Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-114/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-373/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 2250 manat dəyərində 25 qramlıq 583 əyarlı boyunbağı, 1350 manat dəyərində 15 qramlıq 583 əyarlı qolbaq, 1080 manat dəyərində 12 qramlıq 583 əyarlı üzük-sırğa komplekti, 360 manat dəyərində 4 qramlıq 583 əyarlı fantaziya üzük, 540 manat dəyərində 6 qramlıq 583 əyarlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ona hədiyyə olaraq verilmiş aşağıdakı əşyaların və ya onların dəyərinin: 600 manat dəyərində divar mebeli, 100 manat dəyərində 1 ədəd stol, 60 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd televizor, 600 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 600 manat dəyərində 1 ədəd soyuducu, 40 manat dəyərində 1 ədəd peçka, 50 manat dəyərində 1 ədəd tozsovuran maşın, 15 manat dəyərində 1 ədəd mikser, 20 manat dəyərində 1 ədəd ütü, 20 manat dəyərində 1 ədəd ütü altlığı, 15 manat dəyərində 1 ədəd elektrik soğançəkən, 30 manat dəyərində 1 ədəd elektrik termos, 60 manat dəyərində 2 ədəd çilçıraq, 15 manat dəyərində 5 metr karniz, 10 manat dəyərində 1 ədəd saat, 70 manat dəyərində 1 ədəd krosno, 100 manat dəyərində 1 ədəd mikrovalnovka, 60 manat dəyərində 1 ədəd balaca televizor, 50 manat dəyərində 1 ədəd televizor altlığı, 150 manat dəyərində 3 ədəd xalça, 150 manat dəyərində 8 ədəd adyal, 100 manat dəyərində 2 ədəd taxt döşəyi, 10 manat dəyərində 1 ədəd döşək, 140 manat dəyərində 2 dəst obedni serviz (madonna), 100 manat dəyərində 5 ədəd yorğan, 60 manat dəyərində 15 ədəd balış, 20 manat dəyərində 6 ədəd nalça, 6 manat dəyərində 15 metr pərdə, 30 manat dəyərində 1 ədəd ət maşını, 60 manat dəyərində 15 metr atlas, 60 manat dəyərində 1 ədəd uşaq çarpayısı, 15 manat dəyərində 1 ədəd beşik, 10 manat dəyərində 1 ədəd balaca qaz balonu, 30 manat dəyərində 1 ədəd taxt üçün pakrıval, 10 manat dəyərində 1 ədəd paltarasan, 15 manat dəyərində uşaq üçün 2 ədəd kauçuk şkaf, 5 manat dəyərində 1 ədəd güldan və 5 ədəd gül, 5 manat dəyərində 1 ədəd dəfə suvenir, 10 manat dəyərində 1 ədəd sac, 10 manat dəyərində 1 ədəd sandıq, 50 manat dəyərində 1 dəst obedni serviz, 50 manat dəyərində 1 dəst çay servizi, 50 manat dəyərində 1 dəst kofe servizi, 30 manat dəyərində 3 dəst su priboru, 10 manat dəyərində 1 ədəd xrustal güldan, 30 manat dəyərində 50 ədəd böyük boşqab, 30 manat dəyərində 50 ədəd orta ölçülü boşqabı, 30 manat dəyərində 50 ədəd kiçik boşqab, 20 manat dəyərində 2 ədəd kasa, 20 manat dəyərində 20 ədəd maskura, 20 manat dəyərində 8 ədəd bulud, 30 manat dəyərində 90 ədəd stəkan, 30 manat dəyərində 90 ədəd nəlbəki, 15 manat dəyərində 4 ədəd kül qabı, 5 manat dəyərində 4 ədəd salfetka qabı, 100 manat dəyərində 18 ədəd meyvə qabı, 300 manat dəyərində 4 dəst kasturka naboru, 20 manat dəyərində 3 ədəd çaydan, 15 manat dəyərində 4 ədəd çaynik, 10 manat dəyərində 1 ədəd böyük tökmə tava, 8 manat dəyərində 4 ədəd şüşə tava, 20 manat dəyərində 4 ədəd tort tavası, 10 manat dəyərində 1 ədəd blender, 10 manat dəyərində 1 ədəd yuxayayan, 20 manat dəyərində 1 ədəd böyük, 1 ədəd balaca çüyün ləyən, 10 manat dəyərində 2 ədəd aliminium ləyən, 10 manat dəyərində 1 ədəd aliminium teşt, 5 manat dəyərində 1 ədəd vedrə, 10 manat dəyərində 3 ədəd paltar səbəti, 5 manat dəyərində 1 ədəd alasmas paltar bakı, 5 manat dəyərində 1 ədəd plasmas su bakı, 5 manat dəyərində 1 ədəd qorapalan, 10 manat dəyərində 3 ədəd 3 kq tökmə qazan, 10 manat dəyərində 1 ədəd 3 kq aliminium qazan, 10 manat dəyərində 60 ədəd böyük qaşıq, 15 manat dəyərində 60 ədəd çəngəl, 10 manat dəyərində 50 ədəd qaşıq, 5 manat dəyərində 12 ədəd kiçik qaşıq, 5 manat dəyərində 12 ədəd tort çəngəli, 70 manat dəyərində 30 ədəd qənd qabı, 100 manat dəyərində 20 ədəd şirniyyat qabı, 10 manat dəyərində 3 ədəd çörək qabı, 8 manat dəyərində 5 ədəd duz qabı, 10 manat dəyərində 2 ədəd şirniyyat qabı, 18 manat dəyərində 12 ədəd su bakalı, 12 manat dəyərində 12 ədəd qara rəngli su bakalı, 30 manat dəyərində 18 ədəd ləpə qabı, 15 manat dəyərində 1 ədəd stol xalçası, 20 manat dəyərində 1 ədəd divan xalçası, 15 manat dəyərində 2 ədəd kreslo xalçası, 20 manat dəyərində 1 ədəd taxt xalçası, 50 manat dəyərində 1 ədəd meduza vaz, 10 manat dəyərində 1 ədəd banka bağlayan maşın, 20 manat dəyərində 2 ədəd qoz çəkən, 7 manat dəyərində 1 ədəd tava, 17 manat dəyərində 24 ədəd mürəbbə qabı, 6 manat dəyərində 2 ədəd böyük mürəbbə qabı, 6 manat dəyərində 2 ədəd su dolçası, 5 manat dəyərində 15 ədəd bıçaq, 8 manat dəyərində 8 paçka meyvə bıçağı, 13 manat dəyərində 2 ədəd qiyməkeş, 8 manat dəyərində 12 ədəd şiş, 5 manat dəyərində 3 ədəd tefal qazan, 30 manat dəyərində 6 ədəd padnos, 18 manat dəyərində 6 ədəd fincan naboru, 10 manat dəyərində 6 ədəd armudu stəkan, 14 manat dəyərində 1 ədəd uşaq adyalı, 10 manat dəyərində 1 ədəd stol xalçası, 17 manat dəyərində 2 ədəd tort qabı, 35 manat dəyərində 3 ədəd süzgəc, 8 manat dəyərində 1 ədəd çüyün qazan, 7 manat dəyərində 2 ədəd çörək qabı, 13 manat dəyərində 1 ədəd kartof-soğan qabı, 4 manat dəyərində 1 ədəd zibil vedrəsi, 70 manat dəyərində 15 ədəd yataq dəsti, 50 manat dəyərində 20 ədəd əl-üz dəsmalı, 40 manat dəyərində 25 ədəd çay dəsmalı, 80 manat dəyərində 8 ədəd süfrə, 30 manat dəyərində 4 dəst klonka stol örtüyü, 40 manat dəyərində 2 ədəd böyük stol örtüyü, 20 manat dəyərində 1 ədəd balaca stol örtüyü, 10 manat dəyərində 1 ədəd polsilən, 9 manat dəyərində 3 ədəd şüşə soyuducu qabı, 20 manat dəyərində 1 dəst çay servizi, 10 manat dəyərində 6 ədəd qara fincan dəsti, 18 manat dəyərində 15 ədəd fincan, 23 manat dəyərində 12 ədəd ədviyyat qabı, 8 manat dəyərində 8 ədəd balaca plasmas ləyən, 7 manat dəyərində 3 ədəd plasmas ləyən, 5 manat dəyərində 1 ədəd süpürgə-xəkəndaz, 1 manat dəyərində 1 ədəd polsilən, 16 manat dəyərində 6 ədəd şüşə bulud, 8 manat dəyərində 12 ədəd şüşə boşqab, 17 manat dəyərində 14 ədəd şüşə salat qabı, 6 manat dəyərində 2 ədəd şuşə salat qabı, 9 manat dəyərində 12 ədəd balaca şüşə qənd qabı, 35 manat dəyərində 12 dəst qaraca qablar, 4 manat dəyərində 2 ədəd qoz sındıran, 3 manat dəyərində 2 ədəd banka açan, 10 manat dəyərində 4 ədəd çömçə, 6 manat dəyərində 3 ədəd kəbkir, 8 manat dəyərində 12 ədəd bulud qaşığı, 10 manat dəyərində 2 ədəd böyük şirin-qovurma qaşığı, 9 manat dəyərində 24 ədəd paltar asılqanı, 6 manat dəyərində 2 ədəd şirniyyat qabı, 3 manat dəyərində 2 ədəd tyorka, 9 manat dəyərində 4 ədəd qara rəngli qənd qabı, 20 manat dəyərində 2 ədəd zərli meyvə qabı, 14 manat dəyərində 2 ədəd zərli ləpə qabı, 12 manat dəyərində 1 ədəd tort bəzəyən qab, 12 manat dəyərində 1 ədəd tefal çaynik, 40 manat dəyərində 3 ədəd künc divan örtüyü, 3 manat dəyərində 2 ədəd plasmas qruşka, 18 manat dəyərində 2 ədəd mnək şəkilli sarfetka qabı, 7 manat dəyərində 1 ədəd meyvədoğrayan, 2 manat dəyərində 1 ədəd tort bəzəmək üçün şpris, 5 manat dəyərində 1 ədəd uzun süpürgə, 2 manat dəyərində 2 ədəd xalça şotkası, 4 manat dəyərində 2 ədəd cücə qayçısı, 14 manat dəyərində 1 ədəd elektrik plitkası, 80 manat dəyərində 10 ədəd oyuncaq, 80 manat dəyərində 3 dəst tefal qazan, 5 manat dəyərində 1 ədəd qand doğrayan tabağça, 2 manat dəyərində 1 ədəd ələk, 10 manat dəyərində 6 ədəd xrustal rumka, 5 manat dəyərində 1 ədəd paltaryuyan ləyən, 6 manat dəyərində 1 ədəd tökmə kasturka, 9 manat dəyərində 1 ədəd böyük aliminium kasturka, 10 manat dəyərində 1 ədəd böyük ləpə qabı, 10 manat dəyərində 10 ədəd gül qabı, 80 manat dəyərində 1 ədəd (2x3) xalça, 20 manat dəyərində 2 ədəd (1x1) xalça, 5 manat dəyərində 20 ədəd 3 kq banka, 3 manat dəyərində 30 ədəd aroma bankası, 4 manat dəyərində 30 ədəd mayonez bankası, 6 manat dəyərində 20 ədəd 2 kq banka, 8 manat dəyərində 4 ədəd qətfə, 7 manat dəyərində 6 ədəd ədviyyat qabı, 4 manat dəyərində 2 ədəd balaca çüyün, 3 manat dəyərində 2 ədəd plasmas süzgəc, 10 manat dəyərində 8 ədəd aksesuar, 5 manat dəyərində 4 ədəd qabda gül, 20 manat dəyərində 5 metr daroşka, 30 manat dəyərində 2 ədəd saç qurudan fen, 20 manat dəyərində 2 ədəd yolka oyuncaqları, 8 manat dəyərində 2 ədəd 3 mərtəbə qab, 10 manat dəyərində 1 ədəd şüşə bulud, 30 manat dəyərində 36 ədəd limon qabı, 20 manat dəyərində 3 ədəd ət taxtası, eləcə də qızı Vüsalə üçün alınmış 100 manat dəyərində çüyün qazan dəsti, 200 manat dəyərində qranit qazan dəsti, 120 manat dəyərində Türkiyə istehsalı olan çüyün qazan dəsti, 70 manat dəyərində 3 predmetli padnos dəsti, 25 manat dəyərində qaz balonu, 30 manat dəyərində çaydan, 40 manat dəyərində çaydan-çaynik dəsti, 15 manat dəyərində 6 ədəd şiş, 35 manat dəyərində qaşıq-çömçə dəsti, 40 manat dəyərində çüyün ləyəndən ibarət əşyaların dəyərinin, qonaq otağı üçün mebel dəsti və ya dəyəri 1000 manatın yarısı 500 manat, 2 komplekt yataq dəsti və ya dəyəri 4000 manatın yarısı 2000 manat, 1 ədəd künc divanı və ya dəyəri 850 manatın yarısı 425 manat, 1 dəst divan-kreslo və ya dəyəri 400 manatın yarısı 200 manat, 1 ədəd mətbəx divanı və ya dəyəri 450 manatın yarısı 225 manat, mətbəx stol-stul dəsti və ya dəyəri 500 manatın yarısı 250 manat, 1 ədəd soyuducu və ya dəyəri 950 manatın yarısı 475 manat, 1 ədəd televizor və ya dəyəri 300 manatın yarısı 150 manat, 1 ədəd kondisioner və ya dəyəri 1150 manatın yarısı 575 manat, 1 ədəd çilçıraq və ya dəyəri 140 manatın yarısı 70 manat, 9 ədəd xalça və ya dəyəri 600 manatın yarısı 300 manat, 20 metr pərdə və ya dəyəri 200 manatın yarısı 100 manat, 2 ədəd qaz peçi və ya dəyəri 550 manatın yarısı 275 manat, 2 ədəd aspirator və ya dəyəri 160 manatın yarısı 80 manat, 20 metr karniz və ya dəyəri 50 manatın yarısı 25 manat, 2 dəst mətbəx mebeli və ya dəyəri 2300 manatın yarısı 1150 manat, 2 ədəd jurnalnı stol və ya dəyəri 120 manatın yarısı 60 manat, 3 dəst stol-stul və ya dəyəri 1200 manatın yarısı 600 manat, 20 metr atlas pərdə və ya dəyəri 160 manatın yarısı 80 manat, 1 ədəd taxt üçün pakrıval və ya dəyəri 120 manatın yarısı 60 manat, 1 ədəd televizor altlığı və ya dəyəri 180 manatın yarısı 90 manat, 2 ədəd balaca stol və ya dəyəri 60 manatın yarısı 30 manat məbləğində pulun, eləcə də birgə nikah dövründə inşa edilmiş 60000 manat dəyərində olan evin dəyərinin yarısı olan 30000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2004-cü ilin fevral ayında faktiki ailə həyatı qurmuş, nikahlarını 22 fevral 2005-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 25 fevral 2005-ci il təvəllüdlü Vüsalə Abuşova və 04 noyabr 2006-cı il təvəllüdlü Zaur Abuşov adlı iki uşaqları doğulmuşdur. Sonradan aralarında narazılıqlar yarandığından ayrılmalı olmuşlar və bir müddətdir ki, iddiaçı valideynlərinin evində yaşayır. Cavabdehlə ailə həyatı qurarkən iddiaçıya tələb olunan əşyalar alınmışdır. Lakin ayrı yaşamalarına baxmayaraq, cavabdeh həmin əşyalardan iddiaçının payını verməmişdir. Qanunvericiliyin tələbinə əsasən tələb etdiyi yuxarıda göstərilən 5580 manat dəyərində qızıl-zinət əşyaları və 7002 manat dəyərində cehizləri iddiaçıya toy hədiyyəsi kimi verildiyindən, eləcə də, əmək haqqı ayrıca mülkiyyəti hesab edilir. Həmçinin, qızı üçün aldığı 675 manat dəyərində əşyalar onun hədiyyəsi olmasına və qızının da iddiaçı ilə cavabdehdən ayrı yaşamalarına baxmayaraq, o, qeyd olunan əşyalarını, eləcə də, qızına aid əşyaları verməkdən imtina etdiyindən, həmin əşyalar hazırda cavabdehin qeyri-qanuni sahibliyindədir. Bundan başqa, birgə yaşadıqları dövrdə yuxarıda göstərdiyi 15040 manat dəyərində əmlaklar alınmış, həyətdə 60000 manat dəyərində ev inşa etmişlər. Lakin cavabdehlə faktiki ayrı yaşamalarına baxmayaraq, o, nə evdən, nə də sözügedən əmlaklardan iddiaçının payına düşən hissəni vermir. Qanunvericiliyin tələbinə əsasən yuxarıda göstərilən əmlaklar və ev ümumi birgə mülkiyyətləri hesab edilir. Ayrıldıqları zaman həmin əmlaklar aralarında bərabər bölünməli idi. Lakin cavabdeh nə qeyd olunan əmlaklardan iddiaçıya çatan hissəni verməmiş, nə də onların dəyərini iddiaçıya ödəməmişdir. Belə olan vəziyyətdə həmin əmlaklara dair iddiaçının hüquqları pozulmuş olur. Masallı Rayon Məhkəməsinin 2(050)-373/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, Cavabdeh 25 qramlıq 583 əyarlı boyunbağı və ya dəyəri 2250 manat, 15 qramlıq 583 əyarlı qolbaq və ya dəyəri 1350 manat, 12 qramlıq 583 əyarlı üzük-sırğa komplekti və ya dəyəri 1080 manat, 4 qramlıq 583 əyarlı fantaziya üzük və ya dəyəri 360 manat, 6 qramlıq 583 əyarlı nişan üzüyü və ya dəyəri 540 manat qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi, Cavabdeh divar mebeli və ya dəyəri 600 manat, 1 ədəd stol və ya dəyəri 100 manat, 6 ədəd stul və ya dəyəri 60 manat, 1 ədəd divan və ya dəyəri 100 manat, 2 ədəd kreslo və ya dəyəri 100 manat, 1 ədəd televizor və ya dəyəri 200 manat, 1 ədəd paltaryuyan maşın və ya dəyəri 600 manat, 1 ədəd soyuducu və ya dəyəri 600 manat, 1 ədəd peçka və ya dəyəri 40 manat, 1 ədəd tozsovuran maşın və ya dəyəri 50 manat, 1 ədəd mikser və ya dəyəri 15 manat, 1 ədəd ütü və ya dəyəri 20 manat, 1 ədəd ütü altlığı və ya dəyəri 20 manat, 1 ədəd elektrik soğançəkən və ya dəyəri 15 manat, 1 ədəd elektrik termos və ya dəyəri 30 manat, 2 ədəd çilçıraq və ya dəyəri 60 manat, 15 metr qarniz və ya dəyəri 15 manat, 1 ədəd saat və ya dəyəri 10 manat, 1 ədəd krosno və ya dəyəri 70 manat, 1 ədəd mikrovalnovka və ya dəyəri 100 manat, 1 ədəd balaca televizor və ya dəyəri 60 manat, 1 ədəd televizor altlığı və ya dəyəri 50 manat, 3 ədəd xalça və ya dəyəri 150 manat, 8 ədəd adyal və ya dəyəri 150 manat, 2 ədəd taxt döşəyi və ya dəyəri 100 manat, 1 ədəd döşək və ya dəyəri 10 manat, 2 dəst obedni serviz (madonna) və ya dəyəri 140 manat, 5 ədəd yorğan və ya dəyəri 100 manat, 15 ədəd balış və ya dəyəri 60 manat, 6 ədəd nalça və ya dəyəri 20 manat, 15 metr pərdə və ya dəyəri 60 manat, 1 ədəd ət maşını və ya dəyəri 30 manat, 15 metr atlas və ya dəyəri 60 manat, 1 ədəd uşaq çarpayısı və ya dəyəri 60 manat, 1 ədəd beşik və ya dəyəri 15 manat, 1 ədəd balaca qaz balonu və ya dəyəri 10 manat, 1 ədəd taxt üçün pakrıval və ya dəyəri 30 manat, 1 ədəd paltarasan və ya dəyəri 10 manat, uşaq üçün 2 ədəd kauçuk şkaf və ya dəyəri 15 manat, 1 ədəd güldan və 5 ədəd gül və ya dəyəri 5 manat, 1 ədəd dəfə suvenir və ya dəyəri 5 manat, 1 ədəd sac və ya dəyəri 10 manat, 1 ədəd sandıq və ya dəyəri 10 manat, 1 dəst obedni servis və ya dəyəri 50 manat dəyərində, 1 dəst çayni servis və ya dəyəri 50 manat, 1 dəst kofeyni servis və ya dəyəri 50 manat, 3 dəst su priboru və ya dəyəri 30 manat, 1 ədəd xrustal güldan və ya dəyəri 10 manat, 50 ədəd böyük boşqab və ya dəyəri 30 manat, 50 ədəd orta ölçülü boşqab və ya dəyəri 30 manat, 50 ədəd kiçik boşqab və ya dəyəri 30 manat, 20 ədəd kasa və ya dəyəri 20 manat, 20 ədəd maskur və ya dəyəri 20 manat, 8 ədəd bulud və ya dəyəri 20 manat, 90 ədəd stəkan və ya dəyəri 30 manat, 90 ədəd nəlbəki və ya dəyəri 30 manat, 4 ədəd külqabı və ya dəyəri 15 manat, 4 ədəd salfetka qabı və ya dəyəri 5 manat, 18 ədəd meyvə qabı və ya dəyəri 100 manat, 4 dəst kasturka naboru və ya dəyəri 300 manat, 3 ədəd çaydan və ya dəyəri 20 manat, 4 ədəd çaynik və ya dəyəri 15 manat, 1 ədəd böyük tökmə tava və ya dəyəri 10 manat, 4 ədəd şüşə tava və ya dəyəri 8 manat, 4 ədəd tort tavası və ya dəyəri 20 manat, 1 ədəd blender və ya dəyəri 10 manat, 1 ədəd yuxayayan və ya dəyəri 10 manat, 1 ədəd böyük 1 ədəd balaca çüyün ləyən və ya dəyəri 20 manat, 2 ədəd aliminium ləyən və ya dəyəri 10 manat dəyərində, 1 ədəd aliminium teşt və ya dəyəri 10 manat, 1 ədəd vedrə və ya dəyəri 5 manat, 3 ədəd paltar səbəti və ya dəyəri 10 manat, 1 ədəd plasmas paltar bakı və ya dəyəri 5 manat, 1 ədəd plasmas su bakı və ya dəyəri 5 manat, 1 ədəd qorapalan və ya dəyəri 5 manat, 3 ədəd 3 kq tökmə qazan və ya dəyəri 10 manat, 1 ədəd 3 kq aliminium qazan və ya dəyəri 10 manat, 60 ədəd böyük qaşıq və ya dəyəri 10 manat, 60 ədəd çəngəl və ya dəyəri 15 manat, 50 ədəd qaşıq və ya dəyəri 10 manat, 12 ədəd kiçik qaşıq və ya dəyəri 5 manat, 12 ədəd tort çəngəli və ya dəyəri 5 manat, 30 ədəd qənd qabı və ya dəyəri 70 manat, 20 ədəd şirniyyat qabı və ya dəyəri 100 manat, 3 ədəd çörək qabı və ya dəyəri 10 manat, 5 ədəd duz qabı və ya dəyəri 8 manat, 2 ədəd şirniyyat qabı və ya dəyəri 10 manat, 12 ədəd su bakalı və ya dəyəri 18 manat, 12 ədəd qara rəngli su bakalı və ya dəyəri 12 manat, 18 ədəd ləpə qabı və ya dəyəri 30 manat, 1 ədəd stol xalçası və ya dəyəri 15 manat, 1 ədəd divan xalçası və ya dəyəri 20 manat, 2 ədəd kreslo xalçası və ya dəyəri 15 manat, 1 ədəd taxt xalçası və ya dəyəri 20 manat, 1 ədəd meduza vaz və ya dəyəri 50 manat, 1 ədəd banka bağlayan maşın və ya dəyəri 10 manat, 2 ədəd qoz çəkən və ya dəyəri 20 manat, 1 ədəd tava və ya dəyəri 7 manat, 24 ədəd mürəbbə qabı və ya dəyəri 17 manat, 2 ədəd böyük mürəbbə qabı və ya dəyəri 6 manat, 2 ədəd su dolçası və ya dəyəri 6 manat, 15 ədəd bıçaq və ya dəyəri 5 manat, 8 ədəd meyvə bıçağı və ya dəyəri 8 manat, 2 ədəd qiyməkeş və ya dəyəri 13 manat, 12 ədəd şiş və ya dəyəri 8 manat, 3 ədəd tefal qazan və ya dəyəri 5 manat, 6 ədəd padnos və ya dəyəri 30 manat, 6 ədəd fincan naboru və ya dəyəri 18 manat, 6 ədəd armudu stəkan və ya dəyəri 10 manat, 1 ədəd uşaq adyalı və ya dəyəri 14 manat, 1 ədəd stol xalçası və ya dəyəri 10 manat, 2 ədəd tort qabı və ya dəyəri 17 manat, 3 ədəd süzgəc və ya dəyəri 35 manat, 1 ədəd çüyün qazan və ya dəyəri 8 manat, 2 ədəd çörək qabı və ya dəyəri 7 manat, 1 ədəd kartof-soğan qabı və ya dəyəri 13 manat, 1 ədəd zibil vedrəsi və ya dəyəri 4 manat, 15 ədəd yataq dəsti və ya dəyəri 70 manat, 20 ədəd əl-üz dəsmalı və ya dəyəri 50 manat, 25 ədəd çay dəsmalı və ya dəyəri 40 manat, 8 ədəd süfrə və ya dəyəri 80 manat, 4 dəst klonka stol örtüyü və ya dəyəri 30 manat, 2 ədəd böyük stol örtüyü və ya dəyəri 40 manat, 1 ədəd balaca stol örtüyü və ya dəyəri 20 manat, 1 ədəd polsilən və ya dəyəri 10 manat, 3 ədəd şüşə soyuducu qabı və ya dəyəri 9 manat, 1 dəst çayni servis və ya dəyəri 20 manat, 6 ədəd qara fincan dəsti və ya dəyəri 10 manat, 15 ədəd fincan və ya dəyəri 18 manat, 12 ədəd ədviyyat qabı və ya dəyəri 23 manat, 8 ədəd balaca plasmas ləyən və ya dəyəri 8 manat, 3 ədəd plasmas ləyən və ya dəyəri 7 manat, 1 ədəd süpürgə-xəkəndaz və ya dəyəri 5 manat, 1 ədəd polsilən və ya dəyəri 1 manat, 6 ədəd şüşə bulud və ya dəyəri 16 manat, 12 ədəd şüşə boşqab və ya dəyəri 8 manat, 14 ədəd şüşə salat qabı və ya dəyəri 17 manat, 2 ədəd şuşə salat qabı və ya dəyəri 6 manat, 12 ədəd balaca şüşə qənd qabı və ya dəyəri 9 manat, 12 ədəd qaraca qablar və ya dəyəri 35 manat, 2 ədəd qoz sındıran və ya dəyəri 4 manat, 2 ədəd banka açan və ya dəyəri 3 manat, 4 ədəd çömçə və ya dəyəri 10 manat, 3 ədəd kəbkir və ya dəyəri 6 manat, 12 ədəd bulud qaşığı və ya dəyəri 8 manat, 2 ədəd böyük şirin-qovurma qaşığı və ya dəyəri 10 manat, 24 ədəd paltar asılqanı və ya dəyəri 9 manat, 2 ədəd şirniyyat qabı və ya dəyəri 6 manat, 2 ədəd tyorka və ya dəyəri 3 manat, 4 ədəd qara rəngli qənd qabı və ya dəyəri 9 manat, 2 ədəd zərli meyvə qabı və ya dəyəri 20 manat, 2 ədəd zərli ləpə qabı və ya dəyəri 14 manat, 1 ədəd tort bəzəyən qab və ya dəyəri 12 manat, 1 ədəd tefal çaynik və ya dəyəri 12 manat, 3 ədəd künc divan örtüyü və ya dəyəri 40 manat, 2 ədəd plasmas qruşka və ya dəyəri 3 manat, 2 ədəd inək şəkilli sarfetka qabı və ya dəyəri 18 manat, 1 ədəd meyvə doğrayan və ya dəyəri 7 manat, 1 ədəd tort bəzəmək üçün şpris və ya dəyəri 2 manat, 1 ədəd uzun süpürgə və ya dəyəri 5 manat, 2 ədəd xalça şotkası və ya dəyəri 2 manat, 2 ədəd cücə qayçısı və ya dəyəri 4 manat, 1 ədəd elektrik plitkası və ya dəyəri 14 manat, 10 ədəd oyuncaq və ya dəyəri 80 manat, 3 dəst tefal qazan və ya dəyəri 80 manat, 1 ədəd qand doğrayan tabağça və ya dəyəri 5 manat, 1 ədəd ələk və ya dəyəri 2 manat, 6 ədəd xrustal rumka və ya dəyəri 10 manat, 1 ədəd paltaryuyan ləyən və ya dəyəri 5 manat, 1 ədəd tökmə kasturka və ya dəyəri 6 manat, 1 ədəd böyük aliminium kasturka və ya dəyəri 9 manat, 1 ədəd böyük ləpə qabı və ya dəyəri 10 manat, 10 ədəd gül qabı və ya dəyəri 10 manat, 1 ədəd (2x3) xalça və ya dəyəri 80 manat, 2 ədəd (1x1) xalça və ya dəyəri 20 manat, 20 ədəd 3 kq banka və ya dəyəri 5 manat, 30 ədəd aroma bankası və ya dəyəri 3 manat, 30 ədəd mayonez bankası və ya dəyəri 4 manat, 20 ədəd 2 kq banka və ya dəyəri 6 manat, 4 ədəd qətfə və ya dəyəri 8 manat, 6 ədəd ədviyyat qabı və ya dəyəri 7 manat, 2 ədəd balaca çüyün və ya dəyəri 4 manat, 2 ədəd plasmas süzgəc və ya dəyəri 3 manat, 8 ədəd aksesuar və ya dəyəri 10 manat, 4 ədəd qabda gül və ya dəyəri 5 manat, 5 metr daroşka və ya dəyəri 20 manat, 2 ədəd saç qurudan fen və ya dəyəri 30 manat, 2 ədəd yolka oyuncaqları və ya dəyəri 20 manat, 2 ədəd 3 mərtəbə qabı və ya dəyəri 8 manat, 1 ədəd şüşə bulud və ya dəyəri 10 manat, 36 ədəd limon qabı və ya dəyəri 30 manat, 3 ədəd ət taxtası və ya dəyəri 20 manat, çüyün qazan dəsti və ya dəyəri 100 manat, qranit qazan dəsti və ya dəyəri 200 manat, Türkiyə istehsalı olan çüyün qazan dəsti və ya dəyəri 120 manat, 3 predmetli padnos dəsti və ya dəyəri 70 manat, qaz balonu və ya dəyəri 25 manat, çaydan və ya dəyəri 30 manat, çaydan-çaynik dəsti və ya dəyəri 40 manat, 6 ədəd şiş və ya dəyəri 15 manat, qaşıq-çömçə dəsti və ya dəyəri 35 manat, çüyün ləyən və ya dəyəri 40 manat, birgə nikah dövründə alınmış qonaq otağı üçün mebel dəsti və ya dəyəri 1000 manatın yarısı 500 manat, 2 komplekt yataq dəsti və ya dəyəri 4000 manatın yarısı 2000 manat, 1 ədəd künc divanı və ya dəyəri 850 manatın yarısı 425 manat, 1 dəst divan-kreslo və ya dəyəri 400 manatın yarısı 200 manat, 1 ədəd mətbəx divanı və ya dəyəri 450 manatın yarısı 225 manat, mətbəx stol-stul dəsti və ya dəyəri 500 manatın yarısı 250 manat, 1 ədəd soyuducu və ya dəyəri 950 manatın yarısı 475 manat, 1 ədəd televizor və ya dəyəri 300 manatın yarısı 150 manat, 1 ədəd kondisioner və ya dəyəri 1150 manatın yarısı 575 manat, 1 ədəd çilçıraq və ya dəyəri 140 manatın yarısı 70 manat, 9 ədəd xalça və ya dəyəri 600 manatın yarısı 300 manat, 20 metr pərdə və ya dəyəri 200 manatın yarısı 100 manat, 2 ədəd qaz peçi və ya dəyəri 550 manatın yarısı 275 manat, 2 ədəd aspirator və ya dəyəri 160 manatın yarısı 80 manat, 20 metr karniz və ya dəyəri 50 manatın yarısı 25 manat, 2 dəst mətbəx mebeli və ya dəyəri 2300 manatın yarısı 1150 manat, 2 ədəd jurnal stolu və ya dəyəri 120 manatın yarısı 60 manat, 3 dəst stol-stul və ya dəyəri 1200 manatın yarısı 600 manat, 20 metr atlas pərdə və ya dəyəri 160 manatın yarısı 80 manat, 1 ədəd taxt üçün pakrıval və ya dəyəri 120 manatın yarısı 60 manat, 1 ədəd televizor altlığı və ya dəyəri 180 manatın yarısı 90 manat, 2 ədəd balaca stol və ya dəyəri 60 manatın yarısı 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh ünvan 1ndə yerləşən fərdi yaşayış evinin dəyəri 48000 manatın yarısı, yəni 24000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-373/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. Sözügedən qətnamə onun bütün hüquqlarını kobud şəkildə pozmaqdadır. İddiaçı tərəfindən gəlinliyinə gətirdiyi cehizlərin götürülməsinə etiraz etmir. Birgə nikah dövründə aldıqları cehizlərin bölünməsinə razıdır. Lakin məhkəmə bu razılığını nəzərə almamış, bütün cehizləri iddiaçıya vermişdir. İddiaçının gəlinliyinə apardığı qızıl-zinət əşyalarını sataraq evin tikintisinə xərcləmişlər. Məhkəmə bunu da nəzərə almamış, bütün qızıl-zinət əşyalarını iddiaçıya vermişdir. Sonradan birgə nikah dövründə qızıl-zinət əşyaları almışlar. İddiaçı evi tərk edərkən cavabdeh evdə olmamışdır. İddiaçı özünə lazım olan bütün əşyaları götürmüş və həmçinin qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Dərhal cavabdeh bu barədə Masallı RPŞ-yə şikayət etmişdir. Şikayəti əsasında polis şöbəsində araşdırma getməkdədir. Bütün bu çıxışlarını məhkəmə görməzdən gələrək iddia ərizəsində göstərilən qızılların birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, məhkəmə tərəfindən iddiaçıya verilmişdir. Birgə nikah dövründə tikdikləri evə gəlincə, məhkəmənin onun barəsində verdiyi qərar doğru olmamışdır. Ev Masallı şəhərinin mərkəzi küçələrindən birində yerləşir, iki mərtəbədən ibarətdir və bütünlüklə təmir olunmuşdur. Evin orta bazar qiyməti 150000 manatdan çoxdur. Məhkəmə qətnaməsində ekspert rəyinə istinad edərək evi 48000 manat civarında qiymətləndirmişdir. Ekspert evi real qiymətindən üç dəfə az qiymətləndirmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan şübhəli ekspert rəyini mötəbər sübut kimi götürmüşdür. Onun məhkəmə iclasında verdiyi izahatlar qətnamədə təhrif olunmuş şəkildə yazılmışdır. Bu səbəbdən o mülki iş materialları, protokollar və məhkəmə iclasının fasiləsiz video görüntüləri ilə tanış olmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişdir, lakin onun ərizəsinə cavab verilməmişdir. Məhkəmə iclasları videogörüntüsüz keçirilmişdir. Ekspertiza təyin edilən zaman məhkəmə iclasında bildirmişdir ki, evinə baxışa ekspertlər gəlməmişdən əvvəl onun məlumatı olsun. Ekspertlərin gəlməsindən cavabdehin xəbəri olmamışdır. Ekspertlər onun evini görmədən otaq şəraitində evinə qiymət qoymuşlar. Hesab edir ki, mülki işin obyektiv araşdırılmasından ötrü iş üzrə təkrar ekspertiza təyin edilməlidir. Məhkəmə araşdırma aparmadan birgə nikah dövründə əldə etdikləri əmlakları və qızıl-zinət əşyalarını iddiaçının şəxsi əşyası kimi onun xeyrinə qət etmişdir. Həmçinin, natamam ekspert rəyinə istinad edərək evin dəyərini bölmüşdür. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, onlar 20 ildən artıqdır ki, nikahdadırlar. İddiaçının gətirdiyi cehiz əmlakların çoxu məhv olmuşdur. Lakin məhkəmə onun bu fikrini protokola salmamışdır. Məhkəmənin iddiaçıya verdiyi əmlaklar iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlaklardır. Məhkəmənin qətnamədə göstərmiş olduğu faktlar işin faktiki hallarına uyğun gəlmir. Apellyasiya məhkəməsinin 06 dekabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, onun iddiaçının əmlaklarını aparmasına etirazı yoxdur, əmlakla əlaqədar narazılığı isə qızıllarla bağlıdır. Həmçinin, o, evi bütünlüklə iddiaçıya verməyə də razıdır. Lakin iddiaçı bununla razılaşmır və evin dəyərinin yarısını istəyir. Evin isə sənədi olmadığına görə onu sata da bilmir. O bildirdi ki, evin dəyəri birinci instansiya məhkəməsində aparılan icraat zamanı düzgün müəyyən olunmamışdır. Odur ki, mübahisəli evin tikintisinə və təmirinə nə qədər xərcin çəkildiyinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsini məqsədəmüvafiq hesab edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(106)-1626/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdehin istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-tikinti xərcinin nə qədər təşkil etməsi barədə sual qoyulmuş, iş üzrə ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. İşdəki 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9910 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təxminən 55020 manat məbləğində olduğu müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(106)-114/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 27 iyun 2024-cü il tarixə, saat 10:45-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, onun iddiaçı ilə nikahı 2005-ci ildə rəsmi qeydə alınmış, 2022-ci ildə isə rəsmi olaraq pozulmuşdur. Qeyd etdi ki, tələb edilən qızıl-zinət əşyaları toyda iddiaçıya bağışlanmış olsa da, həmin qızıllar mübahisəli evin tikintisi vaxtı satılmış və əldə olunan pul evin tikintisinə sərf olunmuşdur. Sonradan o, iddiaçıya bəzi qızıl-zinət əşyaları da almış, lakin onlar iddiaçının özündədir. Mübahisə predmeti olan evin və onun yerləşdiyi torpaq sahəsinin hər hansı bir sənədi yoxdur. Vaxtilə onun atası Vaqif Abuşov sovxoz direktoru olmuş, ona yer göstərmiş, o da evi həmin yerdə tikmişdir. Lakin sonradan atasının işdə problemləri yaranmış, işdən çıxmış, bir müddət tutulmuş, sonra isə rəhmətə getmişdir. Ona görə də evi sənədləşdirmək mümkün olmamışdır. Qeyd etdi ki, iddiaçının tələb etdiyi cehiz əşyalarına dair hissədə qətnaməni ümumiyyətlə mübahisələndirmir, tələb olunan cehiz əşyaları mübahisəli evin içərisindədir. Qızı Vüsalə üçün alınmış əşyalar hazırkı iş ekspertizada olarkən qızının toyu olduğuna görə aparılmışdır. Hətta o, qızı Vüsaləni apararaq qalan cehiz əşyalarını almış, onları qızına hədiyyə etmişdir. Birgə nikah dövründə iddiaçı ilə birlikdə əldə etdikləri bütün əşyalar da həmin evdədir. Ona görə də həmin hissələrdə qətnaməni mübahisələndirmir. Həmçinin, qeyd etdi ki, mübahisə predmeti olan evdə özü yaşamır, açarın biri ondadır, açarın birini də qudasının vasitəsi ilə iddiaçı və qızı Vüsalənin yaşaması üçün onlara göndərmişdir. Onlar gedib həmin evdə yaşaya bilərlər. Ona ev lazım deyil, sadəcə evin satılmasını istəmir. Çünki ölərkən cənazəsinin həmin evdən götürülməsini istəyir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qızıl-zinət əşyalarına və evin dəyərinin yarısının alınmasına dair hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni iddia tələbinin təmin edilmiş hissələrində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, onun məhkəmə iclasında təqdim etdiyi yazılı ərizənin və apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qızıl-zinət əşyalarının və ya onların dəyərinin, eləcə də fərdi yaşayış evinin dəyərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Masallı rayon Qeydiyyat şöbəsinin 1286 nömrəli, 19 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh və X2 nikahı haqqında 22 fevral 2005-ci ildə 26 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Abuşov, arvada Abuşova soyadı verilmişdir. Cavabdeh apellyasiya məhkəməsinin iclasında iddiaçı ilə nikahının 2022-ci ildə pozulduğunu qeyd etmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi bir neçə hissədən ibarətdir: 1) cehiz və digər əşyalar; 2) qızıl-zinət əşyaları; 3) fərdi yaşayış evinin dəyərinin yarısı. Cavabdeh 27 iyun 2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-373/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsini yalnız qızıl-zinət əşyalarına və fərdi yaşayış evinə dair hissədə mübahisələndirir, qətnamənin qalan hissəsi ilə razıdır. Xahiş edir ki, nəzərə alınsın. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsini cehiz və digər əşyalara aid hissədə də yoxlasa da, hazırda cavabdeh təqdim etdiyi ərizə ilə qətnamənin həmin hissəsi ilə razı olduğunu bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin ərizəsini nəzərə alan məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsasən qətnamənin iddia tələbinin cehiz və digər əşyalar hissəsində geniş yoxlanılmasına zərurət görmür və hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbinin digər hissəsi qızıl-zinət əşyaları ilə bağlı olmuş, iddiaçı cavabdehdən ona məxsus olan 2250 manat dəyərində 25 qramlıq 583 əyarlı boyunbağı, 1350 manat dəyərində 15 qramlıq 583 əyarlı qolbaq, 1080 manat dəyərində 12 qramlıq 583 əyarlı üzük-sırğa komplekti, 360 manat dəyərində 4 qramlıq 583 əyarlı fantaziya üzük, 540 manat dəyərində 6 qramlıq 583 əyarlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə həmin hissədə iddia tələbini təmin etmiş, cavabdehdən 25 qramlıq 583 əyarlı boyunbağı və ya dəyəri 2250 manatın, 15 qramlıq 583 əyarlı qolbaq və ya dəyəri 1350 manatın, 12 qramlıq 583 əyarlı üzük-sırğa komplekti və ya dəyəri 1080 manatın, 4 qramlıq 583 əyarlı fantaziya üzük və ya dəyəri 360 manatın, 6 qramlıq 583 əyarlı nişan üzüyü və ya dəyəri 540 manatın alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarına dair hissədə nəticəyə gələrkən, həmin hissədə hər hansı mübahisənin olmamasına, cavabdehin həmin qızıl-zinət əşyalarının ona məxsus evdə olmasını etiraf etməsinə, eləcə də, iş materiallarında olan 25 noyabr 2022-ci il tarixli qızılzinət əşyalarının qiymətləndirilməsinə dair rəyə istinad etmişdir. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Belə ki, məhkəmə qızıl-zinət əşyalarına dair hissədə hər hansı mübahisə olmadığını qeyd etsə də, cavabdehin apellyasiya şikayətindən, eləcə də apellyasiya məhkəməsinin iclasında təqdim etdiyi ərizədən görünür ki, hazırda qızıl-zinət əşyalarına dair hissədə mübahisə mövcuddur. Birinci instansiya məhkəməsi cavabdehin tələb edilən qızıl-zinət əşyalarının ona məxsus evdə olduğunu etiraf etdiyini qeyd etsə də, bu cür etiraf iş materialları ilə müəyyən olunmur. Belə ki, cavabdeh tərəfindən həmin hissədə iddianın etiraf edilməsi ilə bağlı hər hansı yazılı müraciət edilməməklə yanaşı, cavabdeh birinci instansiya məhkəməsinin 18 iyul 2023-cü il tarixli iclasında qızıl-zinət əşyaları ilə bağlı sadəcə olaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları gəlin gələrkən ona alınmışdır. Göründüyü kimi, bu ifadə qızıl-zinət əşyalarına dair hissədə iddianın etiraf edilməsi demək deyil, sadəcə olaraq həmin əşyaların həqiqətən alındığının qəbul edilməsi tələb irəli sürülən zaman həmin əşyaların cavabdehdə olması demək deyil. Bununla yanaşı, birinci instansiya məhkəməsinin 23 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokolundan da göründüyü kimi, cavabdeh həmin məhkəmə iclasında iddianın qızıl-zinət tələbinə dair hissədə rədd edilməsini xahiş etmişdir. Qeyd edilənlər onu göstərir ki, qızıl-zinət əşyalarının ona məxsus evdə olmasına dair cavabdeh tərəfindən etirafın edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qeyd etdikləri işin hallarına uyğun olmamışdır. Qızıl-zinət əşyalarına dair iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızılzinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi yalnız bir fotoşəkil və qiymətləndirmə rəyini təqdim etmişdir. İddiaçının təqdim etdiyi 25 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, təqdim edilən foto və videokasetə baxış keçirilərək, qızıl-zinət əşyalarının çəkisi və qiyməti müəyyən olunmuşdur. Lakin məhkəmə kollegiyası bildirir ki, qızıl-zinət əşyaların çəkisinin hər hansı fotoşəkilə və ya videokasetə baxış keçirilməklə müəyyən edilməsi nəticəsində gəlinən qənaət mötəbər hesab oluna bilməz. Bundan əlavə, həmin rəy və ona əlavə edilmiş fotoşəkil iddiaçının toyunun keçirilməsi (təxminən 2004-cü il) dövrünə aid olmaqla, onunla orada əks olunan qızıl-zinət əşyalarının hazırda mövcud olmasını, onların yenə də iddiaçının mülkiyyətində olmasını, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını müəyyən etmək mümkün deyil. Qızıl-zinət əşyaları ilə bağlı cavabdeh isə apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, tələb olunan qızıl-zinət əşyaları mübahisəli evin tikilməsi ərəfəsində satılaraq əldə olunmuş pul evin tikintisinə sərf olunmuşdur. Göründüyü kimi, cavabdeh tələb olunan qızıl-zinət əşyalarının hazırda iddiaçının mülkiyyətində olmasını da mübahisələndirmişdir. Beləliklə, iş materialları ilə 2250 manat dəyərində 25 qramlıq 583 əyarlı boyunbağı, 1350 manat dəyərində 15 qramlıq 583 əyarlı qolbaq, 1080 manat dəyərində 12 qramlıq 583 əyarlı üzük-sırğa komplekti, 360 manat dəyərində 4 qramlıq 583 əyarlı fantaziya üzük, 540 manat dəyərində 6 qramlıq 583 əyarlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması halı sübuta yetirilmir, iddiaçı isə həmin hissədə tələbin təsdiq olunması üçün mötəbər sübutları təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə qızıl-zinət əşyalarına aid hissədə düzgün nəticəyə gəlməmiş, iddiaçı tərəfindən həmin hissədə tələbin əsaslılığının sübuta yetirilməsinə düzgün qiymət verməmiş, işin hallarına və tərəflərin bildirdiklərinə uyğun nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə kollegiyası indi isə qətnamənin fərdi yaşayış evinin dəyərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı hissəsinin yoxlanılmasını zəruri sayır. İddiaçı birgə nikah dövründə inşa edilmiş 60000 manat dəyərində olan evin dəyərinin yarısı olan 30000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin fərdi yaşayış evinin qiymətləndirilməsini keçirmiş, "xxxx" MMC-nin 05 iyun 2023-cü il tarixli rəyi ilə cavabdehin istifadəsində olan ünvan 1ndə yerləşən fərdi yaşayış evinin 05 iyul 2023-cü il tarixə orta vizual bazar qiyməti 48000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də cavabdehdən fərdi yaşayış evinin dəyəri 48000 manatın yarısının, yəni 24000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi həmin hissədə işin hallarına və tərəflərin münasibətlərinə düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 15 mart 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən cavabdeh mübahisə predmeti olan evdən imtina etdiyini və onun qiymətinin yarısını verməyə imkanının olmadığını bildirmişdir. Apellyasiya məhkəməsinin iclasında isə cavabdeh qeyd etmişdir ki, mübahisə predmeti olan evdə özü yaşamır, açarın biri ondadır, açarın birini də qudası vasitəsi ilə iddiaçı və qızı Vüsalənin yaşaması üçün onlara göndərmişdir. Onlar gedib həmin evdə yaşaya bilərlər. Ona ev lazım deyil, sadəcə evin satılmasını istəmir. Göründüyü kimi, mübahisə predmeti olan evin iddiaçı ilə cavabdehin birgə nikah dövründə onların ümumi vəsaiti hesabına tikilməsi və həmin evin əslində sənədsiz olmaqla özbaşına tikili olması işin mübahisəsiz halıdır. Cavabdeh isə hazırda həmin evdə yaşamadığını, iddiaçının həmin evdə yaşaya biləcəyini, hətta bunun üçün ona açar da göndərdiyini, evin dəyərinin yarısını ona ödəməyə imkanının olmadığını bildirmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 4.11-ci bəndində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Hazırda cavabdehin iddiaçıya evdə yaşaması üçün şərait yaratması onu göstərir ki, iddiaçının həmin evin faydalı xassələrindən istifadə etmək imkanı mövcuddur və o, bu cür imkandan məhrum olunmamışdır. Buna görə də məhkəmə kollegiyası Ali Məhkəmə Plenumunun qeyd edilən hüquqi mövqeyini də nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi evin dəyərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində də ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qızıl-zinət əşyalarının və ya onların dəyərinin, eləcə də fərdi yaşayış evinin dəyərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası cavabdehin xahişi əsasında keçirildiyinə görə, 02 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/9910 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-373/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh 25 qramlıq 583 əyarlı boyunbağı və ya dəyəri 2250 manat, 15 qramlıq 583 əyarlı qolbaq və ya dəyəri 1350 manat, 12 qramlıq 583 əyarlı üzüksırğa komplekti və ya dəyəri 1080 manat, 4 qramlıq 583 əyarlı fantaziya üzük və ya dəyəri 360 manat, 6 qramlıq 583 əyarlı nişan üzüyü və ya dəyəri 540 manat qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi” və “Cavabdeh ünvan 1ndə yerləşən fərdi yaşayış evinin dəyəri 48000 manatın yarısı, yəni 24000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia tələbi təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9910 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-114/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-114/2024
27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver