Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1110/2025 07.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-484/2025 saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “X4 Sistemlərinin İstismarı İdarəsinin rəisi Samir Məmmədovun “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 saylı əmrinin ləğv edilməklə xx.xx.2024-cü il tarixdən etibarən müşahidəçi işinə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-484/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X4 Sistemlərinin İstismarı İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı X4 Sistemlərinin İstismarı İdarəsinə “müşahidəçi” vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 Sistemlərinin İstismarı İdarəsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət verərək xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsi və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh İmişli Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müddətin bərpası və apellyasiya şikyatinin təmin edilməsinə dair ərizə ilə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, X4 Sistemlərinin İstismarı İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024cü il tarixli 61 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı X4 Sistemlərinin İstismarı İdarəsinə “müşahidəçi” işinə bərpa edilməsi barədə İmişli Rayon Məhkəməsi tərəfindən xx.xx.2025ci il tarixli qətnamə qət edilmişdir. Sözügedən qətnamə ilə razı olmadıqları üçün ondan apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmiş, lakin İmişli Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini vermək üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Cavabdeh həmin qərardadla razı deyil, çünki həmin qərardad qanunsuz qəbul olunmuşdur. Belə ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə vasitəsilə apellyasiya şikayəti verilmiş, lakin texniki cəhətdən səhvlik olduğu üçün müvafiq apellyasiya şikayəti “statusu natamam təsdiq” edildiyindən, apellyasiya şikayətinin məhkəməyə göndərilməsi təmin edilməmişdir. Eyni zamanda apellyasiya şikayətinin göndərilməsindən vaxtında məlumatları olmamışdır. İmişli Rayon Məhkəməsi qərardad qəbul edərkən apellyasiya şikayətinin göndərilməsinin texniki səbəblərdən göndərilməməsini nəzərə almadan və araşdırmadan apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilməməsini əsas gətirərək iş üzrə əsassız və qanunsuz olaraq müddətin təmin edilməməsi ilə bağlı xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. MPM-in 361-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin forma və məzmununa uyğun olmalıdır. MPM-in 361.1.2 və 361.1.7-ci madddələrinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, apellyasiya şikayətinin məzmununa qismən, formasına isə tamamilə əməl edilməmişdir. Halbuki, elektron məhkəmə informasiya sistemində apellyasiya şikayətinin elektron sənəd forması mövcuddur, tərəf həmin qrafaları ardıcıllıqla doldurmalıdır. Şikayətdə cavabdeh şikayətin məzmuna dair tələblərə əməl etməyərək şikayəti verən şəxsin adını göstərsə də, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, rəsmi qeydə alındığı ünvan, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Həmçinin Mülki Prosessual Məcəlləyə Əlavə 2-də apellyasiya şikayətində göstərilməli olan qrafalar şikayətdə ümumiyyətlə əks olunmamış, cavabdeh özü tərəfindən tərtib etdiyi şikayətin məzmununu köçürmə etmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397- 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-484/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1110/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1110/2025
07.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver