Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1038/2024 13.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 əyarlı, 16.42 qram çəkidə və 2134.60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağının, 42 manat ödənilmiş dövlət rüsumunun və 50 manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 2022-ci ilin oktyabr ayının əvvəllərində 750 əyarlı, 16,42 qram çəkidə və hal-hazırda 2134,60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağını Saatlı şəhərində yerləşən Cavabdeh məxsus mağazada girov qoyaraq əvəzində 900 manat borc pul götürmüşdür. 21 oktyabr 2022-ci ildə həmin puldan 300 manat Cavabdeh qaytarmışdır. Həmin vaxt Zaur ona hər ay 200 manat gətirməyi və qızılını geri götürməyi demişdir. Bundan bir həftə sonra o, Zaura borclu qaldığı 600 manat pulu düzəldərək Zaurun işlədiyi mağazaya gəlmişdir. Orada ona Zaurun bir neçə nəfəri aldadaraq qaçıb getdiyini demişlər. Dəfələrlə tələb etdiyinə baxmayaraq cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq onun qızılını qaytarmamışdır. Bununla bağlı Saatlı rayon polis şöbəsinə müraciət etmişdir. Orada cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 iyun 2023cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 750 əyarlı, 16.42 qram çəkidə, hal-hazırda 2134 (iki min bir yüz otuz dörd) manat 60 (altmış) qəpik dəyərində iddiaçıya məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağın alınaraq İddiaçı verilməsi, Cavabdeh 42 manat ödənilmiş dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 92 (doxsan iki) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətlərinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, o, Saatlı rayonunun mərkəzi bazarında qızıl-zinət əşyalarının satışı ilə məşğul olurdu. Təxminən 2020-ci ilin oktyabr ayında İddiaçı işlədiyi mağazaya gələrək 16 qram çəkidə bir ədəd qolbağını satmaq istədiyini bildirmişdir. Həmin vaxt qızılın lom (qırıntı) şəkildə bir qramının qiymətini 50-55 manata alqı-satqı olduğunu nəzərə alaraq İddiaçı qolbağının əvəzində 900 manat pul verə biləcəyini demişdir. Bundan sonra Şəfiqə onunla razılaşaraq qolbağını 900 manata ona satmışdır. Təxminən bir il yarım sonra, yəni 2022-ci ilin mart ayında İddiaçı yenidən işlədiyi mağazaya gələrək ona satdığı qolbağını geri almaq istədiyini bildirmiş, o isə demişdir ki, qolbağını banka girov qoymuş və pul götürmüş, həmin pula görə də hər ay faiz ödəyir. Əgər qolbağını istəyirsə 900 manat versin qolbağını bankdan götürüb ona qaytarsın. İddiaçı demişdir ki, yaxın vaxtlarda pulu düzəldib gəlib qızılı geri alacaqdır. Ona bildirmişdir ki, əgər gec gəlsə bank qızılı satacaqdır. İddiaçı verdiyi sözü gecikdirərək təxminən bir ildən sonra işlədiyi mağazaya gəlsə də həmin vaxt o Bakı şəhərində işlədiyindən mağazada olmamışdır. Həmin vaxt Şəfiqə onunla telefon əlaqəsi saxlamış və pulu düzəltdiyini demişdir. Cavab vermişdir ki, bankla əlaqə saxlasın, əgər qızıl hələ də onlardadırsa düzəltdiyi 900 manatı verib qızılı bankdan götürsün. O bankla telefon əlaqəsi saxlayanda bildirilmişdir ki, borc vaxtında qaytarılmadığı üçün qızıl satılmışdır. Bundan sonra, İddiaçı onun Bakı şəhərində olmağından istifadə edərək ona qarşı hazırki iddianı qaldırmışdır. Şikayətə görə, iddiaçı ondan 900 manat pul almış, güya ona əvvəlcə 300 manat, daha sonra 600 manat pul qaytardığını bildirsə də məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Əslində isə iddiaçı ona pul verməmişdir. Şikayətə görə, məhkəmə iddiaçının qızıl qolbağını ona girov qoyub-qoymadığını, bu barədə hər hansı sübutunun olub-olmamasını və cavabdeh olaraq bu halda onun mənfəətinin nə olduğunu araşdırmamışdır. Bundan əlavə məhkəmə çəkişmə prinsipini pozaraq məhkəmə iclaslarında onun iştirakını təmin etməmişdir. İzahatlar Prosessual məsələlər İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhətilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və əşyalarının ona alınıb verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı cavabdehdən girov qoyduğu 750 əyarlı, 16.42 qram çəkidə və hal-hazırda 2134.60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağının tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən borca 900 manat borca pul götürmüş, buna görə qızıl qolbağını girov qoymuş, lakin sonra borcunu qaytarıb əmlakını geri tələb etdikdə cavabdeh verməkdən imtina etmişdir. İddiçının təqdim etdiyi və iş materiallarına əlavə edilmiş fotoşəkildən Sabirabad rayon Kooperativ Cəmiyyətinin 17 avqust 2023-cü il tarixli rəyindən görünür ki, 750 əyarlı, 16.42 qram çəkidə olan qızıl qolbağı 2134.60 manat dəyərindədir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıya məxsus 750 əyarlı, 16.42 qram çəkidə brilyant qaşlı bilərzik götürdüyünü inkar etməmişdir. Lakin cavabdeh həmin əmlakı qarşılıqlı razılıq əsasında- lom şəkildə bir qramının qiymətini 50-55 manata olmaqla alqı-satqı yolu ilə əldə etdiyini qeyd etmişdir. Bununla yanaşı, cavabdeh qolbağın banka girov qoyulduğunu, iddiaçı pulunu ödədikdən sonra qolbağını götürə biləcəyini bildirmişdir. Nəticə etibarı ilə cavabdeh iddia edilən qızıl qolbağı satın aldığını qeyd etsə də əmlakın girovda olduğunu, onun dəyərini ödəməklə qaytarmağın mümkün olduğunu, girovun şərtlərini qəbul etdiyini bildirmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə əsasən: 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından görünür ki, tərəflərin arasında müəyyən razılaşma olmuşdur. İddiaçı tərəf izahatında və iddia tələbində 2022-ci ilin oktyabr ayının əvvəllərində 750 əyarlı, 16,42 qram çəkidə və hal-hazırda 2134,60 manat dəyərində olan özünə məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağını cavabdehə məxsus mağazada girov qoyaraq əvəzində 900 manat borca pul götürdüyünü, 21 oktyabr 2022-ci ildə həmin puldan 300 manatı qaytardığını, bundan sonra hər ay 200 manat (cəmi 600 manat) ödədikdən sonra qızılını geri götürmək barədə razılığa gəldiklərini iddia edir. İddiaçı cavabdehin hərəkətlərindən polisə şikayət etmiş, Saatlı rayon polis şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında (əməldə cinayət tərkibi olmadığından) 15 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Polisdəki izahatında da İddiaçı 1 ədəd qızılbrilyant qaşlı qolbağını girov qoyduğunu, borcunun bir hissəsini- 300 manatı qaytardığını, qalan pulu ödəyib əşyasını geri götürmək istədiyini, lakin Cavabdeh qolbağını qaytarmadığını bəyan etmişdir. Cavabdeh tərəf brilyant qaşlı qızıl qolbağın dəyəri ilə bağlı iddiaçının bildirdiyini inkar etməsə də brilyant qaşlı qızıl qolbağı qırıntı şəklində cəmi 900 manat razılaşmaqla satın aldığını qeyd etmişdir. Bununla yanaşı, apellyasiya şikayətində cavabdeh 2022-ci ilin mart ayında İddiaçı, onun işlədiyi mağazaya gələrək ona satdığı qolbağını geri almaq istədiyini, onun isə iddiaçıya qolbağın bankda girovda olduğunu, əgər qolbağını istəyirsə 900 manat verib qolbağını qaytara biləcəyini, lakin iddiaçının verdiyi sözə əməl etmədiyini pulun qaytarılmasını gecikdirdiyini qeyd etmişdir. Beləliklə, təqdim edilmiş sübutlar onu deməyə əsas verir ki, tərəflərin arasında iddiaçıya məxsus brilyant qaşlı qızıl qolbağın girov qoyulmasına dair tərəflərin arasında razılaşma olmuşdur. Kollegiya hesab edir ki, tərəflər arasında brilyant qaşlı qızıl qolbağın cavabdehə verilməsi və 900 manat pul vəsaitinin iddiaçıya verilməsi tərəflərin izahatları və iş materialları ilə müəyyən edilsə də onların arasında yazılı girov müqaviləsinin bağlanması təsdiqini tapmır. Qanunun tələbinə görə girov müqaviləsi yazılı bağlanmalıdır. Lakin yazılı girov müqaviləsi təqdim edilməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qolbağı satın aldığını bildirsə də, iddiaçı bu halı təsdiq etməmişdir. Bu barədə hər hansı sübut da iş materiallarında yoxdur. Cavabdeh tərəf etirazında, iddiaçı qolbağını istəyirsə 900 manat verib qolbağını bankdan götürüb ona qaytarmağın mümkünlüyünü bildirmişdir. Eyni zamanda, cavabdeh qızıl qolbağın banka girov qoyulduğunu bildirsə də bu barədə də hər hansı sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında brilyant qaşlı qızıl qolbağın verilməsi ilə bağlı olan şifahi razılaşma etibarsız əqddir. Ona görə də tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Birinci instansiya məhkəməsi cavabdehdən 750 əyarlı, 16.42 qram çəkidə iddiaçıya məxsus bir ədəd brilyant qaşlı qızıl qolbağın alınaraq iddiaçıya verilməsində mahiyyətcə doğru qənaətə gəlmişdir. Bununla yanaşı, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əşyanın qaytarılması qət edilsə də iddiaçı tərəfindən 900 manat miqdarında pul vəsaitinin cavabdehə qaytarılması həllini tapmamışdır. Bu barədə tələb olmamışdır. Tərəflər arasında girov müqaviləsi etibarsız olduğundan qızıl qolbağın qaytarılması ilə Cavabdeh verdiyi pul vəsaitinin İddiaçı tələb etmək hüququ vardır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(055)-1191/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1038/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1038/2024
13.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver