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.*.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
18. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ (...) 4*2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 4*2.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 4*2.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 4*2.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 4*2.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 4*2.2.5. bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 2*. Daha sonra, iddiaçı tərəfin vəsatətinə əsasən şikayətə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması 11 iyul 2*25-ci il tarixdə, saat 15:**-a təyin edilmiş və işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasında iştirak etməmişdirlər.
21. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, iddiaçıların şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
27. İddiaçıların birinci instansiya məhkəməsi tərəfindən MPM-in 151.3-cü maddəsinin tələbinin pozulması barədə şikayətlərinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlil yoxlanılarkən öz təsdiqini tapmamışdır.
28. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində iddia ərizəsinin məhkəməyə 16.*5.2*25-ci il tarixində daxil olması, həmin iddia ərizəsinin qaytarılması barədə mübahisələndirilən qərardadın nəticəsi barədə məlumatın isə 21.*5.2*25-ci il tarixində yerləşdirildiyi müəyyən olunmuşdur.
29. Belə olan halda kollegiya hesab edir ki, mübahisələndirilən qərardadın mətninin bir neçə gün sonra tərtib edilərək sistemə daxil edilməsi, iddia ərizəsinin onun daxil olmasından 5 gün müddətində qaytarılmadığı anlamına gəlinməməlidir. 3*. İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib: - İddiaçı3 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 4* saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsini; - İddiaçı4 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 41 saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsini; - İddiaçı2 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 44 saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsini; - Nurlana Bədəlovanın işdən çıxarılması bardə *7 aprel 2*25-ci il tarixli 54 saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsini; - Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. İddia ərizəsindən göründüyü kimi iddiaçılar bir-birilə əlaqəsi olmayan ayrı-ayrı əmrləri mübahisələndirməklə işəgötürənlə aralarında yaranan fikir ayrılığına görə fərdi əmək mübahisəsinin həlli üçün bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. O cümlədən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasını tələb etmişlər.
32. MPM-in 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.
33. Mübahisələndirilən qərardaddan aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçıların ayrı-ayrılıqda müstəqil və qarşılıqlı əlaqəsiz olan mövcud tələblərinin bir iddia ərizəsində birləşdirilərək verilməsini həmin mübahisələrin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab etməmiş, həmin tələblərin bir-biri ilə bağlı olmadığı qənaətinə gələrək iddia ərizəsini geri qaytarmış və iddiaçılara iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir.
34. Qeyd olunmalıdır ki, mülki prosessual qaydalar hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən iddia ərizəsinin MPM-in tələblərinə riayət edilməklə verilməsi prosessual qənaət prinsipinə uyğun olaraq onların hüquqlarının müdafiəsi üçün məhkəmədə mübahisənin tez və düzgün həllinə imkan yaradacaqdır.
36. Hətta, MPM-in 172.1.1-ci maddəsinin tələbindən də göründüyü kimi, işə bərpa tələblərinə dair işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün 2 ay müddət müəyyən edilmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, iddiaçıların həmin qərardadın ləğvi ilə bağlı şikayətləri təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 21.*5.2*25-ci il tarixli, 2(*6*)-3997/2*25 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.*.1, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sumqayıt Şəhər Məhkəməsinin 21.*5.2*25-ci il tarixli, 2(*6*)-3997/2*25 nömrəli qərardadından verdikləri şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21.*5.2*25-ci il tarixli, 2(*6*)-3997/2*25 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.