Məhkəmə qərarları › İş №2(106)-1140/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1140/2024

21.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1140/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh Cəlilabad rayon Cavabdeh direktoru Nümayəndə2 və cavabdehin nümayəndəsi vəkil Nümayəndə* iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin *3 oktyabr 2023-cü il tarixli 2(073)-*930/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi vəkil Nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Rayon Məhkəməsinin *3.*0.2023-cü il tarixli 2(073)-*930/2023 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia təmin edilərək cavabdeh Cəlilabad rayon Cavabdeh direktorunun İddiaçı Cəlilabad rayon Cavabdehn Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli 32 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Cəlilabad rayon Cavabdehn Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqının hesablanaraq (Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə) İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə* qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdehn direktorunun 20 iyun 2023-cü il tarixli 32 nömrəli əmrinin etibarsız hesab edilməsi və Təlim-tərbiyə işləri üzrə direktor müavini vəziəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cəlilabad rayonu Cavabdehn direktorunun 20 iyun 2023-cü il tarixli 32 nömrəli əmrinin ləğv edilməsinə, Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq (Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə görə) ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx *985-ci ildə Cəlilabad rayonu Dövlətəlibəyli kəndində doğulmuşdur. İxtisasca ibtidai sinif müəllimidir. Cəlilabad rayon Cavabdehndə işləyir. 7 il məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş və hazırda ixtisası üzrə müəllim işləyir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, işə götürənlə aralarında həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən edilmişdir ki, o (iddiaçı) həmin öhdəlikləri lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdur. Lakin Cəlilabad rayonu Cavabdeh direktoru Nümayəndə2 20 iyun 2023-cü il tarixli 32 nömrəli əmri ilə heç bir əsas olmadan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Həmin vəzifədən azad edilməsi üçün heç bir əsas olmamışdır. Məktəbdə olan nöqsanları direktorun nəzərinə çatdırdığına və həmin nöqsanların aradan qaldırılmasını tələb etdiyinə görə məktəb direktoru ona qarşı qərəzli olmuş, onun (iddiaçının) barəsində mənfi fikir formalaşdırmağa çalışmış və əsassız olaraq onun işdən azad etmişdir. Belə ki, həmin nöqsanlarla bağlı müraciəti əsasında Cəlilabad rayon Cavabdehndə *2.05.2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən monitorinq aparılmış, monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmamazlıqlar aşkar edilmişdir. Aparılmış monitorinqin nəticələrinə əsasən Lənkəran- Astara Regional Təhsil İdarəsi tərəfindən yol verdiyi nöqsanlara görə Cavabdehn direktoru Nümayəndə2 barəsində intizam tənbehi görülərək, artıq xərcləndiyi müəyyən edilmiş vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilmiş və digər çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilməklə məktəbin ümumi fəaliyyəti nəzarətə götürülmüşdür. *6 iyun 2023-cü il tarixdə onun və məktəb müəllimlərinin iştirakları olmadan formal olaraq pedoqoji şuranın iclası keçirilmiş və həmin iclasda onun işdən azad edilməsi məsələsi müzakirə edilmişdir. Həqiqətdə isə belə bir iclas keçirilməmişdir. Bundan başqa, məktəbin direktoru qərəzli olaraq ona şiddətli töhmət verilməsi barədə *5.05.2023-cü il tarixdə əmr vermişdir. Həmin əmrdən də onun sonradan məlumatı olmuşdur. Halbuki, həmin əmrin də verilməsi üçün heç bir əsas olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi vəkil Nümayəndə* apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı işə başladığı müddətdən Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edildiyi müddətdə vəzifə funksiylarını icra etməmiş və rəhbərliyin etdiyi xəbərdarlıqlara, həmçinin ona verilmiş töhmətə məhəl qoymamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəllərini *5.03.2022-ci il tarixədək tərtib etməli olduğu halda tərtib etməmişdir. Bundan başqa, o, məktəbin pedaqoji şurasının iş planına uyğun olaraq məktəbin İ-İV siniflərində Ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədi ilə ibtidai siniflərdə ana dili fənnindən monitorinqlərin hazırlanıb keçirilməsi və bu barədə hesabatın hazırlanıb *8.**.2022-ci il tarixədə keçirilən məktəbin pedaqoi şurasına təqdim etməmiş, məktəbin 9 və **-ci siniflərində buraxılış fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədi ilə məktəb rəhbərliyinin tapşırığının olmasına baxmayaraq Monitorinqlərin hazırlanıb keçirilməsini tərtib və təşkil etməmiş, 4, 9 və **-ci siniflərdə bütün fənlərdə, 5-8 və *0-cu siniflərdə buraxılış fənlərindən keçiriləcək X* (BSQ-nin 0*) keçirilmə cədvəlini tərtib etməmiş, məktəbin Pedaqoji Şurasının iş planına uyğun olaraq İ yarımilin yekunları və İİ yarım ildə qarşıda duran vəzifələr və ibtidai siniflərdə keçirilmiş BSQ-lərin yekun nəticələri barədə hesabatları hazırlayıb 3*.0*.2023-cü il tarixdə keçirilən məktəbin pedaqoji şurasına təqdim etməmiş, İV sinifdə tədris etdiyi musiqi, təsviri-incəsənət və fiziki tərbiyə fənlərindən keçirilən BSQ-0* testlərini məktəbdə yaradılmış komissiyaya təhvil verməmiş, nəticədə Böyük Summativ protokolu yazılamamış, məktəbin 9 və **-ci siniflərində buraxılış fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədiilə monitorinqlərin hazırlanıb keçirilməsini bu günə kimi tərtib və təşkil etməmiş, İX sinifdə buraxılış imtahanlarına bir həftə qalmağına baxmayaraq imtahan fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirlərin bilik səviyyəsini artırmaq məqsədilə monitorinqlərin hazırlanıb keçirilməsi tərtib və təşkil edilməmişdir. Məktəb rəhbərliyinin ona vermiş olduğu tapşırıqları icra etmədiyinə görə ümumi işi icrası təmin edilməmiş və buna görə də, məktəbin direktoru Nümayəndə2 töhmət verilməsi barədə əmr qəbul edilmiş və həmin əmrin 3.2-ci bəndində nöqsanların bilavasitə səbəbkarı olmuş cavabdehin də barəsində tədbir görülməsi tapşırılmışdır. Bundan başqa, 4, 9 və **-ci siniflərində bütün fənlərdən 5-8 və *0-cu siniflərində buraxılış fənlərindən keçiriləcək X* keçirilmə cədvəlini tərtib etməmişdir. Bundan başqa, İV sinifdə tədris etdiyi musiqi, təsviri-incəsənət və fiziki tərbiyə fənlərindən keçirilən “BSQ-02” testlərini məktəbdə yaradılmış komissiyaya təhvil verməmiş, nəticədə Böyük Summativ protokolu yazılamamışdır. Əvvəlki tarixlərdə pozuntularına görə ona rəsmi xəbərdarlıq edilmiş, lakin həmin nöqsanları aktlaşdırılmadığından təqdim edilməsi mümkün olmur. Öhdəliyinin icrasından layiqincə gələ bilmədiyinə görə məktəb rəhbərliyi tərəfindən 03 oktyabr 2022-ci il tarixdə ona töhmət verilmişdir. Həmin əmri mübahisələndirməmişdir. Göstərilən hərəkətləri azmış kimi cavabdeh tutduğu vəzifəsinə uyğun olmayan hərəkətlərə yol vermiş, o müxtəlif sosial şəbəkələrdə, hansı ki həmin şəbəkələr hər həs üçün, o cümlədən yetkinlik yaşına çatmayanlar üçün açıqdır, orada təlim-tərbiyə işləri üzrə direktor müavininə yaraşmayan ifadələrdən istifadə etməklə paylaşımlar etmişdir. Qəbul edilməlidir ki, belə bir şəxsin xüsusilə Təlim-tərbiyədən məsul vəzifəni tutması yolverilməzdir və bu dövlətin sağlam tərbiyədə olan uşaqların yetişməsi məqsədinə uyğun deyildir. Göstərilən nöqsanları ilə əlaqədar ondan izahat verilməsi istənilsə də, o izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkil Nümayəndə* apellyasiya şikayətini müdafiə edərək məhkəmədə izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində işin faktiki halları araşdırılmamışdır. Cavabdeh Cəlilabad rayon Cavabdeh direktoru Nümayəndə2 təqdim etdiyi sübutlar işə əlavə edilməmişdir. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin “Vahid X2 təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının *8-* nömrəli qərarına əsasən ümumi təhsil müəssisələrində Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin əmək funksiyası öz əksini tapmışdır. İddiaçı öz vəzifə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə ona dəfələrlə xəbərdarlıq edilmiş və nəticədə tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Cəlilabad rayon Cavabdeh direktoru Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı dərsdə şagirdlərdən imtahan götürən zaman 7 şagird səhv cavab vermiş, 3 şagird isə düz cavab vermişdir. İddiaçı isə 7 şagirdin səhv cavabını düz, 3 şagirdin düz cavabını isə səhv kimi qiymətləndirmişdir. Bununla bağlı test imtahanının nəticələrini də təqdim edə bilər. Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmrdə istinad olunan nöqsanlarla bağlı İddiaçı barəsində başqa intizam tənbeh tədbirləri görülməmişdir. Öhdəliklərinin icrasından layiqincə gələ bilmədiyinə görə məktəb rəhbərliyi tərəfindən iddiaçıya *5.05.2023-cü il tarixdə şiddətli töhmət verilmişdir. Bundan başqa, sinif məllimi ilə bağlı mübahisə var. Bununla bağlı akt mövcuddur. Lənkəran-Astara Regional Təhsil idarəsi işi araşdırıb onlara məlumat verilməsini müəyyənləşdirmişdir. İddiaçı həmkarlar iclasına dəvət olunmuş və həmin iclasda özü də iştirak etmişdir. Həmkarların sədri iddiaçının qohumudur ki, o da bunu təsdiq edə bilər. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, məktəbdə olan nöqsanları direktorun nəzərinə çatdırdığına və həmin nöqsanların aradan qaldırılmasını tələb etdiyinə görə məktəb direktoru ona qarşı qərəzli olmuş və əsassız olaraq iddiaçını işdən azad etmişdir. Müraciəti əsasında Cəlilabad rayon Cavabdehndə *2 may 2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən monitorinq aparılmış, monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Aparılmış monitorinqin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən yol verdiyi nöqsanlara görə Cavabdehn direktoru Nümayəndə2 barəsində intizam tənbehi görülmüşdür. O Cəlilabad rayon Cavabdehndə 7 il məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Şagirdlərin dərsə davamiyyətinə cavabdeh təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Cəlilabad rayon Cavabdehn direktoru Nümayəndə2 Sumqayıt, Bakı və s. digər şəhərlərdən məktəbə şagirdlər cəlb edirdi, lakin həmin şagirdlər dərsdə iştirak etmirdi. O da bununla bağlı dəfələrlə məktəbin direktorun şifahi müraciət etmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinədə bununla bağlı müraciət etdiyi üçün məktəbdə monitorinq aparılmış, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinə vəzifədən azad olunmamışdan əvvəl müraciət etmişdir. İddia ərizəsində 20 iyun 2022-ci il tarixli 32 nömrəli əmr qeyd edilmiş, lakin o, əslində 2023-cü ili tarixini nəzərdə tutmuşdur ki, orada texniki olaraq 2022-ci il göstərilmişdir. Bundan başqa, məktəbdə davamiyyətə vəzifə funksiyası olaraq özü nəzarət etmişdir. Məktəbdə buraxılmış nöqsanlarla bağlı monitorinq keçirilmişdir. Müəyyən olunmuşdur ki, 9-*0-cu buraxılış siniflərinin hər birində 2-3 nəfər olmaqla, şagirdlər davamlı dərs buraxmışlar və uzun müddət təhsildən yayınmışlar. Həmin şagirdlər Bakı və Sumqayıtda yaşayırlar. Yoxlama üçün şəxsən o özü müraciət etmişdir. Bu barədə dəfələrlə müvafiq qurumlara yazılı müraciətləri olub və həmin müraciətlərdən sonra müvafiq araşdırma aparılıb. Monitorinq sonrası iddiaçının barəsində heç bir tədbir görülməmişdir. Həmkarlar İttifaqının iclasında iştirak etməmiş və həmkarların sədri direktorun da qohumudur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin *3.*0.2023-cü il tarixli 2(073)-*930/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR MPM-in *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan 0*.*0.20*6-cı il tarixli əmək müqaviləsinə əsasən Nuriyev X3 rayon Dövlətəlibyəli kənd tam orta məktəbinə direktor müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan *5.05.2023-cü il tarixli 23 saylı əmrdən görünür ki, məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı sonuncu dəfə xəbərdarlıq edilməklə ona şiddətli töhmət verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəllərini *5.03.2022-ci il tarixədək tərtib etməli olduğu halda tərtib etməmişdir. İşdə olan *8.**.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məktəbin pedaqoji şurasının iş planına uyğun olaraq əktəbin İ-İV siniflərində Ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədi ilə ibtidai siniflərdə ana dili fənnindən monitorinqlərin hazırlanıb keçirilməsi və bu barədə hesabatın hazırlanıb *8.**.2022-ci il tarixədə keçirilən məktəbin pedaqoji şurasına təqdim etməmişdir. İşdə olan 28.**.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məktəbin 9 və **-ci siniflərində buraxılış fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədilə məktəb rəhbərliyinin tapşırığının olmasına baxmayaraq Monitorinqlərin hazırlanıb keçirilməsini tərtib və təşkil etməmişdir. İşdə olan 27.**.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 4, 9 və **-ci siniflərində bütün fənlərdən 5-8 və *0-cu siniflərində buraxılış fənlərindən keçiriləcək X* (BSQ-0*) keçirilmə cədvəlini tərtib etməmişdir. İşdə olan 3*.0*.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı, məktəbin Pedaqoji Şurasının iş planına uyğun olaraq İ yarım ilin yekunları və İİ yarım ildə qarşıda duran vəzifələr və ibtidai siniflərdə keçirilmiş “BSQ”lərin yekun nəticələri barədə hesabatları hazırlayıb 3*.0*.2023-cü il tarixdə keçirilən məktəbin pedoqoji şurasına təqdim etməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı, İV sinifdə tədris etdiyi musiqi, təsviri-incəsənət və fiziki tərbiyə fənlərindən keçirilən “BSQ-0*” testlərini məktəbdə yaradılmış komissiyaya təhvil verməmiş, nəticədə Böyük Summativ protokolu yazılamamışdır. İşdə olan 0*.03.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məktəbin 9 və **-ci siniflərində buraxılış fənlərindən təlimin keyfiyyətlərinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədi ilə monitorinqlərin hazırlanıb keçirilməsini bu günə kimi tərtib və təşkil etməmişdir. İşdə olan 2*.04.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı İX sinifdə buraxılış imtahanlarına bir həftə qalmağına baxmayaraq imtahan fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirlərin bilik səviyyəsini artırmaq məqsədi ilə monitorinqlərin hazırlanıb keçirilməsi tərtib və təşkil edilməmişdir. İşdə olan 0*.06.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 4, 9 və **-ci siniflərində bütün fənlərdən 5-8 və *0-cu siniflərində buraxılış fənlərindən keçiriləcək X* (“BSQ-0*”) keçirilmə cədvəlini tərtib etməmişdir. İşdə olan *4.06.2023-üc il tarixli aktdan görünür ki, İddiaçı İV sinifdə tədris etdiyi musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənnlərindən keçirilən “BSQ-02” testlərini məktəbdə yaradılmış komissiyaya təvil verməmiş, nəticədə Böyük Summativ protokolu yazılamamışdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı öhdəliyinin icrasından layiqincə gələ bilmədiyinə görə məktəb rəhbərliyi tərəfindən ona 03.*0.2022-ci il tarixdə töhmət verilməsi barədə əmr verilmişdir. İşdə olan *5.04.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı sosial şəbəkələrdə təlimtərbiyə işləri üzrə direktor müavininə yaraşmayan ifadələrdən istifadə etməklə paylaşımlar etmişdir. Göstərilən nöqsanları ilə əlaqədar ondan izahat verilməsi istənilsə də, o izahat verməkdən imtina etmişdir. İşdə olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmrindən görünür ki, Cavabdehndə *2.05.2023-cü il tarixdə keçirilən monitoriqin nəticəsində həmin məktəbin direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə Pedaqoji şuranın *6 iyun 2023-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi qərara alınmışdır. İşdə olan Cəlilabad rayon Cavabdeh üzrə Həmkarlar təşkilatının *6 iyun 2023-cü il tarixli 04 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 32 saylı əmrdən görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və ixtisası üzrə müəllim saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, məhkəmə iclasında iddiçı İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. MPM-in 372.*-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. ƏM-in *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. ƏM-in *4-cü maddəsinin *-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin *-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin *-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Habelə ƏM-in 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir ki, bunlardan biri də həmin maddənin “ç” bəndində nəzərdə tutulmuş işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 385.*.*-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Cavabdeh *5.09.2022-ci il tarixli əmrindən görünür ki, təlim-tərbiyə və metodiki işləri təşkil etmək, tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirmək, həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşımaq, zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər vermək, təlimtərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ, fakültativ saatlarının və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçimək və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olmaq, şagirdlərin meyl-maraqları əsasında təmayül istiqamətlərini müəyyənləşdirilmək, siniflərin optimal komplektləşdirilməsini təmin etmək, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib etmək, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək, fənn kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərmək, pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində iştirak etmək, onların təkmilləşmələrinə, ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb olunmalarına eləcə də, kadrların peşə ustalıqlarının artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olmaq, təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyan şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, “KSQ” və “BSQ”lərin təlimata müvafiq keçirilməsini təşkil etmək, təlim keyfiyyətinin idarə olunması məqsədilə vaxtaşırı monitorinqqiymətləndirmə aparılmasını təmin elmək məktətin Təlim-tərbiyə üzrə direktor müavininin vəzifələridir. Habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 20*7-ci il tarixli *8-* nömrəli qərarından görünür ki, məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işlərinə rəhbərlik, müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideyinlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işinin təşkil edilməsi, gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəmnində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik, müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradıb, birgə kütləvi tədbirlər keçirilməsi, təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkili və ona rəhbərlik etmək Tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyasına daxildir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, prosessual hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Qeyd edilməlidir ki, MPM-in qüvvədə olan 77.*-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, işdə sənədlərdən görünür ki, iddiaçı öz öhdəliklərinin icrasından layiqincə gələ bilmədiyinə görə dəfələrlə xəbərdarlıqlar və töhmət almışdır. Hazırkı mübahisə üzrə nəzərə alınmalıdır ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmri ilə Cavabdehndə *2.05.2023-cü il tarixdə keçirilən monitoriqin nəticəsində həmin məktəbin direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrin 3-cü (3.* və 3.2-ci) bəndlərində göstərilmişdir ki, yol verilmiş nöqsanların aradan qaldırılması üçün işlər görülməsi, təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin nəzarətdə saxlanılması və işə çıxmayan işçilər barədə qanunamüvafiq tədbirlərin görülməsinin təmin edilməsi, məktəbin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı və daxili intizam qaydalarının pozulmasında nöqsanlara yol vermiş şəxslər barəsində intizam tənbehi tədbirinin görülməsinin təmin edilməsi Cəlilabad rayonu üzrə təhsil sektoru və Cəlilabad rayon Cavabdeh direktoruna (Nümayəndə2) tapşırılmışdır. Cəlilabad rayon Cavabdeh üzrə Həmkarlar təşkilatının *6 iyun 2023-cü il tarixli 04 saylı protokolundan və Cəlilabad rayon Cavabdeh üzrə Pedaqoji şuranın *6 iyun 2023-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi qərara alınmışdır. Beləcə, xx.xx.2023-cü il tarixli 32 saylı əmrə əsasən İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və ixtisası üzrə müəllim saxlanılmışdır. İşdən göründüyü kimi, xx.xx.2023-cü il tarixli 32 saylı əmr məktəbin Əmrlər kitabında qeydiyyata alınmışdır. Adıçəkilən əmrdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmrinə istinad edilmiş və onunla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı haqqında olan xx.xx.2023-cü il tarixli 32 saylı əmrin əsaslandırılmadığı göstərilmişdir ki, əmrdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmrinə və ƏM-in 70-ci maddəsinin “Ç” bəndinə istinad edilmiş, lakin məhkəmə tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin adıçəkilən əmri əldə edilmədiyi üçün məktəbin xx.xx.2023-cü il tarixli 32 saylı əmrinə zəruri hüquqi qiymət verilməsi mümkün olmamışdır. Kollegiya diqqətə çatdırır ki, İddiaçı məhkəmə iclasında izahatında adıçəkilən məktəbdə *2 may 2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılmış monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmamazlıqların aşkara çıxdığını, habelə məktəbdə davamiyyətə əmək funksiyası olaraq özü nəzarət etdiyi halda 9-*0-cu buraxılış siniflərinin hər birində 2-3 nəfər olmaqla şagirdlərin davamlı dərs buraxmaları və uzun müddət təhsildən yayınmalarının müəyyən edildiyini bildirmişdir. Qeyd edilən hallarla bağlı İddiaçı dəfələrlə müvafiq qurumlara yazılı müraciətlərinin olmasına dair dəlili üzrə qeyd edilməlidir ki, iddiaçı məktəbin direktoruna məlumat verdiyini, hətta Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayət etdiyini söyləsə də, bununla bağlı məhkəməyə heç bir sübut verməmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından İddiaçı Heydərli oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-5/2-*-*6922/2024 nömrəli cavab məktubundan isə onun müraciətinin yalnız öz vəzifəsinə təkrar bərpa olunmağına köməklik göstərilməsi barədə olduğu görünür. Beləliklə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 20*7-ci il tarixli *8-* nömrəli qərarı ilə tərbiyə işləri üzrə direktor müavini üçün müəyyən edilmiş əmək funksiyalarını, eləcə məktəbin *5.09.2022-ci il tarixli əmri ilə təlim-tərbiyə üzrə direktor müavini üçün vəzifələri (xüsusilə də, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, siniflərin optimal komplektləşdirilməsini təmin etmək və s.) lazımi qaydada icra etməmişdir və qeyd edilən əsaslardan xx.xx.2023-cü il tarixli 32 saylı əmr qanuni sayılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən əmrlərə hərtərəfli hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” *8 mart 20*9-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın *27-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, *29-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin cavabdehin nümayəndəsi vəkil Nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin *3.*0.2023-cü il tarixli 2(073)-*930/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin *07-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə ödənilmiş məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.*-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.* 392, 393 və 402.*-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi vəkil Nümayəndə* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin *3.*0.2023-cü il tarixli 2(073)-*930/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar