Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1121/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X5 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Pərviz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı atası X2 məxsus olan “İVECO” markalı, “OTOYOL YÜK” nəqliyyat vasitəsi, istehsal ili 2005, **-BE-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Atasının adına bir neçə avtomaşın-əmlaklar olmuşdur. Bu barədə Sumqayıt şəhərinin xüsusi notariusuna Azərbaycan Respublikasının Baş X11 İdarəsinin Sumqayıt regional qeydiyyat imtahan və Texniki baxış şöbəsi məlumat vermişdir. Bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Atası ölməmişdən onun tərəfindən Cavabdeh “İVECO” markalı “OTOYOL YÜK” nəqliyyat vasitəsi, istehsal ili 2005, **-BE-*** qeydiyyat nişanlı avtomobil sürülmək hüquq ilə istifadəsinə verilmişdir. Nəqliyyat vasitəsinin istifadə müddəti bir neçə aylıq olmuşdur. Etibarnamə xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi qüvvədə olmuşdur. Həmin vaxt avtomobili geri qaytarılması üçün bir neçə dəfə müraciət etmiş, lakin cavabdehi tapa bilməmişdir. Hazırda da tapa bilmir. Bu səbədən də atasının vərəsəsi olaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman həmin nəqliyyat vasitəsinin texniki pasportu cavabdehdə olduğu üçün bu əmlaka onun mülkiyyət hüququ qeydə alınmamışdır. Bu səbəbdən də o, mülkiyyət hüququndan məhrum olmuşdur. Hazırda atasına məxus olan bu nəqliyyat vasitəsinin atasının vərəsəsi kimi ona qaytarılmasını istəyir. Lakin cavabdeh onun telefon zənglərinə cavab vermir. Bu əmlakı qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı Pərviz oğlu iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə maşın alanda tanış olmuşdur. Bu zaman cavabdeh yük daşınmalarını icra edərkən əlavə qazanc əldə etdiyini ona bildirmişdir. Bundan sonra aralarında olan razılaşmaya əsasən mülkiyyət hüququ ilə atasına məxsus olan avtomobili cavabdehin 3 aylıq istifadəsinə vermişdir. Əldə ediləcək gəlir təxmini hesablanmaqla cavabdehlə aralarında borc müqaviləsi bağlanmışdır. Cavabdehin ödəyəcəyi borc məbləği 6840 manat təşkil etmişdir. Maşını sonuncu dəfə 2016-cı ildə görmüş, hazırda harada olmasına dair məlumatı yoxdur. Dəfələrlə cavabdehdən avtomobili tələb etsə də, onu geri qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Avtomobil xx.xx.2016-cı ildə 3 ay müddətinə Cavabdeh istifadə hüququ ilə verilmişdir. xx.xx.2016-cı ildə etibarnamə qüvvədən düşmüş və cavabdeh avtomobili sürmək hüququ olmadan istifadə edə bilmədiyindən onu sahibinə geri qaytarmışdır. 2016-cı ildən iddianın verildiyi tarixədək keçən uzun müddət ərzində tərəflər arasında avtomobilin geri qaytarılmasına dair iddia qaldırılmamış olması da sübut edir ki, avtomobil cavabdehdə olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci ildə 6840 manat borcun ödənilməsinə dair xəbərdarlıq bildirişi ünvanlanmışdır. Bildirişin məzmununda avtomobilə dair hər hansı tələb olmamışdır. Bu da bir daha sübut edir ki, avtomobil cavabdehdə deyil, əgər cavabdehdə olsa idi, yaranmış borcu tələb etdiyi kimi, avtomobili də rəsmi şəkildə tələb edərdi. Bundan başqa Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının bu tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı onda heç bir maşını yoxdur. Onun tələb etdiyi maşına dair idarə etmək üçün ona Sumqayıt şəhərində xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixədək 3 (üç) ay müddətinə etibarnamə vermiş və o da həmin müddət bitdikdən sonra maşını ona qaytarmışdır. Buna görə də iddiaçının tələbi əsasızdır. Məhkəmənin nəzərinə onu da çatdırmışdır ki, iddiaçı ilə aralarında borc müqaviləsi olub və faizlə şərtləşdirilmişdir. Bu müqavilə xx.xx.2016-ci il tarixində 18 ay müddətə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. Belə olan halda iddiaçının əmlak tələb etmə müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Göründüyü kimi iddiaçı başqa əqdi pərdələmək üçün belə iddia qaldırmışdır. Qeyd edilənləri və iddia müddətinin keçməsini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddia tələbi rədd edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı Pərviz oğlu apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Pərviz oğlu Cavabdeh xx.xx.2018-ci il tarixədək yaranmış 6840 manat məbləğində borc öhdəliyinin ödənilməsinə dair bildiriş göndərməklə xəbərdarlıq etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 nömrəli notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 29 avqust 2016-cı il tarixdə təsdiq edilmiş ƏN-İİİ seriyalı 873595 nömrəli etibarnamənin məzmunundan görünür ki, İddiaçı Pərviz oğlu “İVECO OTOYOL YÜK” markalı 07BE479 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh 3 aylıq müddətə, yəni 29 noyabr 2016-cı il tarixə qədər olan müddət üçün verilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməz. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Pərviz oğlu müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir Məhkəmə kollegiyası iş materialları araşdıraraq müəyyən edir ki, iddiaçı mülkiyyət hüququ ilə atasına məxsus olmuş “İVECO OTOYOL YÜK” markalı, 07BE479 qeydiyyat nişanlı avtomobili Cavabdeh 3 ay müddətinə sürülmək hüquq ilə istifadəsinə vermişdir. Etibarnamə xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi qüvvədə olmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh avtomobilə dair etibarnamə əsasında istifadə hüququnu xx.xx.2016-cı ildə vermiş və etibarnamənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Göstərilən müddət ərzində, yəni təxmini 7 ildən artıq müddət ərzində iddiaçı tərəfindən Cavabdeh qarşı hər hansı tələb irəli sürülməmişdir. Bundan əlavə avtomobilin mülkiyyətçisi X4 xx.xx.2018-ci ilədək, yəni vəfat etdiyi tarixədək cavabdehə qarşı avtomobilin qanunsuz sahiblikdən geri qaytarılmasına dair tələb irəli sürməmişdir. Bunun əksi olaraq Cavabdeh avtomobilin ona etibarnamə əsasında üç aylıq istifadə üçün verildiyini və etibarnamənin müddəti bitdikdın sonra iddiaçıya geri qaytardığını bildirmişdir. Bundan əlavə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar real olduğu təqdirdə avtomobilin mülkiyyətçisi mərhum X1 və İddiaçı 7 ildən artıq müddət ərzində hüquq mühafizə orqanlarına müraciət etməməsi ağlabatan deyil. Həmçinin iddiaçı avtomobilin Cavabdeh qanunsuz sahibliyində olmasına dair nə birinci instansiya məhkəməsinə nə də apelyasiya instansiyası məhkəməsinə əlavə sübut təqdim etməmişdir. Belə olan halda avtomobilin cavabdehdə olması öz təsdini tapmamışdır. Əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-247/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1121/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1121/2024
08.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver