Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1111/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(049)-138/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc, cəmi 8255 manat məbləğin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rasim Rəhimov adlı şəxsi dostu vasitəsilə tanımışdır. 2023-cü ilin yanvar ayında həmin şəxs ona müəllim olduğunu, əmisi oğlu Cavabdeh3 ilə birlikdə işlədiklərini və işə düzəltməkdə köməklik göstərdiklərini bildirərək xidmət xərci kimi ondan 8000 manat pul istəmişdir. Rasim Rəhimov ondan işə düzəltmək adı ilə 8000 manat pul almış, o, həmin məbləği xx.xx.2023-cü il tarixdə Rasim Rəhimovun göstərişi ilə Cavabdeh3 adına olan bank kartı hesabına ödəmişdir. Rasim Rəhimov ona Cavabdeh3 onun əmisi oğlu olduğunu demişdir. Bir müddət sonra Rasim Rəhimov vəfat etmiş, onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 vərəsələri olaraq qalmışlar. Rasim Rəhimovun vəfatından sonra cavabdehlər ona heç bir kömək edə bilməyəcəklərini demişlər. Bundan sonra verdiyi 8000 manat pulu cavabdehlərdən tələb etmiş, lakin cavabdehlər buna razı olmamışlar. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz verərək Cavabdeh3 adlı qohumunun olmadığını və İddiaçı tanımadığını, əri Rasim Rəhimovun və oğlu Cavabdeh2 iddiaçıdan hər hansı məbləğdə pul almadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 da iddia ərizəsinə və iş üzrə cavabdeh qismində işə cəlb olunmasına etiraz etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-138/2024 saylı qətnaməsi (hakim Kamran Süleymanov) ilə iddia qismən təmin edilərək Cavabdeh3 əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc, cəmi 8255 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir. İŞİNHALLARİ: İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh3 adına olan bank kartının çıxarışlarından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanı “Fədək Ticarət Mərkəzi”ndə yerləşən ATM-dən iddia ərizəsində mübahisələndirilən məbləğdə məxaric əməliyyatları aparılmışdır. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Cavabdeh2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh3 etibarından sui-istifadə edərək 2023-cü ilin yanvar ayında Cavabdeh3 yalandan plastik kartının bloklandığını, bir nəfər şəxsin ona pul göndərəcəyini bildirib, Cavabdeh3 "xxxx" ASC-yə məxsus plastik kartını aldıqdan sonra İddiaçı Cavabdeh3 həmin plastik kart hesabına göndərdiyi 8000 manat pulu Lənkəran rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomantlardan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir. İş materiallarında olan Lənkəran şəhər-rayon polis şöbəsində xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi Protokolunda təqsiriləndirilən şəxs Cavabdeh2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayında Mirtahirlə Lənkəran şəhər parkında gəzdiyi zaman atası Rasim mobil telefon nömrəsinə zəng edib demişdir ki, bir nəfər Elmin adlı şəxs onun kartına 8000 manat pul atacaq, Bakı şəhərinə gələndə ona versin. Kartı bloklandığı üçün Mirtahirin kartını götürərək üzərində olan nömrələri atasına demişdir. Sonra “Fədək” marketin qarşında Mirtahirin kartını bankomata salmış və kartdan 8000 manat pul çıxardıqdan sonra kartı Mirtahirə qaytarmışdır. Həmin pulu atasına verməmiş, özü üçün xərcləmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı heç vaxt tanımamış və onunla hər hansı bir işlə bağlı heç bir sövdələşmə belə olmamışdır. O digər cavabdeh olan Cavabdeh2 tanımışdır. Onun digər cavabdeh olan nə Cavabdeh2 ilə və nə də onun mərhum atası olan Rasim Rəhimovla hər hansı qohumluğu yoxdur, eyni zamanda mərhum Rasim Rəhimovla heç bir yerdə işləməmiş və onunla hər hansı bir iş birliyi olmamışdır. Onun İddiaçı ilə mərhum Rasim Rəhimov arasında olan 8000 manatla bağlı sövdələşmədən hər hansı bir xəbəri olmamışdır. Sadəcə olaraq, iş üzrə digər Cavabdeh2 tanıdığı üçün ondan xahiş edib ki, bank kartını ona versin. O dedi ki, “bank kartı bloka düşüb, pul göndərmək istəyirlər, qoy pulu sənin kartına göndərsinlər, mən pulu götürəndən sonra bank kartını sənə qaytararam”. Hansı məbləğdə pulun göndərilməsindən xəbəri olmamışdır. O da Cavabdeh2 tanıdığı üçün bank kartını ona vermişdir, bir müddət sonra Cavabdeh2 bank kartını ona qaytarmışdır. Həmin vaxtdan 3 ay keçdikdən sonra iş üzrə İddiaçı ona zəng edərək bildirmişdir ki, “X9 göstərişi ilə sənin bank kartına 3 ay əvvvəl pul göndərmişəm”. Ona demişdir ki, “mən səni tanımıram, sən də məni tanımaya-tanımaya və mənə deməmiş niyə mənim bank kartıma pul göndərmisən.” İddiaçı dedi ki, “bəs bu bank kartının nömrəsini mənə Rasim Rəhimov və onun oğlu Cavabdeh2 verərək dedilər ki, bəs bu bank kartının sahibi əmioğludur, mən də göndərmişəm”. İddiaçı onun Rasim Rəhimov və onun oğlu Cavabdeh2 ilə əmioğlu olmağını iddia ərizəsində qeyd etmişdir. Hələ o məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, digər cavabdeh olan Cavabdeh2 onu da Bakı şəhərində işə düzəltmək adı ilə 5000 manat pul almış və hazırda yoxa çıxmışdır. Cavabdeh2 ondan başqa da digər şəxsləri aldadaraq onlardan 40000 manat pul alaraq onları da aldatmışdır. Hazırda hər iki işlə bağlı Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi Əliağa Hüseynovun icraatında cinayət işi və araşdırma materialı vardır. Müstəntiq tərəfindən Cavabdeh2 barəsində axtarış elan edilmişdir. İddiaçı özü iddia ərizəsində tələb etdiyi 8000 manat məbləğində pulu Rasim Rəhimovun göstərişi ilə onun adına olan bank kartına ödədiyini qeyd etmiş və həmçinin Rasim Rəhimov adlı şəxsi dostu vasitəsi ilə tanıdığını, 2023-cü ilin yanvar ayında Rasim Rəhimov adlı şəxs ona müəllim olduğunu, əmisi oğlu Cavabdeh3 ilə birlikdə işlədiklərini və işə düzəltməkdə köməklik göstərdiklərini bildirərək xidmət xərci kimi ondan 8000 manat pul istədiyini, Rasim Rəhimovdan işə düzəltmək adı ilə 8000 manat pul aldığını, o həmin məbləği xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd etdiyi kimi Rasim Rəhimovun göstərişi ilə onun adıma olan bank kartına ödədiyini, Rasim Rəhimov ona Cavabdeh3 onun əmioğlu olduğunu dediyini, bir müddət sonra Rasim Rəhimov vəfat etdiyini, onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 vərəsələri olaraq qaldığını, Rasim Rəhimovun vəfatından sonra cavabdehlər ona heç bir kömək edə bilməyəcəklərini dedikdən sonra həmin pulu cavabdehlərdən tələb etdiyini qeyd etmişdir. X5 arvadı Cavabdeh1 məhkəməyə göndərdiyi etirazında Cavabdeh3 adlı qohumunun olmadığını və İddiaçı tanımadığını, əri Rasim Rəhimovun və oğlu Cavabdeh2 iddiaçıdan hər hansı məbləğdə pul almadığını qeyd etmişdir. İddiaçı iddia ərizəsində və izahatında qeyd etdiyi digər halları, yəni həmin pulun ona aidiyyətinin olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Cavabdeh3 nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçı 8000 manat pulu Rasim Rəhimova onu işə düzəltməsi üçün karta atıb. X3 Rəhimlinin kartı həmin vaxtı blokda olduğu üçün Cavabdeh2 təmsil etdiyi şəxsdən bank kartını istəyib. Cavabdeh3 də bank kartını verib. İddiaçı 8000 manatı Cavabdeh3 kartına atıb, lakin pulu kartdan Cavabdeh2 götürüb. Cavabdeh2 hal-hazırda bu işlə bağlı Lənkəran şəhər-rayon polis şöbəsində tutulub. O, polis şöbəsinə sorğu vermiş və arayış almışdır ki, Cavabdeh2 pulu götürdüyünü etiraf edib. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-138/2024 saylı qətnaməsi Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, işin mübahisəsiz faktiki hallarına əsasən 2023-cü ilin yanvar ayında Rasim Rəhimov İddiaçı Cavabdeh3 ilə birlikdə işlədiklərini və işə düzəlməkdə ona köməklik göstərəcəklərini bildirərək xidmət xərci kimi ondan 8000 manat məbləğində pul istəmiş, iddiaçı da həmin məbləği xx.xx.2023-cü il tarixdə Rasim Rəhimovun göstərişi ilə Cavabdeh3 adına olan "xxxx" ASC-yə məxsus bank kartına atmış, Cavabdeh2 bankomatdan İddiaçı göndərdiyi 8000 manat məbləğdə pul vəsaitini çıxarmış və kartı Cavabdeh3 özünə qaytarmışdır. Bu fakt həm iddia ərizəsi, həm apellyasiya şikayəti, həm də Cavabdeh2 Lənkəran şəhər-rayon polis şöbəsində təqsirləndirilən şəxs qismində 24 may 2024-cü il tarixdə verdiyi ifadəsi ilə təsdiqini tapır. Həmin ifadəsində Cavabdeh2 həmin pul vəsaitini atasına vermədiyini və özü üçün xərclədiyini göstərmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə münasibətlər İddiaçı və mərhum Rasim Rəhimov arasında mövcud olmuş, tələb olunan pul vəsaiti Rasim Rəhimovun göstərişi ilə Cavabdeh3 adına olan bank kartı hesabına ödənilmişdir. Göründüyü kimi, Cavabdeh3 bu halda tələbə cavab verməli şəxs deyildir. Belə ki, göstərilən pul vəsaiti sadəcə olaraq onun bank kartı vasitəsilə Rasim Rəhimova göndərilmiş və sonuncunun oğlu Cavabdeh2 tərəfindən əldə edilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 50-ci maddəsinin tələbinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya hazırkı iddia tələbinin prosessual baxımdan təmininin mümkünlüyü üzrə diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı hazırkı iş üzrə cavabdehin həmin iddiaya cavab verməli şəxs olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, yuxarıda istinad olunan prosessual normanın tələbindən də göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Cavabdeh3 hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığı üçün iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaət əsaslı və düzgün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. Kollegiya nəzərə çatdırır ki, birinci instansiya məhkəməsində icraat zamanı hazırkı mübahisə üzrə şikayət əsasında polis orqanlarında araşdırma aparıldığı barədə məlumat verilmiş (səh. 141), apellyasiya instansiya məhkəməsində sorğu əsasında Cavabdeh2 Lənkəran şəhər-rayon polis şöbəsində təqsirləndirilən şəxs qismində 24 may 2024-cü il tarixdə verdiyi ifadəsi əldə edilmişdir. Qeyd edilməlidir ki, hazırkı ifadə isə məhkəmənin çıxardığı qətnamədən sonra əldə edilmişdir. Bununla da, kollegiya hesab edir ki, hazırkı iddianın əsaslılığı baxımından sübut əhəmiyyəti kəsb edən birinci instansiya məhkəməsində həmin ifadənin əldə edilməsi yaxud məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, MPM-in 14-cü maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Habelə “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən - Cavabdeh3 əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc, cəmi 8255 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(049)-138/2024 saylı qətnaməsi iddia tələbinin təmin edilən - Cavabdeh3 əsassız varlanmaya görə 8000 manat, məhkəməyə müraciət edərkən ödənilmiş 105 manat dövlət rüsumu, vəkilə ödənilən 150 manat xərc, cəmi 8255 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1111/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1111/2024
03.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver