Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1039/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 Böyükağa qızına, X1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı cavabdehlərin azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,0292 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddiaçılar Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Kəmaləddin qızının cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli, **********23 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1427/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Veleh oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Böyükağa qızına və Cavabdeh2 Kəmaləddin qızına qarşı cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0292 ha torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1427/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Böyükağa qızı, X2 və Cavabdeh2 Kəmaləddin qızının azyaşlı uşağı ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, **********46 reyestr nömrəli çıxarışa əsasən ilk İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0292 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasını və torpaq sahəsinin ilk İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə qarşılıqlı iddiaçılar Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Kəmaləddin qızının cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında bağlanmış 19 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızı qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti 09 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1427/2022 nömrəli qərardadına əsasən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızının Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1427/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1427/2022 nömrəli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızı tərəfindən şikayət verilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızı şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir, lakin məhkəmə əsassız olaraq xx.xx.2023-cu il tarixli qərardadı ilə apellyasiya şikayətini qanunun tələblərinə uyğun formada tərtib edilmədiyindən geri qaytarmışdır. Həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qeyd edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ona rəsmi olaraq təqdim edilməmişdir və o, evdə olmadığı üçün poçtalyon tərəfindən evdə olan uşağa əllə xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmin məktubun alınmasını təsdiq edən sənədin üzərində olan imzanın ona məxsus olmadığını iddia edir. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli və mülki işə apellyasiya qaydasında baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(073)-1427/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1427/2022 saylı, 09 fevral 2023-cü il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)1427/2022 saylı qərardadı ləğv edilməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1427/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)1427/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərarına gələrkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya uyğun olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, apellyasiya şikayətinə Cavabdeh1 Böyükağa qızı tərəfindən istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutları əlavə edilməmiş, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Cavabdeh1 Böyükağa qızının Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini tədqiq edərək şikayətin Mülki Prosessual Məcəllə ilə müəyyən olunan forma və məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı apellyasiya şikayəti Məcəllə ilə müəyyən olunan formada tərtib olunması ilə yanaşı, məzmun etibarı ilə də Məcəllənin tələblərinə uyğundur, yəni şikayət verən tərəf birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmamasının əsaslarını, maddi və prosessual hüquq normalarının pozulmasının, düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu şikayətində öz mövqeyinə uyğun əsaslandırmış, istinad etdiyi konkret fakt və halları isə göstərilmişdir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Böyükağa qızının şikayəti əsaslı olduğundan təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(073)-1427/2022 saylı qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)1427/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızının şikayəti təmin edilsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 Böyükağa qızına, X1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı cavabdehlərin azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünavnında yerləşən 0,0292 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddiaçılar Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Kəmaləddin qızının cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli, **********23 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(073)-1427/2022 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.